Ana səhifəTəfsirAn-Naazi'aat (79)

Təfsir An-Naazi'aat (79) — النازعات

Məkkə · 46 ayə

Oxu · DinləPDF faylı

وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًۭا ﴿١﴾

Uca Allah kafirlərin canını zorla və amansızcasına alan mələklərə and içir

وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًۭا ﴿٢﴾

Uca Allah möminlərin canını rahatlıqla və asanlıqla alan mələklərə and içir

وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًۭا ﴿٣﴾

Uca Allah Öz əmri ilə göydən yerə enən mələklərə and içir

فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًۭا ﴿٤﴾

Uca Allah Öz buyuruqlarını yerinə yetirməkdə bir-birini ötən mələklərə and içir

فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا ﴿٥﴾

Uca Allah əzəldən yazdığı qəza və qədərə müvafiq olan əmrlərini yerinə yetirən mələklərə - məsələn, qulların əməllərini qeydə almaq üçün müvəkkəl edilmiş mələklərə and içir. Allah, məxluqatı hesaba çəkəcəyinə və əməllərinin əvəzini verəcəyinə dair bu mələklərə and içir

يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ﴿٦﴾

İlk sur üfürüləcəyi gün yer lərzəyə gələcək

تَتْبَعُهَا ٱلرَّادِفَةُ ﴿٧﴾

Bu üfürülmənin ardından ikinci kərə sura üfürüləcək. قلوب يومئذ واجفة

قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ ﴿٨﴾

Qiyamət günü kafirlərin və fasiqlərin qəlbiqorxu içində olacaq. أ بص رها خشعة

أَبْصَـٰرُهَا خَـٰشِعَةٌۭ ﴿٩﴾

Onların gözlərində zəlillik əlaməti görünəcək. بلغ Qur’an · Təfsir

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ﴿١٠﴾

Halbuki, onlar deyərdilər: "Yəni biz öldükdən sonra yenidən həyata qaytarılacağıq?! أءذا كنا عظما ن خرة

أَءِذَا كُنَّا عِظَـٰمًۭا نَّخِرَةًۭ ﴿١١﴾

Sümüklərimiz çürüyüb yox olduqdan sonra gerimi qaytarılacağıq?!" قالوا تلك إذا كرة خاسرة

قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ ﴿١٢﴾

Onlar dedilər: "Əgər biz qayıtsaq, bu, ziyanlı, həm də sahibini aldadan bir qayıdış olar". فإ ن ما هى زجرة وحدة

فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ ﴿١٣﴾

Yenidən dirilmə olduqca sadə bir işdir. Belə ki, bu, sura üfürməyə müvəkkəl edilmiş mələyin bircə dəfə sura üfürməsi ilə baş verəcəkdir

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ﴿١٤﴾

O vaxt yerin altındakı ölülərin hamısı dirilib dərhal yerin səthinə çıxacaqlar

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿١٥﴾

Ey Peyğəmbər! Musanın öz Rəbbi ilə, habelə, öz düşməni Fironla olan əhvalatı sənə gəlib çatdımı?!

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ﴿١٦﴾

O zaman Rəbbi onu pak Tuva vadisində səsləyib demişdi:

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿١٧﴾

Allah Musaya belə buyurdu: "Fironun yanına get! Həqiqətən də, o, zülm və təkəbbürlükdə həddi aşmışdır"

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ﴿١٨﴾

"Ona de: "Ey Firon! Küfrdən və günahlardan təmizlənmək istəyirsənmi?" وأهديك إلى ربك فتخش

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ﴿١٩﴾

Səni, səni yaradan və sənin qeydinə qalan Rəbbinə tərəf yönəldimmi ki, Ondan qorxub Onu razı salacaq əməllər edəsən və Onu qəzəbə gətirəcək işlərdən çəkinəsən? بلغ Qur’an · Təfsir

فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ ﴿٢٠﴾

Musa (aleyhissəlam) Rəbbi tərəfindən göndərilmiş elçi olduğuna dəlalət edən ən əzəmətli əlaməti Firona göstərdi: bu da, əlin ağappaq olması və əsanın ilana çevrilməsidir. فكذ ب وعص

فَكَذَّبَ وَعَصَىٰ ﴿٢١﴾

Firon isə sadəcə bu əlamətləri yalan saydı və Musanın (aleyhissəlam) ona əmr etdiyinə asi oldu. ثم أدبر يسعى

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ﴿٢٢﴾

Sonra asilik edərək və haqdan üz döndərərək,Musanın -Aleyhissəlam- təbliğ etdiyinə iman gətirməkdən üz çevirdi. فحشر فناد

فَحَشَرَ فَنَادَىٰ ﴿٢٣﴾

Öz qövmünü və tabeçiliyində olanları bir yerə toplayıb, Musaya - Aleyhissəlam- qalib gəlmək üçün onlara belə səsləndi:

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ ﴿٢٤﴾

"Sizin uca rəbbiniz mənəm. Odur ki, siz məndən başqasına itaət etməməlisiniz"

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ ﴿٢٥﴾

Elə buna görə də Allah onu bu dünyada dənizdə qərq etməklə, axirətdə də, ən şiddətli əzaba düçar etməklə cəzalandırdı

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّمَن يَخْشَىٰٓ ﴿٢٦﴾

Həqiqətən də, dünyada və axirətdə Firona verdiyimizi cəzada Allahdan qorxan kimsə üçün ibrət vardır. Məhz beləsi ibrətlərdən fayda götürər

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا ﴿٢٧﴾

Eyyenidən dirilməniyalan sayanlar!Allah üçün sizin yaradılışınız çətindir,yoxsa möhkəm qurduğu göyün? رفع سمكها فسوىها

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ﴿٢٨﴾

Allah onun səmtini yüksəyə doğru ucaltmış və onu heç biri çatı, heç bir yarığı və heç bir qüsuru olmadığı şəkildə, dümdüz yaratmışdır. وأغطش ليلها وأخرج ضحىها

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ﴿٢٩﴾

Günəş batdıqda göyü zülmətə bürüyər, günəş çıxdıqda isə onun nurlandırar. بلغ Qur’an · Təfsir

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ﴿٣٠﴾

Allah göyü yaratdıqdan sonra yeri döşədi və orada faydalı şeylər yaratdı

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ﴿٣١﴾

Orada axar bulaqlar yaratdı, habelə, heyvanların yemlənməsi üçün bitkilər yetişdirdi

وَٱلْجِبَالَ أَرْسَىٰهَا ﴿٣٢﴾

Dağları da yerə möhkəm yerləşdirdi. متعا ل كم ولأنعمكم

مَتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ﴿٣٣﴾

Ey insanlar! Bütün bunlar sizin və sizin heyvanlarınızın faydalanması üçündür. Bunların hamısını (heçdən) yaradan Allah, onları yenidən yaratmağa aciz deyildir

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ﴿٣٤﴾

Dəhşəti hər şeyi bürüyəcək ikinci sur üfürüləcəyi və qiyamət qopacağı zaman

يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ ﴿٣٥﴾

O gün insan dünyada etdiyi xeyir və ya şər əməlləri xatırlayacaq

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ ﴿٣٦﴾

Cəhənnəm də gətirilib onu görə bilən hər kəsə göstəriləcəkdir. فأما من طغى

فَأَمَّا مَن طَغَىٰ ﴿٣٧﴾

Azğınlıqda həddini aşmış kimsəyə gəlincə,

وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿٣٨﴾

Fani dünya həyatını əbədi axirət həyatından üstün tutmuşsa,

فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ ﴿٣٩﴾

Şübhəsiz ki, onun qərar tutacağı yer atəş olacaqdır. بلغ Qur’an · Təfsir

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ ﴿٤٠﴾

فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ ﴿٤١﴾

Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ﴿٤٢﴾

Ey Peyğəmbər! Öldükdən sonra yenidə dirilməni yalan hesab edənlər səndən: "Qiyamət nə zaman qopacaq?" – deyə soruşurlar

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ﴿٤٣﴾

Bu haqda sənin bildiyin bir şey yoxdur ki, onlara nə isə bildirəsən. Bunun sənə aid olan bir şey deyil. Sənə aid olan, yalnız o gün üçün hazırlıq görməyindir

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ﴿٤٤﴾

Qiyamətin qopacağı vaxtı dəqiqliyi ilə bilmək təkcə sənin Rəbbinə aiddir

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ﴿٤٥﴾

Sən sadəcə qiyamət qopacağından qorxan kimsəni xəbərdar edənsən. Çünki yalnız beləsi sənin xəbərdarlığından faydalana bilər

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ﴿٤٦﴾

Onlar qiyamətin qopacağını öz gözləri ilə gördükləri zaman, dünya həyatlarında sadəcə bir günün axşamını və ya onun səhərini yaşadıqlarını güman edəcəklər. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · An-Naazi'aat — النازعات

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil