Ana səhifəTəfsirAn-Najm (53)

Təfsir An-Najm (53) — النجم

Məkkə · 62 ayə

Oxu · DinləPDF faylı

وَٱلنَّجْمِ إِذَا هَوَىٰ ﴿١﴾

Uca Allah batmaqda olan ulduza and içir. ما ضل صاحبكم وما غو

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ ﴿٢﴾

Allahın rəsulu Muhəmməd (səllallahu aleyhi və səlləm) nə hidayət yolundan sapmış, nə də zəlalətə düşmüşdür, əksinə, o, doğru yoldadır

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ ﴿٣﴾

O, bu Qurandakıları təbliğ etdikdə öz istəyi ilə danışmır. إن هو إ ل اوحى يوحى

إِنْ هُوَ إِلَّا وَحْىٌۭ يُوحَىٰ ﴿٤﴾

Bu Quran,Allahın Cəbrailin (aleyhissəlam) vasitəsilə rəsuluna təlqin etdiyi bir vəhydir

عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ ﴿٥﴾

Bu Quranı ona çox qüvvətli olan mələk - Cəbrail (aleyhissəlam) öyrətdi

ذُو مِرَّةٍۢ فَٱسْتَوَىٰ ﴿٦﴾

Cəbrail (aleyhissəlam) gözəl görünüşlüdür. O, yüksə­lib öz surətində - Allahın yaratdığı xilqətdə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) gö­rün­dü

وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ ﴿٧﴾

Cəbrail səmada ən uca üfüqdə idi. ثم دنا فتدلى

ثُمَّ دَنَا فَتَدَلَّىٰ ﴿٨﴾

Sonra Cəbrail (aleyhissəlam) Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxınlaşdı və ona daha yaxın oldu. فكان قاب قوسين أو أدنى

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ ﴿٩﴾

Cəbrailin (aleyhissəlam) ona olan yaxınlığı iki yay uzunluğunda, hətta on­dan da yaxın idi. بلغ Qur’an · Təfsir

فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ ﴿١٠﴾

Cəbrail (aleyhissəlam) Allahın qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edə­cəyini vəhy etdi

مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ ﴿١١﴾

Peyğəmbərin (səllallahu aleyhivə səlləm) qəlbionun gözünün gör­dü­yünü ya­lan saymadı. أفتمرونه عل ما ير

أَفَتُمَـٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ﴿١٢﴾

Ey müşriklər! İndi siz, Allahın isra gecəsində ona göstərdikləri ba­rədə onunla mübahisəmi edir­si­niz?! ولقد رءاه نزلةأخر

وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ ﴿١٣﴾

Muhəmməd (səllallahu aleyhi və səlləm) gecə səfərində Cəbraili bir daha öz sürətin­də gördü

عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ ﴿١٤﴾

Son həddəki Sidr ağacı­nın yanın­da. Bu, yeddinci göydə yerləşən olduqca əzəmətli bir ağacdır

عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ ﴿١٥﴾

Məva cənnəti bu ağacın yanındadır

إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ ﴿١٦﴾

Həmin vaxt Allahın əmri ilə Sidr ağacını elə əzəmətli bir şey bürümüşdü ki, onun necəliyini yalnız Allaha bilir

مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ ﴿١٧﴾

Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gözü nə sağa, nə də sola meyl etdi, nə də ki, həddi aşdı

لَقَدْ رَأَىٰ مِنْ ءَايَـٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ ﴿١٨﴾

Muhəmməd (səllallahu alehi və səlləm) gecə səfərində göyə qalxarkən öz Rəbbinin qüdrətinə dəlalət edən ən bö­yük dəlillərindən bəzisini - Cənnəti, Cəhənnəmi və başqa məxluqatlar gördü

أَفَرَءَيْتُمُ ٱللَّـٰتَ وَٱلْعُزَّىٰ ﴿١٩﴾

Ey müşriklər! Siz Allahdan başqa tapındığınız bu bütləri - Lat və Uz­zanı gör­dünüzmü? بلغ Qur’an · Təfsir

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ ﴿٢٠﴾

Həmçinin, bütlərinizdən üçüncü olan Mənatı da. Bir mənə deyin görüm, onlar sizə fayda və ya zərər verməyə qaditrdilərmi?!

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ ﴿٢١﴾

Ey müşriklər, məgər sevdiyiniz oğlanlar sizin, sevmədiyiniz qız­lar isə Uca Allahındır?

تِلْكَ إِذًۭا قِسْمَةٌۭ ضِيزَىٰٓ ﴿٢٢﴾

Elə isə nəfsinizin istəyi ilə apardığınız bu bölgü ədalətsiz bir bölgüdür

إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ ﴿٢٣﴾

Bu bütlərin adları, (ilahi adların) mənasına uyğun gələn adlardır və bunların ilahi xislətlərə heç bir aidiyyatı yoxdur. Bu adları siz və sizin ataları­nı­z özünüzdən qoymusunuz. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. Müşriklər öz etiqadlarında yal­nız zənnə qapılır və şeytanın onların könlünə gözəl göstərdiyi, nəfs­lərinin istəklərinə uyur­lar. Halbuki Rəb­‐ bindən onlara Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dili ilə doğru yolu göstərən rəh­bər gəl­miş, lakin onlar ona tabe olmamışlar. أم للإنسن ما تمن

أَمْ لِلْإِنسَـٰنِ مَا تَمَنَّىٰ ﴿٢٤﴾

Yoxsa insan üçün Allah yanında təmənna etdiyi bütlərin şəfaətimi vardır?!

فَلِلَّهِ ٱلْـَٔاخِرَةُ وَٱلْأُولَىٰ ﴿٢٥﴾

Xeyr, insan təmənna etdiyi her bir şeyə nail ola bilməz. Axirət də, dünya da təkcə Alla­ha məxsudur. O, bunlardan istədiyini verər, istdədiyini də verməz

۞ وَكَم مِّن مَّلَكٍۢ فِى ٱلسَّمَـٰوَٰتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ ﴿٢٦﴾

Göylərdə neçə-neçə mə­lək var­ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Alla­hın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَـٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ ﴿٢٧﴾

Axirət yurdunda dirilməyə inanmayanlar, həqiqətən də, mələklərin Allahın qızları olduğuna etiqad edərək onlara qadın adlarıve­rir­lər.Allah onların söylədiklərindən çox uzaqdır! بلغ Qur’an · Təfsir

وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًۭٔا ﴿٢٨﴾

Halbuki mələklərin qadın adlarına dair onların istinad etdiyi bir elm yoxdur. Onlar bu işdə yalnız uydurma və fərziyyəyə istinad edirlər. Zənn isə öz təsdiqini tapanadək əsla həqiqət ola bilməz

فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿٢٩﴾

Ey Peyğəmbər! Sən də Bizi zikr etməkdən üz çevirərək ona məhəl qoymayıb dünya həyatından başqa bir şey istə­‐ məyənlərdən üz döndər! Beləsi axirətinə inanmadığına görə, o günü üçün heç bir əməl etməz

ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ ﴿٣٠﴾

O müşriklərin söylədikləri - mələklərə qadın adları vermələri onların qavradığı bilik səviyyəsidir. Çünki onlar cahildirlər, həqiqəti hələ dərk etməyiblər. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin haqq yo­l­dan azanı da, Onun yolu ilə gedəni də yaxşı ta­nıyır. Bunlardan heç bir şey Ona gizli qalmaz

وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى ﴿٣١﴾

Göylərdə və yerdə nə varsa - mülk, yaratmaq və idarə etmək təkcə Alla­ha məxsusdur. Bu, Allahın dünyada pislik edənlərə əməl­lərinə görə layiq olduqları əzabı verməsi, yaxşılıq edən­möminləri isə Cənnətlə müka­fatlandırması üçündür

ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌۭ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ﴿٣٢﴾

Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc asiliklərdən çəki­nir­lər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah si­zin atanız Adəmi torpaqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı ta­nı­yırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allah­ın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorx­duğunu yax­şı bilir

أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ ﴿٣٣﴾

İslam dininə yaxınlaşdıqdan sonra ondan üz çevirən kimsənin halının nə qədər pis olduğunu gördünmü?

وَأَعْطَىٰ قَلِيلًۭا وَأَكْدَىٰٓ ﴿٣٤﴾

Malından azacıq verib sonra heç verməyəni. Çünki xəsislik onun təbiətidir, lakin buna baxmayaraq o, özünü təmizə çıxartmağa çalışır

أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ ﴿٣٥﴾

Məgər o, qeybi bilir ki, bunu görsün və qeybdən danışsın?! بلغ Qur’an · Təfsir أم لم ينبأ بما فى صحف موس

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ ﴿٣٦﴾

Yoxsa o, Allaha iftira yaxır?! Allahın adından yalan danışan bu adama Allahın Musaya nazil etdiyi əvvəlki səhifələrdə olan­lar barədə xə­bər verilmədimi?!

وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ ﴿٣٧﴾

Məgər İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bildirilmədi?! O İbrahim ki, Rəbbinin ona buyurduğunu tam şəkildə yerinə yetirmişdir. ألا تزر وازرة وزر أخر

أَلَّا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ﴿٣٨﴾

Belə ki, heç bir insan başqasının gü­nahını daşımaz. وأن ليس للإنسن إلا ما سعى

وَأَن لَّيْسَ لِلْإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ ﴿٣٩﴾

İnsan yalnız etdiyi əməlin əvəzini (mükafatını,yaxud cəzasını) alar. وأن سعيهسوف ير

وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ ﴿٤٠﴾

Əlbəttə ki, o, can atdığı əməli qiyamət günü öz göü ilə görəcəkdir

ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ ﴿٤١﴾

Sonra da ona əməlinin əvə­zi tam, heç bir əskiksiz ve­riləcəkdir!

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ ﴿٤٢﴾

EyPeyğəmbər!Bəndələr öldükdən sonra onların dönüşü sənin Rəbbi­nədir. وأنه هوأض حك وأبكى

وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ ﴿٤٣﴾

İstədiyini sevindirib güldürən, istədiyini də kədərləndirib ağladan Allahdır. وأنه هو أمات وأحيا

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا ﴿٤٤﴾

Dünyadakı diriləri öldürən, ölüləri də dirildən Odur!

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ ﴿٤٥﴾

O, bi­ri erkək və biri də dişi ol­maq­la iki növ yaratdı. بلغ Qur’an · Təfsir من نطفة إذا تمن

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ﴿٤٦﴾

Qadının uşaqlığına qoyulan nütfədən

وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ ﴿٤٧﴾

Onlar öldükdən sonra onları yenidən diriltmək də Ona aiddir. وأنه هو أغن وأقن

وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ ﴿٤٨﴾

Qullarından dilədiyini var-dövlət sahibi edən, dilədiyinə də insanın kifayətlənə biləcəyi qədər az bir şey nəsib edən Odur

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ﴿٤٩﴾

Bəzi müşriklərin Allahla yanaşı ibadət etdikləri Şira ulduzunun da Rəbbi Odur

وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ ﴿٥٠﴾

O, əvvəlki Ad tayfasını məhv etdi. Onlar öz küfrlərində israr edən Hudun (aleyhissəlam) qövmü idi

وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ ﴿٥١﴾

Salehin (aleyhissəlam) qövmü Səmudu da məhvedib on­lardan heç bir kimsəni sağ burax­madı

وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ﴿٥٢﴾

Ad və Səmud qövmlərindən əvvəl Nuh qövmünü də məhvetdi.Çünki Nuh qövmü Ad və Səmud qövmlərindən daha zalım və daha azğın bir qövm idi. Nuh öz qövmünün arasında doqquz yüz əlli il qalıb onları Allahın vəhdaniyyətinə dəvət etdi, lakin onlar Nuhun dəvətini qəbul etmədilər

وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ ﴿٥٣﴾

O, Lut qövmünün yurdlarını göyə qaldırıb tərsinə çevirdi, sonra da oradan yerə çırpdı. فغش ىها ما غش

فَغَشَّىٰهَا مَا غَشَّىٰ ﴿٥٤﴾

O kəndlər göyə qaldırılıb yerə çırpıldıqdan sonra daşlar onların başına yağdırıldı və bu onları hər tərəfdən bürüdü

فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ﴿٥٥﴾

Eyinsan!Sən öz Rəbbinin qüdrətinə dəlalət edən ayələrdən hansına şəkk edib və ondan ibrət almırsan?! بلغ Qur’an · Təfsir

هَـٰذَا نَذِيرٌۭ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ ﴿٥٦﴾

Sizə göndərilmiş bu elçi də, əvvəlki elçilər kimi biri elçidir

أَزِفَتِ ٱلْـَٔازِفَةُ ﴿٥٧﴾

Yaxın olan o qiyamət yaxın­laşdı

لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ﴿٥٨﴾

Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz və heç kəs də onun nə zaman qopacağını bilə bilməz

أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ ﴿٥٩﴾

Yoxsa siz,özünüzə oxunan bu Quranın Allah tərəfindən olduğuna təəccübmü edirsiniz?! وتضحكون ولا تبكون

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ﴿٦٠﴾

Siz Qurana istehza edərək gülürsünüz, onda olan moizələri eşitdikdə də, heç ağla­mır­sınız! وأ نتم سمدون

وَأَنتُمْ سَـٰمِدُونَ ﴿٦١﴾

Siz onu lağa qoyur və ona məhəl qoymursunuz?!

فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩ ﴿٦٢﴾

Tək Allaha səcdə qılın və Ona ixlasla iba­dət edin! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · An-Najm — النجم

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil