وَٱلتِّينِ وَٱلزَّيْتُونِ ﴿١﴾
Uca Allah əncirə və onun bitdiyi yerə, habelə, zeytuna və onun bitdiyi Fələstin torpağına, İsanın (aleyhissəlam) peyğəmbər göndərildiyi yerə and içir. وطور سينين
Ana səhifə›Təfsir›At-Tin (95)
Məkkə · 8 ayə
وَٱلتِّينِ وَٱلزَّيْتُونِ ﴿١﴾
Uca Allah əncirə və onun bitdiyi yerə, habelə, zeytuna və onun bitdiyi Fələstin torpağına, İsanın (aleyhissəlam) peyğəmbər göndərildiyi yerə and içir. وطور سينين
وَطُورِ سِينِينَ ﴿٢﴾
Uca Allah peyğəmbəri Musa (aleyhissəlam) ilə danışdığı Sina dağına and içir
وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ ﴿٣﴾
O, həmçinin, toxunulmaz şəhərə - Məkkəyə and içir. O şəhərə ki, ora daxil olan kəs əmin- amanlıqda olar. O şəhər ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) ora peyğəmbər göndərilmişdir
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍۢ ﴿٤﴾
Biz insanı ən gözəl biçimdə və ən gözəl surətdə yaratdıq. ثم رددنه أسفل سفلين
ثُمَّ رَدَدْنَـٰهُ أَسْفَلَ سَـٰفِلِينَ ﴿٥﴾
Sonra onu dünyada qocalığın düşkün çağına və ahıl yaşına yetişdirdik, beləliklə də, bədəninin ona heç bir faydası olmadı. Eləcə də, əgər fitrəti korlanar və cəhənnəmlik olarsa, o bədənin ona heç bir faydası olmaz
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ﴿٦﴾
Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır. Belə ki, onlar qocalığın düşkün çağına çatsalar da, onları tükənməz mükafat - Cənnət gözləyir. Çünki onlar öz fitrətlərini təmizləmişlər. بلغ Qur’an · Təfsir
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ ﴿٧﴾
Ey insan! Allahın qüdrətinin bir çox əlamətlərini gördükdən sonra haqq-hesab gününü yalan saymağa səni vadar edən nədir?
أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَـٰكِمِينَ ﴿٨﴾
Məgər qiyamət gününü haqq-hesab günü edən Allah hakimlərin ən üstünü və ən ədalətlisi deyilmi?! Məgər Uca Allah Öz qulları arasında hökm vermədən - yaxşı kimsənin yaxşılığının mükafatını vermədən, pis kimsıni da pisliyinə görə cəzalandırmadan - onları başlı-başına buraxması ağıla batandırmı?! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız