عَمَّ يَتَسَآءَلُونَ ﴿١﴾
Allah o müşriklərə öz Rəsulunu (səllallahu aleyhi və səlləm) göndərdikdən sonra onlar bir-birindən nə haqqında soruşurlar?
Ana səhifə›Təfsir›An-Naba (78)
Məkkə · 40 ayə
عَمَّ يَتَسَآءَلُونَ ﴿١﴾
Allah o müşriklərə öz Rəsulunu (səllallahu aleyhi və səlləm) göndərdikdən sonra onlar bir-birindən nə haqqında soruşurlar?
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ ﴿٢﴾
Onların bəzisi digərlərindən böyük xəbər barədə soruşur. Bu,onlara göndərilən elçiyə nazil edilmiş, dirilmə barədə xəbərləri ehtiva edən bu Qurandır
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ ﴿٣﴾
O Quran ki, onlar onun sehr, yaxud şeir, yaxud kahinlik, yaxud da keçmişdəkilərin əfsanələri olduğunu iddia etməklə onun vəsfi xüsusunda ixtilafa düşmüşlər. كلا سيعلمون
كَلَّا سَيَعْلَمُونَ ﴿٤﴾
Bu iş heç də onların iddia etdikləri kimi deyildir. Quranı təkzib edən o müşriklər bu təkzibin pis aqibətini hökmən biləcəklər. ثم كلا سيعلمون
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ﴿٥﴾
Bir daha xeyr, onlar bu təkzibin pis aqibətini hökmən biləcəklər
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًۭا ﴿٦﴾
Onlar yer üzərində qərar tutsunlar deyə Biz onu yataq tək dümdüz etmədikmi?!
وَٱلْجِبَالَ أَوْتَادًۭا ﴿٧﴾
Yer tərpənməsin deyə Biz onun üzərində dirəklər tək dağlar yerləşdirdik. وخلقنكم أ زوجا
وَخَلَقْنَـٰكُمْ أَزْوَٰجًۭا ﴿٨﴾
Ey insanlar! Biz sizi kişi və qadın olaraq cüt-cüt yaratdıq. وجعلنا نومكم سباتا
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًۭا ﴿٩﴾
İşlərinizidayandırıb istirahət edəsiniz deyə sizin üçün yuxu yaratdıq. بلغ Qur’an · Təfsir
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًۭا ﴿١٠﴾
Övrətinizi libasla örtrdüyünüz kimi gecəni də öz zülməti ilə bürüyən bir örtük etdik
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًۭا ﴿١١﴾
Gündüzü də,sizin ruzi əldə etməyiniz və onu axtarmağınız üçün meydan etdik. وبنينا فوقكم سبعا شدادا
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًۭا شِدَادًۭا ﴿١٢﴾
Üstünüzdə dayanıqlı və möhkəm bina edilmiş yeddi göy yaratdıq. وجعلنا سراجا وهاجا
وَجَعَلْنَا سِرَاجًۭا وَهَّاجًۭا ﴿١٣﴾
Günəşi də çox yanar və çox parlaq bir çıraq etdik
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءًۭ ثَجَّاجًۭا ﴿١٤﴾
Biz yağmurla dolmuş buludlardan şırıl-şırıl yağan yağmurب endirdik. لنخرج به ح اونباتا
لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا ﴿١٥﴾
Yağmur yağdırdıq ki, onun sayəsində müxtəlif dənlər və növbənöv bitkilər çıxardaq. وجنت ألفافا
وَجَنَّـٰتٍ أَلْفَافًا ﴿١٦﴾
Eləcə də, bu yağmur sayəsində, ağaclarının budaqları bir-birinə sarmaşan bağlar yetişdirək
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًۭا ﴿١٧﴾
Həqiqətən, yaradılanlar arasında ayırd etmək günü əzəldən müəyyən edilmiş, dəyişilməz, bəlli bir vaxta təyin edilmişdir
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًۭا ﴿١٨﴾
Ey insanlar! Mələk sura ikinci kərə üfürəcəyi gün, siz məhşərə dəstə-dəstə gələcəksiniz
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا ﴿١٩﴾
O gün göy açılacaq və orada açıq qapılara bənzər yarıqlar əmələ gələcək. بلغ Qur’an · Təfsir
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا ﴿٢٠﴾
Dağlar hərəkətə gətirilib səpələnən toz dənəciklərinə çevriləcək və ilğıma dönəcəkdir. إ ن جهن م كانت مرصادا
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا ﴿٢١﴾
Həqiqətən, Cəhənnəm pusquda durub kafirləri gözləyir. للط غين مٔابا
لِّلطَّـٰغِينَ مَـَٔابًۭا ﴿٢٢﴾
Cəhənnəm zalımların qayıdacağıyerdir
لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا ﴿٢٣﴾
Onlar orada sonu olmayan zaman və əsrlər boyu qalacaqlar. لا يذوقون فيها بردا ولا شرابا
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًۭا وَلَا شَرَابًا ﴿٢٤﴾
Onlar orada nə atəşin istisini soyudan soyuq hava görəcək, nə də ləzzət verəcək bir içki dadacaqlar. إلا حميما وغس اقا
إِلَّا حَمِيمًۭا وَغَسَّاقًۭا ﴿٢٥﴾
Daddıqlarıyalnız qaynar su və Cəhənnəm əhlinin bədənindən axan irin olacaqdır
جَزَآءًۭ وِفَاقًا ﴿٢٦﴾
Dünyada ikən etdikləri küfrə və azğınlığa uyğun cəza olaraq. إن هم كانوالا يرجون حسابا
إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًۭا ﴿٢٧﴾
Doğrusu, onlar dünyada ikən Allahın axirətdə onları haqq-hesaba çəkəcəyindən qorxmurdular. Çünki onlar öldükdən sonra qiyamət günü yenidən diriləcəklərinə inanmırdılar. Əgər yenidən diriləcəklərinə inansaydılar, Allaha iman gətirər və yaxşı işlər görərdilər. وكذ بوا بٔايتنا كذابا
وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كِذَّابًۭا ﴿٢٨﴾
Onlar Rəsulumuza nazil etdiyimiz ayələrimizi də qətiyyətlə təkzib edirdilər. وكل شىء أح ص ينهكتبا
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًۭا ﴿٢٩﴾
Biz onların əməllərinin hamısını müəyyənləşdirib hesaba almışıq. Bunların hamısı onların əməl kitabında yazılmışdır. بلغ Qur’an · Təfsir فذوقوا فلن نزيدكم إلا عذابا
فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا ﴿٣٠﴾
Ey azğınlar! Elə isə dadın əzabı. Bu, həmişəlik əzabdır. Biz sizə əzabınız üzərinə əzabdan başqa bir şey artırmayacağıq. إن للمتقين مفازا
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ﴿٣١﴾
Rəbbinin əmrlərini yerinə yetirən və Onun qadağalarından çəkinən müttəqilər üçün içində istədiklərinə nail olacaq nicat yeri vardır. Bu da, Cənnətdir
حَدَآئِقَ وَأَعْنَـٰبًۭا ﴿٣٢﴾
Bağçalar və üzüm bağları, وكواعب أ ترابا
وَكَوَاعِبَ أَتْرَابًۭا ﴿٣٣﴾
Sinələri yenicə qabarmış həmyaşıd gənc qızlar. وكأ سا دهاقا
وَكَأْسًۭا دِهَاقًۭا ﴿٣٤﴾
Şərabla dolmuş qədəhlər vardır. لا يسمعون فيها لغوا ولا كذبا
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا كِذَّٰبًۭا ﴿٣٥﴾
Onlar Cənnətdə nə batil söz, nə də yalan eşidəcək, nə də ki bir-birini yalançı hesab edəcəklər
جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا ﴿٣٦﴾
Bunların hamısı Allahın Öz tərəfindən onlara artıqlaması ilə bəxş etdiyi lütf və mükafatıdır
رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًۭا ﴿٣٧﴾
Göylərin, yerin və onların arasında olanların Rəbbi, həm dünyada, həm də axirətdə mərhəmətli olan Allahdır. Yerdə və göydə olanlardan heç biri Allahın izni olmadan Ondan bir şey istəməyə qadirف olmayacaqlar
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّۭا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًۭا ﴿٣٨﴾
Cəbrail və mələklər səf-səf duracaqları gün, Mərhəmətli Allahın kimsəyə şəfaətçilik etməsinə izin verdiyi kəslərdən və tovhid kimi haqq söz deyənlərdən başqa heç kəs danışmayacaqdır
ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ﴿٣٩﴾
Sizə vəsf edilən o gün, vaqe olacağına şübhə olmayan bir gündür. Kim o gün Allahın əzabından qurtulmaq istəyirsə, qoy istədiyinə nail olmaq üçün Rəbbini razı salacaq saleh əməllər etsin. بلغ Qur’an · Təfsir
إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًۭا قَرِيبًۭا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا ﴿٤٠﴾
Ey insanlar! Biz sizi baş verəcək yaxın əzab barədə xəbərdar etdik. O gün insan dünyada nə əməllər etdiyini görəcək, kafir isə həmin gün heyvanlara: "Torpaq ol!"- deyildiyini gördükdə, əzabdan xilas olmaq üçün təmənna edib deyəcək: "Kaş mən də, bu heyvanlar kimi torpaq olaydım" Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız