Ana səhifəTəfsirAl-A'laa (87)

Təfsir Al-A'laa (87) — الأعلى

Məkkə · 19 ayə

Oxu · DinləPDF faylı

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ﴿١﴾

Yaratdıqlarının fövqündə ucalan Rəbbini zikr edərkən və Onun şənini uca tutarkən, adını çəkərək Onu təriflə!

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ﴿٢﴾

O Rəbbin ki, insanı kamil surətdə və gözəl bir biçimdə yaratmışdır

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ﴿٣﴾

O Rəbbin ki, məxluqatın müqəddəratını - onların cinsini, növlərini və xislətlərini əzəldən müəyyən etmiş, üstəlik, hər bir məxluqa özünə uyğun və tay olana tərəf yönəltmişdir

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ﴿٤﴾

O Rəbbin ki, yerdən sizin heyvanlarınızın yediyi bitkiləri çıxarmışdır

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ﴿٥﴾

Sonra da o yaşıl otları və yarpaqları, qaralmış quru küləşə çevirmişdir

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿٦﴾

Ey Peyğəmbər! Biz sənə Quranı oxudacaq və onu sənin qəlbində cəm edəcəyik, beləliklə də, sən onu heç vaxt unutmayacaqsan. Odur ki, Cəbrail ilə Quran oxuduğun zaman onu yaddan çıxarmamaq üçün onu tələm-tələsik oxuma. بلغ Qur’an · Təfsir

إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ﴿٧﴾

Yalnız Allahın hər hansı bir hikmətdən dolayı sənə unutdurduğu ayələr müstəsnadır. Allah nəyi aşkara çıxardığını, nəyi də gizlin saxladığını bilir. Bunlardan heç biri Ona gizli qalmaz. ونيسرك لليسر

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ﴿٨﴾

Biz səni Allahı razı salacaq və səni Cənnətə aparacaq əməlləri yerinə yetirməyə müvəffəq edərik

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ﴿٩﴾

Sənə Quranda vəhy etdiklərimizdən insanlara öyüd-nəsihət et və xatırlatlatmanın fayda verdiyini görsən, onlara xatırlat. سيذك رمن يخش

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ﴿١٠﴾

Allahdan qorxan kəs səndən öyüd-nəsihət götürər. Çünki məhz beləsi öyüd-nəsihətdən faydalanar

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ﴿١١﴾

Kafir isə öyüd-nəsihətdən uzaq durur və onu qulaqardına vurur. Çünki o, axirətdə Cəhənnəm oduna düçar olacaq ən bədbəxt insanlardandır

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ﴿١٢﴾

O kimsə ki, axirətdə böyük atəşə girib onun hərarətindən əzab çəkəcək və əbədi olaraq bu əzabın içində qalacaqdır. ثم لا يموت فيها ولا يحي

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿١٣﴾

Sonra o, Cəhənnəm odunda əbədi qalacaq, belə ki, o, orada nə öləcək ki, əzabdan qurtulub بلغ Qur’an · Təfsir rahatlıq tapsın, nə də xoş gün-güzəran görəcəkdir. قد أفلح من تزك

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ﴿١٤﴾

Şirkdən və digər günahlardan təmizlənən kimsə istədiyinə nail olub uğur qazanmıdır

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿١٥﴾

O kimsə ki, Rəbbinin ona buyurduğu müxtəlif zikrlərlə Onu zikr etmiş və namazı tələb olunan tərzdə yerinə yetirmişdir

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿١٦﴾

Xeyr, siz dünya həyatına önəm verir və onu axirət həyatından üstün tutursunuz. Halbuki bu ikisinin arasında böyük fərq var

وَٱلْـَٔاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿١٧﴾

Axirət isə dünyadan və onun içindəki nemətlərdən və ləzzətlərdən daha xeyirli, daha üstün və daha sürəklidir. Çünki axirtə nemətləri əsla tükənməzdir

إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿١٨﴾

Sizə bildirdiyimiz bu əmrlər və xəbərlər, səndən əvvəl nazil edilmiş səhifələrdə zikr edilmişdir. صحف إ برهيموموس

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ﴿١٩﴾

Bu, İbrahimə və Musaya (aleyhiməssəlam) nazil edilmiş səhifələrdir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-A'laa — الأعلى

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil