أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿١﴾
Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı
Ana səhifə›Təfsir›At-Takaathur (102)
Məkkə · 8 ayə
أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿١﴾
Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı
حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ ﴿٢﴾
Hətta, dünyadan köçüb qəbirlərinizə girdiniz. كلا سوف تعلمون
كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿٣﴾
Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini hökmən biləcəksiniz. ثم كلاسوف تعلمون
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿٤﴾
Bəli, siz onun aqibətini hökmən biləcəksiniz!
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ ﴿٥﴾
Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız
لَتَرَوُنَّ ٱلْجَحِيمَ ﴿٦﴾
Allaha and olsun ki, siz qiyamət günü Cəhənnəm odunu görəcəksiniz
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ ﴿٧﴾
Heç şübhəsiz ki, siz onu öz gözünüzlə mütləq görəcəksiniz. بلغ Qur’an · Təfsir
ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿٨﴾
Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız