ٱلْقَارِعَةُ ﴿١﴾
Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan Qiyamət saatı
Ana səhifə›Təfsir›Al-Qaari'a (101)
Məkkə · 11 ayə
ٱلْقَارِعَةُ ﴿١﴾
Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan Qiyamət saatı
مَا ٱلْقَارِعَةُ ﴿٢﴾
Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ ﴿٣﴾
Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatı nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, qiyamət günüdür
يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ ﴿٤﴾
İnsanların qəlbi qorxuya düşəcəyi gün onlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ ﴿٥﴾
Dağlar sürətli bir şəkildə hərəkəti və tərpənişi ilə ətrafa yayılan didilmiş yun kimi olacaq. فأما من ثقلت موزينه
فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ ﴿٦﴾
(O gün) kimin yaxşı əməlləri pis əməllərindən ağır gələrsə, فهو فى عيشة ر اضية
فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ﴿٧﴾
Cənnətdə özünün razı qalacağı gün-güzərana nail olacaq. بلغ Qur’an · Təfsir وأما من خفت موزينه
وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ ﴿٨﴾
Kimin də pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, فأم ه هاوية
فَأُمُّهُۥ هَاوِيَةٌۭ ﴿٩﴾
Qiyamət günü məskunlaşacağı və qərar tutacağı yer Cəhənnəm olacaq
وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ ﴿١٠﴾
Ey Peyğəmbər! Sən nə bilirsən o nədir?! نار حامية
نَارٌ حَامِيَةٌۢ ﴿١١﴾
O, olduqca qızmar bir oddur. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız