Ana səhifəTəfsirAl-Fil (105)

Təfsir Al-Fil (105) — الفيل

Məkkə · 5 ayə

Oxu · DinləPDF faylı

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَـٰبِ ٱلْفِيلِ ﴿١﴾

Ey Peyğəmbər! Əbrəhə və onun havadarları - fil sahibləri Kəbəni dağıtmaq istəyərkən,Rəbbinin onlara nələr etdiyini bilmirsənmi?! ألم يجعل كيدهم فى تضليل

أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ ﴿٢﴾

Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular. وأرسل عليهم طيرا أبابيل

وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ﴿٣﴾

Allah onların üzərinə dəstə-dəstə quşlar göndərdi. ترميهم بحجارة من سجيل

تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ ﴿٤﴾

O quşlar onların üstünə bərkimiş gildən daşlar yağdırdı. فجعلهم كعصف م أكول

فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ ﴿٥﴾

Allah onları sanki heyvanların yediyi və tapdaladığı əkin yarpağına döndərdi. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Fil — الفيل

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil