عَبَسَ وَتَوَلَّىٰٓ ﴿١﴾
Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını tökdü və üzünü çevirdi
Ana səhifə›Təfsir›Abasa (80)
Məkkə · 42 ayə
عَبَسَ وَتَوَلَّىٰٓ ﴿١﴾
Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını tökdü və üzünü çevirdi
أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ﴿٢﴾
Rəsulullah (səllallahu aleyhi və səlləm) hidayət olunmaları ümidi ilə müşriklərin böyüklərini dəvət etməklə məşğul olduğu bir əsnada bu zaman gözləri görməyən Abdullah bin Ummu Məktumun gələrək Rəsulullahdən (səllallahu aleyhi və səlləm) ona İslam barədə xəbər verməsini istədikdə Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını töküb üzünü çevirdi
وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ﴿٣﴾
Ey Peyğəmbər! Nə bilirsən, bəlkə bu kor adam günahlarından təmizlənəcəkdi!
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ﴿٤﴾
Və ya səndən eşitdiyinəsihətlərdən ibrət alıb faydalanacaq
أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ﴿٥﴾
Əlində olan mal-dövlətlə kifayətlənib sənin gətirdiyin imana ehtiyacı olmayan kimsəyə gəlincə, فأنت له تصد
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ﴿٦﴾
Sən ona diqqət verir və ona tərəf üz tutursan. وما عليك أل ايز كى
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ﴿٧﴾
Onun Allaha tövbə edib günahlarından təmizlənməməyinin sənə heç bir aidiyyəti yoxdur
وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ﴿٨﴾
Xeyir əldə etmək üçün səygöstərib sənin yanına gələn, وهو يخش
وَهُوَ يَخْشَىٰ ﴿٩﴾
Rəbbindən qorxan kimsəyə gəlincə, بلغ Qur’an · Təfsir فأنت عنه تله
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ﴿١٠﴾
Sən ona məhəl qoymayıb müşriklərin böyüklərindən biri ilə məşğul olursan
كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ﴿١١﴾
Bu heç də belə deyil. Bu sadəcə ibrət almaq istəyən kimsə üçün bir nəsihət və bir xatırlatmadır
فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿١٢﴾
Kim Allahıyad etmək istəsə,Onu yad edər və bu Quranda zikr edilənlərdən ibrət alar. فى صحف م كرمة
فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ﴿١٣﴾
Bu Quran mələklərin yanında olan şərəflisəhifələrdədir. م رفوعة م طه رة
مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ﴿١٤﴾
Uca məqamda yerləşən, özünə, nə bir çirk, nə də murdar bir şey toxunan pak səhifələr. بأ يدى سفرة
بِأَيْدِى سَفَرَةٍۢ ﴿١٥﴾
Bu səhifələr mələklərdən olan elçilərin əllərindədir. كرام بررة
كِرَامٍۭ بَرَرَةٍۢ ﴿١٦﴾
Özlərinin Rəbbi yanında hörmətli olan, çoxlu xeyirxah işlər görən və müti olan mələklərin
قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ ﴿١٧﴾
Lənətə gəlsin kafir adam! O, Allaha qarşı necə də nankordur. من أى شىء خلقه
مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ﴿١٨﴾
(Qoy bir düşünsün,) Allah onu nədən yaradıb ki, o, yer üzündə təkəbbür göstərir və Allaha küfr edir?! من نطفة خلقه فقدره
مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ﴿١٩﴾
Allah onu bir damla sudan yaratmış və bu yaradılışımərhələlərdən keçirərək müəyyən şəkilə salmışdır. بلغ Qur’an · Təfsir
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ﴿٢٠﴾
Bu yaradılış mərhələləri başa çatdıqdan sonra ona anasının bətnindən çıxmağı asanlaşdırmışdır. ثم أماته فأقبره
ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ﴿٢١﴾
Onun qədərinə yazdığı ömürü bu həyatda ona yaşatdıqdan sonra onun canını almış və onu diriləcəyi günə qədər qalacağı qəbirə yerləşdirmişdir
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ﴿٢٢﴾
Sonra da istədiyizaman onu haqq-hesaba çəkmək və əməllərinin əvəzinivermək üçün onu dirildəcəkdir
كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ﴿٢٣﴾
Bu iş heç də o kafirin düşündüyü kimi deyil. O kafir, Rəbbinin haqqını ödədiyini düşünür, halbuki o, Allahın ona vacib buyurduqlarını hələ yerinə yetirməmişdir
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ﴿٢٤﴾
Qoy Allaha küfr edən kimsə yediyi yeməyə baxsınب görsün, onu necə əldə edib?!
أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ﴿٢٥﴾
O yeməyin əsli göydən şırıl-şırıl və bol-bol yağanقyağışdan əmələ gəlmişdir
ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ﴿٢٦﴾
Sonra biz yeri yardıq ki, orada bitkilər yetişsin. ب فأنبتنا فيها ح ا
فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ﴿٢٧﴾
Orada buğda, qarğıdalı və başqa bu kimi dənli bitkilər yetişdirdik. وعنبا وقض با
وَعِنَبًۭا وَقَضْبًۭا ﴿٢٨﴾
Orada üzüm və yonca yetişdirdik ki,(bu yonca) onların heyvanları üçün yem olsun. وزيتونا ونخلا
وَزَيْتُونًۭا وَنَخْلًۭا ﴿٢٩﴾
Həmçinin, zeytun və xurma ağacları da bitirdik. بلغ Qur’an · Təfsir
وَحَدَآئِقَ غُلْبًۭا ﴿٣٠﴾
Orada ağaclarla dolu bağlar yetişdirdik. ب وفكهة وأ ا
وَفَـٰكِهَةًۭ وَأَبًّۭا ﴿٣١﴾
Həmçinin, meyvələr və heyvanlarınzın yediyi otları bitirdik. م تعا ل كم ولأنعمكم
مَّتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ﴿٣٢﴾
(Bu nemətlər) sizin və heyvanlarınızın istifadəsi üçündür
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴿٣٣﴾
Qulaqları batıran dəhşətli səs gələcəyi - ikinci kərə sura üfürüləcəyi zaman
يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ﴿٣٤﴾
Həmin gün adam öz qardaşından qaçacaq. وأمه وأ بيه
وَأُمِّهِۦ وَأَبِيهِ ﴿٣٥﴾
Həmçinin,anasından və atasından qaçacaq. وصحبته وبنيه
وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ ﴿٣٦﴾
Eləcə də həyat yoldaşından və övladlarından qaçacaq
لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ﴿٣٧﴾
O gün kədərin şiddətindən onlardan hər biri öz hayında olacaq. وجوه يومئذ م سفرة
وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ﴿٣٨﴾
Xoşbəxt insanların o gün üzlərinur saçacaq. ضاحكة م ستبشرة
ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ﴿٣٩﴾
Uca Allahın Öz rəhmətində onlar üçün hazırladığı nemətlərə sevinib fərəhlənəcək. بلغ Qur’an · Təfsir ووجوه يومئذ عليها غبرة
وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ﴿٤٠﴾
Bədbəxt insanların isə o gün üzlərinə toz-torpaq hopacaq. ترهقها قترة
تَرْهَقُهَا قَتَرَةٌ ﴿٤١﴾
Onları zülmət bürüyəcəkdir
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ ﴿٤٢﴾
Bu cür vəsf olunan kəslər küfrü və günahları özündə cəm edən kimsələrdir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız