أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿١﴾
Biz sənin köksünü açdıq və sənə vəhyin nazil edilməsini sevdirdik. ووضعنا عنك وزرك
Ana səhifə›Təfsir›Ash-Sharh (94)
Məkkə · 8 ayə
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿١﴾
Biz sənin köksünü açdıq və sənə vəhyin nazil edilməsini sevdirdik. ووضعنا عنك وزرك
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ﴿٢﴾
Sənin keçmiş günahlarını bağışladıq və sənin cahiliyyət dövrünün ağır günlərində yaşadıqlarının təqsirlərindən keçdik
ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ ﴿٣﴾
O günah yükü səni o qədər yormuşdu ki, az qala sənin belini sındıracaqdı. ورفعنا لك ذكرك
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ﴿٤﴾
Sənin ad-sanını (şan-şöhrətini) ucaltdıq. Artıq sənin adın azan və iqamə verildikdə, habelə, başqa məqamlarda zikr edilir
فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا ﴿٥﴾
Həqiqətən də, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir
إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا ﴿٦﴾
Şübhəsiz ki, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir. Əgər bunu bilsən, artıq qövmünün sənə verdiyi əziyyətlər səni qorxutmayacaq və səni (insanları) Allahın yoluna dəvət etməkdən yayındırmayacaq. بلغ Qur’an · Təfsir
فَإِذَا فَرَغْتَ فَٱنصَبْ ﴿٧﴾
(Dünyəvi) işlərini bitirib onlara son verdikdə, Rəbbinə ibadət etmək üçün ayağa qalx!
وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب ﴿٨﴾
Sən öz istəyini və öz məqsədini yalnız Allaha yönəlt! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız