وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿١﴾
Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir
Ana səhifə›Təfsir›Ash-Shams (91)
Məkkə · 15 ayə
وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿١﴾
Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir
وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ﴿٢﴾
Uca Allah, həmçinin, günəş batdıqdan sonra, onun ardından çıxan aya and içir
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿٣﴾
Uca Allah, həmçinin, öz işığı ilə yer üzünü işıqlandıran gündüzə and içir
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ﴿٤﴾
Uca Allah, həmçinin, yer üzünü zülmətə bürüyən gecəyə and içir
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿٥﴾
Uca Allah, həmçinin, göyə və onun möhkəm qurulmasına and içir
وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ﴿٦﴾
Uca Allah, həmçinin, yerə və insanların üstündə qərar tutması üçün yerin döşənməsinə and içir. ونفس وماسو ها
وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ﴿٧﴾
Uca Allah, həmçinin, hər bir nəfsə və onu yaradıb kamilləşdirən Allaha and içir. بلغ Qur’an · Təfsir فألهمها فجورها وتقوها
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ﴿٨﴾
Həmçinin, ona, günahlardan çəkinsin deyə, şər yolunu və Allahdan qorxsun deyə, xeyir yolunu öyrədənə, قد أفلح من زك ىها
قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ﴿٩﴾
Yaxşı işlər görməklə nəfsini gözəlləşdirən və pis əməllərdən çəkinməklə onu günahdan təmizləyən kimsə uğur qazanmışdır. وقد خاب من دس ىها
وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ﴿١٠﴾
Nəfsini gizlincə asiliklərə və günahlara batıran kimsə isə ziyana uğramışdır
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ﴿١١﴾
Səmud qövmü asilik etməkdə və günah işlər görməkdə həddi aşdıqlarına görə, öz peyğəmbərləri Salehi yalançı saydı
إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ﴿١٢﴾
Onların ən bədbəxti, qövmünün tələbini yerinə yetirmək üçün ayağa qalxdıqda,
فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا ﴿١٣﴾
Allahın rəsulu Saleh aleyhissəlam onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın və ona pislik etməyin!" فكذبوهفعقروها فدمدمعليهم رب هم بذنبهم فسو ها
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ﴿١٤﴾
Onlar o dəvə xüsusunda peyğəmbərini yalançı saydılar. Sonra onların ən bədbəxti qövmünün razılığı ilə dəvəni öldürdü və beləliklə də, onların hamısı o günaha şərik oldu. Allah da onları بلغ Qur’an · Təfsir əzabla yaxaladı və etdikləri günahlara görə onları qorxunc səslə məhv edib hamısını yerlə yeksan etdi. ولا يخاف عقبها
وَلَا يَخَافُ عُقْبَـٰهَا ﴿١٥﴾
Uca Allah günahkarlara əzab verib onları məhv etməyinin nəticəsindən çəkinməz! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız