قُلْ يَـٰٓأَيُّهَا ٱلْكَـٰفِرُونَ ﴿١﴾
Ey Peyğəmbər! De: “Ey Allaha küfr edən kəslər!
Ana səhifə›Təfsir›Al-Kaafiroon (109)
Məkkə · 6 ayə
قُلْ يَـٰٓأَيُّهَا ٱلْكَـٰفِرُونَ ﴿١﴾
Ey Peyğəmbər! De: “Ey Allaha küfr edən kəslər!
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ ﴿٢﴾
İstər bu gün, istərsə də gələcəkdə, mən sizin ibadət etdiyiniz bütlərə ibadət etmərəm,
وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ ﴿٣﴾
Siz də mənim ibadət etdiyim tək Allaha ibadət edən deyilsiniz
وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ ﴿٤﴾
Mən sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm,
وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ ﴿٥﴾
Siz də mənim ibadət etdiyim tək Allaha ibadət edən deyilsiniz. لكم دينكم ولىدين
لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ ﴿٦﴾
Sizin özünüzdən uydurduğunuz dininiz sizə, Allahın mənə nazil etdiyi mənim dinim də mənədir!” Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız