ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ﴿١﴾
Qiyamət saatı yaxınlaşdı və ay Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə yarıldı. Onun yarılması Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əyani möcüzələrindənر biri idi. وإن يروا ءاية يعرضوا ويقولوا س حر م ستم
وَإِن يَرَوْا۟ ءَايَةًۭ يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌۭ مُّسْتَمِرٌّۭ ﴿٢﴾
Müşriklər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığını isbat edən bir dəlil-sübut gördükdə, onu qəbul etməyib deyirlər: “Gördüyümüz bu رdəlil-sübutlar batil bir sehrdir”
وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍۢ مُّسْتَقِرٌّۭ ﴿٣﴾
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətərdiyi haqqı yalan saydılar və bunu təkzib etmək xüsusunda öz nəfslərinin istəklərinə uydular. Halbuki qiyamət günü hər bir əməlin əvəzi - istər xeyir olsun, istərsə şər - öz sahibinə yetişəcəkdir
وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ ﴿٤﴾
Onlar, küfrlərinə və zülmlərinə son qoysunlar deyə, etdikləri küfr və zülmə görə Allahın həlak etdiyi neçə-neçə ümmətlər barədə xəbərlər onlara gəlib çatmışdır
حِكْمَةٌۢ بَـٰلِغَةٌۭ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ ﴿٥﴾
Onlara gələn bu xəbərlər,özlərinin əlehinə hüccət olan tam bir hikmətdir.Lakin Allaha və axirət gününə iman gətirməyən bir qövmə təhdidlər heç bir fayda verməz
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍۢ نُّكُرٍ ﴿٦﴾
Ey Peyğəmbər! Əgər onlar doğru yola gəlməsə, sən, onları tərk et, onlardan üz çevir və sura üfürəcək mələyin onları qorxuya salacağı, heç bir canlının bənzərini görmədiyi bir işdən ötrü çağıracağı günü gözlə
خُشَّعًا أَبْصَـٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌۭ مُّنتَشِرٌۭ ﴿٧﴾
Onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxıb haqq-hesaba çəkiləcəkləri yerə gedəcəklər
مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَـٰفِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌۭ ﴿٨﴾
Onlar həmin yerə çağıran carçıya tərəf tələsəcək və kafirlər deyəcəklər: “Bu nə çətin bir gündür, çox şiddətli və dəhşətli bir gündür”. بلغ Qur’an · Təfsir
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌۭ وَٱزْدُجِرَ ﴿٩﴾
Ey Peyğəmbər! Sənin dəvətini yalan sayanlardan əvvəl Nuh qövmü qulumuz Nuhu (aleyhissəlam) yalançı saymışdılar. Biz onu onlara elçi göndərdiyimiz zaman onlar: “O, dəlidir!” – demiş, sonra onu cürbəcür söyüşlərlə söymüş və dəvətinə son qoymayacağı təqdirdə (onu cəzalandıracaqları ilə) ona hədə-qorxu gəlmişdilər
فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌۭ فَٱنتَصِرْ ﴿١٠﴾
Nuh öz Rəbbinə yalvarıb demişdi: “Qövmüm məni üstələdi və mənim dəvətimi qəbul etmədi. Onlara bəla göndərməklə mənə yardım et!”
فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍۢ مُّنْهَمِرٍۢ ﴿١١﴾
Biz göyün qapılarını şırıl-şırıl yağan yağışla açdıq
وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًۭا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍۢ قَدْ قُدِرَ ﴿١٢﴾
Biz yeri yardıq və beləcə,oradan bulaqlar qaynayıb çıxdı.Göydən tökülən və yerdən qaynayan sular Allahın əzəldən qədərə yazdığı bir iş üçün bir-birinə qovuşdu. Nəhayət, Allahın xilas etdiyi kimsələrdən başqa hamı suda qərq oldu. وحملنهعل ذات ألوح ودسر
وَحَمَلْنَـٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍۢ وَدُسُرٍۢ ﴿١٣﴾
Biz Nuhu bir-birinə mismarlanmış lövhələrdən düzəlmiş gəmidə daşıdıq. Beləliklə də, onu və onunla birlikdə olanları suda boğulmaqdan xilas etdik
تَجْرِى بِأَعْيُنِنَا جَزَآءًۭ لِّمَن كَانَ كُفِرَ ﴿١٤﴾
Qövmü tərəfindən yalançı sayılmış və Allahdan təbliğ etdiyi risaləti inkar edilmiş Nuha zəfər bəxş etmək üçün, o gəmi təlamütlü sular içində, gözlərimiz önündə və mühafizəmiz altında üzüb gedirdi
وَلَقَد تَّرَكْنَـٰهَآ ءَايَةًۭ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿١٥﴾
Biz onlara verdiyimiz bu bəlanın aqibətini bir ibrət və dərs olsun deyə saxladıq. Amma heç bir ibrət alan varmı?! فكيف كان عذابى ونذر
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿١٦﴾
Görəydin Mənim haqqı yalan sayanlara verdiyim əzab və onları ölümlə qorxutmağım necə oldu?!
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿١٧﴾
Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?! بلغ Qur’an · Təfsir كذبت عاد فكيف كان عذابى ونذر
كَذَّبَتْ عَادٌۭ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿١٨﴾
Ad qövmü də peyğəmbərləri Hudu (aleyhissəlam) yalançı saydı. Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِى يَوْمِ نَحْسٍۢ مُّسْتَمِرٍّۢ ﴿١٩﴾
Biz,şərivə uğursuzluğu Cəhənnəmədək onlarla davam edən bir gündə onların üstünə çox soyuq külək göndərdik
تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍۢ مُّنقَعِرٍۢ ﴿٢٠﴾
O külək insanları yerdən ayırıb, kökündən çıxardılmış xurma kötükləri kimi başüstə ətrafa atırdı. فكيف كان عذابى ونذر
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿٢١﴾
Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٢٢﴾
Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ ﴿٢٣﴾
Səmud qövmü də özlərinin PeyğəmbəriSalehin (aleyhissəalm) təhdidləriniyalan saydı
فَقَالُوٓا۟ أَبَشَرًۭا مِّنَّا وَٰحِدًۭا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًۭا لَّفِى ضَلَـٰلٍۢ وَسُعُرٍ ﴿٢٤﴾
Onlar təkəbbür göstərərək dedilər: “Biz özümüzdən olan bir adama tabe olacağıq?! Əgər belə olduğu halda biz ona tabe olsaq, həqiqətən də, doğru yoldan azar, əyri yola düşər və ağılsız iş görmüş olarıq!
أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌۭ ﴿٢٥﴾
Məgər vəhy bizim aramızdan heç kəsə yox, xüsusi olaraq yalnız ona nazil oldu?! Xeyr, əksinə, o, yalançıdır, təkəbbürlüdür!”
سَيَعْلَمُونَ غَدًۭا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ ﴿٢٦﴾
Qiyamət günü onlar kimin - Salehin,yoxsa onların yalançıvə təkəbbürlü olduğunu mütləq biləcəklər. بلغ Qur’an · Təfsir
إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةًۭ لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ ﴿٢٧﴾
Biz onları sınağa çəkmək üçün qayadan bir dişi dəvə çıxardıb göndərəcəyik. Ey Saleh! Onların o dəvəyə nə edəcəklərini və özlərinin başına nələr gələcəyini gözlə və onların əziyyətlərinə səbir et!
وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍۢ مُّحْتَضَرٌۭ ﴿٢٨﴾
Onlara xəbər ver ki, onların quyusunun suyu, özləri ilə dəvə arasında bölüşdürülmüşdür, bir gün dəvə üçün, bir gün də onlar üçün. Onlardan hər biri öz payını götürmək üçün öz növbəsində gəlməlidir! فنادوا صاحبهم فتعاط فعقر
فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ ﴿٢٩﴾
Onlar dəvəni öldürmək üçün öz havadarlarını çağırdılar, o da öz qövmünün əmrini yerinə yetirərək qılınc götürüb dəvəni öldürdü. فكيف كان عذابى ونذر
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿٣٠﴾
Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةًۭ وَٰحِدَةًۭ فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ ﴿٣١﴾
Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərib onları məhv etdik və onlar mal-qara ağılında istifadə edilən qurumuş ağac kimi oldular
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٣٢﴾
Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ ﴿٣٣﴾
Lut qövmü də özlərinin PeyğəmbəriLutun (aleyhissəalm) təhdidləriniyalan saydı
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍۢ ۖ نَّجَّيْنَـٰهُم بِسَحَرٍۢ ﴿٣٤﴾
Biz onların üstünə daş yağdıran külək göndərdik. Yalnız Lutun (aleyhissəlam) ailəsinə əzab toxunmadı. Biz onları əzabdan xilas etdik. Belə ki, gecənin axırında o qövmə əzab yetişməmişdən əvvəl Lut (aleyhissəlam) və və onun ailəsi kənddən çıxarıldılar. بلغ Qur’an · Təfsir
نِّعْمَةًۭ مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِى مَن شَكَرَ ﴿٣٥﴾
Biz Öz tərəfimizdən onlara bir nemət olaraq onları bu əzabdan xilas etdik. Biz Allahın nemətlərinə şükür edənləri Lutu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırırıq
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ ﴿٣٦﴾
Lut onları Bizim əzabımızla qorxutdu, onlar isə bu təhdidlərə şəkk etdilər və onu yalançı saydılar
وَلَقَدْ رَٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ ﴿٣٧﴾
Onlar Lutdan öz qonaqlarıilə - mələklərlə tək buraxmağı tələb etdilər ki, özlərinin murdar istəyinə nail olsunlar. Biz də onların gözlərini kor etdik və onlara dedik:ر “Əzabımı və sizə etdiyim təhdidimin nəticəsini dadın!” ولقد صبحهم بكرةعذاب مستق
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌۭ مُّسْتَقِرٌّۭ ﴿٣٨﴾
Sübh çağıonlara axirət gününədək yaxalarından əlçəkməyəcək bir əzab gəldi. فذوقوا عذابى ونذر
فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ ﴿٣٩﴾
Onlara deyildi: "Sizə nazil olan əzabımı və Lutun sizə etdiyi təhdidlərinin aqibətini dadın!
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٤٠﴾
Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ ﴿٤١﴾
Firon nəslinə də, Musa və Harunun (aleyhimməssəlam) vasitəsilə xəbərdarlığımız gəlmişdi. كذبوا بٔايتنا كلها فأخذنهم أخذ عزيز م قتدر
كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كُلِّهَا فَأَخَذْنَـٰهُمْ أَخْذَ عَزِيزٍۢ مُّقْتَدِرٍ ﴿٤٢﴾
Onlar Bizim göndərdiyimiz dəlilləri və sübutları yalan saydılar. Biz də onları bu dəlilləri yalan saydıqlarına görə, heç kəsin üstün gələ bilmədiyi qüdrətli və heç kəsin qarşısında aciz qalmayan qadir Allahın cəzası ilə cəzalandırdıq
أَكُفَّارُكُمْ خَيْرٌۭ مِّنْ أُو۟لَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌۭ فِى ٱلزُّبُرِ ﴿٤٣﴾
Ey Məkkə əhli! Sizin kafirləriniz haqqı yalan saymış o kafirlərdən - Nuh qövmündən, Adlılardan, Səmudlulardan, Lut tayfasından, Firon və onun qövmündən yaxşıdırmı?! Yoxsa səmavi kitablarda sizin əzabdan xilas olacağınıza dair toxunulmazlıq vəd edilmişdir?! بلغ Qur’an · Təfsir أم يقولون نحن جميع منتصر
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌۭ مُّنتَصِرٌۭ ﴿٤٤﴾
Yoxsa Məkkə əhlindən olan o kafirlər: “Biz hamımız, bizə pislik etmək istəyən və bizim birliyimizi dağıtmağa çalışan kimsələrə qalib gələcək bir dəstəyik!” – deyirlər?!
سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ﴿٤٥﴾
Bu kafirlərin dəstəsi mütləq məğlub olacaq və möminlərin gözləri önündə arxaya dönüb qaçacaq. Bu, artıq Bədr döyüşündə baş vermişdir
بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ ﴿٤٦﴾
Xeyr, onların yalan saydığı qiyamət satı özlərinin əzaba düçar olmalarından ötrü müəyyən edilmiş vaxtdır. O saat isə onların Bədrdə üzləşdiyi dünya əzabından daha əzəmətli və daha acıdır
إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَـٰلٍۢ وَسُعُرٍۢ ﴿٤٧﴾
Həqiqətən də, küfr və asiliklər etməklə günaha batanlar haqdan uzaq bir azğınlıq, üstəlik, əzab və əziyyət içindədirlər
يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ ﴿٤٨﴾
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara məzəmmət edilərək belə deyiləcəkdir:“Dadın Cəhənnəm əzabını!” إنا كل شىء خلقنه بقدر
إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍۢ ﴿٤٩﴾
Həqiqətən də, Biz kainatda hər şeyi əzəldən yazdığımız qədərə uyğyn yaratdıq və bunlar Bizim elmimizə, istəyimizə və Lövhü- məhfuzda yazdığımıza müvafiq oldu
وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌۭ كَلَمْحٍۭ بِٱلْبَصَرِ ﴿٥٠﴾
Biz bir işin olmasını istədikdə, bircə dəfə ona: "Ol!"- deyə əmr edirik, istədiyimiz dərhal bir göz qırpımında yerinə yetir
وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٥١﴾
Biz əvvəlik ümmətlərdən küfr etməkdə sizə bənzəyənləri məhv etmişik. Amma heç bundan ibrət alıb öz küfründən uzaqlaşan varmı?!
وَكُلُّ شَىْءٍۢ فَعَلُوهُ فِى ٱلزُّبُرِ ﴿٥٢﴾
Bəndələrin etdiyi hər bir əməl mələklərin qeydə aldığı kitablarda yazılır və bu işdə heç bir şey onların nəzərindən qaçmır. بلغ Qur’an · Təfsir وكل صغير وكبير مستطر
وَكُلُّ صَغِيرٍۢ وَكَبِيرٍۢ مُّسْتَطَرٌ ﴿٥٣﴾
Hər bir kiçik və böyük əməl və söz əməllərin qeydə alındığı səhifələrdə, həm də lövhi-məhfuzda yazılmışdır və onlar bu əməllərin əvəzini alacaqlar
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَنَهَرٍۢ ﴿٥٤﴾
Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə nemətlər içində və axar çaylar kənarında olcaqlar. فى مقعد صدق عند مليك مقتدر
فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍۢ مُّقْتَدِرٍۭ ﴿٥٥﴾
Onlar hər şeyə gücü yetən və heç bir şeyin Onu aciz buraxmayan Hökmdarın hüzurundakı, içində yalan danışılmayan və günah işlərə yol verilməyən haqq məclisində olacaqlar. Onların o məclisdə tükənməz nemətlərdən nələrə nail olacaqları barədə heç soruşma. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim