ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿١﴾
Ey Peyğəmbər! Bütün məxluqatı yaradan Rəbbinin adı ilə başlayaraq Allahın sənə vəhy etdiyini oxu!
Ana səhifə›Təfsir›Al-Alaq (96)
Məkkə · 19 ayə
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿١﴾
Ey Peyğəmbər! Bütün məxluqatı yaradan Rəbbinin adı ilə başlayaraq Allahın sənə vəhy etdiyini oxu!
خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ ﴿٢﴾
O, insanı əvvəli nütfə olmuş qan laxtasından yaratdı
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿٣﴾
Ey Peyğəmbər! Allahın sənə vəhy etdiyini oxu! Sənin Rəbbin ən səxavətlidir. Heç bir səxavətli ona bərabər ola bilməz. O, olduqca səxavətli və çox yaxşılıq edəndir
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿٤﴾
O, qələmlə xətt çəkməyi və yazmağı öyrətdi
عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ ﴿٥﴾
İnsana onun bilmədiklərini öyrətdi
كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ ﴿٦﴾
Bəli, Əbu Cəhl kimi günahkar insan, həqiqətən də, Allahın hüdudlarını pozaraq həddini aşan bir kimsədir –
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ ﴿٧﴾
Var-dövləti və ad-sanı sayəsində özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. بلغ Qur’an · Təfsir
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ ﴿٨﴾
Ey insan! Qiyamət günü sən Rəbbinin hüzuruna qaytarılacaqsan, o da hər kəsə layiq olan əvəzi (mükafat və ya cəza) verəcəkdir
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ ﴿٩﴾
Mane olmağa çalışan Əbu Cəhlni etdiyindən də daha pis iş tutan bir şey gördünmü –
عَبْدًا إِذَا صَلَّىٰٓ ﴿١٠﴾
Kəbənin yanında namaz qılan qulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm)
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ ﴿١١﴾
Söylə görək, əgər o qulumuz Rəbbinin göstərdiyi haqq yoldadırsa, onda necə?!
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ ﴿١٢﴾
Yaxud insanlara Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinərək Allahdan qorxmağı əmr edirsə, onda necə?! Məgər belə insanın namaz qılmağına maneçilik törətmək olarmı?!
أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿١٣﴾
De görək, əgər namaz qılmağı qadağan edən bu kimsə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətirdiyini yalan sayıb ondan üz döndəribsə, onda necə?! Məgər o, Allahdan qorxurmur?!
أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿١٤﴾
Qulumuzun namaz qılmağına mane olan bu kimsə bilmir ki, Allah onun nə etdiyini görür, onun etdiklərindən heç bir şey Allaha gizli qalmaz?! بلغ Qur’an · Təfsir
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ ﴿١٥﴾
Bu iş heç də bu cahil insanın təsəvvür etdiyi kimi deyil. Əgər o, qulumuza əziyyət verməyinə və onu yalançı saymağına son qoymasa, Biz onun kəkilindən tutub atəşə sürükləyəcəyik. ناصيةكذبة خاطئة
نَاصِيَةٍۢ كَـٰذِبَةٍ خَاطِئَةٍۢ ﴿١٦﴾
O kəkilin sahibi, sözündə yalançı, əməlində də xatakar olan birisidir. فليدع ناديه
فَلْيَدْعُ نَادِيَهُۥ ﴿١٧﴾
Qoy o, kəkilindən götürülüb atəşə sürüklənərkən öz dostlarını və məclisində olan kimsələri çağırıb onlardan kömək diləsin ki, onu əzabdan qurtarsınlar
سَنَدْعُ ٱلزَّبَانِيَةَ ﴿١٨﴾
Biz də, Allahın verdiyi əmrlərə heç vaxt asi olmayan və özlərinə buyurulanları yerinə yetirən amansız mələklərdən olan Cəhənnəm gözətçilərini çağıracağıq. Qoy baxıb görsün, bu iki tərəfdarların hansı bir daha güclü və daha qüdrətlidir
كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩ ﴿١٩﴾
Bu iş heç də o zalimin düşündüyü kimi deyil, o sənə heç bir pislik edə bilməz. Onun əmrinə və qadağasına itaət etmə. Sən Allaha səcdə et və Allahın buyuruqlarını yerinə yetirərək Ona yaxınlaş. Həqiqətən də, bunlar Allaha yaxınlaşdıran vasitələrdir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız