طسٓمٓ ﴿١﴾
Ana səhifə›Təfsir›Ash-Shu'araa (26)
Məkkə · 227 ayə
طسٓمٓ ﴿١﴾
تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿٢﴾
Bunlar haqqıbatildən ayıran açıq-aydın Quranın ayələridir! لعلك بخع نفسك ألا يكونوامؤمنين
لَعَلَّكَ بَـٰخِعٌۭ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ ﴿٣﴾
Ey Peyğəmbər! (Məkkə müşrikləri) iman gətirmələrinə həris olduğun üçün, onlar iman gətirmədikləri təqdirdə qəm- qüssədən özünü həlakmıedəcəksən?!
إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةًۭ فَظَلَّتْ أَعْنَـٰقُهُمْ لَهَا خَـٰضِعِينَ ﴿٤﴾
Əgər biz onların üzərinə göydən bir möcüzə endirmək istəsəydik, onu endirərdik. Beləcə, boyunları bu möcüzə qarşısında zəlil bir halda əyilərək qalardı. Lakin Biz onları imtahan etmək üçün elə etmək istəmədik. Görək onlar qeybə iman edəcəklərmi?
وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّنَ ٱلرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ ﴿٥﴾
O müşriklərə Rəhman olan Allahdan Onun vəhdaniyyətinin və Peyğəmbərinin doğruluğunu təsdiqləyən dəlillərdən yeni bir öyüd-nəsihət gəldikdə,onlar bu öyüd-nəsihətə qulaq asıb,təsdiq etməkdən üz çevirərlər
فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَـٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٦﴾
Onlar Rəsulların özlərinə gətirdikləri dini yalanladılar. Məsxərəyə qoyduqlarıxəbərin həqiqəti yaxında onlara yetişəcək və əzab başlarının üstünü alacaqdır
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ﴿٧﴾
Yoxsa, o kafirlər inadkarlıq edərək hələ də küfr əməllərində qalıb, yer üzündə cürbəcür gözəl mənzərəli və müxtəlif növ faydalı bitkilər yetişdirdiyimizi görmürlərmi?!
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿٨﴾
Həqiqətən, yer üzündə növbənöv bitkilərin yetişdirilməsində, onların yetişdirənin ölüləri diriltməyə qadir olduğuna dair aşıq-aydın bir dəlil var.Lakin buna rəğmən onların əksəriyyəti iman gətirmədi. بلغ Qur’an · Təfsir
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٩﴾
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin yenilməz qüdrət sahibidir. Kimsə Onu məğlub edə bilməz. Eyni zaman da qullarına qarşı çox mərhəmətlidir
وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿١٠﴾
Ey Peyğəmbər! Rəbbin Musaya: "Allaha küfür edən və Musanın qövmünü İsrail övladlarını özlərinə kölə edən zalim qövmün yanına get" deyərək əmr etdiyini yadına sal
قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ ﴿١١﴾
Onlar Firon qövmüdür. Onlara mülayim bir şəkildə Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxmağı əmr et!
قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿١٢﴾
Musa - aleyhissəlam - dedi: "Sənin barədə onlara təbliğ edərkən məni yalançı hesab etmələrindən qorxuram! ويضيق صدرى ولا ينطلق لسانى فأرسل إلىهرون
وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَـٰرُونَ ﴿١٣﴾
Belə olduğu təqdirdə ürəyim sıxılar, dilim də söz tutmaz. Elə buna görə mənimlə bərabər olub, bu işdə mənə yardımçı olması üçün Cəbraili - aleyhissəlam - vəhy ilə qardaşım Haruna göndər. ولهم على ذنب فأخاف أن يقتلون
وَلَهُمْ عَلَىَّ ذَنۢبٌۭ فَأَخَافُ أَن يَقْتُلُونِ ﴿١٤﴾
Bir qibtini öldürdüyüm üçün onlara qarşı işlətdiyim bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram"
قَالَ كَلَّا ۖ فَٱذْهَبَا بِـَٔايَـٰتِنَآ ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ ﴿١٥﴾
Uca Allah Musaya belə dedi: "Xeyr, onlar səni əsla öldürə bilməzlər. Sən və qardaşın Harun, hər ikinizin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunuza dəlalət edən möcüzələrimizlə Firon və onun qövmünün yanına gedin! Şübhəsiz ki, Biz də Öz yardımımız və dəstəyimizlə sizlə birgəyik. Biz, sizin söylədiklərinizi və onların da sizə söylədiklərini eşi‐ dirik. Bundan heç bir şey Bizə gizli qalmaz
فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٦﴾
Hər ikiniz Fironun yanına gedib ona belə deyin:"Biz hər ikimiz bütün məxluqatın Rəbbi tərəfindən sənə göndərilən elçilərik!
أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿١٧﴾
İsrail oğullarını bizimlə birgə (Şama) göndər!" بلغ Qur’an · Təfsir قال ألم نربك فينا وليدا ولبثت فينا من عمركسنين
قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًۭا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ ﴿١٨﴾
Firon isə Musaya - aleyhissəlam - belə dedi: "Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi?! Sən ömrünün bəzi illərini bizim yanımızda keçirmədinmi?! Belə olduğu bir halda indi səni peyğəmbərlik iddiasına düşməyə vadar edən səbəb nədir?
وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَـٰفِرِينَ ﴿١٩﴾
Sən qövmündən bir adama yardım edib, qibtini vurub öldürməklə böyük bir günah işlətdin. Həqiqətən də, sən, mənim sənə etdiyim bütün bu yaxşılıqlara qarşınankorluq edənlərdənsən!"
قَالَ فَعَلْتُهَآ إِذًۭا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ﴿٢٠﴾
Musa - aleyhissəlam - günahını etiraf edərək Firona belə dedi: "Mən onu cahillik vaxtımda və mənə vəhy nazil edilməzdən (peyğəmbərlik bəxş edilməmişdən) öncə öldürmüşəm
فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًۭا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ ﴿٢١﴾
Mən o qibtini öldürdükdən sonra onu öldürdüyümə görə məni cəzalandıraraq öldürmənizdən qorxduğum üçün Mədyən şəhərinə qaçıbım. Amma sonradan Rəbbim mənə elm verdi və məni insanlara göndərdiyi elçilərdən etdi
وَتِلْكَ نِعْمَةٌۭ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٢٢﴾
İsrail oğullarını kölə etdiyin bir halda, məni öz yanında saxlayıb, tərbiyə edib, böyüdərək mənə etdiyin yaxşılıq danılmaz bir həqiqətdir. Amma bu, heç də, mənim səni aləmlərin Rəbbi olan Allaha iman gətirməyə dəvət etməyə mane ola bilməz"
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٢٣﴾
Firon Musaya - aleyhissəlam - dedi: "Elçisi olduğunu iddia etdiyin bütün yaradılmışların Rəbbi nədir?"
قَالَ رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿٢٤﴾
Musa - aleyhissəlam - Firona cavab verərək belə dedi: "Bütün yaradılmışların Rəbbi, göylərin, yerin və onların arasında olan‐ ların Rəbbi olan Uca Allahdır. Əgər siz Onun bütün yaradılmışların Rəbbi olduğuna yəqinliklə inanacaqsınızsa, o zaman tək Ona ibadət edin!" قال لمن حوله ألا تستمعون
قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ ﴿٢٥﴾
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq belə dedi: "Məğər siz Musanın nə danışdığını və iddia etdiyi yalanı eşitmirsinizmi?" (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir) بلغ Qur’an · Təfsir
قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿٢٦﴾
Musa belə dedi: "Allah həm sizin Rəbbinizdir, həm də ki, keçmiş ata-babalarınızın Rəbbidir!"
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌۭ ﴿٢٧﴾
Firon belə dedi: "Sizə elçi olaraq göndərildiyini iddia edən bu adam doğurdan da dəlidir. Çünki ondan bir söz soruşduqda necə cavab verdiyini dətk etmir və ağlına nə gəlirsə onu da danışır!"
قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ﴿٢٨﴾
Musa dedi: "Əgər ağlınızı işlədib düşünə bilirsinizsə, bilin ki, Sizi ibadətinə dəvət etdiyim Allah, məşriqin, məğribin və onlar arasında olan bütün məxluqatın Rəbbidir!"
قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَـٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ ﴿٢٩﴾
Firon Musa ilə etdiyi mücadiləsində aciz qaldıqda və Musaya belə dedi: "Əgər məndən başqabir ilaha ibadət etsən, mən sə‐ ni mütləq zindana atılanlardan edəcəm!" قال أولو جئتك بشىء م بين
قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍۢ مُّبِينٍۢ ﴿٣٠﴾
Musa - aleyhissalam - Firona dedi: "Bəs mənim doğruluğuma və sənə gətirdiyimin uca Allah tərəfindən olduğuna dəlalət edən açıq-aşkar birmöcüzə gətirmiş olsam yenədəmi məni zindana atacaqsan?
قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٣١﴾
Firon dedi: "Əgər iddia etdiyində doğru danışanlardansansa, elə isə doğruluğuna dəlalət şeyləri haydı gətir baxaq!" فألق عصاه فإذا هى ثعبان م بين
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌۭ مُّبِينٌۭ ﴿٣٢﴾
Firon bunu deyən kimi Musa əsasını yerə atdı və o, dərhal insanların gözü qarşısında açıq-aşkar görünən bir ilana çevrildi
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّـٰظِرِينَ ﴿٣٣﴾
Musa əlini qoltuğuna saldıqda əli ağ deyildi. Amma əlini qoltuğundan çıxardıqda əlini insanların gözü qarşısında nurlu, heç bir ləkəsiz, ağappaq bir halda çıxardı və insanlarda buna şahid oldular. قال للملإ حوله إن هذا لسحرعليم
قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ عَلِيمٌۭ ﴿٣٤﴾
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq dedi: "Bu adam,sehri yaxış bilən bir sehrbazdır! بلغ Qur’an · Təfsir يريد أن يخرجكم من أرضكم بسحره فماذا تأمرون
يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ ﴿٣٥﴾
O, etdiyi bu sehrlə sizi Misirdən çıxartmaq istəyir! Elə isə onun barədə qərarınız nədir?"
قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ ﴿٣٦﴾
Onlar belə dedilər: "Musaya və qardaşı Haruna bir az möhlət ver. Hələ ki, onları cəzalandırmağa tələsmə və Misirdə olan sehribazları toplamaq üçün adamlar göndər ki, يأتوك بكل سحار عليم
يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍۢ ﴿٣٧﴾
Misirdə nə qədər bilikli sehrbaz varsa, onların hamısını toplayıb sənin yanına gətirsinlər!"
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَـٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿٣٨﴾
Beləliklə də, Firon, sehrbazlarını Musa ilə qarşılaşmaları üçün bəlli bir gündə əvəllcədən təyin edilmiş bir bir məkana topladı. وقيل للناس هل أنتم م جتمعون
وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ ﴿٣٩﴾
İnsanlara belə deyildi: "Siz, Musanın yoxsa sehrbazların qalib gələcəyini görmək üçün toplanacaqsınızmı?
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ ﴿٤٠﴾
Əgər Musaya qalib gələn sehrbazlar olarsa, ümüd edirik ki, biz də onların dininə tabe olarıq!"
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُوا۟ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَـٰلِبِينَ ﴿٤١﴾
Sehrbazlar Musa ilə mübarizə aparmağa gəldikləri zaman Firona belə dedilər: "Əgər Musaya qalib gəlsək, bizə maddi və mənəvi mükafat varmı?"
قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًۭا لَّمِنَ ٱلْمُقَرَّبِينَ ﴿٤٢﴾
Firon onlara belə cavab verdi: "Bəli, sizin üçün mükafat vardır. Musaya qalib gələcəyiniz təqdirdə sizə yüksək məqamlar da veriləcək və siz mənə ən yaxın adamlardan olacaqsınız!"
قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ ﴿٤٣﴾
Musa Allahın yardımına yəqin olduqdan və sehribazlara, onda olanın sehr olmadığını bəyan etdikdən sonra onlara belə dedi: "Haydı, əsalarınızdan və kəndirlərinizdən nə atmaq istəyirsinizsə yerə atın!" بلغ Qur’an · Təfsir
فَأَلْقَوْا۟ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا۟ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَـٰلِبُونَ ﴿٤٤﴾
Onlar, Musanın bu sözündən sonra əllərindəki iplərini və əsalarını yerə ataraq belə dedilər: "Fironun qüdrətinə and olsun ki, bu gün biz qalib gələcəyik və Musada məğlub olacaqdır!" فألق موس عصاهفإذا هى تلقف ما يأفكون
فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ ﴿٤٥﴾
Bunun ardından Musa əlindəki əsasını yerdə, əsada dərhal bir ilan döndüb, onların sehrlə insanları aldatdıqları şeyləri dərhal udmağa başladı
فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَـٰجِدِينَ ﴿٤٦﴾
Sehribazlar Musanın əsasının onların bütün atdıqları sehrləri udduğunu görüncə, hamısı birlikdə səcdəyə qapandılar
قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٧﴾
Onlar dedillər:"Biz bütün yaradılmışların Rəbbinə iman gətirdik." رب موس وهرون
رَبِّ مُوسَىٰ وَهَـٰرُونَ ﴿٤٨﴾
Musanın və Harunun - aleyhiməsəlam- Rəbbinə!"
قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ ﴿٤٩﴾
وأ رجلكم من خلف ولأصلبنكم أ جمعين Firon sehribazların iman etmələrinə inkar edərək belə dedi: "Mən sizə izin vermədən öncə siz Musaya imanmı gətirdiniz?! Şübhəsiz ki, Musa sizə sehr öyrədən böyüyünüzdür. Siz, Misir əhalisini Misirdən çıxarmaq üçün gizlincə qərara gəlmisiniz. Amma siz, sizə verəcəyim əzabı tezliklə görüb, biləcəksiniz! Hər birinizin sağ ayağı ilə sol əlini və ya əkis bir şəkildə çarpazvari kəsdirib hamınızıxurma ağaclarının gövdələrindən asdıracağam və sizdən heç kimsənisağ buraxmayacağam!"
قَالُوا۟ لَا ضَيْرَ ۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿٥٠﴾
Sehribazlar Firona dedilər: "Bizi dünyada ikən asıb-kəsməklə hədə-qorxu gəlməyin bizə zərər verməz. Sənin verəcəyin əzab, keçici bir əzabdır. Biz onsuz da öz Rəbbimizə qayıdacağıq. O, bizi daimi olan rəhmətinə daxil edəcəkdir!"
إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَـٰيَـٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ ﴿٥١﴾
Biz Musaya ilk iman edən və onu ilk təsdiqlənlərdən olduğumuzdan dolayı uca Allahdan keçmişdə etdiyimiz günahların bağışlanmasını ümid edirik!" بلغ Qur’an · Təfsir
۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ ﴿٥٢﴾
Biz Musaya gecə ikən İsrail oğulları ilə birgə yola çıxmağı əmr etdik və Ona, Firon və onunla bərabər olanlar döndərmək üçün sizi təqib edəcəklərini vəhy etdik
فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ ﴿٥٣﴾
Firon, İsrail oğullarının Misiri tərk etdiklərini öyrənincə, öz qoşunundan bəzi əskərlərini, onları Misirə geri döndərmək üçün şəhərlərə əsgər toplayanlar göndərdi
إِنَّ هَـٰٓؤُلَآءِ لَشِرْذِمَةٌۭ قَلِيلُونَ ﴿٥٤﴾
Firon, İsrail oğullarını aşağılayaraq belə dedi: "Bunlar kiçik bir toplumdur
وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ ﴿٥٥﴾
Artıq onlar qəzəbimizə səbəb olan hərəkətlər etmişlər. وإنا لجميع حذرون
وَإِنَّا لَجَمِيعٌ حَـٰذِرُونَ ﴿٥٦﴾
Biz isə onlara qarşı hazırlıqlı və ayıq-sayıq bir toplumuq!" فأخرجنهم من جنت وعيون
فَأَخْرَجْنَـٰهُم مِّن جَنَّـٰتٍۢ وَعُيُونٍۢ ﴿٥٧﴾
Nəhayət, Biz Fironu və onun qövmünü zənğin bağ-bağçaları və şırıl-şırıl axan bulaqları olan Misir torpaqlarından çıxartdıq. وكنوز ومقام كريم
وَكُنُوزٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ ﴿٥٨﴾
Axır ki,Biz,Firon və onun qövmünü xəzinələrdən və gözəl (bərəkət dolu) məskənlərdən çıxartdıq
كَذَٰلِكَ وَأَوْرَثْنَـٰهَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٥٩﴾
Biz, Fironu və onun qövmünü bu nemətlərdən məhrum etdikdən sonra, onlara verdiyimiz nemətlərin eynisini, Şam torpaqlarında olan İsrail oğullarına bəxş etdik. فأتبعوهم م شرقين
فَأَتْبَعُوهُم مُّشْرِقِينَ ﴿٦٠﴾
Firon və onun qövmü günəş döğduğu vaxta İsrail oğullarının ardınca düşdüb, onları təqib etməyə başladılar. بلغ Qur’an · Təfsir
فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَـٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ﴿٦١﴾
Firon və onun qövmü Musa və onun qövmü ilə qarşı-qarşıya gəlib bir-birilərini görüncə Musanın səhabələri: "Firon və onun adamları bizə catacaqlar. Bizim isə onlara müqavimət göstərməyə gücümüz yoxdur!" – dedilər
قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ﴿٦٢﴾
Musa qövmünə dedi: "Xeyr, bu iş heç də sizin təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, Rəbbim, Öz yardımı və dəstəyi ilə mənimlə bərabərdir. O, mütləq mənə xilas yolunu göstərəcəkdir!"
فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍۢ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ ﴿٦٣﴾
Biz Musaya əlindəki, əsası ilə dənizə vurmağı vəhy edərək əmr etdik. Musa əsası ilə dənizə yurunca dəniz dərhal iki yerə ya‐ rılıb, İsrail oğullarının qəbilələrinin sayı qədər dənizdə on iki yol açıldı və dənizin bölünmüş hər parçası böyüklüyündə və yerində sabit qalmasında hər biri nəhəng bir dağ kimi olmuşdu və aralarından bir damcı da olsa su axmırdı
وَأَزْلَفْنَا ثَمَّ ٱلْـَٔاخَرِينَ ﴿٦٤﴾
Biz, İsrail oğullarının ardından Firon və onun qövmünü ora yaxınlaşdırdıq və onlarda yolu açıq görüb, oradan keçə biləcəklərini zənn edərək,yolu keçmək üçün dənizə daxil oldular. وأنجينا موس ومن معه أجمعين
وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ ﴿٦٥﴾
Biz, Musa və İsrail oğullarından onunla bərabər olanların hamısını xilas etdik. Onlardan heç kəs dənizdə həlak olmadı
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ ﴿٦٦﴾
Firon və onun qövmünü isə dənizdə boğaraq məhvetdik
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿٦٧﴾
Şübhəsiz ki, dənizin Musa üçün iki yerə ayrılmasında, onun və qövmünün oranı salamat keçməsində, Firon və qövmünün isə dənizdə həlak olmasında, Musanın doğruluğuna dəlalət edən bir əlamət vardır. Lakin Fironla birğə onların əksəriyyəti iman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٦٨﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ ﴿٦٩﴾
Ey Peyğəmbər! Onlara İbrahimin hekayətini söylə! بلغ Qur’an · Təfsir إذ قال لأبيه وقومه ما تعبدون
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ ﴿٧٠﴾
Bir zaman o, öz atası Azərə və qövmünə belə demişdi: "Siz Allahdan başqa nəyə ibadət edirsiniz?" قالوانعبد أصناما فنظل لها عكفين
قَالُوا۟ نَعْبُدُ أَصْنَامًۭا فَنَظَلُّ لَهَا عَـٰكِفِينَ ﴿٧١﴾
Qövmü ona: "Biz bütlərə ibadət edir və bundan sonra da onlara ibadət etməyə davam edəcəyik"- dedilər. قال هل يسمعونكم إذ تدعون
قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ ﴿٧٢﴾
İbrahim onlara belə dedi: "Bu bütlərə dua etdiyin zaman onlar sizin dualarınızı eşidirlərmi? أو ينفعونكم أو يضرون
أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ ﴿٧٣﴾
Yaxud onlara itaət etdiyiniz zaman sizə hər hansı bir fayda verə bilirlərmi və ya onlara qarşı üsyan etdiyinizdə onlar sizə zərər toxundura bilirlərmi?"
قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ ﴿٧٤﴾
Onlar İbrahimə: "Xeyr, onlara dua etdiyimizdə dualarımızı eşitməzlər, itaət etdikdə bizə heç bir fayda verməzlər və həmçinin onlara qarşı üsyan etdikdə də bizə hər hansı bir zərər toxundura bilməzlər. Lakin biz, ata-babalarımızın belə etdiyini gördük və biz bu işdə onlara təqlid edirik"- deyə cavab verdilər. قال أفرءيتم ما كنتم تعبدون
قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ ﴿٧٥﴾
İbrahim dedi: "Siz Allahı qoyub hansı bütlərə tapındığınız bir düşünürsünüzmü?
أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ ﴿٧٦﴾
Siz və ölüb getmiş ata-babalarınızın nəyə ibadət etdiklərini? و
فَإِنَّهُمْ عَدُوٌّۭ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَـٰلَمِينَ ﴿٧٧﴾
Sizin ibadət etdiyiniz bütlərin hamısı mənim düşmənimdir. Çünki bütün məxluqatın yaradıcısı olan Uca Allahdan başqa ibadət edilənlərin hamısıbatildir
ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ ﴿٧٨﴾
Məni yaradan, məni dünya və axirət xeyirlərinə yönəldən Odur
وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ ﴿٧٩﴾
Acıdıqda məni yedirdən, susuzladıqda da məni içirdən tək varlıq olan Odur. بلغ Qur’an · Təfsir وإ ذا مرضت فهو يشفين
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ ﴿٨٠﴾
Xəstələndiyim zaman mənə şəfanı yalnız O verir. Ondan başqa mənə şəfa verən yoxdur
وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ ﴿٨١﴾
Əcəlim gəldikdə məni öldürən və öldükdən sonra məni yenidən dirildən də yalnız Odur
وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ ﴿٨٢﴾
Haqq-hesab günü günahlarımın bağışlanmasınıümüd etdiyin tək varlıq da Odur
رَبِّ هَبْ لِى حُكْمًۭا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ ﴿٨٣﴾
İbrahim Rəbbinə dua edib dedi: "Ey Rəbbim! Mənə dini hökmləri dərindən bilməyi bəxş et və məni, məndən öncə gələn saleh peyğəmbərlərlə bərabər Cənnətə daxil olmam üçün onlarla birğə et!
وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍۢ فِى ٱلْـَٔاخِرِينَ ﴿٨٤﴾
Məndən sonra gələcək nəsillər arasında məni, hörmətlə yad edilənlərdən və xoş bir şəkildə təriflənənlərdən et!
وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ﴿٨٥﴾
Məni, Cənnətdə yüksən məqamlara varis olub, oradakı nemətlərdən bəhrələnən və orada sakin olan mömin qullarından et!
وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ﴿٨٦﴾
Atamı da bağışla! Çünki o, şirk səbəbi ilə azğınlıq içində olanlardandır. İbrahimin atası üçün dua etməsi, onun Cəhənnəm əhlindən olduğunu bilməsindən öncə idi.Atasının müşriklərdən olduğu ona bəyan olduqdan sonra ondan uzaq durdu və onun üçün bir daha Allaha dua etmədi. ولا تخزنى يوم يبعثون
وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ ﴿٨٧﴾
İnsanların hesab üçün yenidən dirildiləcəyigün məniəzabla rüsvayetmə! يوملا ينفع مال ولا بنون
يَوْمَ لَا يَنفَعُ مَالٌۭ وَلَا بَنُونَ ﴿٨٨﴾
O gün, insanın dünyada ikən topladığı nə var-dövlət, nə də ki, onlara yardım etdikləri oğul-uşaqları özlərinə bir fayda verər! بلغ Qur’an · Təfsir
إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍۢ سَلِيمٍۢ ﴿٨٩﴾
Ancaq: şirkdən, nifaqdan, riyadan və kibirdən uzaq olan, sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa. Məhz Qiyamət günü belə kimsələr Allah yolunda xərclədiyi var-dövlətin və onun üçün dua etdiyi oğul-uşağın faydasını görəcəkdir
وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ ﴿٩٠﴾
O gün Cənnət,Allahın əmrləriniyerinə yetirib və Onun qadağalarından çəkinən müttəqillər üçün yaxınlaşdırılacaqdır
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ ﴿٩١﴾
Haqq dindən azan ağınlara Cəhənnəm elə məhşərdə ikən açıq-aydın göstərilər. وقيل لهم أين ما كنتمتعبدون
وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ ﴿٩٢﴾
Sonra da onlara məzəmmət edilərək belə deyiləcəkdir: "Allahdan başqa ibadət etdikləriniz bütlər haradadır–
مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ ﴿٩٣﴾
Allahdan başqa ibadət etdikləriniz? Onlar sizi Allahın əzabından qoruyaraq sizə bir kömək edə bilərlərmi yaxud özlərinə köməkləri dəyə bilərmi?"
فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ ﴿٩٤﴾
Onlar (müşriklər) və onları azdıranlarla hamısı bir yerdə, üst-üstə Cəhənnəmə atılarlar. وجنود إ بليس أجمعون
وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ ﴿٩٥﴾
İblisin şeytanlardan olan bütün yardımçıları da heç bir istisna olmadan hamısı Cəhənnəmə atılarlar. قالوا وهم فيها يختصمون
قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ ﴿٩٦﴾
Allahdan başqasına ibadət edib, bütləri özlərinə ilahlar qərar verən müşriklər, Allahdan başqa ibadət etdikləri bütlərlə Cəhənnəmdə höcətləşərək onlara belə deyərlər:
تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿٩٧﴾
"Allaha and olsun ki,biz haqq yoldan açıq-aydın azğınlıq içində idik –
إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٩٨﴾
Çünki o vaxt biz sizi bütün yaradılmışların Rəbbinə tay tutmuşduq. Ona ibadət etdiyimiz kimi sizə də ibadət edirdik. بلغ Qur’an · Təfsir
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ ﴿٩٩﴾
Bizi haqq yoldan ancaq, Allahı buraxıb onlara ibadət etməyə çağıran günahkarlar azdırdı. فما لنا من شفعين
فَمَا لَنَا مِن شَـٰفِعِينَ ﴿١٠٠﴾
İndi isə Allah yanında bizi Onun əzabından xilas edəcək şəfaətçilərimiz də yoxdur. ولا صديق حميم
وَلَا صَدِيقٍ حَمِيمٍۢ ﴿١٠١﴾
Nə də ki, bizi müdafiə edib, bizə şəfaətçi olan səmimi bir dostumuz yoxdur!
فَلَوْ أَنَّ لَنَا كَرَّةًۭ فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١٠٢﴾
Kaş ki, bizə bir daha dünya həyatına geri dönməyə izin verilsəydi, o zaman biz mütləq Allaha iman edən möminlərdən olar‐ dıq!"
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٠٣﴾
Şübhəsiz ki, İbrahimin - aleyhissəlam - bu hekayətində və onu təkzib edənlərin aqibətinin necə olduğunda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır.Lakin onların əksəriyyətiiman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٠٤﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ ﴿١٠٥﴾
Nuhun qövmü, Nuhu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular. إذ قال لهم أخوهم نوح ألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ ﴿١٠٦﴾
Nəsəb baxımından qardaşları olan Nuh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadətitərk edib,Allahdan qorxmursunuzmu?! إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٠٧﴾
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə vəhy etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm. بلغ Qur’an · Təfsir
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٠٨﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٠٩﴾
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١١٠﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
۞ قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ ﴿١١١﴾
Nuhun qövmü ona belə dedi: "Ey Nuh! Sənin ardınca gələnlər, aramızda səfil və aşağı təbəqədən olan adamlardır. Onların arasında şərəfli və yuxarı təbəqədən olan kimsələr yoxdur. Durumun bu halda ikən bizlər sənin gətirdiyinə tabe olub, əməlmi edəcəyik?!" قال وما علمى بما كانوايعملون
قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١١٢﴾
Nuh - aleyhissəlam - onlara belə dedi: "Axı möminlərin nə etdiklərinə dair mənim nə bilgim ola bilər ki! Mən onların əməllərinihaqq-hesab etmək üçün vəkiltəyin edilməmişəm!
إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى ۖ لَوْ تَشْعُرُونَ ﴿١١٣﴾
Onların haqq-hesabı mənə deyil, yalnız gizli və aşkarı bilən Uca Allaha aiddir. Əgər söylədiklərinizi başa düşsəydiniz, bunları bir daha söyləməzdiniz!
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ ﴿١١٤﴾
Siz iman edəsiniz deyə,sizin istədiklərinizi yetinə yetirib möminləri öz məclisimdən qovan deyiləm! إ ن أناإ ل انذير م بين
إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ ﴿١١٥﴾
Mən yalnız Allahın əzabı ilə çəkindirən açıq-aşkar bir xəbərdar edənəm!"
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ ﴿١١٦﴾
Nuhun qövmü ona belə dedi: "Əgər sən bu dəvətindən vaz keçməsən, mütləq təhqir edilənlərdən və daşqalaq edilərək öldürülənlərdən olacaqsan!" بلغ Qur’an · Təfsir قال رب إن قومى كذبون
قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ ﴿١١٧﴾
Nuh Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. Onlar, Sənin dərgahından gətirdiyim dinə inanmadılar!"
فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًۭا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١١٨﴾
Onların batil üzərində israr etdiklərinə görə mənimlə onlar arasında, onları məhv edəcək qəti bir hökm ver. Qövmümdən kafir olanları həlak etdyin zaman məni və mənimlə birlikdə olan möminləri o əzabdan qurtar!"
فَأَنجَيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿١١٩﴾
Biz Nuhun - aleyhissəlam - duasına cavab verdik. Biz onu və onunla birlikdə olanları, insanlar və heyvanlarla dolu olan bir gəmidə o əzabdan xilas etdik
ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ ﴿١٢٠﴾
Onlardan sonra Nuhun qövmündən geridə qalanları isə suya qərq etdik
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٢١﴾
Şübhəsiz ki, Nuh və onun qövmü haqqında, Nuhun və onunla birgə olan möminlərin xilas olub və qövmündən kafir olanların isə həlak olması ilə əlaqəli deyilən bu hekayədə,düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır.Lakin onların əksəriyyəti iman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٢٢﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ ﴿١٢٣﴾
Ad qövmü də,peyğəmbərləri olan Hudu - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar. إذ قال لهم أخوهم هودألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾
Nəsəb baxımından qardaşları olan Hud peyğəmbər onlara: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!"- dediyini xatırla. إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٢٥﴾
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə təbliğ etməyi əmr etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm. بلغ Qur’an · Təfsir
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٢٦﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٢٧﴾
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil. أتبنون بكل ريع ءاية تعبثون
أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةًۭ تَعْبَثُونَ ﴿١٢٨﴾
Məğər siz hər təpə üstündə yoldan keçən insanları ələ salıb, onları məsxərəyə qoymaq üçün dünyanıza və axirətinizə heç bir faydası olmayan, boş və əbəs yerə hündür binalarmı tikirsiniz?! وتتخذون مصانع لعل كم تخلدون
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ ﴿١٢٩﴾
Sanki bu dünyada əbədi qalıb və oradan əsla köçməyəcəksiniz kimi möhkəm qalalar və qəsirlər tikirsiniz? وإذا بطشتم بطشتمجبارين
وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ ﴿١٣٠﴾
Sizlər öldürmək və ya vurmaq üçün hücum etdiyiniz zaman rəhmət və mərhəmət etmədən, qəddar hökmdarlar kimi zalımcasına hücum edirsiniz. Allahın sizə bəxş etdiyi güc-güvvəti Allaha asilik etməkdə istifadə edirsiniz
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٣١﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ ﴿١٣٢﴾
Bildiyiniz nemətləri sizə əta edən Allahın qəzəbindən qorxun. أمد كم بأ نعم وبنين
أَمَدَّكُم بِأَنْعَـٰمٍۢ وَبَنِينَ ﴿١٣٣﴾
O sizə heyvanlar və övladlar verdi, وجنت وعيون
وَجَنَّـٰتٍۢ وَعُيُونٍ ﴿١٣٤﴾
Üstəlik, O sizə bağlar və bol-bol axan çeşmələr də bəxş etdi. بلغ Qur’an · Təfsir
إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿١٣٥﴾
EyQövmüm!Mən sizin üçün böyük günün əzabından qorxuram.Bu gün,Qiyamət günüdür!"
قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ ﴿١٣٦﴾
Qövmü Huda belə dedi: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. Biz onsuz da sənə iman gətirməyəcəyik və sənin dediklərindən dolayı dinimizi əsla tərk etməyəcəyik!"
إِنْ هَـٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ ﴿١٣٧﴾
Bu, keçmişdəkilərin dini, ədət-ənənəsi və əxlaqından başqa bir şeydildir! وما نحن بمعذبين
وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿١٣٨﴾
Biz əzaba da olunmayacaq!"
فَكَذَّبُوهُ فَأَهْلَكْنَـٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٣٩﴾
Onlar Hud - aleyhissəlam - peyğəmbəri yalançı saymaqda davam etdilər. Onların yalançı sayma səbəbi ilə Biz də onları hər şeyi qurudub məhv edən, xeyirsiz bir külək göndərərək məhv etdik. Hud qövmünün məhv edilməsində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır.Lakin onların əksəriyyətiiman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٤٠﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ ﴿١٤١﴾
Səmud qövmü də, peyğəmbərləri olan Salehi - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar. إذ قال لهم أخوهم صلح ألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَـٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿١٤٢﴾
Nəsəb baxımından qardaşları olan Saleh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadətitərk edib Allahdan çəkinmirsinizmi?! إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٤٣﴾
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm. بلغ Qur’an · Təfsir
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٤٤﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٤٥﴾
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil
أَتُتْرَكُونَ فِى مَا هَـٰهُنَآ ءَامِنِينَ ﴿١٤٦﴾
Məgər siz, sizə verilən bu gözəl nemətlər və bol-bol xeyirlər içində qorxusuz və əmin-aman yaşayacağınızımı ümid edirsiniz?! فى جنت وعيون
فِى جَنَّـٰتٍۢ وَعُيُونٍۢ ﴿١٤٧﴾
Bağ-bağçalar və bol-bol su axan çeşmələr arasında. وزروع ونخل طلعها هضيم
وَزُرُوعٍۢ وَنَخْلٍۢ طَلْعُهَا هَضِيمٌۭ ﴿١٤٨﴾
Əkinlər və yumşaq gözəl meyvəli xurmalıqlar içində arxayınlıqla qalırdınız
وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا فَـٰرِهِينَ ﴿١٤٩﴾
Bir də, içində (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) yaşamaq üçün dağları məharətlə yonub özünüzə orada evlər düzəldirdiniz
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٥٠﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ ﴿١٥١﴾
Günahlar etməklə nəfslərinə zülüm edib, həddi aşanların əmrinə tabe olmayın!
ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ﴿١٥٢﴾
Onlar etdikləri günahlarla yer üzündə fitnə-fəsad törədir və Uca Allaha davamlı itaət etməyərək özlərini günahdan təmizlə‐ mirlər". بلغ Qur’an · Təfsir
قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿١٥٣﴾
Qövmü ona belə demişdir: "Sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından çıxarmış kimsələrdənsən"
مَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿١٥٤﴾
Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur ki, Allahdan bizə elçi olasan. Əgər sən, Allahın elçisi olduğun iddianda doğru danışanlardansansa, elə isə, haydı, bizə Allahın elçisi olduğunu göstərən bir möcüzə gətir!" قال هذه ناقةلها شرب ولكم شرب يوم معلوم
قَالَ هَـٰذِهِۦ نَاقَةٌۭ لَّهَا شِرْبٌۭ وَلَكُمْ شِرْبُ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿١٥٥﴾
Saleh - uca Allah ona bir möcüzə bəxş etmişdir. Bu möcüzə, Uca Allahın qayadan çıxatdığı dişi bir dəvədir - onlara belə dedi: "Bu gözlə görünən və əllə toxunulan dişi bir dəvədir! Onun sudan müəyyən bir payı vardır, sizin də həmən sudan mü‐ əyyən bir payınız vardır. O, sizin növbəniz olduğu gündə sudan içməz, sizdə onun növbəsi olduğu gündə o sudan içməzsiniz!"
وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍۢ ﴿١٥٦﴾
Ehtiyatlı olun! Onu öldürərək və ya vuraraq əsla ona bir pislik toxundurmayın, yoxsa bu səbəbdən üzərinizə Allahın əzabı enər və əzabın endiyi o böyük bir gündə əzab hamınızı məhv edər". فعقروها فأصبحوا ندمين
فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَـٰدِمِينَ ﴿١٥٧﴾
Onlar öz aralarında dəvəni kəsmək qərarına gəldilər və nəhayət işərilərindən ən bədbəxt olanı qalxıb dəvəni kəsdi, sonra da etdikləri bu əmələ görə mütləq Allah tərəfindən özlərinə bəlanın gələcəyinə əmin olduqları üçün peşman oldular. Lakin əzabın gəldiyizaman olan peşmanşılıq sahibinə fayda verməz
فَأَخَذَهُمُ ٱلْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٥٨﴾
Sonda vəd edildikləri əzab onları yaxaladı. O əzab, güclü zəlzələ və tük ürpədici bir səs idi. Hudu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, Saleh və onun qövmünün hekayətində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyətiiman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٥٩﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ ﴿١٦٠﴾
Lutun qövmü, peyğəmbərləri Lutu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular. بلغ Qur’an · Təfsir إذ قال لهم أخوهم لوط ألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿١٦١﴾
Nəsəb baxımından qardaşları olan Lut onlara belə demişdir:"Məgər Allahdan qorxaraq,Ondan şərik qoşmağı tərk edib, Ondan qorxmayacaqsınızmı? إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٦٢﴾
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٦٣﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٦٤﴾
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil
أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَـٰلَمِينَ ﴿١٦٥﴾
Doğrudanmı, siz insanlar içində ancaq kişilərə arxalarından yaxınlıq edirsiniz?!
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ ﴿١٦٦﴾
Uca Allahın şəhvətlərinizi ödəyəsiz deyə sizin üçün yaratdığı qadınlarınıza öndən yaxınlaşmağı tərk edirsiniz?! Siz, həqiqətən də,çirkin bu əməlietməklə Allahın qoyduğu həddiaşan adamlarsınız"
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ ﴿١٦٧﴾
Qövmü ona belə dedi: "Ey Nuh! Əgər bu işimizdə bizə mane olmağa çalışsan və bizi bu işdən çəkindirməyə son qoymasan, mütləq sən və səninlə birğə olanlar yurdumuzdan daşqalaq edilərək,qovulub çıxarılanlardan olacaqsınız!"
قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ ﴿١٦٨﴾
Lut onlara dedi:"Həqiqətən,mən sizin bu çirkin əməllərinizə nifrət və qəzəb edənlərdənəm! رب نجنى وأهلى مما يعملون
رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ ﴿١٦٩﴾
Lut Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bunların etdikləri bu çirkin əməllərinə görə başlarına gələcək əzabdan məni və ailəmi xilas et!" بلغ Qur’an · Təfsir فنج ينه وأهله أجمعين
فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿١٧٠﴾
Biz onun duasını qəbul edib, onu və onun bütün ailəsini xilas etdik
إِلَّا عَجُوزًۭا فِى ٱلْغَـٰبِرِينَ ﴿١٧١﴾
Yalnız Lutun zövcəsindən başqa. Çünki o, kafir idi. Beləliklə də, o, geridə qalıb həlak olanlardan oldu
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ ﴿١٧٢﴾
Lut və onun ailəsi Sədum diyarından çıxdıqdan sonra Biz Lutun geridə qalan qövmünü ən şiddətli bir şəkildə məhvedik
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ﴿١٧٣﴾
Biz onların üstünə yağışın yağdığı kimi göydən daşlar yağdırdıq. Lutun, uca Allahın əzabından xəbərdar edib, çəkindirtdiyi bu yağış necə də pis bir yağışı imiş! Bu əzab onların başına etdikləri çirkin əmələri üzündə gəldi
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٧٤﴾
Şübhəsiz ki,etdikləri çirkin əməlləri üzündən Lutun qövmünə göndərilən bu əzabda,düşünüb ibrət alanlar üçün bir öyüd- nəsihət vardır.Lakin onların əksəriyyətiiman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٧٥﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
كَذَّبَ أَصْحَـٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ ﴿١٧٦﴾
Mədyən yaxınlığındakı sarmaşıq ağacları olan kəndin əhalisi də peyğəmbərləri Şueybi -Aleyhissəlam- yalançı saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular. إذ قال لهم شعيب ألا تتقون
إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ ﴿١٧٧﴾
O zaman peyğəmbərləri Şueyb onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi? إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٧٨﴾
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allahın mənə təbliğ etməyi əmr etdiyinə heç bir ziyadə və naqislik etmərəm. بلغ Qur’an · Təfsir
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٧٩﴾
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə‐ nə itaət edin
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٨٠﴾
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil
۞ أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ ﴿١٨١﴾
İnsanlara satdığınız zaman ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın!
وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ﴿١٨٢﴾
Başqası üçün çəkdiyiniz zaman düz tərəzi ilə çəkin!
وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿١٨٣﴾
İnsanların haqqnı əksiltməyin və yer üzündə günahlar etməklə orada fitnə-fəsad törətməyin!
وَٱتَّقُوا۟ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ ﴿١٨٤﴾
Sizi və sizdən əvvəlki ümmətləri yaradanın, sizə bir əzab göndərməsindən qorxaraq Ondan çəkinin!"
قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿١٨٥﴾
Şueybin qövmü ona belə dedi: "Həqiqətən, sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından alıb aparmış kimsələrdənsən!
وَمَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَـٰذِبِينَ ﴿١٨٦﴾
Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur. Axı belə olduğu təqdirdə sən necə Allahın elçisi ola bilərsən?Biz sənin Allahın elçisi olduğunun iddanda yalançı olduğunu zənn edirik
فَأَسْقِطْ عَلَيْنَا كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿١٨٧﴾
Əgər idda etdiyində doğru danışanlardansansa, elə isə göydən üstümüzə bizi məhv edəcək bir azab endir!"
قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ﴿١٨٨﴾
Şueyb onlara belə dedi: "Rəbbim etdiyiniz şirk və asilikləri daha yaxşı bilir, etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz!" بلغ Qur’an · Təfsir
فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿١٨٩﴾
Onlar Şueybi yalançı saymaqda davam etdilər və elə bu səbəbdən də böyük bir əzaba düçar oldular. Belə ki, qızmar günəşdən sonra başlarının üstünü bir bulud aldı və o bulud onların üzərinə onları yandırıb-yaxan od yağdırdı və beləliklə də məhv oldular. Həqiqətən, onların məhv edildikləri gün, çox dəhşətli bir gün idi
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٩٠﴾
Şübhəsiz ki, Şueyb qövmünün necə məhv edildiyini xatırladan bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır.Lakin onların əksəriyyətiiman gətirmədi
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٩١﴾
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٩٢﴾
Şübhəsiz ki, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, bütün yaradılmışların Rəbbi olan Allah tərəfindən nazil edilmişdir
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ ﴿١٩٣﴾
Onu, vəhyə etibar edilən Cəbrail - aleyhissəlam - mələk endirdi –
عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ ﴿١٩٤﴾
Ey Peyğəmbər! Cəbrail bu Quranı, insanları xəbərdar edən və onları Allahın əzabı ilə qorxudan peyğəmbərlərdən olman üçün sənin qəlbinə endirdi. بلسان عربى م بين
بِلِسَانٍ عَرَبِىٍّۢ مُّبِينٍۢ ﴿١٩٥﴾
Cəbrail bu Quranı, açıq-aydın bir dilində nazil edildi
وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ ﴿١٩٦﴾
Şübhəsiz ki, bu Quran, əvvəlki ümmətlərin kitablarında da zikir edilmişdir. Öncəki kitablarda Quranın nazil ediləcəyi barədə müjdələr vermişdir
أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَـٰٓؤُا۟ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿١٩٧﴾
Məgər səni yalan sayan o kimsələrə Abdullah bin Salam kimi İsrail İsrail oğullarından olan alimlərin sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu bilmələri onlar üçün bir dəlil deyilmi? بلغ Qur’an · Təfsir
وَلَوْ نَزَّلْنَـٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ ﴿١٩٨﴾
Əgər Biz bu Quranı ərəb dilində danışmayan bəzi əcəmlərə nazil etsəydik, فقرأه عليهم ما كانوابه مؤمنين
فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُوا۟ بِهِۦ مُؤْمِنِينَ ﴿١٩٩﴾
Əgər bu Quranı onlara oxusaydı, yenə də ona iman gətirməyib: "Biz onu anlamırıq!"- deyəcəkdilər. Halbuki, Quran öz dillərində nazil edildiyi üçün onlar Allaha həmd-sənalar etməli idirlər
كَذَٰلِكَ سَلَكْنَـٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ ﴿٢٠٠﴾
Biz, yalanı və küfürü günahkarların qəlblərinə beləcə yeridirik!
لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿٢٠١﴾
Onlar dəhşətli əzabı görənə qədər küfürü tərk edib, iman etməzlər. فيأتيهم بغتة وهم لا يشعرون
فَيَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿٢٠٢﴾
O dəhşətli əzab onlara anidən, gözləmədikləri bir halda gələcəkdir və heç özləri də o əzabın gəlişini hiss etməyəcəklər. فيقولواهل نحن منظرون
فَيَقُولُوا۟ هَلْ نَحْنُ مُنظَرُونَ ﴿٢٠٣﴾
Onlara əzab gəldiyi zaman peşman olduqlarından dolayı belə deyəcəklər: "Görəsən Allaha tövbə etməmiz üçün bizə möhlət veriləcəkmi?!" أ فبعذابنا يستعجلون
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿٢٠٤﴾
"İdda etdiyin kimi göydən üstümüzə bizi məhv edəcək bir azab endirməyincə biz sənə əsla iman gətirməyəcəyik!"- deyən bu kafirlər doğurdanmı əzabımızın onlara tezliklə gəlməsinimi istəyirlər?! أفرءيت إن م تعنهم سنين
أَفَرَءَيْتَ إِن مَّتَّعْنَـٰهُمْ سِنِينَ ﴿٢٠٥﴾
Ey Peyğəbmər! Sənin gətirtdiyin dinə iman etməkdən üz çevirən kafirlərə illərcə bol-bol nemətlər və firavanlıq nəsib etsək,
ثُمَّ جَآءَهُم مَّا كَانُوا۟ يُوعَدُونَ ﴿٢٠٦﴾
Özlərinə verilən bol-bol nemətlərdən və firavanlıqdan sonra vəd edildikləri əzab onlara yetişsə,
مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يُمَتَّعُونَ ﴿٢٠٧﴾
Axı Allahın əzabı onları haqladığı zaman dünya naz-nemətləri onlara nə fayda verəcəkdir?! Artıq o nemətlər onlardan alınmış və o nemətlərdən heç bir əsər-əlamət də qalmamışdır. بلغ Qur’an · Təfsir
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ﴿٢٠٨﴾
Biz heç bir ümməti, elçilər göndərib və kitablar nazil edərək xəbərdarlıq etməzdən öncə məhv etmədik. ذكر وما كنا ظلمين
ذِكْرَىٰ وَمَا كُنَّا ظَـٰلِمِينَ ﴿٢٠٩﴾
Biz bunu, onlara öyüd-nəsihət vermək və xatırlatmaq üçün belə etdik. Biz onlara, elçilər göndərib və kitablar nazil edərək bütün üzürləriaradan qaldırdıqdan sonra əzab verməyimizlə əsla zalımlardan olmadıq!
وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَـٰطِينُ ﴿٢١٠﴾
Bu Quranı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə şeytanlar endirməmişdir. وما ينبغى لهم وما يستطيعون
وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ ﴿٢١١﴾
Şeytanlar, Quranı Peyğəmbərin -sallallahu aleyhi və səlləm- qəlbinə endirməyə layiq deyillər və onlar heç bunu bacarmazlar da!
إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ ﴿٢١٢﴾
Şeytanlar vəhyin səmadakı mənanından kənar edildikləri üçün onlar vəhyi əsla eşidə bilməzlər. Belə olduğu təqdirdə axı onlar necə vəyhi eşidib, sonra da onu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə endirə bilərlər?!
فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ ﴿٢١٣﴾
Odur ki, Allahla bərabər, Ona şərik qoşaraq, Ondan başqa bir məbuda ibadət etmə, yoxsa bu səbəbdən əzaba düçar edilənlərdən olarsan!
وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ ﴿٢١٤﴾
Ey Peyğəmbər! Qövmündən ən yaxın qohum-əqrəbalarını, Allaha şərik qoşacaqları təqdirdə Allahın şiddətli əzabına düçar olacaqları barədə xəbərdar et!
وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٢١٥﴾
Ey Peyğəmbər! Sənə tabe olan möminlərə sözdə və əməldə, şəfqət və rəhmət göstərərək, yumşaq davran!
فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ ﴿٢١٦﴾
Əgər sənə qarşı üsyan edib, tək Allaha ibadət və itaət etməyi əmr etdiyin zaman sənə tabeçilik göstərməsələr bu zaman onlara belə de:"Şübhəsiz ki,mən sizin etdiyiniz şirk və asiliklərinizdən uzağam!" بلغ Qur’an · Təfsir
وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ﴿٢١٧﴾
EyPeyğəmbər!Sən bütün işlərində,düşmənlərindən intiqam alan yenilməz qüdrət sahibinə və həmçinin qullarından tövbə ediblərə qarşı mərhəmətli olan Allaha təvəkkül et!
ٱلَّذِى يَرَىٰكَ حِينَ تَقُومُ ﴿٢١٨﴾
O Allah ki, namaza qalxdığın zaman da səni görür,
وَتَقَلُّبَكَ فِى ٱلسَّـٰجِدِينَ ﴿٢١٩﴾
O Allah ki, səni namaz qılanlar arasında rüku və səcdə etdiyini görür. Etdiyin əməllərdən Allaha heç bir şey gizli qalmadığı kimi, insanların da etdikləri əməllərdən Ona heç bir şey gizli qalmaz
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٢٢٠﴾
Şübhəsiz ki, Allah, oxuduğun Quranı, namazda etdiyin zikirləri eşidəndir və qəlbindən keçənləri də biləndir!
هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَـٰطِينُ ﴿٢٢١﴾
(Ey müşriklər!) Bu Quranı endirdiyini iddia etdiyiniz şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? تنزل عل كل أفاك أثيم
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍۢ ﴿٢٢٢﴾
Şeytanlar, günahkar, yalançı və üsyankar kahinlərə nazil olarlar
يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَـٰذِبُونَ ﴿٢٢٣﴾
Şeytanlar, ali toplumda, mələklərin söhbətlərinə gizli-qizli qulaq asıb oradan oğurladıqları bəzi kəlmələri kahinlərdən olan dostlarının qulağına pıçıldayaraq onlara təlqin edərlər. Halbuki kahinlərin əksəriyyəti yalançıdırlar. Əgər onlar bir kəlməni doğru desələr, onunla bərabər yüz kəlməni yalan deyərlər
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ ﴿٢٢٤﴾
Muhəmmədin (sallallahu aleyhi və səlləm) onlardan olduğunu iddia etdiyiniz şairlərə gəldikdə isə, onlara ancaq haqq yoldan azmışlar və şairlərin söylədikləri şeirləri öz aralarınada biri-birlərinə rəvayət edərlər uyarlar. ألم ترأن هم فى كل واد يهيمون
أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍۢ يَهِيمُونَ ﴿٢٢٥﴾
Ey Peyğəmbər! Məgər sən onların vadilərdə, birini yalandan onu mədh edib, digərini isə əbəs yerə məzəmmət edib və bəzilərinə də xoşa gəlməz adlar qoşaraq veyl-veyl gəzib dolaşdıqlarını görmürsənmi? بلغ Qur’an · Təfsir وأنهم يقولون ما لا يفعلون
وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ ﴿٢٢٦﴾
Şübhəsiz ki onlar, yalan söyləyirlər və etmədikləri bir iş barədə: "Biz filan işi belə etdik" deyirlər
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًۭا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍۢ يَنقَلِبُونَ ﴿٢٢٧﴾
منقلب ينقلبون Şairlərdən yalnız iman gətirənlər,saleh əməllər işləyənlər,Allahı çox zikr edənlər və Həssən bin Sabit - Allah ondan razı olsun - kimi zülmə məruz qaldıqdan sonra Allahın düşmənlərindən intiqam alan şairlər müstəsnadır. Allaha şərik qoşmaqla və Allahın qullarına qarşı haqsızlıq etməklə həddlərini aşanlar qiyamət günü qayıdacaqları yeri mütləq biləcəklər. Onlar əzəmətli bir yerə və dəqiq haqq-hesaba dönəcəklər. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız