Ana səhifəTəfsirAt-Taariq (86)

Təfsir At-Taariq (86) — الطارق

Məkkə · 17 ayə

Oxu · DinləPDF faylı

وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿١﴾

Uca Allah səmaya və gecə gələn ulduza and içir

وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ ﴿٢﴾

Ey Peyğəmbər! Sən nə bilirsən bu böyük ulduzun xüsusiyyəti nədir?!

ٱلنَّجْمُ ٱلثَّاقِبُ ﴿٣﴾

Bu, öz parlaq işığı ilə (qaranlıqları) dəlib keçən ulduzdur. إن كل نفس لما عليها حافظ

إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ ﴿٤﴾

Elə bir kimsə yoxdur ki, Allah onun qiyamət günü haqq-hesaba çəkilməsi üçün, onun əməllərini qeydə alan gözətçi mələk təyin etməsin

فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ ﴿٥﴾

Qoy insan Allahın onu nədən xəlq etdiyinə bir baxsın ki, Allahın qüdrətli, insanın isə aciz olduğu ona aydın olsun

خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ ﴿٦﴾

Allah onu təkanla ifraz olub uşaqlığa tökülən sudan (mənidən) yaratmışdır

يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ ﴿٧﴾

Bu su kişinin onurğa sütunu və köks sümükləri arasından çıxır. بلغ Qur’an · Təfsir إنه عل رجعه لقادر

إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ ﴿٨﴾

İnsanı bu dəyərsiz sudan yaratmağa qadir olan pak və müqəddəs Allah, o öldükdən sonra, onu haqq-hesaba çəkmək və ona əməllərinin əvəzini vermək üçün onu yenidən diriltməyə də qadirdir

يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ ﴿٩﴾

Sirlərin sınaqdan keçiriləcəyi - qəlblərin gizlətdiyi niyyətlərin, əqidələrin və başqa etiqadların üstü açılacağı, əməlisaleh insanın fəsadçıdan ayırd ediləcəyi gün, فما له من قوة ولا ناصر

فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ ﴿١٠﴾

Həmin gün insanın, nə Allahın əzabının qarşısını almağa gücü olar, nə də ona kömək edə biləcək köməkçisi

وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ ﴿١١﴾

Allah yağış sahibi olan göyə and içir. Çünki yağış təkrar-təkrar ordan yerə nazil olur. ع

وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ ﴿١٢﴾

O, həmçinin, otlar, meyvə ağacları və digər ağaclarla yarılan yerə də and içir. إنه لقول فصل

إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ ﴿١٣﴾

Həqiqətən də, Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran haqqı batildən, doğrunu da yalandan ayırd edən bir kəlamdır

وَمَا هُوَ بِٱلْهَزْلِ ﴿١٤﴾

O, lağlağı və batil söz deyildir, əksinə o, ciddi və haqq sözdür. بلغ Qur’an · Təfsir إن هم يكيدون كيدا

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا ﴿١٥﴾

Kafirlər peyğəmbərlərinin onlara gətirdiyi dinə qarşı çoxlu hiylələr qururlar ki, onun dəvətinin qarşısını alsınlar və o dəvətə son qoysunlar. وأ كيد كيدا

وَأَكِيدُ كَيْدًۭا ﴿١٦﴾

Mən də din üstün gəlməsi və batilin puç olub üçün hiylə qururam

فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ﴿١٧﴾

Ey Peyğəmbər! Sən o kafirlərə bir az möhlət ver, onların əzaba düçar olmasına və həlak olmalarına tələsmə. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · At-Taariq — الطارق

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil