Ana səhifəTəfsirAl-Burooj (85)

Təfsir Al-Burooj (85) — البروج

Məkkə · 22 ayə

Oxu · DinləPDF faylı

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ﴿١﴾

Uca Allah günəşin, ayın və digər göy cisimlərinin mənzillərini əhatə edən göyə and içir

وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ ﴿٢﴾

Həmçinin, məxluqatı bir yerə toplayacağına vəd verdiyi qiyamət gününə and içir. وشاهد ومشهود

وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ ﴿٣﴾

Eləcə də, hər bir şahidlik edənə, məsələn, öz ümmətinə şahidlik edən peyğəbərə və şahid edilənə, məsələn peyğəmbərinə şahidlik edən ümmətə and içir

قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ ﴿٤﴾

Yerdə böyükxəndəklər qazan kimsələr lənətə düçar oldular

ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ ﴿٥﴾

Onlar oxəndəklərdə od qaladılar və möminləri diri-diri oodun için atdılar. إذ هم عليها قعود

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ ﴿٦﴾

Onlar alovlandırılmış oxəndəklərin kənarında oturub,

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ ﴿٧﴾

Onlar orada durub möminlərə verdikləri əzaba və işgəncəyə seyr edirdilər

وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿٨﴾

Kafirlərin möminlərə tutduqları irad, yalnız onların hər kəsə gücü yetən qüdrətli və hər cür tərifəlayiq Allaha iman gətirmələri idi. بلغ Qur’an · Təfsir

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿٩﴾

Göylərin və yerin hakimiyyəti yalnız Ona məxsusdur. O hər şeydən xəbərdardır və qullarının işlərindən heç bir şey Ona gizli qalmaz

إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ ﴿١٠﴾

O kəslər ki, mömin kişiləri və mömin qadınları Tək Allaha iman gətirməkdən döndərmək üçün onlara əzab vermiş, sonra öz günahlarına görə tövbə etməmişlər, qiyamət günü onları Cəhənnəm əzabı və yandırıb- yaxan atəşin əzabı gözləyir. Bu, onların möminləri odla yandırmalarının cəzasıdır

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ ﴿١١﴾

Şübhəsiz ki, Allaha iman gətirib yaxşı işlər görənlər üçün qəsrləri və ağacları altından çaylar axan Cənnət bağları hazırlanmışdır. Onlar üçün hazırlanmış bu mükafat, misli-bərabəri olmayan böyükuğurdur. إن بطش ربكلشديد

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ﴿١٢﴾

Ey Peyğəmbər! Sənin Rəbbinin - zalıma müvəqqəti möhlət versə də - (vaxtı çatanda əzabla) onu yaxalaması çox şiddətlidir. إ نه هو يبدئ ويعيد

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ﴿١٣﴾

Həqiqətən, O, məxluqatı ilkin yaradır və (istədyinə) əzab verir, sonra onları yenidən bərpa edir

وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ ﴿١٤﴾

Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır. O, həqiqətən də, mütəqqilərdən olan dostlarını sevir

ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ ﴿١٥﴾

O, əzəmətli ərşin sahibidir. بلغ Qur’an · Təfsir فعال لما يريد

فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿١٦﴾

Allah istədiyini edəndir - dilədiyinin günahlarını bağışlayar, dilədiyini də cəzalandırar. Uca Allahı heç kəs hər hansı bir işi görməyə vadar edə bilməz

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ ﴿١٧﴾

Ey Peyğəmbər! Haqqa qarşı vuruşmaq və insanları haqqdan azdırmaq məqsədilə toplanmış ordular haqqında xəbər sənə gəlib çatdımı?! فرعون وثمود

فِرْعَوْنَ وَثَمُودَ ﴿١٨﴾

Fironun və bir də Salehin (aleyhissəlam) qövmü - Səmud tayfasının qoşunları

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ ﴿١٩﴾

Kafirlərin iman gətirmələrinə mane olan səbəb, onlara haqqı yalan sayan ümmətlər və onların həlakolması barədə xəbərlərin gəlib çatmaması deyil, əksinə, onların öz nəfslərinin istəyinə uyaraq peyğəmbərlərinin onlara gətirdi risaləti yalan saymasıdır

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ﴿٢٠﴾

Allah onları əməllərini əhatə edib hesaba almışdır. Onların əməllərindən heç bir şey Allaha gizli qalmaz və O, bu əməllərə görə onları cəzalandıracaqdır. بل هوقرءان مجيد

بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ ﴿٢١﴾

Quran, o yalançıların söylədikləri kimi, nə bir şeir, nə də qafiyə salınmış bir nəsrdir. Əksinə, bu, şanlı Qurandır. فى لوح محفوظ

فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ ﴿٢٢﴾

O, dəyişdirilməkdən və təhrif olunmaqdan, habelə, əksilmədən və əlavə edilmədən qorunan lövhədədir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Burooj — البروج

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil