Ana səhifəTəfsirAn-Nasr (110)

Təfsir An-Nasr (110) — النصر

Mədinə · 3 ayə

Oxu · DinləPDF faylı

إِذَا جَآءَ نَصْرُ ٱللَّهِ وَٱلْفَتْحُ ﴿١﴾

Ey Peyğəmbər! Allah sənin dininə kömək etdiyi, onu ucaltdığı və Məkkə fəth edildiyi zaman,

وَرَأَيْتَ ٱلنَّاسَ يَدْخُلُونَ فِى دِينِ ٱللَّهِ أَفْوَاجًۭا ﴿٢﴾

İnsanların dəstə-dəstə İslam dininə girdiklərini gördüyün zaman,

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَٱسْتَغْفِرْهُ ۚ إِنَّهُۥ كَانَ تَوَّابًۢا ﴿٣﴾

Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayar. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · An-Nasr — النصر

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil