Ana səhifəTəfsirAt-Tur (52)

Təfsir At-Tur (52) — الطور

Məkkə · 49 ayə

Oxu · DinləPDF faylı

وَٱلطُّورِ ﴿١﴾

Uca Allah, Musa (aleyhissəlam) ilə danışdığı yer olan, Tur dağına and içir. وكتب م سطور

وَكِتَـٰبٍۢ مَّسْطُورٍۢ ﴿٢﴾

O, həmçinin, içində yazılar olan Kitaba and içir. فى رق منشور

فِى رَقٍّۢ مَّنشُورٍۢ ﴿٣﴾

Nazil edilmiş kitablar tək sərilmiş və açıq vəziyyətdə olan vərəqlər

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ ﴿٤﴾

Allah, həmçinin, göydə yerləşən və içində mələklərin Ona ibadət etdiyi evə and içir

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ ﴿٥﴾

O,həmçinin,yerin tavanı sayılan yüksələn göyə and içir

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ ﴿٦﴾

O,həmçinin,suyu dolub daşan dənizə and içir. إن عذاب ربكلوقع

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌۭ ﴿٧﴾

Ey Peyğəmbər! Sənin Rəbbinin əzabı hökmən vaqe ola­caqdır və bu kafirlərdən əsla yan keçməyəcəkdir. ما له من دافع

مَّا لَهُۥ مِن دَافِعٍۢ ﴿٨﴾

Heç bir şey kafirləri o əzabdan xilas edə bilməz, eləcə də, onların əzaba düçar olmasının qarşısını ala bilməz

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًۭا ﴿٩﴾

O gün göyqiyamətin qopacağını bildirmək titrəyib lərzəyə gələcəkdir

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًۭا ﴿١٠﴾

Dağlar öz yerlərindən çıxıb hərəkətə gələcəkdir. بلغ Qur’an · Təfsir فويل يومئذ للمكذبين

فَوَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿١١﴾

Allahın kafirlərə vəd etdiyiəzabıyalan sayanlar,o gün həlak olsun və ziyana uğrasın!

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍۢ يَلْعَبُونَ ﴿١٢﴾

O kəslər ki, batil işlərlə əylənir, nə diriləcəklərini, nə də həşr olunacaqlarını düşünürlər. يوم يدع ون إلى نار جهنمدعا

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا ﴿١٣﴾

O gün onlar şiddətlə və amansızcasına sürüklənib Cəhənnəm odu­na atı­lacaqlar

هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿١٤﴾

Onlara məzəmmət edilərək deyiləcək:“Bu,si­zin yalan saydığınız və peyğəmbərlərinizin siziqorxutduğu Cəhən­nəm odu­dur!

أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ ﴿١٥﴾

Bəlkə bu gördüyünüz əzab da sehrdir?!Yoxsa siz onu görmürsünüz?!

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٦﴾

Dadın bu atəşin istisini və yanın orada! Onun atəşinin əzabını dözsəniz də, döz­məsəniz də, səbili olmağınız və ya səbirsizliyiniz sizin üçün ey­ni­dir.Bu gün sizə an­caq dünyada etdiyiniz küfrün və asiliklərin cəzası veriləcəkdir”

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَنَعِيمٍۢ ﴿١٧﴾

Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə və tükənməz böyük nemət içində olcaqlar

فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿١٨﴾

Rəbbinin onlara bəxş et­diyi ləzzətli yemək-içməklərə, habelə, hurilərə se­vinəcək və onların pak və müqəddəs Rəbbi on­ları Cə­‐ hən­nəm əza­bından xilas edəcək. Beləcə, onlar istədikləri nemətlərə nail olmaqla, habelə, çəkindikləri əzabdan qurtulmaqla uğur qazanacaqlar

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٩﴾

Onlara deyiləcək: "Nəfsinizi çəkdiyi nemətlərdən nuşcanlıqla yeyin-için! Yediyiniz və içdiyiniz şeylərdən zərər görəcəyinizdən və əziyyət çəkəcəyinizdən ötrü əndişlənməyin.Bu nemətlər sizin dünyada etdiyiniz yaxşı əməllərin mükafatıdır. بلغ Qur’an · Təfsir

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍۢ مَّصْفُوفَةٍۢ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍۢ ﴿٢٠﴾

Onlar bəzədilmiş və bir-birinin yanına cərgələrlə düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍۢ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌۭ ﴿٢١﴾

كسب رهين Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən övladlarını, əməlləri onların əməllərinə çatmasa belə, Cən­nətdə öz­lərinə qo­‐ vuşduracağıq ki, könülləri şad olsun. Onların əməllə­rinin savabından heç bir şey əskilt­məyə­cə­yik. Hər bir insan qazandığı pis əməlinin girovudur və başqa birisi onun günah yükündən heç bir şey daşımaz. وأمددنهم بفكهة ولحم مما يشتهون

وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍۢ وَلَحْمٍۢ مِّمَّا يَشْتَهُونَ ﴿٢٢﴾

Biz Cənnət əhlinə istədikləri çeşid-çeşid mey­vələr­dən və ətdən bol-bol verəcəyik. يتنزعون فيها كأسا لا لغو فيها ولا تأثيم

يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًۭا لَّا لَغْوٌۭ فِيهَا وَلَا تَأْثِيمٌۭ ﴿٢٣﴾

Onlar Cənnətdə bir-birinə şə­­rab dolu badə ötürəcəklər. Bu şərabı içdikdə, o, dünyadakı şərabın sərxoşluğu kimi on­ları nə batil sözlər danışmağa, nə də günaha təhrik edəcəkdir

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌۭ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌۭ مَّكْنُونٌۭ ﴿٢٤﴾

Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, dəriləri də, sədəfin içində qorunub saxlanılan mir­­vari kimi saf və ağappaq olan yeniyetmə oğ­lanlar dolanacaqlar

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿٢٥﴾

Cənnət əhli bir-birlərinə tərəf dönüb bir-birindən dünyadakı halları barədə soruşacaqlar

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ ﴿٢٦﴾

Onlar belə cavab verəcəklər:"Biz dünyada ailəmizin içində ikən Allahın əzabından qorxurduq

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ ﴿٢٧﴾

Allah bizi İslam dininə yönəltməklə bizə mərhəmət göstərdi və bizi çox qızmar atəşin əza­bın­dan qoru­du

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ ﴿٢٨﴾

Biz dünya həyatımızda Allaha ibadət edir və Ona dua edirdik ki, bizi Cəhənnəm əzabından qorusun. Hə­qiqətən, O, Öz qullarına verdiyi vədinə sadiq qalan, onlara yaxşılıq və rəhm edəndir. Onun bizə iman bəxş etməsi, bizi Cənnətə daxil etməsi və Cəhənnəmdən uzaqlaşdırması, Onun bizə etdiyi yaxşılığı və bizə göstərdiyi mərhəmətindəndir”. بلغ Qur’an · Təfsir

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍۢ وَلَا مَجْنُونٍ ﴿٢٩﴾

Ey Peyğəmbər! Sən Quranla xatırlat! Allahın sənə əta etdiyi iman və ağıl sayəsində nə cinlərdən bilgi alan ka­hin­sən, nə də dəli!

أَمْ يَقُولُونَ شَاعِرٌۭ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ ﴿٣٠﴾

Yoxsa haqqı yalan sayanlar: “Muhəmməd rəsul deyil, əksinə, o, bir şair­dir. Biz canımızı ondan qurtarmaq üçün, ölümün onu yaxalamasını gözlə­yirik” – deyirlər

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ ﴿٣١﴾

Ey Peyğəmbər! Onlara de: “Ölümümü gözləyin, mən də sizin məni yalançı saydığınıza görə düçar olacağınız əzabı gözləyirəm”

أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿٣٢﴾

Yoxsa onların ağılları onlara: "Peyğəmbər kahin və dəlidir" – deməyi əmr edir?! Beləliklə də, onlar heç bir şəxsdə cəm olmayan xislətin onda olduğunu deyirlər. Əksinə, onlar hüdudları aşmış bir qövmdür. Odur ki, onlar nə şəriətə, nə də ağıla etimad edərlər

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ ﴿٣٣﴾

Yoxsa onlar: “Muhəmməd bu Quranı özün­dən uy­durdu, bu ona vəhy edilməmişdir!” – deyirlər?! Xeyr, o, bunu özündən uydurmamışdır. Onlar iman gə­tirməyə təkəbbürlük edirlər deyə: "O bunu özündən uydurdu" – deyirlər

فَلْيَأْتُوا۟ بِحَدِيثٍۢ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ ﴿٣٤﴾

Əgər onların Peyğəmbərin Quranı uydurması barədə iddiaları doğrudursa, qoy onlar da Qurana bənzər uydurma bir kə­‐ lam gə­tir­sinlər

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ ﴿٣٥﴾

Bəlkə onlar özlərini yaradan Xaliqsiz ya­ranıblar?! Yaxud onlar özləri özlərini yaradıblar?! Məxluqun Xaliqsiz yaranması mümkün deyil. Həmçinin, heç bir məxluq nə isə xəlq edə bilməz. Elə isə nə üçün onlar özlərinin Xaliqinə ibadət etmirlər?!

أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ ﴿٣٦﴾

Yoxsa onlar göyləri və yeri yara­dıblar?! Xeyr, onlar, Allahın özlərinin Xaliqi olduğuna qətiyyən inanmır­lar. Əgər onlar buna inansaydılar,Allahın tək ilah olduğunu qəbuledər və Onun rəsuluna iman gətirərdilər. بلغ Qur’an · Təfsir

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ ﴿٣٧﴾

Yoxsa sənin Rəbbinin ruzi xə­zinələri onların əlindədir və onlar bunu istədiklərinə verirlər, habelə, peyğəmbərlik bəxş etmək onların ixtiyarındadır və onlar bunu istədiyinə verir, istədiyini də ondan məhrum edirlər?! Yaxud on­lar hökm sahibi­dirlər, istədikləri işləri görə bilirlər?!

أَمْ لَهُمْ سُلَّمٌۭ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٣٨﴾

Yoxsa onların elə bir nərdivanı var ki, onun vasitəsilə göyə qalxıb Allahın vəhyini - onların haqq üzərində olduqları barədə olan vəhyi din­ləyirlər­?! Elə isə qoy onların o vəhyi dinləyənləri, onların haqq üzərində olduğu iddialarını təsdiqləyən açıq- aydın bir dəlil gə­tirsin­lər!

أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ ﴿٣٩﴾

Yoxsa sizin xoşlamıdığınız qız uşaqları nöqsansız və uca Allahın, sevdiyiniz oğlan uşaqları isə sizindir?! أم تسٔلهم أجرا فهم من مغرم مثقلون

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ﴿٤٠﴾

Ey Peyğəmbər! Yoxsa sən, Rəbbinin risalətini təbliğ etdiyinə görə onlardan bir muzd istəyirsən?! Onlar da buna görə, daşıya bilmədikləri bir yük altına giriblər?!

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿٤١﴾

Yoxsa qeyb elmi onların əlindədir və onlar da qeybdəki xəbərləri öyrənib insanlar üçün istədiklərini yazır, qeybdən onlara istədiklərini xəbər verirlər?!

أَمْ يُرِيدُونَ كَيْدًۭا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ ﴿٤٢﴾

Yoxsa haqqı yalan sayanlar sənə və sənin dininə qarşı hiylə qurmaq istəyir­lər?! İnan Allaha, sən yox, əksinə, Allaha və Onun rəsuluna küfr edən kimsələr o hiylənin qurba­nı olacaqlar

أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ ﴿٤٣﴾

Yoxsa onların Allahdan başqa ibadətə layiq bir məbudu vardır?! Allah on­la­rın Ona qoşduqları şəriklərdən uzaqdır, pak və müqəddəsdir. Onların etdiklərinin heç biri olmayıb və heç cür təsəvvür oluna bilməz də

وَإِن يَرَوْا۟ كِسْفًۭا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًۭا يَقُولُوا۟ سَحَابٌۭ مَّرْكُومٌۭ ﴿٤٤﴾

Əgər onlar göy parçala­rının başlarına düş­düyünü görsələr: “Özlərinə əzab gəldiyinə inanmadan, bu, ­bir-birinin üstünə yığılmış adi bulud topasıdır!”– deyər, beləliklə də, nə nəsihət qəbul edər, nə də iman gətirərlər. بلغ Qur’an · Təfsir

فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ ﴿٤٥﴾

Ey Peyğəmbər! Sən, onları əzaba düçar olacaqları günə - qiyamət gününə qovuşana qədər, tərk et, qoy inadkarlıq və tərslik etməyə davam etsinlər. يوملا يغنى عنهم كيدهم شئا ولا هم ينصرون

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًۭٔا وَلَا هُمْ يُنصَرُونَ ﴿٤٦﴾

O gün hiylələri onlara nə az, nə də çox - heç bir fay­da verməyəcək və on­la­ra əzabdan qurtulmaq üçün kö­mək göstərilməyəcək­dir. وإن للذين ظلمواعذابا دون ذلك ولكن أكثرهم لا يعلمون

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًۭا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٤٧﴾

Həqiqətən, şirk və asiliklər etməklə özlərinə zülm edənləri axirət əzabından əvvəl, bir əzab - dünyada qətlə yetirilmək və kölə edilmək, üstəlik, bərzəx aləmində qəbir əzabına düçar olmaq gözləyir. Lakin on­ların əksəriyyəti bunu bilməz və elə buna görə də küfr üzərində davam edərlər

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ ﴿٤٨﴾

Ey Peyğəmbər! Sən, öz Rəbbinin əzəldən yazdığı qədərə və şəri hökmü­nə səbir et! Həqiqətən, sən Bi­zim gözümüz önündə və himayəmiz altındasan. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et!

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ ﴿٤٩﴾

Gecənin bir vaxtında Rəbbinə təriflər de və Onun üçün namaz qıl, bir də ul­duzlar batandan sonra, dan yeri söküldükdə fəcr namazını qıl! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · At-Tur — الطور

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil