إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ ﴿١﴾
Mələklərin nazil olması üçün göy parçalanacağı zaman,
Ana səhifə›Təfsir›Al-Infitaar (82)
Məkkə · 19 ayə
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ ﴿١﴾
Mələklərin nazil olması üçün göy parçalanacağı zaman,
وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ ﴿٢﴾
Ulduzlar səpələnmiş halda düşəcəyi zaman,
وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ ﴿٣﴾
Dənizlər daşıb bir-birinə qarışacağı zaman,
وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ ﴿٤﴾
Qəbirlərdəki ölülərin dirilib çıxması üçün o qəbirlərin altı üstünə çevriləcəyi zaman, علمت نفس ما قد مت وأخ رت
عَلِمَتْ نَفْسٌۭ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ ﴿٥﴾
O gün hər kəs (dünyada) nə əməllər etdiyini, nələri də sonraya saxlayıb etmədiyini biləcəkdir
يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ ﴿٦﴾
Ey Rəbbinə küfr edən insan! Sənə möhlət verib günahlarına görə səni dərhal cəzalandırmamaqla sənə qarşı səxavət göstərən Rəbbinin əmrinə müxalif olamağa səni vadar edən nədir?!
ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ﴿٧﴾
O Rəbbin ki, səni heç nədən yaratmış və əzalarını yerli yerində edib sənə kamil surət vermişdir. بلغ Qur’an · Təfsir
فِىٓ أَىِّ صُورَةٍۢ مَّا شَآءَ رَكَّبَكَ ﴿٨﴾
Səni istədiyi surətdə xəlq etmişdir. O səni uzunqulaq, meymun, it və başqa bu kimi heyvan yaratmamaqla sənə nemət bəxş etmişdir
كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ ﴿٩﴾
Ey azmış kimsələr! bu iş heç də sizin düşündüyünüz kimi deyil. Əksinə, siz haqq-hesab gününü yalan sayır və o gün üçün hazırlıq görmürsünüz. وإن عليكم لحفظين
وَإِنَّ عَلَيْكُمْ لَحَـٰفِظِينَ ﴿١٠﴾
Şübhəsiz ki, sizin üzərinizdə əməllərinizə nəzarət edən mələklər vardır. كراما كتبين
كِرَامًۭا كَـٰتِبِينَ ﴿١١﴾
Allah yanında hörmətli olan, əməllərinizi yazan mələklər. يعلمون ما تفعلون
يَعْلَمُونَ مَا تَفْعَلُونَ ﴿١٢﴾
Onlar sizin nə əməl etdiyinizi bilir və onu qeydə alırlar
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍۢ ﴿١٣﴾
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri qiyamət günü tükənməz nemətlər içində olacaqlar
وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍۢ ﴿١٤﴾
Şübhəsiz ki, günahkarlar onları yandırıb-yaxan Cəhənnəm odunda olacaqlar. بلغ Qur’an · Təfsir
يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ ﴿١٥﴾
Onlar ora haqq-hesab günü daxil olacaq və onun hərarətindən əzab çəkəcəklər
وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ ﴿١٦﴾
Onlar heç vaxt ondan çıxa bilməyəcəklər, əksinə, orada əbədi olaraq qalacaqlar
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ ﴿١٧﴾
Ey Peyğəmbər! Sən nə bilirsənki, din günü nədir?!
ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ ﴿١٨﴾
Sonra sən nə bilirsən ki, din günü nədir?!
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌۭ لِّنَفْسٍۢ شَيْـًۭٔا ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍۢ لِّلَّهِ ﴿١٩﴾
O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm yalnız Allaha məxsus olacaq və O, istədiyini edəcək. Ondan başqa heç kəsin hökm verməyə ixtiyarı olmayacaqdır. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız