Ana səhifəTəfsirAl-Ghaashiya (88)

Təfsir Al-Ghaashiya (88) — الغاشية

Məkkə · 26 ayə

Oxu · DinləPDF faylı

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ ﴿١﴾

Ey Peyğəmbər! Öz dəhşətləri ilə insanları bürüyən qiyamətin xəbəri sənə gəlib çatdımı?! وجوه يومئذ خشعة

وُجُوهٌۭ يَوْمَئِذٍ خَـٰشِعَةٌ ﴿٢﴾

Qiyamət günü insanların bir qismi bədbəxt, digərləri isə xoşbəx olacaq. Bədbəxt insanların üzü zəlil görkəm alıb yerə dikiləcək. عاملة ن اصبة

عَامِلَةٌۭ نَّاصِبَةٌۭ ﴿٣﴾

Kafirlərin boyunlarına vurulmuş zəncirlər və halqalar onları yorub əldən salacaq. تصل نارا حامية

تَصْلَىٰ نَارًا حَامِيَةًۭ ﴿٤﴾

Zəlil görkəm almış üz sahibləri yandırıb-yaxan oda girəcək və onun hərarətindən əzab çəkəcək. تسق من عينءانية

تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ ﴿٥﴾

Onlara çox qaynar suyu olan çeşmədən içirdiləcək. ليس لهم طعام إلا من ضريع

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ ﴿٦﴾

Onların ən pis,ən murdar və quruyanda isə zəhərli olan şibriq deyilən bitkidən başqa yeməyə bir təamı olmayacaqdır. لا يسمن ولا يغنى من جوع

لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ ﴿٧﴾

Bu yemək onları nə kökəldər,nə də aclıqdan qurtarar. وجوه يومئذ ن اعمة

وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ ﴿٨﴾

O gün xoşbəxt insanlar (çoxlu) nemətlər əldə etdiklərinə görə üzlərini nəşə,fərəh və sevinc bürüyəcək. لسعيها راض ية

لِّسَعْيِهَا رَاضِيَةٌۭ ﴿٩﴾

Dünyada etdiyi saleh əməllərdən razı qalacaq. Çünki o əməllərin savabının qat-qat artmış olduğu halda onun üçün saxlanıldığını görəcəkdir. بلغ Qur’an · Təfsir فى جنة عالية

فِى جَنَّةٍ عَالِيَةٍۢ ﴿١٠﴾

Məqam və dəyər baxımından yüksək olan Cənnətdə olacaqlar. لا تسمع فيها لغية

لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةًۭ ﴿١١﴾

Onlar Cənnətdə nəinki haram söz, heç batil söz və lağlağı belə eşitməyəcəklər. فيها عين جارية

فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ ﴿١٢﴾

Bu Cənnətdə onların istədikləri yerə axıdacaqları və istədikləri kimi istifadə edəcəkləri çeşmələr vardır. فيها سرر مرفوعة

فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ ﴿١٣﴾

Orada hündür taxtlar vardır, وأكواب م وضوعة

وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ ﴿١٤﴾

İçmək üçün hazırlanmış qədəhlər vardır. ونمارق مص فوفة

وَنَمَارِقُ مَصْفُوفَةٌۭ ﴿١٥﴾

Orada bir-birinin yanına qoyulmuş yastıqlar vardır, وزرابى مبثوثة

وَزَرَابِىُّ مَبْثُوثَةٌ ﴿١٦﴾

Orada hər yerə sərilmiş xalçalar və döşəklər vardır

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ﴿١٧﴾

Məgər onlar Allahın dəvəni necə yaratdığını və onu Adəm övladının ixtiyarına verdiyini görmürlərmi?!

وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ﴿١٨﴾

Həmçinin, Allahın göyü necə yüksəltdiyini, hətta onların üzərində, başlarına uçmayıb yerində möhkəm duran bir tavan etdiyini görmürlərmi?!

وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ﴿١٩﴾

Habelə, Allahın dağları necə ucaltdığını, yer üzü insanları silkələməsin deyə, onları yerə bərkitdiyini görmürlərmi?! بلغ Qur’an · Təfsir

وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ﴿٢٠﴾

Eləcə də,Allahın yeri necə döşədiyini,insanlan üstündə qərar tutsunlar deyə onu sabit etdiyini görmürlərmi?!

فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ ﴿٢١﴾

Ey Peyğəmbər! Onlara nəsihət ver, onları Allahın əzabı ilə qorxut! Sən ancaq öyüd-nəsihət verənsən. Səndən yalnız onlara xatırlatmaq tələb olunur.Onların iman gətirməyə müvəffəq edilməsi isə təkcə Allahın əlindədir. لست عليهم بمصيطر

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ﴿٢٢﴾

Sən onların üstün hökmran deyilsən ki,onları iman gətirməyə məcbur edəsən. إلا من تولى وكفر

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿٢٣﴾

Lakin kim imandan üz döndərib Allaha və Onun rəsuluna küfr edərsə,

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ ﴿٢٤﴾

Qiyamət günü Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil etməklə onu ən böyük əzaba düçar edər

إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ﴿٢٥﴾

Şübhəsiz ki, onların ödükdən sonra qayıdışları yalnız Bizədir. ثم إن علينا حسابهم

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ﴿٢٦﴾

Sonra onları əməllərinə görə sorğu-suala çəkmək də yalnız Bizə aiddir. Bunun nə sənə, nə də səndən başqasına heç bir aidiyyatı yoxdur. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Ghaashiya — الغاشية

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil