وَٱلذَّٰرِيَـٰتِ ذَرْوًۭا ﴿١﴾
Allah, toz-torpağı ətrafa səpələyən küləklərə and içir
Ana səhifə›Təfsir›Adh-Dhaariyat (51)
Məkkə · 60 ayə
وَٱلذَّٰرِيَـٰتِ ذَرْوًۭا ﴿١﴾
Allah, toz-torpağı ətrafa səpələyən küləklərə and içir
فَٱلْحَـٰمِلَـٰتِ وِقْرًۭا ﴿٢﴾
Uca Allah, həmçinin, yağmur yükü daşıyanbuludlara and içir
فَٱلْجَـٰرِيَـٰتِ يُسْرًۭا ﴿٣﴾
Uca Allah, həmçinin, dənizdə rahatlıqla və asanlıqla üzüb gedən gəmilərə and içir
فَٱلْمُقَسِّمَـٰتِ أَمْرًا ﴿٤﴾
Uca Allah, həmçinin, Allahın Öz qullarına aid buyurduğu əmrləri paylaşdıran mələklərə and içir. إنما توعدون لصادق
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌۭ ﴿٥﴾
Sizə vəd olunan haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma həqiqətdir, bunda heç bir şəkk-şübhə yoxdur
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌۭ ﴿٦﴾
Qiyamət günü bəndələrin haqq-hesaba çəkilməsi mütləq baş verəcəkdir, buna heç bir şübhə yoxdur
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ ﴿٧﴾
Uca Allah özünəməxsus yolları olan gözəl görünüşlü səmaya! and içir. إنكم لفى قول م ختلف
إِنَّكُمْ لَفِى قَوْلٍۢ مُّخْتَلِفٍۢ ﴿٨﴾
Ey Məkkə əhli! Sizin sözləriniz bir-birinə müxalif və ziddiyyətlidir. Belə ki, siz bəzən Quranın sehr olduğunu, bəzən də onun şeir olduğunu deyirsiniz.Həmçinin,bəzən Muhəmmədin sehrbaz olduğunu,bəzən də onun şair olduğunu deyirsiniz. يؤفك عنهمن أفك
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ ﴿٩﴾
Qurana və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) iman gətirməkdən üz döndərən kimsə, Allahın əzəli elminə əsasən bundan döndərilər. Belə ki, bu əzəli elmə görə o, nə iman gətirər, nə də hidayətə müvəffəq olar. بلغ Qur’an · Təfsir
قُتِلَ ٱلْخَرَّٰصُونَ ﴿١٠﴾
Lənət olsun haqqıyalan sayan o kimsələrə ki,onlar Quran və Allahın Peyğəmbərləribarədə yalan danışmışlar
ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍۢ سَاهُونَ ﴿١١﴾
O kəslər ki, cəhalət içində olub axirət yurdundan qafildirlər və buna heç əhəmiyyət vermirlər
يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ ﴿١٢﴾
Onlar: "Haqq-hesab günü nə vaxt olacaq?"- deyə soruşurlar. Halbuki özləri həmin gün üçün bir iş görmürlər
يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ ﴿١٣﴾
Allah onların sualına belə cavab verir:"O gün onlara odda əzab veriləcəkdir"
ذُوقُوا۟ فِتْنَتَكُمْ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ﴿١٤﴾
Onlara deyiləcək: “Dadın əzabınızı! Sizə xəbərdarlıq edilərkən sizin istehza edərək tez-tələsik gəlməsini istədiyiniz əzab budur!”
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَعُيُونٍ ﴿١٥﴾
Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələr qiyamət günü bağlar və axar çeşmələr başında olacaqlar
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ ﴿١٦﴾
Rəbbinin onlara verdiyi gözəl mükafatı alacaqlar. Həqiqətən, onlar bu gözəl mükafatdan əvvəl dünyada yaxşı iş görən kimsələr olmuşdular
كَانُوا۟ قَلِيلًۭا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ ﴿١٧﴾
Onlar gecələr namaz qılıb az bir vaxt yatırdılar
وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ﴿١٨﴾
Onlar sübh çağı öz günahlarına görə Allahdan bağışlanmaقdiləyirdilər
وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿١٩﴾
Onların mal-dövlətində insanlardan dilənən və bir də dilənməyən, ruzidən məhrum olmuş kasıba könüllü veriləcək payı var idi. بلغ Qur’an · Təfsir
وَفِى ٱلْأَرْضِ ءَايَـٰتٌۭ لِّلْمُوقِنِينَ ﴿٢٠﴾
Allahın xaliq və surət verən olduğuna qəti inananlar üçün yer üzündə və Allahın ora yerləşdirdiyi dağlarda, dənizlərdə, çaylarda, ağaclarda, bitkilərdə və heyvanlarda Allahın qüdrətinə dəlalət edən dəlillər vardır
وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ ﴿٢١﴾
Ey insanlar! Sizin özünüzdə də, Allahın qüdrətinə dəlalət edən dəlillər vardır. Məgər görüb ibrət amırsınız?!
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ ﴿٢٢﴾
Sizin dünyavi və dini ruziniz, habelə, sizə vəd olunanقhər bir xeyir və şər göydədir
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّۭ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ ﴿٢٣﴾
Göyün və yerin Rəbbinə and olsun ki, dirilmə, sizin danışmağa qüdrətiniz olduğu kimi, içində heç bir şəkk olmayan həqiqətdir
هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ ﴿٢٤﴾
Ey Peyğəmbər! İbrahimin -Aleyhissəlam- ehtiram göstərdiyi mələklərdən ibarət hörmətli qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًۭا ۖ قَالَ سَلَـٰمٌۭ قَوْمٌۭ مُّنكَرُونَ ﴿٢٥﴾
Onlar İbrahimin yanına daxil olduqları zaman dedilər: “Sənə salam olsun!” İbrahim də onlara belə cavab verdi: “Sizə də salam olsun!" Sonra o öz-özünə: "Bunlar tanımadığımız adamlardır!” – dedi
فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍۢ سَمِينٍۢ ﴿٢٦﴾
O, təşviş içində ailəsinin yanına getdi və onları insan sanıb onlar üçün kök bir buzov gətirdi. فقربه إليهم قال ألا تأكلون
فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ ﴿٢٧﴾
O,buzovu onların qabağına qoyub mülayim səslə:“Sizin üçün hazırlanan bu yeməkdən yemirsinizmi?”–dedi
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍۢ ﴿٢٨﴾
İbrahim, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar İbrahimin əndişə etdiyini görüb onu arxayın edərək dedilər: “Qorxma! Biz Allahın göndərdiyi elçilərik” – dedilər və ona çox elmli bir oğlan övladı olacağı ilə müjdə ver‐ dilər.Müjdə verilən uşaq İshaq (aleyhissəlam) idi. بلغ Qur’an · Təfsir
فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍۢ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌۭ ﴿٢٩﴾
Zövcəsi bu müjdəni eşitdikdə sevincindən qışqırıb üz-gözünə vurdu və təəccüblə dedi: “Qoca qarı, əslində sonsuz olan birisi doğacaqmı?!”
قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿٣٠﴾
Mələklər ona dedilər: “Bizim sənə verdiyimiz müjdəni sənin Rəbbin demişdir və Onun dediyinin qarşısını heç kəs ala bilməz. Həqiqətən, O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir, üstəlik, yaratdıqlarını və nəyin onlara xeyirli olduğunu Biləndir!”
۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ﴿٣١﴾
İbrahim (aleyhissəlam) mələklərə dedi:"Sizin işiniz nədir?Nə üçün gəlmisiniz?"
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ﴿٣٢﴾
Mələklər ona belə cavab verdilər: "Allah bizi, murdar işlər görən günahkar qövmün üstünə göndərib ki, لنرسل عليهم حجارةمن طين
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةًۭ مِّن طِينٍۢ ﴿٣٣﴾
onların üstünə bərkimiş gildən daşlar yağdıraq – م سومة عند ربك للمسرفين
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ ﴿٣٤﴾
Ey İbrahim! Sənin Rəbbinin yanında nişan qoyulmuş o daşlar, Allahın qoyduğu hudüdları həmçinin, küfr və asilikdə həddi aşan kimsələrin üzərinə yağdırılacaq
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٣٥﴾
Biz Lut qövmünün yaşadığı kənddəki möminləri oradan çıxartdıq ki, günahkarların düçar olacaqları əzaba düçar olmasınlar
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍۢ مِّنَ ٱلْمُسْلِمِينَ ﴿٣٦﴾
Lakin biz onların bu kəndində bir evdən - Lutun (aleyhissəlam) ailəsindən başqa müsəlman yaşayan bir evtapmadıq
وَتَرَكْنَا فِيهَآ ءَايَةًۭ لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿٣٧﴾
Biz Lut qövmünün diyarında, onların əzaba düçar olduqlarını bildirən nişanələr qoyduq ki, onlara üz vermiş şiddətli əzabdan qorxankimsələr bundan ibrət alsınlar və canlarını əzabdan qurtarmaq üçün onların etdikləri kimi murdar əməllər etməsinlər. بلغ Qur’an · Təfsir
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍۢ مُّبِينٍۢ ﴿٣٨﴾
Musanı açıq-aydın dəlillərlə Fironun yanına göndərməyimizdə də, şiddətli əzabdan qorxan kimsələr üçün ibrət vardır. فتولى بركنه وقال سحرأو مجنون
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌۭ ﴿٣٩﴾
Firon öz gücünə və ordusuna arxayın olub haqdan üz çevirdi və Musa (aleyhissəlam) barədə: “O, insanların sehr edən sehrbazdır, ya da nə danışdığını anlamayan dəlidir!” – dedi
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌۭ ﴿٤٠﴾
Biz Fironu və onun bütün əsgərlərini yaxalayıb dənizə atdıq və onlar suda boğulub həlak oldular. Firon haqqı yalan saydığına və özünün ilah olduğunu iddia etdiyinə görə qınanmağa layiq oldu
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ ﴿٤١﴾
Hud qövmü Adın hekayətində də, şiddətli əzabdan qorxanlar üçün ibrət vardır. O zaman Biz onların üstünə özü ilə yağış daşımayan, ağacları dölləndirməyənə xeyir-bərəkətsiz bir külək göndərmişdik
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ ﴿٤٢﴾
O külək üstündən keçdiyi hər bir insanı, mal-dövləti və başqa şeyləri sovurub paramparça çürümüş hala döndərirdi. وفى ثمودإذ قيل لهم تمتعواحت حين
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍۢ ﴿٤٣﴾
Salehin (aleyhissəlam) qövmü Səmudun hekayətində də şiddətli əzabdan qorxanlar üçün ibrət vardır.O zaman onlara belə deyilmişdi: “Əcəliniz yetişənədək dünya həyatınızla dolanıb-keçinin!”
فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ ﴿٤٤﴾
Onlar Rəbbinin əmrinə itaət etməyə təkəbbür göstərdilər,özlərini dartaraq iman gətirib itaət etməkdən boyun qaçırdılar və elə bu səbəbdən də, onları gözləri baxa-baxa ildırım əzabı yaxaladı. Belə ki, bu əzab gəlməmişdən üç gün əvvəl onlara əzabın gələcəyi barədə vəd verilmişdi
فَمَا ٱسْتَطَـٰعُوا۟ مِن قِيَامٍۢ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ ﴿٤٥﴾
Onlar düçar olduqları əzabı dəf edə bilmədilər və özlərinin də, bu əzabın qarşısını almağa qüvvəsi yox idi
وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَـٰسِقِينَ ﴿٤٦﴾
Bunlardan əvvəl Nuh qövmünü suda batırmaqla məhv etdik. Çünki onlar Allahın itaətindən çıxmış fasiq bir qövm idi. Elə buna görə də onlar, Allahın əzabına düçar olmağa layiq görüldülər. بلغ Qur’an · Təfsir
وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْي۟دٍۢ وَإِنَّا لَمُوسِعُونَ ﴿٤٧﴾
Biz göyü yaratdıq və qüdrətimizlə onun binasını möhkəmləndirdik. Biz, həqiqətən də, onun ətrafını da genişləndiririk
وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ ﴿٤٨﴾
Yeri də, sakinləri üçün döşədik ki, onlar onun üzərində rahatlıq tapsınlar. Yeri onlar üçün döşədiyimizə görə nə gözəl döşəyənlərik Biz! ومن كل شىء خلقنا زوجين لعل كم تذكرون
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٤٩﴾
Biz hər şeydən iki sinif - məsələn, erkək və dişi, göy və yer, quru və dəniz yaratdıq ki, bəlkə, hər şeyi cüt yaradan Allahın vəhdaniyyətini və Onun qüdrətini düşünüb ibrət alasınız
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٥٠﴾
Elə isə, Allaha itaət edib Ona asi olmaqdan uzaq durmaqla, Onun əzabından çəkinib Onun verdiyi savaba doğru qaçın! Ey insanlar! Mən sizi Allahın əzabı ilə açıq-aşkar qorxudub xəbərdar edənəm!
وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٥١﴾
Allahla yanaşı başqa bir məbud qəbul edib ona ibadət etməyin. Mən sizi Allahla açıq-aşkar qorxudub xəbərdar edənəm!
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ ﴿٥٢﴾
Məkkə əhli haqqı yalan saydıqları kimi, əvvəlki ümmtlər də, haqqı yalan saymışdılar. Allahın onlara göndərdiyi elə bir elçi gəlmədi ki, onun barəsində: “O, sehrbazdır, ya da dəlidir!” – deməsinlər
أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿٥٣﴾
Yoxsa əvvəl yaşamış kafirlər Allah rəsulunu yalançı saymağı sonrakılara vəsiyyət etmişdilər?! Xeyr, əksinə, onları öz azğınlıqları eyni yolda olmağa vadar etmişdir
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍۢ ﴿٥٤﴾
EyPeyğəmbər!Sən bu yalan sayanlardan üz döndər!Sən buna görə qınanmayacaqsan.Sən artıq Allahın göndərdiyi risaləti onlara təbliğ etmisən
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ ﴿٥٥﴾
Sənin onlardan üz çevirməyin, onlara öyüd-nəsihət verməyinə və onlara xatırlatmağına mane olmaz. Sən onlara nəsihət et və xatırlat, çünki xatırlatmaq Allaha iman gətirənlərə fayda verir. بلغ Qur’an · Təfsir
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ﴿٥٦﴾
Mən cinləri və insanları mənə şərik qoşmaqdan ötrü yox, əksinə, təkcə Mənə ibadət etsinlər deyə yaratdım
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍۢ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ﴿٥٧﴾
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ ﴿٥٨﴾
Həqiqətən, Allah Öz qullarına ruzi verəndir. Hamı onun verdiyi ruziyə möhtacdır. O, qüvvət sahibidir, Mətindir. Heç bir şey Ona üstün gələ bilməz. Bütün cinlər və insanlar Uca Allahın güvvəsinə tabedilər. فإن للذين ظلمواذنوبا مثل ذنوب أصحبهم فلا يستعجلون
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًۭا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ﴿٥٩﴾
Ey Peyğəmbər! Heç şübhəsiz ki, səni yalançı saymaqla özlərinə zülm edənləri, özlərindən əvvəl yaşamış həmtaylarının qisməti kimi əzabdan bir qismət gözləyir. Bu qismətin müəyyən edilmiş bir vaxtı vardır, qoy onlar Məndən onun tez baş verməsini istəməsinlər!
فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ ﴿٦٠﴾
Özlərinin əzaba düçar olacaqlarına dair vəd olunmuş qiyamət gününüdən ötrü, Allaha küfr edən və peyğəmbərlərini yalançı sayan kimsələrə ölüm olsun və ziyana uğrasınlar! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız