وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ ﴿١﴾
İnsanların qeybətini edən və onlara tənə vuran kimsəni bəla və şiddətli əzab gözləyir
Ana səhifə›Təfsir›Al-Humaza (104)
Məkkə · 9 ayə
وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ ﴿١﴾
İnsanların qeybətini edən və onlara tənə vuran kimsəni bəla və şiddətli əzab gözləyir
ٱلَّذِى جَمَعَ مَالًۭا وَعَدَّدَهُۥ ﴿٢﴾
O şəxs ki, dərdi-səri ancaq mal-dövlət toplamaq və onu təkrar-təkrar saymaqdır. Onun bundan başqa qayğısı yoxdur. يحسب أن ماله أخلده
يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ ﴿٣﴾
O elə güman edir ki, yığdığı var-dövləti onu ölümdən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaq
كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ ﴿٤﴾
Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Elbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ ﴿٥﴾
Ey Peyğəmbər! Sən nə bilirsən, içərisinə atılanı hər şeyi parça-parça edən o od nədir?
نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ ﴿٦﴾
Bu, Allahın yandırılmış oddur
ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ ﴿٧﴾
O od ki, insanların bədənindən nüfuz edib qəlbinə çatır. بلغ Qur’an · Təfsir إن ها عليهم مؤصدة
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌۭ ﴿٨﴾
Həqiqətən, bu od, orada əzaba düçar olanların üzərində qapanacaqdır. فى عمد ممد دة
فِى عَمَدٍۢ مُّمَدَّدَةٍۭ ﴿٩﴾
Onlar uzun yüksək dirəklərə bağlanacaq və əsla oradan çıxa bilməyəcəklər. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız