Ana səhifəTəfsirAl-Aadiyaat (100)

Təfsir Al-Aadiyaat (100) — العاديات

Məkkə · 11 ayə

Oxu · DinləPDF faylı

وَٱلْعَـٰدِيَـٰتِ ضَبْحًۭا ﴿١﴾

Uca Allah, bərk qaçdıqlarına görə nəfəslərinin səsi eşidilən atlara and içir

فَٱلْمُورِيَـٰتِ قَدْحًۭا ﴿٢﴾

Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılcım çıxaran atlara and içir

فَٱلْمُغِيرَٰتِ صُبْحًۭا ﴿٣﴾

Uca Allah, həmçinin, sübh çağı düşmən üzərinə hücum edən atlara and içir. فأثرن به نقعا

فَأَثَرْنَ بِهِۦ نَقْعًۭا ﴿٤﴾

Uca Allah, hücuma keçərək tozanaq qopardan atlara and içir. فوسطن به جمعا

فَوَسَطْنَ بِهِۦ جَمْعًا ﴿٥﴾

Uca Allah, üzərilərindəki süvarilərlə birlikdə düşmən ordusunun içərisinə soxulan atlara and içir

إِنَّ ٱلْإِنسَـٰنَ لِرَبِّهِۦ لَكَنُودٌۭ ﴿٦﴾

Həqiqətən, insan Rəbbinin ondan tələb etdiyi xeyirin qarşısını almağa hərisdir. وإنه عل ذلك لشهيد

وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌۭ ﴿٧﴾

İnsan, özünün xeyirə mane olduğuna şahididir. Bu açıq-aşkar olduğundan dolayı bu əməlini inkar edə bilməz. بلغ Qur’an · Təfsir

وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ ﴿٨﴾

Həqiqətən, o, var-dövlətə çox hərisdir və onu xərcləməyə xəsilik edir

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ ﴿٩﴾

Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaq?!

وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ ﴿١٠﴾

Qəlblərdə olan niyyətlər, etiqadlar və s. üzə çıxacağı və aşkar ediləcəyi zaman – إن رب هم بهم يومئذ ل خبير

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍۢ لَّخَبِيرٌۢ ﴿١١﴾

Məhz o gün Rəbbi onlardan xəbərdar olacaq. Qullarının əməllərindən heç bir şey Allaha gizli qalmayacaq və Allah onlara əməllərinin əvəzini verəcəkdir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Aadiyaat — العاديات

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil