وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّۭا ﴿١﴾
Allah,Ona ibadət etmək üçün səf-səfduran mələklərə and içir
Ana səhifə›Təfsir›As-Saaffaat (37)
Məkkə · 182 ayə
وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّۭا ﴿١﴾
Allah,Ona ibadət etmək üçün səf-səfduran mələklərə and içir
فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا ﴿٢﴾
Allah, həmçinin, buludları qovduqca qovan və onları Onun yağış yağdıracağı yerədək aparan mələklərə and içir
فَٱلتَّـٰلِيَـٰتِ ذِكْرًا ﴿٣﴾
O, həmçinin, Allahın kəlamını oxuyan mələklərə and içir. إن إلهكم لوحد
إِنَّ إِلَـٰهَكُمْ لَوَٰحِدٌۭ ﴿٤﴾
Ey insanlar, həqiqətən, sizin haqq məbudunuz təkdir, Onun heç bir şəriki yoxdur! Bu məbud, Allahdır
رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَـٰرِقِ ﴿٥﴾
O,həm göylərin,yerin və onların arasındakıların Rəbbi,həm də il boyu məşriqlərdən doğan və məğriblərdə batan günəşin Rəbbidir
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ ﴿٦﴾
Biz yerə ən yaxın olan səmanı, parıldayan cavahiratlar tək görünən gözəl zinətlə - ulduzlarla bəzədik. وحفظا من كل شيطن مارد
وَحِفْظًۭا مِّن كُلِّ شَيْطَـٰنٍۢ مَّارِدٍۢ ﴿٧﴾
və onların sayəsində dünya səmasını, itaət etməkdən boyun qaçıran hər bir asi şeytandan mühafizə etdik. (Belə ki, onlar) ulduzlarla vurulurlar
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍۢ ﴿٨﴾
O şeytanlar artıq, göydəki mələklərin Rəbbinin onlara vəhy etdiyi şəriət qanunları və müəyyən etdiyi qədəri haqqında danışdıqları söhbətlərinə qulaq asa bilməzlər. (Və əgər qulaq assalar,) hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ ﴿٩﴾
Onlar səmadan qovular və mələklərə qulaq asmaqdan kənar edilərlər. Axirətdə isə onları uzun sürəcək ağrılı-acılı bir əzab gözləyir. بلغ Qur’an · Təfsir
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ ثَاقِبٌۭ ﴿١٠﴾
Lakin şeytanlardan hər kim mələklərin bir-birlərinə dedikləri və öz aralarında etdiyi söhbətlərdən yer əhlinə gedib çatmayan bir sözü qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir ulduz təqib edər. Bəzən olur ki, ulduz (oğru) şeytanı yandırmamışdan əvvəl o, həmin sözü öz qardaşlarına çatdırır, sonra da, bu söz kahinlərə yetişir, kahinlərdə o sözə yüz yalan qataraq qeybi bildiklərini iddia edirlər
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَـٰهُم مِّن طِينٍۢ لَّازِبٍۭ ﴿١١﴾
Ey Muhəmməd, dirilməni inkar edən kafirlərdən soruş: onlar xilqətcə daha möhkəm, bədəncə daha güclü və daha böyük məxluqdurlar, yoxsa Bizim yaratdığımız göylər, yer və mələklər? Biz o kafirləri yapışqan kimi bir palçıqdan yaratmışıq. Onlar yapışqan palçıqdan yaradılmış zəif məxluq olduqları halda, dirilməni necə inkar edirlər?! بل عجبت ويسخرون
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ﴿١٢﴾
Ey Muhəmməd, sən Allahın qüdrətinə və məxluqatı yaratmasına, habelə, müşriklərin dirilməni yalan saymasına təəccüb edirsən, müşriklər isə dirilməyə qətiyyətlə inanmadıqlarına görə, sənin o haqda söylədiklərinə lağ edirlər. وإذا ذكروالا يذكرون
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ ﴿١٣﴾
O müşriklərin qəlbləri sərtləşdiyinə görə, onlara öyüd-nəsihət verildikdə, düşünüb ondan ibrət almır və fayda əldə etmirlər. وإ ذا رأوا ءاية يستسخرون
وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ ﴿١٤﴾
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dorğu danışdığını təsdiqləyən bir möcüzə gördükdə, ona lağa qoyur və ona təccüb edirlər
وَقَالُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌ ﴿١٥﴾
Onlar deyirlər: “Muhəmmədin gətirdiyi bu, açıq-aydın sehrdən başqa bir şey deyil. أءذا متنا وكنا ترابا وعظما أءنا لمبعوثون
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿١٦﴾
Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra yenidən dirildilib həyata qaytarılacağıqmı?! Şübhəsiz ki bu, mümkün olmayan bir işdir
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿١٧﴾
Habelə, bizdən əvvəl ölüb getmiş atalarımız dirildiləcəklərmi?” بلغ Qur’an · Təfsir قل نعم وأنتمدخرون
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ ﴿١٨﴾
Ey Muhəmməd onlara cavab olaraq de: “Bəli, siz də, sizdən əvvəlki atalarınız da, torpaq və çürümüş sümüklər olduqldan sonra, həm də, hamınız zəlil və alçalmış olaraq dirildiləcəksiniz. فإنما هى زجرة وحدة فإذا هم ينظرون
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ فَإِذَا هُمْ يَنظُرُونَ ﴿١٩﴾
Bu, sura üfürüləcək təkcə dəhşətli bir səs olacaq (İkinci üfürmə). Onların hamısı qalxıb Qiyamətin dəhşətli hadisələrinə baxacaq və Allahın onlara nə edəcəyini gözləyəcəklər
وَقَالُوا۟ يَـٰوَيْلَنَا هَـٰذَا يَوْمُ ٱلدِّينِ ﴿٢٠﴾
Dirilməni yalan sayan müşriklər deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür! Bu gün Allah Öz qullarına dünya həyatlarında etdikləri əməllərin əvəzini verəcək.”
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢١﴾
Onlara deyiləcək: “Bu, insanlar arasında hökm verilən gündür! O gün ki, siz onu dünyada inkar edir və yalan sayırdınız.”
۞ ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ ﴿٢٢﴾
مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ ﴿٢٣﴾
O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir
وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ ﴿٢٤﴾
Onlar sorğu-sual olunacaqlar deyə, onları Cəhənnəmə salmamışdan əvvəl dayandırın! Sorğu-sual olunduqdan sonra isə Cəhənnəmə aparın. ما لكم لا تناصرون
مَا لَكُمْ لَا تَنَاصَرُونَ ﴿٢٥﴾
Onlara məzəmmət edilərək deyiləcək: “Sizə nə olub ki, dünyadakı kimi bir-birinizə kömək etmirsiniz? Bütlərinizin sizə kömək edəcəyinimi iddia edirdiniz?!”
بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ ﴿٢٦﴾
Xeyr, onlar bu gün Allahın əmrinə boyun əyib zəlil olmuşlar. Onlar aciz olduqlarına və hiylələrinin də, az olduğuna görə, bir- birlərinə kömək edə bilməzlər. بلغ Qur’an · Təfsir
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿٢٧﴾
Onlar bir-birlərinə tərəf dönüb bir-birini qınayacaq və bir-birilə höcətləşəcəklər. Halbuki həmin vaxt qınamağın və höcətləşməyin heç bir faydası olmayacaqdır
قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ ﴿٢٨﴾
Tabe olanlar öz başçılarına deyəcəklər: “Siz, ey başçılarımız, bizə din və haqq tərəfdən yanaşıb küfrü, Allaha şərik qoşmağı və asiliklər etməyi bizim üçün gözəl göstərir və bizi, Allah tərəfindən göndərilmiş elçilərinin gətirdikləri haqdan uzaqlaşdırırdınız.” قالوا بل لم تكونوامؤمنين
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ ﴿٢٩﴾
Başçılar tabeçiliklərində olanlara deyəcəklər: “Xeyr, bu, heç də sizin dediyiniz kimi deyil. Əksinə, siz özünüz küfr edirdiniz, inanan kimsələr deyildiniz, üstəlik, (haqqı) inkar da edirdiniz
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَـٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًۭا طَـٰغِينَ ﴿٣٠﴾
Ey bizə tabe olanlar, biz sizə hökmranlıq etmirdik, yaxud təzyiq göstərmirdik ki, sizi küfr, şirk və asiliklər etməyə vadar edək. Xeyr, siz özünüz küfrdə və azğınlıqda həddi aşmış bir qövm idiniz
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ﴿٣١﴾
Rəbbimizin (İblisə dediyi): ﴾Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!﴿ [Sad, 85] sözü, həm bizim barəmizdə, həm də sizin barənizdə gerçəkləşdi. Elə buna görə də, biz Rəbbimizin xəbərdar etdiyi əzabı hökmən dadacağıq. فأغوينكم إنا كنا غوين
فَأَغْوَيْنَـٰكُمْ إِنَّا كُنَّا غَـٰوِينَ ﴿٣٢﴾
Biz sizi zəlalətə və küfrə dəvət etdik. Həqiqətən də, biz doğru yoldan azmış kimsələr idik.”
فَإِنَّهُمْ يَوْمَئِذٍۢ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿٣٣﴾
Şübhəsiz ki, qiyamət günü başçılar da, onlara tabe olanlar da, əzaba şərik olacaqlar
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿٣٤﴾
Biz bunlara əzab daddırdığımız kimi, digər günahkarlara da, əzabı belə daddıracağıq
إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ ﴿٣٥﴾
Çünki dünyada o müşriklərə tovhidin tələblərini yerinə yetirmək və ona müxalif olan işlərdən uzaq olsunlar deyə: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”– deyildikdə, haqqa boyun əyməyə təkəbbür göstərib və özlərini yüksək tutub onu بلغ Qur’an · Təfsir qəbul etmirdilər və ona heç qulaq da asmırdılar
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍۢ مَّجْنُونٍۭ ﴿٣٦﴾
və öz küfrlərinə bəraət qazandırmaq üçün deyirdilər: “Məgər bir məcnun şairə görə tanrılarımıza tapınmağı tərkmi edəcə‐ yik?!”Onlar bu sözləri ilə Rəsulullahı (səllallahu aleyhi və səlləm) qəsd edirdilər
بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ ﴿٣٧﴾
Onlar böyük bir iftira yaxdılar. Rəsulullah (səllallahu aleyhi və səlləm) nə dəli idi, nə də şair, əksinə, o, Allahın tək ilah olduğunu qəbul etməyə və Onun rəsuluna tabe olmağa dəvət edən Quranı gətirdi, üstəlik, əvvəlki peyğəmbərlərin Allah tərəfindən gətirdiyi tovhidi və axirətin həqiqət olduğunu təsdiqlədi və heç bir şeylə onlara müxalif olmadı
إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ ﴿٣٨﴾
Ey müşriklər, siz küfr etdiyinizə və peyğəmbərləri yalançı saydığınıza görə qiyamət günü mütləq ağrılı-acılı əzabı dadacaqsınız. وما تجزون إلا ما كنتمتعملون
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٣٩﴾
Ey müşriklər, siz ancaq dünyada Allaha küfr etdiyinizə və asi işlər gördüyünüzə görə cəzalandırılacaqsınız
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿٤٠﴾
Lakin Allahın Özünə ibadət etmək üçün seçdiyi, ixlasla Allaha ibadət etdiyi qulları müstəsnadır. Onlar əzabdan xilas olacaqlar
أُو۟لَـٰٓئِكَ لَهُمْ رِزْقٌۭ مَّعْلُومٌۭ ﴿٤١﴾
Məhz o seçilmiş ixlaslı qullar üçün Allahın onlara bəxş etdiyi - paklığı, gözəlliyi və tükənməzliyi məlum olan bir ruzi vardır
فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ﴿٤٢﴾
Bu ruzilərdən biri də, onların yeyəcəyi və nəfslərinin çəkdiyi ən təmiz meyvələrdir. Bundan əlavə onlar öz dərəcələrinin yüksəlməsi və Allahın üzünə baxmaq şərəfinə nail olacaqlar
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٤٣﴾
Onlar bütün bu nemətlərə, nə sona yetişəcək, nə də yox olacaq, əbədi və dəyişilməz Nəim cənnətlərində nail olacaqlar. عل سرر متقبلين
عَلَىٰ سُرُرٍۢ مُّتَقَـٰبِلِينَ ﴿٤٤﴾
Onlar taxtlar üstündə üzbəüz oturub bir-birilərinə baxacaqlar. بلغ Qur’an · Təfsir يطاف عليهم بكأس من معين
يُطَافُ عَلَيْهِم بِكَأْسٍۢ مِّن مَّعِينٍۭ ﴿٤٥﴾
Onlar üçün axar su kimi şəffaf olan şərabla dolu piyalələr dolandırılacaq
بَيْضَآءَ لَذَّةٍۢ لِّلشَّـٰرِبِينَ ﴿٤٦﴾
Rəngi ağappaq, içənlərə tam şəkildə ləzzət verən bir şərab. لا فيها غول ولا هم عنها ينزفون
لَا فِيهَا غَوْلٌۭ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ﴿٤٧﴾
Bu, dünyadakı şəraba bənzəmir. Onun içində nə ağlı başdan çıxaran sərxoşedici bir şey var, nə də ki o, içənlərə başağrısı verər. Onu içən kimsənin bədəni də, ağlı da salamt qalar
وَعِندَهُمْ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌۭ ﴿٤٨﴾
Cənnətdə onların yanında iffətli qadınlar olacaq. Onlar ərlərindən başqa heç kəsə baxmayacaq,gözlləri də çox gözəl olacaq. كأن هن بيض مكنون
كَأَنَّهُنَّ بَيْضٌۭ مَّكْنُونٌۭ ﴿٤٩﴾
Onların rənginin ağlığı, qorunub saxlanılmış, heç bir əl dəyməmiş quş yumurtasının sarıya çalan ağlığı kimi olacaq
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿٥٠﴾
Cənnət əhlinin bəzisi digərlərinə tərəf dönüb bir-birilərinin keçmişi və dünyada başlarına nələr gəldiyi barədə soruşacaqlar
قَالَ قَآئِلٌۭ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌۭ ﴿٥١﴾
O möminlərdən biri deyəcək: “Dünyada mənim, dirilməni inkar edən bir tanışım var idi
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ ﴿٥٢﴾
O inkar və istehza edərək deyirdi: “Ey siddiq, sən də ölülərin dirəlcəyinə inananlardansan?! أءذا متنا وكنا ترابا وعظما أءنا لمدينون
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَدِينُونَ ﴿٥٣﴾
Məgər biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcək və dünyada etdiyimiz əməllərimizə görə cəzalandırılacağıq?” قال هل أنتم مط لعون
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ﴿٥٤﴾
Sonra həmin mömin şəxs Cənnətdəki yoldaşlarına deyəcək: “Mənimlə gəlin, dirilməni inkar edən o tanışımın hara düşdüyünü görək.” بلغ Qur’an · Təfsir
فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ ﴿٥٥﴾
O boylanıb tanışını Cəhənnəmin ortasında olduğunu görəcək
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ﴿٥٦﴾
və deyəcək: “Ey yoldaş, Allaha and olsun ki, sən məni küfrə və dirilməni inkar etməyə dəvət etməklə az qala məni Cəhənnəm oduna salıb məhv edəcəkdin
وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ ﴿٥٧﴾
Əgər Allah məni imana doğru yönəldib mömin olmağa müvəffəq etməsydi, mən də sənin kimi əzaba düçar edilənlərdən olardım. أفما نحن بميتين
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ﴿٥٨﴾
Biz Cənnət əhli artıq ölməyəcəyik, elə deyilmi?
إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿٥٩﴾
Yalnız dünya həyatındakı ilk ölümümüzdən başqa. Əksinə, biz əbədi olaraq Cənnətdə qalacaq və kafirlər kimi əzaba düçar olmayacağıq.”
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٦٠﴾
Rəbbimizin bizə əta etdiyi bu lütf - bizi Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğrurdur
لِمِثْلِ هَـٰذَا فَلْيَعْمَلِ ٱلْعَـٰمِلُونَ ﴿٦١﴾
Çalışıb əməl edənlər,qoybu böyük mükafatı əldə etmək üçün çalışıb əməl etsinlər.Həqiqətən qazanclı ticarət budur
أَذَٰلِكَ خَيْرٌۭ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ ﴿٦٢﴾
Allahın, Özünə itaət etməkdən ötrü seçdiyi qulları üçün hazırladığı bu zikr edilən nemətlər, məqam və ehtiram baxımından daha xeyirli və daha əfzəldir, yoxsa kafirlərin yeməyi olan, nə qüvvət verən, nə də aclıqdan qurtaran, Quranda lənətlənmiş zəqqum ağacı?! إنا جعلنها فتنة للظ لمين
إِنَّا جَعَلْنَـٰهَا فِتْنَةًۭ لِّلظَّـٰلِمِينَ ﴿٦٣﴾
Şübhəsiz ki biz bu ağacı, küft və asilik etməklə özlərinə zülüm edən zalımlar üçün bir sınaq etdik. Çünki onlar: "Təbii ki, od ağacı yandırır. Odur ki,o ağacın Cəhənnəmdə bitməsi mümkün deyil" deyirdilər. بلغ Qur’an · Təfsir
إِنَّهَا شَجَرَةٌۭ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ ﴿٦٤﴾
Zəqqum ağacıCəhənnəmin lap dibindən bitib çıxan xəbis bir ağacdır
طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ ﴿٦٥﴾
Bu ağacda bitən meyvə iyrənc görünüşlüdür, sanki şeytanların başıdır. İyrənc görünüş isə görünənin iyrənc olmasından xəbər verir. Bu da, o deməkdir ki, onun meyvəsinin dadı çox pisdir
فَإِنَّهُمْ لَـَٔاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿٦٦﴾
Kafirlər onun acı və iyrənc meyvəsindən yeyib onunla boş qarınlarını dolduracaqlar. ثم إن لهم عليها لشوبا من حميم
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًۭا مِّنْ حَمِيمٍۢ ﴿٦٧﴾
O ağacın meyvəsindən yedikdən sonra, onları qaynar su ilə qatışdırılmış iyrənc bir içki gözləyir
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ ﴿٦٨﴾
Bundan sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəm əzabıdır. Beləcə onlar, bir əzabdan qurtardıqdan sonra başqa bir azaba düçar olacaqlar
إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ ﴿٦٩﴾
Həqiqətən, o kafirlər ata-babalarının haqq yoldan azmış olduğunu gördülər, sonra da, heç bir dəlil-sübut olmadan, təqlid edərək onların yolunu tutub getdilər
فَهُمْ عَلَىٰٓ ءَاثَـٰرِهِمْ يُهْرَعُونَ ﴿٧٠﴾
Onlar zəlalətdə tez-tələsik atalarının yolunu tutub getdilər
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ ﴿٧١﴾
Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü. Yoxsa ki, sənin qövmün, ey Peyğəmbər, ümmətlər arasında ilk azmış ümmət deyil. ولقد أرسلنا فيهم منذرين
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ﴿٧٢﴾
Artıq Biz o əvvəlki ümmətlərə Allahın əzabı ilə qorxudan elçilər göndərmişdik, lakin onlar yenə də Allaha küfr etdilər. بلغ Qur’an · Təfsir
فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ ﴿٧٣﴾
Ey Peyğəmbər, bax gör öz peyğəmbərləri tərəfindən qorxudulmuş, lakin onların dəvətini qəbul etməmiş ümmətlərin axırı necə oldu. Küfr etdiklərinə və peyğəmbərlərini yalançı saydılarına görə, onların axırı, əbədi olaraq Cəhənnəmdə qalmaq oldu
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿٧٤﴾
Yalnız o kəslərdən başqa ki,Allah onları Özünə iman gətirmək üçün seçmişdir.Onlar,haqqı yalan sayan o kafirlərin aqibəti olan əzabdan xilas olacaqlar
وَلَقَدْ نَادَىٰنَا نُوحٌۭ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ ﴿٧٥﴾
Peyğəmbərimiz Nuh (aleyhissəlam) onu yalançı sayan qövmünə bəddua edərkən Bizə dua etmişdi. Biz çağırışa necə gözəl cavab verənik!Biz onun öz qövmünün əleyhinə etdiyi duanı tez qəbul etdik
وَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿٧٦﴾
Biz onu, onun əhli-beytini və onunla birlikdə olan möminləri, onun qövmünün əziyyətindən və onlardan kafir olanların üstünə göndərilmiş böyük tufan qopduğu zaman suya qərq olmaqdan xilas etdik
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ ﴿٧٧﴾
Biz ancaq onun ailəsini və onunla birlikdə olan möminləri xilas etdik. Onlardan başqa qövmündən olan kafirləri isə suda qərq etdik
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿٧٨﴾
Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq
سَلَـٰمٌ عَلَىٰ نُوحٍۢ فِى ٱلْعَـٰلَمِينَ ﴿٧٩﴾
Gələcək nəsillər arasında Nuh salam və əmin-amanlıq olsun ki, pis xatirə ilə yada salınmasın, əksinə, onu tərifləsinlər və gözəl xatirə ilə yad etsinlər
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿٨٠﴾
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini, tək Allaha etdikləri ibadətlərinə və itaətlərinə görə, Nuhu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırarıq!
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿٨١﴾
Həqiqətən,Nuh Allaha itaət və ibadət edən mömin qullarımızdandır. بلغ Qur’an · Təfsir
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ ﴿٨٢﴾
Sonra yerdə qalanları üstlərinə göndərdiyimiz tufanla suya qərq etdik. Onlardan heç biri salamat qalmadı
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ ﴿٨٣﴾
Həqiqətən,İbrahim Allahın vəhdaniyyətinə dəvət etmək xüsusunda Nuhun yolunu tutub gedən din əhlindən idi
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍۢ سَلِيمٍ ﴿٨٤﴾
Bir zaman onun, Allahın yaratdıqlarına nəsihət edən, öz Rəbbinin hüzuruna şirkdən uzaq olan, təmiz bir qəlblə gəldiyini xatırla. إذ قال لأبيه وقومه ماذا تعبدون
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ ﴿٨٥﴾
O zaman o,öz atasına və müşrik qövmünə məzəmmət edərək demişdi:“Siz Allahı qoyub nəyə ibadət edirsiniz?
أَئِفْكًا ءَالِهَةًۭ دُونَ ٱللَّهِ تُرِيدُونَ ﴿٨٦﴾
Allahı qoyub yalançı tanrılaramı ibadət edirsiniz?
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٨٧﴾
Ey qövmüm, siz aləmlərin Rəbbini qoyub başqasına ibadət etdiyiniz halda, Onun hüzuruna çıxacağınız zaman nə zənn edirsiniz, (sizin halınız necə olacaq)?! Onun sizə nə edəcəyini düşünürüsünüz?!
فَنَظَرَ نَظْرَةًۭ فِى ٱلنُّجُومِ ﴿٨٨﴾
İbrahim qövmü ilə birlikdə getməsin deyə bir hiylə fikərləşərək ulduzlara nəzər saldı. فقال إنى سقيم
فَقَالَ إِنِّى سَقِيمٌۭ ﴿٨٩﴾
O, öz qövmü ilə bayramı keçirməyə getməmək üçün bəhanə gətirib: "Mən xəstəyəm" dedi. فتولوا عنه مدبرين
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ ﴿٩٠﴾
Onlar onu orada qoyub getdilər
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ﴿٩١﴾
O, onların Allahdan başqa ibadət etdikləri ilahların yanına gəlib onlara istehza edərək dedi: “Siz müşriklərin sizin üçün hazırladığı təamlardan yemirsiniz?! بلغ Qur’an · Təfsir ما لكم لا تنطقون
مَا لَكُمْ لَا تَنطِقُونَ ﴿٩٢﴾
Sizə nə olub ki, danışmırsınız, sizə sual verən kimsəyə cavab vermirsiniz?!”Heç Allahı qoyub beləsinə ibadət edilərmi?!
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ ﴿٩٣﴾
Sonra İbrahim o bütlərə yaxınlaşıb onları sındırmaq üçün sağ əli ilə onlara zərbə endirdi
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ ﴿٩٤﴾
Bu bütlərə sitayiş edən kimsələr yüyürə-yüyürə onun yanına gəldilər. قال أتعبدون ما تنحتون
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ﴿٩٥﴾
İbrahim mərd-mərdanə onların qabağına çıxıb onları məzəmmət edərək dedi: “Siz Allahı qoyub öz əllərinizlə yonub dü‐ zəltdiyiniz bütlərəmi ibadət edirsiniz?!
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ﴿٩٦﴾
Pak və müqəddəs Allah sizi və sizin əməllərinizi yaratmışdır. O əməllərinizdən biri də öz əllərinizlə düzəltdiyiniz bu bütlərdir. İbadət edilməyə layiq olan və heç bir şəriki olmayan yalnız Allahdır
قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَـٰنًۭا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ ﴿٩٧﴾
Onlar ona dəlil-sübutla üstün gələ bilmədiklərini gördükdə, güc tətbiq etmək qərarına gəldilər. Onlar İbrahimə nə edəcəkləri barədə öz aralarında məşvərət edib dedilər: "Onun üçün bir bina tikin və içərisini odunla doldurub yandırın, sonra da onu o odun içinə atın"
فَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَـٰهُمُ ٱلْأَسْفَلِينَ ﴿٩٨﴾
İbrahimin qövmü İbrahimə pislik edib onu öldürməklə onlara verdiyi rahatsızlığa son qoymaq istədi. Biz isə (onların qaladığı) odu İbrahim üçün sərin və salamat etməklə onları zəlil bir vəziyyətə saldıq. وقال إنى ذاهب إلى ربى سيهدين
وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ ﴿٩٩﴾
İbrahim dedi:“Mən qövmümün yurdunu tərk edərək,Ona ibadət etməkdə möhkəm olmağım üçün Rəbbimə doğru gedi‐ rəm. O məni dünyada və axirətdə olan xeyrə doğru yola yönəldəcəkdir”
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّـٰلِحِينَ ﴿١٠٠﴾
“EyRəbbim!Mənə əməlisaleh övlad bəxş et ki,mənə kömək olsun və mən qürbəttə ikən mənim üçün qövmümü əvəz etsin!” بلغ Qur’an · Təfsir فبشرنه بغلم حليم
فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍۢ ﴿١٠١﴾
Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xasiyyətli olacaq bir oğlan uşağı ilə müjdələdik. Bu uşaq İsmail (aleyhissəlam) idi
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ ﴿١٠٢﴾
İsmail böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda atası İbrahim yuxu gördü. Peyğəmbərlərin yuxusu isə vəhydir. İbrahim öz oğluna gördüyü yuxu barədə məlumat verərək belə dedi: “Ey oğlum, yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör bu haqda nə düşünürsən!”. İsmail atasına dərhal cavab verərək belə dedi: “Atacan, Allahın mənim qurban kəsilməyimə dair sənə buyurduğu əmrini yerinə yetir. Mənim səbirlilərdən və Allahın verdiyi hökmə razı qalanlardan oldu‐ ğumu görəcəksən”
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ ﴿١٠٣﴾
Hər ikisi Allahın əmrinə boyun əydikləri və İbrahim Allahın əmrini yerinə yetirmək üçün öz oğlunu üzüstə yerə uzatdığı zaman
وَنَـٰدَيْنَـٰهُ أَن يَـٰٓإِبْرَٰهِيمُ ﴿١٠٤﴾
İbrahim Allahın əmriniyerinə yetirib oğlunu qurban kəsmək istədikdə,Biz onu çağırıb dedik:“Eyİbrahim!
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٠٥﴾
Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mükafatlandırırıq
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْبَلَـٰٓؤُا۟ ٱلْمُبِينُ ﴿١٠٦﴾
Həqiqətən, bu, açıq-aydın bir imtahan idi ki, İbrahim ondan müvəffəqiyyətlə keçdi. وفدينهبذب ح عظيم
وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍۢ ﴿١٠٧﴾
Biz İsmailin əvəzinə böyük bir qoç fidyə verdik ki,onun əvəzinə o qoçu kəssin
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿١٠٨﴾
Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq
سَلَـٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿١٠٩﴾
Allahın ona salamı olsun və bu onun üçün hər bir zərərdən və bəladan qoruyan bir dua olsun! بلغ Qur’an · Təfsir
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١١٠﴾
Biz İbrahimi əmrə itaət etdiyinə görə mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, belə mükafatlandırırıq!”
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿١١١﴾
Həqiqətən İbrahim,Allaha etdiyi ibadətləri tam yerinə yetirənي mömin qullarımızdan idi
وَبَشَّرْنَـٰهُ بِإِسْحَـٰقَ نَبِيًّۭا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿١١٢﴾
Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi
وَبَـٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَـٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌۭ وَظَالِمٌۭ لِّنَفْسِهِۦ مُبِينٌۭ ﴿١١٣﴾
Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bərəkət verdik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəslində Rəbbinə itaət edib yaxşı iş görənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edənləri də. ولقدمنناعل موس وهرون
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿١١٤﴾
Biz Musaya və onun qardaşı Haruna da peyğəmbərlik bəxş etdik
وَنَجَّيْنَـٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿١١٥﴾
Biz onların hər ikisini və onların qövmü İsrail oğullarını, Fironun onları kölə etməsindən və onların dənizdə qərq olmasından xilas etdik
وَنَصَرْنَـٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ ﴿١١٦﴾
Biz onlara Firona və onun ordusuna qarşı yardım etdik və onlar öz düşmənlərinə qalib gəldilər
وَءَاتَيْنَـٰهُمَا ٱلْكِتَـٰبَ ٱلْمُسْتَبِينَ ﴿١١٧﴾
Biz Musaya və onun qardaşı Haruna Allahın açıq-aydın, içində heç bir şübhə olmayan Kitabını - Tövratı verdik
وَهَدَيْنَـٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿١١٨﴾
Onların hər ikisini, heç bir əyriliyi olmayan doğru yola yönəltdik! Bu, pak və müqəddəs Xaliqin rizasına doğru yönəldən İslam dininin yoludur. بلغ Qur’an · Təfsir
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْـَٔاخِرِينَ ﴿١١٩﴾
Biz hər ikisi üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq. سلمعل موس وهرون
سَلَـٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿١٢٠﴾
Allahdan onların hər ikisinə gözəl salam və təriflər olsun, üstəlik, hər bir xoşagəlməz şeydən salamat qalsınlar!
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٢١﴾
Biz Musanı və Harunu bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿١٢٢﴾
Həqiqətən, Musa və Harun Allaha iman gətirən və Allahın onlara buyurduqlarını yerinə yetirən qullarımızdan idi
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿١٢٣﴾
Şübhəsiz ki, İlyas da, Rəbbinin göndərdiyi elçilərdənidi. Allah ona peyğəmbərlik və risalət bəxş etmişdir
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾
Bir zaman o, İsrail oğullarından elçi göndərildiyi qövmünə demişdi: “Ey qövmüm, məgər siz Allahın əmrlərini yerinə yetirməklə - Allahın təkliyini qəbul etməklə və qadağan etdiyi əməllərdən - şirkdən çəkinməklə Allahdan qorxmursunuz?
أَتَدْعُونَ بَعْلًۭا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَـٰلِقِينَ ﴿١٢٥﴾
Siz yaradanların ən yaxşısı olan Allaha ibadət etməyi buraxıb bütünüz Bələ ibadət edirsiniz?!
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿١٢٦﴾
Allah sizin Rəbbinizdir. O Rəbbiniz ki, həm sizi, həm də, sizin əcadlarınızı yaratmışdır. Allahdan başqa nə fayda, nə də zərər verən bütlər yox,məhz Allah ibadət edilməyə layiqdir. فكذبوه فإن هم لمحضرون
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ ﴿١٢٧﴾
Qövmü onu yalançı saydı. Elə bu günahlarına görə də, onlar əzaba düçar olacaqlar
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿١٢٨﴾
Yalnız onun qövmündən mömin olmuş Allaha ixlasla ibadət etmiş kimsələrdən başqa. Belələri, əzaba düçar olmaqdan qurtulacaqlar. بلغ Qur’an · Təfsir
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿١٢٩﴾
Biz onun üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq
سَلَـٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ ﴿١٣٠﴾
İlyasa Allahdan salam və təriflər olsun!
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٣١﴾
Biz İlyası bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿١٣٢﴾
Həqiqətən, İlyas Rəbbinə sidq-ürəklə iman gətirmiş həqiqi mömin qullarımızdan idi
وَإِنَّ لُوطًۭا لَّمِنَ ٱلْمُرْسَلِينَ ﴿١٣٣﴾
Şübhəsiz ki,Lut da,Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi. إ ذ نجينه وأهله أجمعين
إِذْ نَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿١٣٤﴾
Bir zaman Biz onu və bütün ailəsini qövmünə göndərdiyimiz əzabdan xilas etdiyimizi xatırla
إِلَّا عَجُوزًۭا فِى ٱلْغَـٰبِرِينَ ﴿١٣٥﴾
Yalnız onun zövcəsindən başqa. O qadın da, qövmünün düçar olacağı əzaba düçar olmuşdu. Çünki o, onlar kimi kafir idi
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ ﴿١٣٦﴾
Sonra Biz onun qövmündən yerdə qalanları - onu yalançı sayanları və onun gətirdiyi risaləti təsdiq etməyənləri məhv etdik. وإ نكم لتمرون عليهم م ص بحين
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ ﴿١٣٧﴾
Ey Məkkə əhli, siz Şama səfər edərkən, səhər çağı onların məhv olduğu yerdən keçirsiniz
وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿١٣٨﴾
Həmçinin, axşam çağı da, onların yanından keçirsiniz. Məgər anlamırsınız və onların haqqı yalan saydıqdan, küfr etdikdən və əvvəlki nəsillərdən heç kəsin etmədiyi fahişəliyi etdikdən sonra, onların başına gələnlərdən ibrət almırsınız?! بلغ Qur’an · Təfsir
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿١٣٩﴾
Şübhəsiz ki, qulumuz Yunis da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿١٤٠﴾
Bir zaman o, Rəbbinin izni olmadan qövmünün (küfründən) qaçıb insanlar və əşyalarla dolu bir gəmiyə minmişdi
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ ﴿١٤١﴾
Gəmi dolu olduğundan az qala batacaqdı. Gəmidəkilər insan sayının həddən ziyadə olduğundan dolayı, gəminin batacağından qorxduqlarına görə, öz aralarından bəzilərini dənizə atmaq üçün püşk atmaq qərarına gəldilər. Yunus uduzanlar arasında idi. Odur ki, onu da dənizə atdılar
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌۭ ﴿١٤٢﴾
Onlar onu dənizə atdıqda balıq onu tutub udmuşdu. O vaxt o, Rəbbinin izni olmadan dənizə çıxdığına görə qınanmağa layiq idi
فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ ﴿١٤٣﴾
Əgər Yunis bu hadisədən öncə Allahı çox zikr edənlərdən olmasaydı, habelə, balığın qarnında Allahı yad edib, Onun şəninə təriflər deməsəydi,
لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿١٤٤﴾
balığın qarnında qiyamət gününə qədər qalardı. Belə ki, balığın qarnı onun üçün qəbir olardı
۞ فَنَبَذْنَـٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌۭ ﴿١٤٥﴾
O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziyyətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq. وأنبتنا عليه شجرة من يقطين
وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةًۭ مِّن يَقْطِينٍۢ ﴿١٤٦﴾
Və o boş sahədə onun üstünə kölgə salmaq üçün, üstəlik onun meyvəsindən yesin deyə, qabaq növündən iriyarpaqlı bir ağac bitirdik. وأرسلنهإ لى مائة ألف أو يزيدون
وَأَرْسَلْنَـٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ ﴿١٤٧﴾
Biz onu sayı yüz min, hətta daha çox olan bir qövmünə peyğəmbər göndərdik. بلغ Qur’an · Təfsir فٔامنوافمتعنهم إلى حين
فَـَٔامَنُوا۟ فَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍۢ ﴿١٤٨﴾
Onlar ona iman gətirdilər və onun gətridiyi (risaləti) təsdiqlədilər, Allah da onlara dünya həyatında əcəlləri yetişənədək firavanlıq nəsib etdi
فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ ﴿١٤٩﴾
Ey Muhəmməd, müşriklərə inkar edərək soruş: “Yoxsa, xoşlamadığınız qızları Allaha, sevdiyiniz oğlanları isə özünüzə nisbət edirsiniz?! Bu nə cür bölgüdür?!”
أَمْ خَلَقْنَا ٱلْمَلَـٰٓئِكَةَ إِنَـٰثًۭا وَهُمْ شَـٰهِدُونَ ﴿١٥٠﴾
Onlar mələklərin yaradılışında iştirak etmədikləri və bunu görmədikləri halda, onların dişi olduğunu necə iddia edə bilərlər?!
أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ ﴿١٥١﴾
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿١٥٢﴾
Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır
أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ ﴿١٥٣﴾
Məgər Allah onların nifrət etdiyi qızları Özü üçün seçib, onların sevdiyi oğlanlardan üstünmü tutmuşdur?! Əsla belə deyildir. مالكم كيف تحكمون
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿١٥٤﴾
Ey müşriklər, sizə nə olub, belə ədalətsiz hökm verir - qızları Allaha, oğlanları isə özünüzə aid edirsiniz?! أفلا تذك رون
أَفَلَا تَذَكَّرُونَ ﴿١٥٥﴾
Məgər siz tutduğunuz bu yaramaz etiqadın batil olduğunu düşünmürsünüz?! Əgər düşünsəydiniz, belə söz danışmazdınız. أم لكم سلطن مبين
أَمْ لَكُمْ سُلْطَـٰنٌۭ مُّبِينٌۭ ﴿١٥٦﴾
Yoxsa sizin buna dair Kitabdan və ya Peyğəmbərdən tutarlı bir sübutunuz və aydın bir dəliliniz var?! فأتوا بكتبكم إن كنتم صدقين
فَأْتُوا۟ بِكِتَـٰبِكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٥٧﴾
Əgər iddianızın doğru olduğunu deyirsinizsə,onda bu iddianıisbat edən kitabınızıgətirin!” بلغ Qur’an · Təfsir
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًۭا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ﴿١٥٨﴾
Müşriklər Allahla özlərinin görmədikləri mələklər arasında qohumluq olduğunu uydurdular. Belə ki, onlar mələklərin Allahın qızları olduğunu söylədilər. Mələklər Allahın müşrikləri sorğu-sual etmək üçün (məhşərə) gətirəcəyini bilirlər
سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿١٥٩﴾
Allah pak və müqəddəsdir, müşriklərin Ona aid etdikləri, Ona layiq olmayan sifətlərdən - Özünə övlad götürməkdən, şəriki olmaqdan və başqa bu kimi nöqsanlardan uzaqdır
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿١٦٠﴾
Yalnız Allahın seçilmiş qullarından başqa. Həqiqətən də, onlar Allahı yalnız Ona layiq olan - uca və kamil sifətlərlə vəsf edirlər. فإنكم وما تعبدون
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ﴿١٦١﴾
Ey müşriklər, nə siz, nə də Allahdan başqa ibadət etdikləriniz,
مَآ أَنتُمْ عَلَيْهِ بِفَـٰتِنِينَ ﴿١٦٢﴾
Siz heç kəsi haqq dindən azdıra bilməzsiniz
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ ﴿١٦٣﴾
Allah kimin Cəhənnəm əhlindən olacağına qərar vermişdirsə, Allah onun barəsində verdiyi qərarını gerçəklədirəcək və o adam kafir olacaq, beləliklə də, Cəhənnəm oduna girəcək. Sizin və sizin ibadət etdiyiniz bütlərin isə buna qüdrəti çatmaz
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌۭ مَّعْلُومٌۭ ﴿١٦٤﴾
Mələklər Allaha qul olduqlarını və müşriklərin onlar barədə iddia etdiklərindən uzaq olduqlarını bəyan edərək dedilər: “Biz‐ dən hər kəsin Allaha ibadət və itaət etməkdə, müəyyən bir yeri vardır
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ ﴿١٦٥﴾
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ ﴿١٦٦﴾
Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq. بلغ Qur’an · Təfsir وإ نكانوا ليقولون
وَإِن كَانُوا۟ لَيَقُولُونَ ﴿١٦٧﴾
لَوْ أَنَّ عِندَنَا ذِكْرًۭا مِّنَ ٱلْأَوَّلِينَ ﴿١٦٨﴾
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿١٦٩﴾
فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿١٧٠﴾
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ ﴿١٧١﴾
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ ﴿١٧٢﴾
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَـٰلِبُونَ ﴿١٧٣﴾
Bizim elçilərimizə dediyimiz sözümüz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar. فتول عنهمحت حين
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ﴿١٧٤﴾
Sən, ey Peyğəmbər, Allahın bildiyi bir vaxtadək - onlara əzab yetişəcək vaxta qədər o inadkar müşriklərdən üz çevir! وأبصرهم فسوف يبصرون
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ﴿١٧٥﴾
Sən onlara əzaba düçar olacaqları zamana qədər möhlət ver! Onlar əzabı görməyin heç bir faydası olmayacağı bir vaxt onu görəcəklər. أ فبعذابنا يستعجلون
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿١٧٦﴾
O müşriklər Allahın əzabının tez gəlməsinimi istəyirlər?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ ﴿١٧٧﴾
Allahın əzabı onları yaxladığı zaman onların sabahı necə də pis sabah olacaq! بلغ Qur’an · Təfsir وتول عنهمحت حين
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ﴿١٧٨﴾
EyPeyğəmbər,Allah onlara əzab göndərənədək sən onlardan üz çevir! وأبصر فسوف يبصرون
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ﴿١٧٩﴾
Sən onların əzaba düçar olacaqları zamanı gözlə! Onlar da tezliklə Allahın göndərdiyi əzabın və cəzanın onları necə yaxalayacağını görəcəklər
سُبْحَـٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ ﴿١٨٠﴾
Ey Muhəmməd, sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Ona aid etdikləri naqis sifətlərdən uzaqdır
وَسَلَـٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ ﴿١٨١﴾
Allahın salamı və tərfiləri göndərdiyi hörmətli elçilərə olsun!
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٨٢﴾
Həmd-sənaların hamısı pak və uca Allaha məxsusdur. Yalnız O, buna layiqdir və O, bütün aləmlərin Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız