Ana səhifəTəfsirAt-Takwir (81)

Təfsir At-Takwir (81) — التكوير

Məkkə · 29 ayə

Oxu · DinləPDF faylı

إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ﴿١﴾

Günəşin cəm olunacağıvə onun nurunun gedəcəyizaman,

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ ﴿٢﴾

Ulduzlar düşəcəyi və onların işığının yox olacağı zaman,

وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ ﴿٣﴾

Dağlar yerlərindən (çıxarılıb) hərəkətə gətiriləcəyi zaman,

وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ ﴿٤﴾

Sahibləri tərəfindən dəyər verilən boğaz dişi dəvələr başlı başına buraxılacağı zaman

وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ ﴿٥﴾

Vəhşi heyvanlar insanlarla bir yerə toplaşacaqları zaman,

وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ ﴿٦﴾

Dənizlər alovlanıb atəşə çevriləcəyi zaman,

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ ﴿٧﴾

Hər kəs öz tayına qovuşdurulacağı zaman. Belə ki, günühkar günahkarın, müttəqi də müttəqinin yanında olacağı zaman

وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ ﴿٨﴾

Allah, diri-diri torpağa gömülmüş qız uşaqları barəsində soruşacağı zaman: بأى ذنب قتلت

بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ ﴿٩﴾

"Səni öldürən kimsə hansı cinayətə görə səni öldürmüşdür?!"

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ ﴿١٠﴾

Hər kəs öz əməlləri yazılmış səhifəni oxusun deyə, qulların əməlləri yazılmış səhifələr açılacağı zaman, بلغ Qur’an · Təfsir

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ ﴿١١﴾

Qoyunun dərisi bədənindən çıxarıldığı kimi, göydə yerindən qopardılacağı zaman,

وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ ﴿١٢﴾

Cəhənnəm alovlandırılacağı zaman,

وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ ﴿١٣﴾

Cənnət müttəqilərə yaxınlaşdırılacağı zaman,

عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ ﴿١٤﴾

Bütün bunlar baş verəcəyi zaman hər kəs o gün üçün nə hazırladığını biləcəkdir

فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ ﴿١٥﴾

Uca Allah, gündüz gizlənib gecə çıxan ulduzlara and içir

ٱلْجَوَارِ ٱلْكُنَّسِ ﴿١٦﴾

Uca Allah həmçinin, ceyran öz sığınağına girdiyi kimi, gecəni öz orbitində üzüb səhər açıldıqda gözdən itən səyyarələrə də and içir

وَٱلَّيْلِ إِذَا عَسْعَسَ ﴿١٧﴾

Uca Allah axşamüstü qaralmaqda olan, səhərə yaxın da açılmaqda olan gecəyə and içir

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ ﴿١٨﴾

Uca Allah eləcə də, açılmaqda olan səhər and içir. إنه لقول رسول كريم

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿١٩﴾

Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş Quran, etibarlı mələk Cəbrailin (aleyhissəlam) ona çatdırdığı Allah kəlamıdır. Allah bu kəlamı Cəbrailə etibar etmişdir

ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ ﴿٢٠﴾

O qüvvət sahibidir.Ərşin Rəbbi pak və müqəddəs Allahın yanında böyük hörmət sahibidir. بلغ Qur’an · Təfsir مطاع ثم أمين

مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ ﴿٢١﴾

Göy əhli arasında itaət ediləndir, üstəlik, ona nazil olan vəhyə etibarlıdır. وما صاحبكم بمجنون

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ ﴿٢٢﴾

Daima yanınızda olan, üstəlik, ağıllı, etibarlı və düzdanışan birisi olduğunu bildiyiniz Muhəmməd (səllallahu aleyhi və səlləm) sizin iftira yaxdığınız kimi dəli deyildir

وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ ﴿٢٣﴾

Yoldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) Cəbraili aydın üfüqdə,onun xəlq edildiyi surətində gördü

وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ ﴿٢٤﴾

Sizin yaldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) nə özünə vəhy edilmiş qeyb xəbərlərini sizə bildirməyə xəsislik edər, nə də kahinlər kimi bunun müqabilində sizdən zəhmət haqqı alar. وما هوبقول شيطن رجيم

وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍۢ رَّجِيمٍۢ ﴿٢٥﴾

Bu Quran Allahın rəhmətindən qovulmuş şeytanın sözü deyildir. فأ ين تذهبون

فَأَيْنَ تَذْهَبُونَ ﴿٢٦﴾

Bu dəlillərdən sonra Quranın Allahdan olmasınıinkar etmək üçün hansıyolaxtarırsınız?! إن هو إل اذكر للعلمين

إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَـٰلَمِينَ ﴿٢٧﴾

Bu Quran cinlər və insanlar üçün yalnız bir xatırlatma və bir nəsihətdir

لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ﴿٢٨﴾

Sizlərdən haqq yola yönəlmək istəyən kimsələr üçün

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٢٩﴾

Bütün məxluqatı yaradan Allah istəməyincə, siz doğru yolda olmağı və ya başqa bir şeyi istəyə bilməzsiniz. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · At-Takwir — التكوير

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil