لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿١﴾
Allah toxunulmaz şəhərə - çox möhtərəm Məkkəyə and içir
Ana səhifə›Təfsir›Al-Balad (90)
Məkkə · 20 ayə
لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿١﴾
Allah toxunulmaz şəhərə - çox möhtərəm Məkkəyə and içir
وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿٢﴾
Ey Peyğəmbər! Sənin bu şəhərdə gördüyün işlər - öldürülməyə layiq olan kimsəni öldürməyin, əsir götürülməyə layiq olan kimsəni də, əsir götürməyin sənə halal sayılır. ووالد وما ولد
وَوَالِدٍۢ وَمَا وَلَدَ ﴿٣﴾
Uca Allah, həmçinin, bəşər valideyninə və ondan törəyən övladlara and içir
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ ﴿٤﴾
Doğrusu Biz insanı, dünyada çəkdiyi çətinliklər səbəbindən onu məşəqqətlər içində xəlq etdik. أيحسب أن لن يقدر عليه أحد
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ ﴿٥﴾
Yoxsa insan günah işlətdiyi zaman heç kimsənin hətta onu yaradan Rəbbinin ona gücü çatmayacağını və ondan intiqam almayacağını güman edir?! يقول أهلكت مالا لبدا
يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا ﴿٦﴾
O deyər: "Mən saysız-hesabsız çoxlu mal-dövlət xərcləmişəm". أيحسب أن لم يره أحد
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ﴿٧﴾
Yoxsa bu lovğa adam Allahın onu görmədiyini, bu mal-dövlətə görə onu haqq-hesaba çəkməyəcəyini - onu haradan qazandığını və nəyə xərclədiyini soruşmayacağını güman edir?! بلغ Qur’an · Təfsir ألم نجعل له عينين
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ﴿٨﴾
Məgər Biz ona görən iki göz vermədikmi?! ولسانا وشفتين
وَلِسَانًۭا وَشَفَتَيْنِ ﴿٩﴾
Həmçinin, sayəsində danışdığı bir dil və iki dodaq vermədikmi?!
وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ ﴿١٠﴾
Biz ona haqq və batil yolu göstərmədikmi?!
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ ﴿١١﴾
O kimsədən, onu Cənnətdən ayıran sərt yoxuşu aşıb keşməsi üçün səy göstərməsi tələb olunur
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ ﴿١٢﴾
Ey Peyğəmbər! Sən nə bilirsən onun üstündən aşıb Cənnətə girmək istədiyi sərt yoxuş nədir?! فك رقبة
فَكُّ رَقَبَةٍ ﴿١٣﴾
Bu, kişi və ya qadın olmasından aslı olmayaraq bir kölə azad etməkdir. أو إطعم فى يوم ذى مسغبة
أَوْ إِطْعَـٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ ﴿١٤﴾
Yaxud yeməyin az tapıldığı aclıq günündə ehtiyacı olan kimsəyə yemək verməkdir. يتيما ذا مقربة
يَتِيمًۭا ذَا مَقْرَبَةٍ ﴿١٥﴾
Özü də, qohumluğu çatan, atasını itirmiş bir uşağa, بلغ Qur’an · Təfsir أو مسكينا ذا متربة
أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ ﴿١٦﴾
Yaxud heç bir şeyi olmayan fəqirə
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ ﴿١٧﴾
Sonra isə Allaha iman gətirənlərdən, (Allaha) itaət etməkdə, asiliklərdən çəkinməkdə və müsibətlərə səbir etməkdə bir-birinə səbirli olmağı tövsiyə edənlərdən və bir-birinə Allahın qullarına mərhəmət göstərməyi tövsiyə edənlərdən olmaqdır
أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ﴿١٨﴾
Bu xislətləri özündə cəm edən kimsələr - məhz onlar sağ tərəf sahibləridir
وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا هُمْ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿١٩﴾
Rəsulumuza nazil etdiyimiz ayələrə küfr edən kimsələr - məhz onlar sol tərəf sahibləridir. عليهم نار مؤصدة
عَلَيْهِمْ نَارٌۭ مُّؤْصَدَةٌۢ ﴿٢٠﴾
Qiyamət günü onları hər tərəfdən əhatə edən, içində əzab çəkəcəkləri od gözləyir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız