Ana səhifəTəfsirQaaf (50)

Təfsir Qaaf (50) — ق

Məkkə · 45 ayə

Oxu · DinləPDF faylı

قٓ ۚ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ ﴿١﴾

بَلْ عَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ فَقَالَ ٱلْكَـٰفِرُونَ هَـٰذَا شَىْءٌ عَجِيبٌ ﴿٢﴾

bərəkət cəm edən Qurani Kərimə and içir ki,qiyamət günü siz mütləq dirilib haqq-hesaba çəkiləcək və əməllərinizin əvəzini alacaqsınız. Onların haqqı inkar etmələrinin səbəbi səni yalançı saymaları olmamışdı, çünki onlar sənin doğru danışdığını bilirdilər. Xeyr, onlar mələklərdən deyil, özləri kimi bir insanın onlara qorxudan bir peyğəmbər göndərildiyinə təəccüb etdilər və elə buna görə də dedilər: “Bəşər övladının bizə peyğəmbər göndərilməsi əcaib bir şeydir

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا ۖ ذَٰلِكَ رَجْعٌۢ بَعِيدٌۭ ﴿٣﴾

Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən diriləcəyik?! Bu dirilmə və cəsədimiz çürüyüb yox olduqdan sonra yenidən ona həyat verilməsimümkün deyil”

قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ ۖ وَعِندَنَا كِتَـٰبٌ حَفِيظٌۢ ﴿٤﴾

Onlar öldükdən sonra yerin onların cəsədlərini necə çürüdüb yox etdiyini bi­lirik. Heç bir şey Bizdən gizli qalmaz. Biz­də, Uca Allahın onların həyatında və ölümündən sonra nələr baş verəcəyinə dair əzəldən yazdığı qədəri qo­ruyan bir kitab var

بَلْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍۢ مَّرِيجٍ ﴿٥﴾

Lakin Peyğəmbər Quranı o müşriklərə gətirdikdə onlar Quranı yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər və Quran barəsində nə qərar verəcəklərini bilmirlər

أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَـٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٍۢ ﴿٦﴾

Dirilməni yalab sayan o kimsələr başları üs­tün­dəki gö­yə baxıb onu necə yaratdığımızı, necə qurduğumuzu, ulduzlarla necə bəzədiyimizi və onda naqislik gətirən yarıqlar olmadığını görmürlərmi?! Bu göyü yaradan Allah, insanlar öldükdən sonra onları diriltməyə aciz deyildir

وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ ﴿٧﴾

Biz yeri, sakinləri onun üzərində qərar tuta bilsin deyə döşədik, yer silkələnməsin deyə orada möhkəm dağlar yerləşdirdik və orada göz oxşayan bit­ki­lərin və ağacların hər nö­vündən yetişdirdik. بلغ Qur’an · Təfsir تبصرةوذكر لكل عبد منيب

تَبْصِرَةًۭ وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ ﴿٨﴾

Bütün bunları itaət edərək Rəbbinə üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət olsun deyə yaratdıq

وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ مُّبَـٰرَكًۭا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّـٰتٍۢ وَحَبَّ ٱلْحَصِيدِ ﴿٩﴾

Biz göydən çox faydalı və xeyirli su endirdik və o su ilə bağ-bostanlar, habelə, bi­çilən ta­xıl dənələri və s. bitirdik

وَٱلنَّخْلَ بَاسِقَـٰتٍۢ لَّهَا طَلْعٌۭ نَّضِيدٌۭ ﴿١٠﴾

Həmçinin, o su ilə meyvələri üst-üstə asılmış hündür uca xur­ma ağacları bitirdik

رِّزْقًۭا لِّلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ ٱلْخُرُوجُ ﴿١١﴾

Biz orada bitkilər yetişdirdik ki, insanlar ruzi olarq ondan yesinlər. Həmçinin, Biz bu yağışla bitki bitməyən bir məm­lə­kə­ti diriltdik. Eləcə də, ölüləri dirildib qə­birlərindən çıxardacağıq

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَأَصْحَـٰبُ ٱلرَّسِّ وَثَمُودُ ﴿١٢﴾

Ey Peyğəmbər! Səni yalançı sayan o kəslərdən əvvəl bir çox qövmlər - Nuh qövmü, quyu əhli və Səmud tayfası öz peyğəmbərlərini ya­lançı saydı. وعاد وفرعون وإخون لوط

وَعَادٌۭ وَفِرْعَوْنُ وَإِخْوَٰنُ لُوطٍۢ ﴿١٣﴾

Həmçinin, Ad qövmü, Firon xalqı, Lut tayfa­sı yalançı saydı,ل

وَأَصْحَـٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍۢ ۚ كُلٌّۭ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ ﴿١٤﴾

Şueybin qövmü Əykə əhlinin və Yəmən hökmdarıTubbə qövmünün yalançı saydı. Bütün bu qövmlər Allahın onlara göndərdiyi elçiləri yalançı saydılar. Odur ki, Allahın onlara vəd etdiyi əzab onları yaxaladı

أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ ۚ بَلْ هُمْ فِى لَبْسٍۢ مِّنْ خَلْقٍۢ جَدِيدٍۢ ﴿١٥﴾

Məgər Biz sizi ilk dəfə yaratdıqda aciz qalmışdıq ki, sizi diriltməkdə də aciz qalaq?! Xeyr! Onlar ilk yaradılışlarından sonrakı yeni yaradılış ba­rə­sində şəkk-şübhə içindədirlər

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ ﴿١٦﴾

İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdi­yi xəyalları və fikirləri bili­rik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah da­marından da yaxınıq. بلغ Qur’an · Təfsir

إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌۭ ﴿١٧﴾

Biri sağında, digəri solunda iki mələk otu­rub onun əməllərini qey­də alır. ما يلفظ من قول إلا لديه رقيب عتيد

مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌۭ ﴿١٨﴾

İnsanın dediyihər bir sözü yazmaq üçün onun yanında hazır durub gözləyən mələk vardır!

وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ ﴿١٩﴾

Ölümün şiddəti həqiqə­tən gələ­cək, bu qaçılmazdır. Ey qafil insan! Ölüm, sənin çəkindiyin və qorxub qaç­dı­ğın şeydir

وَنُفِخَ فِى ٱلصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ ٱلْوَعِيدِ ﴿٢٠﴾

Sur üfürməyə müvəkkəl edilmiş mələk ikinci dəfə sura üfürəcəkdir. Bu, kafirlərə və asi olanlara əzab vəd olun­muş qiyamət günüdür

وَجَآءَتْ كُلُّ نَفْسٍۢ مَّعَهَا سَآئِقٌۭ وَشَهِيدٌۭ ﴿٢١﴾

Hər kəs onu qova-qova məhşərə gətirən mələklə və bir də onun əməllərinə şa­hidlik edən mələklə bir­likdə gələcəkdir

لَّقَدْ كُنتَ فِى غَفْلَةٍۢ مِّنْ هَـٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌۭ ﴿٢٢﴾

Məhşərə gətirilən o insana belə deyiləcək: "Sən dünyada ikən şəhvətlərə və ləzzətlərə aldandığına görə, bu günün haqqında qəflət içində idin. Lakin Biz sənin qəflətini aradan qaldırdıq ki, əzabı və qəm-qüssəni görəsən. Bu gün sən artıq çox yaxşı gö­rürsən və barəsində qafil olduğunu dərk edirsən!” وقال قرينه هذا ما لدى عتيد

وَقَالَ قَرِينُهُۥ هَـٰذَا مَا لَدَىَّ عَتِيدٌ ﴿٢٣﴾

Yanındakı (əməllərini qeydə almaq üçün) müvəkkəl edilmiş mələk de­yəcək­: “Yanımda olan kimsənin əməli heç bir artırma və əskiltmə olmadan ha­zır­dır!” ألقيا فى جهنمكل كف ار عنيد

أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍۢ ﴿٢٤﴾

Allah (o günahkarı) gətirən və şahid olan iki mələyə belə buyuracaq: “Haqqı inkar edən hər bir inad­cılı atın Cə­hənnəmə. م ناع للخير معتد مريب

مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍۢ مُّرِيبٍ ﴿٢٥﴾

Həmçinin, Allahın vacib buyurduğu haqların verilməsinə mane olanı, Allahın qoyduğu hüdudları aşanı, xəbər verilən vədlərə və təhdidlərə şəkk edən kimsəni də, بلغ Qur’an · Təfsir

ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ ﴿٢٦﴾

Habelə, ibadətdə başqa bir məbudu Alla­ha şərik qoşan kimsəni də. Atın onu şiddətli əza­ba!”

۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَـٰكِن كَانَ فِى ضَلَـٰلٍۭ بَعِيدٍۢ ﴿٢٧﴾

Şeytanlardan olan yoldaşı ondan uzaq olduğunu bəyan edib deyəcək­:“EyRəbbimiz!Onu mən azdırmadım,əksinə,o özü haqdan uzaq bir zəlalət içində idi!”

قَالَ لَا تَخْتَصِمُوا۟ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ ﴿٢٨﴾

Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin, bunun heç bir faydası yoxdur. Mən sizi hələ siz dünyada ikən elçilərimin Mənə küfr edən və Mənə asi olan kimsələri qorxutduğu şiddətli təhdidlərlə xəbərdar etmişdim

مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۠ بِظَلَّـٰمٍۢ لِّلْعَبِيدِ ﴿٢٩﴾

Mənim Sözüm dəyiş­məz­dir və mən vədimə xilaf çıxan deyiləm. Mən qullarımın nə savablarını azaldaraq, nə də ki, günahlarını artıraraq əsla onlara zülm etmərəm, Əksinə, onlara etdikləri əməllərin əvəzini verərəm”

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍۢ ﴿٣٠﴾

O gün Biz Cəhənnəmə belə deyəcəyik: “Sənə atılan kafirlər və asilərlə dol­dun­mu?” O da Rəbbinə görə qəzəblənib daha çox tələb edərək Rəbbinə: “Ye­nə varmı?” – deyəcək­

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ ﴿٣١﴾

Cənnət, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələrə ya­xın­laş­dırı­lacaq və onun içində olan nemətləriçox yaxın məsafədən müşahidə edəcəklər. هذا ما توعدون لكل أواب حفيظ

هَـٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍۢ ﴿٣٢﴾

Onlara deyiləcək: "Budur Allahın sizə vəd etdiyi Cənnət! O, hər tövbə edib Rəbbinə üz tu­tan, Onun əmrinə riayət edən,

مَّنْ خَشِىَ ٱلرَّحْمَـٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍۢ مُّنِيبٍ ﴿٣٣﴾

Gizlində, Allahdan başqasının onu görmədiyi halda Mərhəmətli Allahdan qorxan və Allaha üz tutub daim Ona yönəlmiş salamat qəlblə Onun hüzuruna gələn kimsələr üçün­dür

ٱدْخُلُوهَا بِسَلَـٰمٍۢ ۖ ذَٰلِكَ يَوْمُ ٱلْخُلُودِ ﴿٣٤﴾

Onlar deyiləcək: "Xoşlamadığınız şeylərdən qurtulmuş halda salamatlıqla Cənnətə daxil olun! Bu, sonrası fani olmayan əbədiyyət günüdür. بلغ Qur’an · Təfsir

لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌۭ ﴿٣٥﴾

Orada onlar üçün istə­dik­ləri tükənməz nemətlər hazırlanmışdır. Üs­təlik, hüzuru­muz­da bundan da artığı heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının qəlbindən keçirmədiyi nemətlər vardır. Uca Allahı gör­mək də bu nemətlərdən biridir

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًۭا فَنَقَّبُوا۟ فِى ٱلْبِلَـٰدِ هَلْ مِن مَّحِيصٍ ﴿٣٦﴾

Biz haqqı yalan sayan bu Məkkə müşriklərindən əvvəl bir çox ümmətləri məhv etdik. Onlar Məkkə müşriklərindən daha qüvvətli idilər. Onlar di­yarbədiyar gəzib canlarını əzabdan qurtarmağa yol axtardılar, lakin tapa bilmədilər”

إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌۭ ﴿٣٧﴾

Həqiqətən, bu deyilənlərdə - əvvəlki ümmətlərin məhv olmasında, dərk edən qəlbi olan və ya sakit durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır

وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ وَمَا مَسَّنَا مِن لُّغُوبٍۢ ﴿٣٨﴾

Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları bir anda yaratmağa qadir olduğumuz halda, altı gün­də ya­rat­dıq və yəhudilərin iddia etdiyi kimi, Bizə heç bir yorğunluq üz vermədi

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ ٱلْغُرُوبِ ﴿٣٩﴾

Ey Peyğəmbər! Sən yəhudilərin və başqalarının dediklərinə səbir et! Rəbbinə həmd edərək gün doğmamışdan əv­vəl fəcr namazını, gün batma­mış­dan əvvəl də əsr namazını qıl!

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَـٰرَ ٱلسُّجُودِ ﴿٤٠﴾

Gecənin bir vaxtında Allah üçün namaz qıl və namazlardan sonra Onun şəninə təriflər de!

وَٱسْتَمِعْ يَوْمَ يُنَادِ ٱلْمُنَادِ مِن مَّكَانٍۢ قَرِيبٍۢ ﴿٤١﴾

Ey Peyğəmbər! O gün sura üfürməyə müvəkkəl edilmiş mələyin yaxın bir yerdən ikinci kərə sura üfürəcəyini dinlə

يَوْمَ يَسْمَعُونَ ٱلصَّيْحَةَ بِٱلْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ ٱلْخُرُوجِ ﴿٤٢﴾

O gün məxluqat, heç bir şübhə olmayan dirilmə çağırışını gerçəkdən eşidəcək. Onların bu çağırışı eşidəcəkləri o gün, ölülərin haqq-hesaba çəkilmək və əməllərinin əvəzinialmaq üçün öz qəbirlərdən çıx­ma günü­dür

إِنَّا نَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَإِلَيْنَا ٱلْمَصِيرُ ﴿٤٣﴾

Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Bizdən başqa nə dirildən, nə də öldürən var. Qiyamət günü qulların haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini alması üçün dönüşü yalnız Bizədir. بلغ Qur’an · Təfsir

يَوْمَ تَشَقَّقُ ٱلْأَرْضُ عَنْهُمْ سِرَاعًۭا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌۭ ﴿٤٤﴾

O gün yer onlardan ötrü ya­rı­la­caq və onlar (qəbirlərindən) sürətlə çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِجَبَّارٍۢ ۖ فَذَكِّرْ بِٱلْقُرْءَانِ مَن يَخَافُ وَعِيدِ ﴿٤٥﴾

Biz haqqı yalan sayan o kimsələrin nə dediklə­rini yaxşı bi­lirik. Ey Peyğəmbər! Sən onları iman gətirməyə məc­bur edən deyilsən. Sən sadəcə Allahın sənə təbliğ olunmasını əmr etdiyini təbliğ edənsən. Sən Mənim təhdidimdən qorxan kafirlərə və asi olanlara ­Quranla öyüd-nəsihət ver. Çünki məhz qorxan kimsə öyüd-nəsihət alar və ona xatırlatdıqda xatırlayar. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Qaaf — ق

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil