Ana səhifəTəfsirAd-Dhuhaa (93)

Təfsir Ad-Dhuhaa (93) — الضحى

Məkkə · 11 ayə

Oxu · DinləPDF faylı

وَٱلضُّحَىٰ ﴿١﴾

Uca Allah gündüzün əvvəlinə and içir

وَٱلَّيْلِ إِذَا سَجَىٰ ﴿٢﴾

O, həmçinin, zülmətə bürünən və içində insanların hərkətinin sakitləşən gecəyə and içir. ما ودعك ربك وما قل

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ﴿٣﴾

Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi

وَلَلْـَٔاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ ﴿٤﴾

Tükənməz nemətlərlə dolu olan axirət yurdu, əlbəttə, sənin üçün dünya həyatından daha xeyirlidir

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ ﴿٥﴾

Rəbbin sənə və sənin ümmətinə böyük nemət bəxş edəcək, sən də, Onun sənə və sənin ümmətinə bəxş etdiyindən razı qalacaqsan. ألم يجدك يتيما فٔاو

أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ ﴿٦﴾

Sən körpə ikən, atan da dünyadan köçmüş ikən Rəbbin səni tapıb sənə sığınacaq vermədimi?! Əvvəlcə baban Əbdülmüttəlib, sonra da əmin Əbu Talib səni öz himayəsinə götürmüşdür. بلغ Qur’an · Təfsir ل

وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ ﴿٧﴾

Sən kitabın və imanın nə olduğunu bilmədiyin bir halda O səni tapıb bunlardan sənə bilmədiklərini öyrətdi

وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ ﴿٨﴾

Və səni kasıb ikən tapıb zəngin etdi

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ ﴿٩﴾

Elə isə atasını itirmiş uşaqla pis davranma və ona xor baxma

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ ﴿١٠﴾

Səndən kömək diləyən ehtiyaclını yanından qovma. وأم ابنعمة ربك فحدث

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ﴿١١﴾

Allahın sənə bəxş etdiyi nemətlərə şükür et və onlardan söhbət aç. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Ad-Dhuhaa — الضحى

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil