Ana səhifəTəfsirAl-Muminoon (23)

Təfsir Al-Muminoon (23) — المؤمنون

Məkkə · 118 ayə

Oxu · DinləPDF faylı

قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ﴿١﴾

Şübhəsiz ki, Allaha iman gətirib və Onun şəriətinə dosdoğru əməl edən möminlər, istədiklərinə nail olub, qorxduqları şeylərdən qurtulmaqla səadətə qovuşmuşlar!

ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَـٰشِعُونَ ﴿٢﴾

Onlar, namazlarını uca Allah qarşısında zəlil bir halda, bədən əzaları sükunət işində və qəlbləri onları məşğul edən hər bir şeydən uzaq bir halda, kamil şəkildə əda edərlər

وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ ﴿٣﴾

Onlar, batildən, lüzumsuz şeylərdən və günah olan hər bir söz və əmədə uzaq durarlar

وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَـٰعِلُونَ ﴿٤﴾

Onlar, nəfs və mallarındakı qüsurların təmizlənməsi üçün sahib olduqları malların vaxtı-vaxtında zəkatını verərlər

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ ﴿٥﴾

Onlar, zina (qeyri-qanuni cinsi əlaqə), livat (homoseksualizim) və bütün fahişə əməllərdən uzaq duraraq namuslarını qoruyurlar. Onlar, iffətlərini qoruyub saxlayan pak kimsələrdir

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿٦﴾

Yalnız zövcələri və ya sahib olduqları kənizlər bundan müstəsnadır. Şübhəsiz ki onlar, bu qadınlarla yaxınlıq etdiklərindən dolayı əsla qınanmazlar

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ﴿٧﴾

Kim zövcələri və ya sahib olduqları kənizlərdən başqa qadınlardan yararlanmaq istəsə, o kimsə, Uca Allahın halal etdiyini buraxıb,haram etdiyinin ardınca getdiyiüçün Allahın qoyduğu hüdudlarıaşan kimsədir

وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ﴿٨﴾

Onlar, Allahın özlərinə fərz etdiyi şeyləri yerinə yetirəcəklərinə dair verdikləri sözü yerinə yetirər və insanların onlara əmanət buraxdıqları əmanətə isə xəyanət etməzlər. Eyni şəkildə onlar, verdikləri sözə müxalif çıxmaz, əksinə, vədlərinə daima sadiq qalarlar. بلغ Qur’an · Təfsir

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ ﴿٩﴾

Onlar namazlarını davamiyyətli olaraq, namazın rükularını, vaciblərini və müstəhəblərini yerinə yetirərək vaxtı-vaxtında qılırlar

أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ ﴿١٠﴾

Bu xislətlərə sahib olan kimsələr,varis olan­kimsələrdir

ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿١١﴾

Onlar, Cənnətin ən uca və ən yüksək məqamına va­ris olub, orada əbədi qalan və orada daima tükənməz nemətlər içində olan kimsələrdir

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍۢ مِّن طِينٍۢ ﴿١٢﴾

Həqiqətən, Biz bəşəriyyətin atası olan Adəmi pal­çıqdan xəlq etdik. Adəmin torpağı, yer torpağı ilə qatışmış olan bir suyundan alınmışdır. ثم جعلنهنطفة فى قرار مكين

ثُمَّ جَعَلْنَـٰهُ نُطْفَةًۭ فِى قَرَارٍۢ مَّكِينٍۢ ﴿١٣﴾

Sonra Biz Adəmin zürriyyətini, doğulacağı günə qədər ana bətnində qərar tutmuş bir nütfədən xəlq etdik

ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةًۭ فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةًۭ فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَـٰمًۭا فَكَسَوْنَا ٱلْعِظَـٰمَ لَحْمًۭا ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ ﴿١٤﴾

Sonra ana bətnində qərar tutmuş nütfədən qırmızı lax­talanmış qan ya­ratdıq, sonra o lax­talanmış qan­ı qırmızı rəngli çeynənmiş bir ət parçasına döndərdik, sonra o ət parçası üçün möhkəm sü­mük­lər yarat­dıq, sonra da o sümük­ləri ət ilə örtüb bürüdük, sonra da ona ruh üfürüb, dünya həyatına gətirərək yeni bir varlıq olaraq xəlq et­dik. Yaradanların ən yax­‐ şısıolan Allah pak və ucadır! ثم إنكم بعد ذلك لميتون

ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ ﴿١٥﴾

Eyİnsanlar!Keçdiyiniz bütün bu mərhələlərdən sonra siz,əcəliniz gəldiyi zaman mütləq öləcəksiniz!

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ تُبْعَثُونَ ﴿١٦﴾

Sonra da siz,bu ölümün ardından,dünyada ikən etdiyiniz əməllərin hesabını vermək üçün Qiyamət günü qəbirlərinizdən dirildilərək çıxarılacaqsınız! بلغ Qur’an · Təfsir

وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَـٰفِلِينَ ﴿١٧﴾

Ey İnsanlar! Həqiqətən Biz, sizin üzərinizdə bir-birinin üstündə qərar tutan yed­di qat göyü yaratdıq. Bununla belə Biz, yaratdıqlarımız­dan əsla qafil olmadıq və onları əsla unutmadıq

وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَسْكَنَّـٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَـٰدِرُونَ ﴿١٨﴾

Biz göydən nə həddən ziyadə yağıb sellərə, daşqınlara, nə də ki, az olub quraqlığa səbəb olacaq qədər, əksinə, ehtiyacınızı ödəyəcək qədər su endi­rdik və bu sudan insan və heyvanların ondan istifadə etməsi üçün onu yer üzündə yığıb saxladıq. Şüb­həsiz ki, Biz onu yox etməyə də qadirik. Əgər belə etsəydik, o zaman siz, bu sudan əsla faydalana bilməzdiniz. فأنشأنا لكم به جنت من ن خيل وأعنب ل كم فيها فوكهكثيرة ومنها تأكلون

فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّـٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَـٰبٍۢ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ﴿١٩﴾

Sonra Biz sizin üçün o su ilə xur­ma ağac­la­rı­və üzüm bağ­la­rı meydana gətirdik. Beləliklə, si­zin üçün: əncir, nar və alma kimi çeşidli rənglərdə və şəkillərdə çoxlu sayda meyvələr yetişdirdik ki, sizdə bu meyvələrdən nuşcanlıqla yeyirsiniz

وَشَجَرَةًۭ تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍۢ لِّلْـَٔاكِلِينَ ﴿٢٠﴾

Sonra Biz o su ilə sizin üçün Sina dağı bölgəsində meyvələrindən yağ və yeyəcək əldə etdiyiniz zeytun ağacını meydana gətirdik

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةًۭ ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ﴿٢١﴾

Ey İnsanlar! Sizin üçün dəvə, inək və qoyun heyvanla­rın­da Uca Allahın qüdrətinə və sizə bəxş etmiş olduğu lütfünə dəlalət edən bir çox ibrətlər vardır. Biz sizlərə bu heyvanların bət­nin­dən, içənlərin boğazından rahat keçən pak süddən içirdirik. Sizin üçün bu heyvanlarda üzərinə minmək, yunundan və tükündən istifadə etmək və ətindən yemək kimi daha baş­qa faydalar da vardır

وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ﴿٢٢﴾

Siz quruda dəvə ilə, dənizdə isə gə­milər ilə daşınır­sı­nız

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ﴿٢٣﴾

Biz Nuhu öz tayfasına, onları Allaha dəvət etməsi üçün peyğəmbər göndərdik. Nuh öz tayfasına belə dedi: "Ey camaatım! Yalnız tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadət edəcək haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"

فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَـٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةًۭ مَّا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ﴿٢٤﴾

Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadə­gan­ları onlara tabe olub, onların ardınca gedənlərə belə de­dilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sa­də­cə sizin ki­mi bir in­san­dan başqa bir şey deyildir. O özünün بلغ Qur’an · Təfsir peyğəmbərlik iddiası ilə sizin üzərinizdə bö­yük­lük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi gön­dər­mək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mə­lək­lərdən bir elçi göndə­rərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitmə­mişik. إن هوإلا رجل به جنة فتربصوابه حت حين

إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌۭ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍۢ ﴿٢٥﴾

Bu ancaq ağlı başında olmayan, nə dediyini bilməyən dəli bir insandır. Elə isə onun halı bəlli olana qəbər bir müddət göz­lə­‐ yin!"

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ﴿٢٦﴾

Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mə­­nə yardım et!"

فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۖ إِنَّهُم مُّغْرَقُونَ ﴿٢٧﴾

Biz Nuha belə vəhy etdik: "Gözlərimiz önündə və sənə gəmini necə düzəltmək lazım olduğunu öyrətdiyimiz kimi gə­mi­ni düzəlt. Onların həlak ediləcəyinə dair əmrimiz gəl­di­yi və suyun çörək bişirən təndirdən qaynayıb daşdığı zaman nəslinin davam etməsi üçün hər bir can­lı­­dan bir cüt erkək və di­şi olmaqla gəmiyə qaldır, zövcən və oğlun kimi barə­sində əvvəlcədən hökm ve­ril­miş kəslər is­tisna olmaqla qalan ailəni gə­mi­yə mindir. Küfür etməklə özlərinə zülüm edən zalımların həlakdan qurtulması üçün Mənə əsla müraciət etmə. Çünki onlar mütləq tufan suyunda boğularaq məhv ediləcəklər!" - deyə vəhy etdik

فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٢٨﴾

Sən və səninlə birlikdə qurtulan möminlər ilə gəmiyə mindiyin zaman de: "Kafir olan qövmü həlak edərək bizi bu əzabdan xilas edən Allaha həmd-sənalar ol­sun!"

وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًۭا مُّبَارَكًۭا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ ﴿٢٩﴾

Həmçinin, belə de: "Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!" إن فى ذلك لٔايت وإن كنا لمبتلين

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ وَإِن كُنَّا لَمُبْتَلِينَ ﴿٣٠﴾

Həqiqətən, Nuh - aleyhissəlam - və onunla birğə olan möminlərin bu əzabdan xilas edib, kafirləri isə həlak edilməsində, Bizim, peyğəmbərlərimizə yardım etməyə, onları təkzib edənləri isə məhv etməyə qadir olduğumuza dair açıq-aydın dəlillər var­dır. Şübhəsiz ki, Biz, mömini kafirdən, itaət edəni asidən ayır etməmiz üçün, Nuhu öz qövmünə peyğəmbər göndərərək onları beləcə sı­nağa çəkdik. ثم أنشأنا من بعدهم قرنا ءاخرين

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ ﴿٣١﴾

Biz,Nuh qövmünün həlak edilməsindən sonra baş­qa bir ümmət xəlq etdik. بلغ Qur’an · Təfsir

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًۭا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ﴿٣٢﴾

Biz onların içindən, onları Allaha dəvət etməsi üçün bir peyğəmbər göndərdik. O peyğəmbər onlara belə dedi: "Ey Qövmüm! Özündən başqa ilah olmayan tək Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْـَٔاخِرَةِ وَأَتْرَفْنَـٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَـٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ ﴿٣٣﴾

يأكل مما تأكلون منهويشرب مما تشربون O peyğəmbərin qövmündən uca Allaha iman etməyib, axirəti və axirət günündə olan savab və cəzanı təkzib edən və dünya həyatında nemətlərdən bol verdiyimiz zalım başçılar onlara tabe olub, onların ardınca gedənlərə belə de­dilər: "Bu kimsə, yediyinizdən yeyən və içdiyinizdən içən sizin kimi sa­dəcə bir insandır. Onun ayrıca olaraq sizdən üstün olan bir cəhəti yoxdur ki, o sizə peyğəmbər göndərilsin. ولئن أطعتم بشرا مثلكم إنكم إذا ل خسرون

وَلَئِنْ أَطَعْتُم بَشَرًۭا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًۭا لَّخَـٰسِرُونَ ﴿٣٤﴾

Əgər siz özünüz kimi adi bir bəşər övladına itaət etsəniz, bu zaman ona tabe olub öz ilahlarınıza ibadət etməyi tərk etdiyinizə və sizdən heç bir üstün cəhəti olmayan kimsəyə tabe olduğunuza görə müt­ləq zi­ya­na uğra­yarsınız. أيعدكم أنكم إذا متم وكنتم ترابا وعظما أنكم م خرجون

أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًۭا وَعِظَـٰمًا أَنَّكُم مُّخْرَجُونَ ﴿٣٥﴾

Məgər özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sizə, siz ölüb torpağa və çürümüş sür-sü­mü­yə çevrildikdən son­‐ ra yeni­dən dirildilib qəbirlərinizdən çıxarılaca­ğı­nızımı vəd edir?!Məgər bu ağıla batan bir şeydir?!

۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ ﴿٣٦﴾

Sizə, ölüb torpağa və çürümüş sür-sü­mü­yə çevrildikdən son­ra yeni­dən dirildilib qəbirlərinizdən çıxarılaca­ğı­nıza dair verilən vəd,mümkün olmayan və hə­qi­qətdən çox uzaq olan bir vəddir

إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ﴿٣٧﴾

Onlar deyərdilər: "Həyat, dünya həyatından başqa bir şey deyildir. Axirət həyatı deyilən belə bir şey yoxdur. Belə ki, yaşayan canlılar ölür, onlar əsla bir daha dirilməzlər və onların ardından başqaları doğulur və onlarda dünyada ölüncəyə qədər yaşayarlar.Biz,Qiyamət günü ölümümüzdən sonra haqq-hesab dirilib qəbirlərimizdən ıxardılan deyilik!"

إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ ﴿٣٨﴾

Özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu kimsə, ortaya atdığı bu iddiası ilə Allah haqqında yalan uyduran bir kimsədir.Biz ona inanan de­yilik!" بلغ Qur’an · Təfsir

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ﴿٣٩﴾

Bu zaman Peyğəmbər Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mə­­nə yardım et!" قال عما قليل ليصبحن ندمين

قَالَ عَمَّا قَلِيلٍۢ لَّيُصْبِحُنَّ نَـٰدِمِينَ ﴿٤٠﴾

Uca Allah onun duasına cavab verərək belə buyurdu:"Sənin gətirdiyin dini yalan hesab edənlər,yalan hesab etdiklərindən dolayı yaxın bir zamanda peş­man olacaqlar!"

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَـٰهُمْ غُثَآءًۭ ۚ فَبُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٤١﴾

İnadlarından dolayı əzaba layiq görülən bu kimsələri, nəhayət, qaçılması müm­kün olma­yan həlak edici, qorxunc bir səs yaxa­la­dı. Beləcə, onlar selin alıb apardığı çör-çöp kimi məhv olub getdilər. Məhv olsun za­lım qövm! ثم أنشأنا من بعدهم قرونا ءاخرين

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ ﴿٤٢﴾

Biz onları məhv etdikdən sonra Lutun qövmü, Şueybin qövmü və Yunusun qövmü kimi başqa qövmlər və ümmətlər xəlq edib, meydana gətirdik. ما تسبق من أمة أجلها وما يستٔخرون

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ ﴿٤٣﴾

Peyğəmbərləri yalan sayan bu ümmətlərdən hər hansı biri, hansı vasitələrə sahib olmasından aslı olmayaraq həlak edilmələri üçün əvvəlcədən təyin edilmiş vaxt nə qabağa çəkə bilər, nə də onu gecikdirə bilər!

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ۖ كُلَّ مَا جَآءَ أُمَّةًۭ رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًۭا وَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًۭا لِّقَوْمٍۢ لَّا يُؤْمِنُونَ ﴿٤٤﴾

يؤمنون Sonra peyğəmbərlərimizi bir-birinin ardın­ca göndərdik. Hər üm­mətə özlərinə Allah tərəfindən göndərilən pey­ğəmbəri gəldikdə, onlar onu təkzib etdilər. Belə olduqda, Biz də onları bir-biri­nin ardınca həlak edib və həlak edilmiş bu ümmətləri özlərindən sonra gələnlərin onlardan ibrət almaları üçün, Rəbbindən göndərilən peyğəmbərlərin gətirdiklərinə iman etməyən bir toplumun necə həlak edilməsinə dair insanların danışacaqları hekayələrə çe­vir­dik. ثم أرسلنا موس وأخاههرون بٔايتنا وسلطن مبين

ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَـٰرُونَ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٤٥﴾

Sonra Musanı və qar­da­şı Harunu doqquz ayət: (Əsa, parlaq əl, çəyirtkə, bit, qurbağa, qan, tufan, qıtlıq illəri və nəhayət məhsulların azalması) və uca Allahın varlığına dəlalət edən açıq-ay­dın dəlillərlə göndərdik

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ ﴿٤٦﴾

Biz, Musa və onun qar­da­şı Harunu, Fironun və qövmünün zadəgan təbəqəsindən olanların ya­nına göndərdik. Onlar isə təkəb­bürlük gös­tərərək Musa və Haruna iman etməyi qəbul etmədilər. On­lar insanlara əzab-əziyyət verməklə özlərini yüksək tutan bir toplum idilər. بلغ Qur’an · Təfsir

فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَـٰبِدُونَ ﴿٤٧﴾

Firon və qövmünün zadəgan təbəqəsindən olanları dedilər: "Onların bizdən heç bir üstün cəhəti olmadığı və qövmləri (İsrail oğulları) da bizə boyun əyib, itaət edən bir kölə olduğu halda bu zaman biz özü­müz ki­mi iki adama imanmı gətirəcəyik?!"

فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ ﴿٤٨﴾

Firon və onun qövmü, Musa və qardaşı Harunun Allah tərəfindən onlara gətirdiyini yalan hesab etdilər. Elə bu səbəbdən də dənizdə boğularaq həlak edilənlərdən ol­du­lar

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ ﴿٤٩﴾

Biz Musaya, qövmünü haqqa yönəltməsi, onların da bu haqqla əməl etmələri istəyi ilə Tövratı ver­dik

وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةًۭ وَءَاوَيْنَـٰهُمَآ إِلَىٰ رَبْوَةٍۢ ذَاتِ قَرَارٍۢ وَمَعِينٍۢ ﴿٥٠﴾

Biz Məryəm oğlu İsanı və onun ana­sını qüdrətimizə dəlalət edən bir ayət et­dik. Məryəm, ona atasız olaraq hamilə qaldı. Biz onların hər ikisini qərar tutub yaşamaq üçün əlverişli olan, çeş­mə axan yüksək bir təpədə yer­ləş­dir­dik

يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَـٰتِ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ﴿٥١﴾

Ey Peyğəmbərlər! Sizin üçün halal etdiyim ruzilərin xoş və dadlı olanından yeyin və şəriətə müvafiq olan saleh əməl edin! Şübhəsiz ki, Mən, etdiyiniz əməllərin hər birini yaxşı bilirəm. Belə ki, əməllərinizdən Mənə heç bir şey qizli qalmaz!

وَإِنَّ هَـٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ ﴿٥٢﴾

Ey Peyğəmbərlər! Şübhəsi ki, sizin dininiz tək bir din olaraq İslam dinidir. Mən də sizin Rəbbinizəm, sizin məndən başqa Rəbbiniz yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!"

فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ﴿٥٣﴾

Peyğəmbərlərə tabe olanlar, onlardan sonra dində ayrılığa düşüb fir­qə­­lə­rə və dəstələrə bö­­lün­dülər. Beləliklə də, hər bir firqə, etiqat etdiyi dinin Allah yanında razı olunan din olduğuna inanaraq öz dini ilə öyünər və başqa dinlərin batil olduğunu hesab edər. فذرهم فىغمرتهم حت حين

فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ ﴿٥٤﴾

Ey Peyğəmbər! Əzab özlərinə yetişənə qədər sən onları cəhalət və çaşqınlıq içində burax! بلغ Qur’an · Təfsir أيحسبون أنما نمدهم به من مال وبنين

أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍۢ وَبَنِينَ ﴿٥٥﴾

نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ ۚ بَل لَّا يَشْعُرُونَ ﴿٥٦﴾

Yoxsa sahib olduqları ilə sevinib fərəhlənən dində firqələrə bölünmüş bu kimsələr dünya həyatında onlara verdiyimiz var- dövlətin və oğul-uşağın etdikləri yaxşılığın qarşılığı olaraq verdiyimizimi zənn edirlər?!Xeyr, bu heç də onların zənn etdikləri kimi deyildir. Biz onlara bu nemətləri, onlar qəflətdə ikən, gözləmədikləri bir halda, onları əzabla yaxalamağımız üçün veririk.Lakin onlar bunu dərk etməzlər

إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ ﴿٥٧﴾

Şübhəsiz ki, Allaha iman gətirib və yaxşı əməllər edərək Allah qorxusundan qəlbləri titrəyənlər

وَٱلَّذِينَ هُم بِـَٔايَـٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ ﴿٥٨﴾

Rəbbinin kitabındakı ayələrə iman gətirən­lər,

وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ ﴿٥٩﴾

Rəbbinin vəhdaniyyətinə iman gətirib yalnız Ona ibadət edərək və ibadətdə Ona heç bir şeyi şərik qoşma­yan­lar,

وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ ﴿٦٠﴾

Onlar, saleh əməllər etməkdə səy göstərənlər, yaxşı əməllər edərək Allaha yaxınlaşmağa çalışıb, qiyamət günü Allah onların Allah yolunda infaq etdiklərini və gördükləri saleh əməlləri qəbul etməyəcəyindən qorxanlardır

أُو۟لَـٰٓئِكَ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَـٰبِقُونَ ﴿٦١﴾

Məhz bu xislətlərə sahib olan kimsələr saleh əməllər etməyə tələsər və bu işlərdə bir-biri ilə yarışarlar. Daima onlar xeyir əməllər etməkdə başqalarından öndə ge­dər­lər

وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَـٰبٌۭ يَنطِقُ بِٱلْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٦٢﴾

Biz hər kəsi yalnız bacardığı bir işi görməyə yadar edərik. Ya­nı­mız­da hər bir kimsənin əməlini qeyd etdiyimiz, içərisində heç bir şübhəyə yer olmayann yalnız haqqı deyən bir Ki­tab var­dır. Onlara, nə yaxşı əməlləri azaldılaraq, nə də ki, pis əməlləri artırılaraq əsla zülm olun­maz. بل قلوبهم فى غمرةمن هذا ولهم أعمل من دون ذلك هم لها عملون

بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍۢ مِّنْ هَـٰذَا وَلَهُمْ أَعْمَـٰلٌۭ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَـٰمِلُونَ ﴿٦٣﴾

Amma kafirlərin qəlbləri, həm haqqı deyən, həm də ki, onlara nazil edilən kitabdan xəbərsizdir. Onların Allaha qarşı küfr etmələri ilə yanaşı, Allaha xoş getməyən başqa pis işləri də vardır. بلغ Qur’an · Təfsir

حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ ﴿٦٤﴾

Onların dünya həyatında cah-ca­lal və naz-nemətlər içində yaşayanlarını Qiyamət günü əzaba düçar etdiyimizdə imdad diləyərək fəryad qoparıb səsləriniyüksəldərlər

لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ﴿٦٥﴾

Onlara, Allahın rəhmətindən ümüdlərini kəsmələri üçün belə deyiləcəkdir: "Bu gün fəryad qoparıb, sizə kömək edilməsi üçün yalvarıb-yaxarmayın!Bu gün siziAllahın əzabından qoruyacaq heç bir yardımçınız yoxdur!"

قَدْ كَانَتْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ تَنكِصُونَ ﴿٦٦﴾

Dünyada ikən Allahın kitabının ayələrisizə oxunduğu zaman siz bu ayələrieşitdikdə ondan xoşlanmayaraq üz çevirirdiniz. مستكبرين به سمرا تهجرون

مُسْتَكْبِرِينَ بِهِۦ سَـٰمِرًۭا تَهْجُرُونَ ﴿٦٧﴾

Siz bunu, özünüzün Kəbə əhli olduğunu iddia edib, insanlara qarşı tə­kəb­bürlük göstərərək edirdiniz, əslində siz haram əhli deyilsiniz, bilin ki, haram əhli Allahdan qorxan təqva sahibləridir. Çünki siz gecələr Kəbənin ətrafında toplanıb ya­ra­maz söz­‐ lər söyləyir və ona qarşı heç bir sayğı və ehtiram göstərmirsiniz

أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ ﴿٦٨﴾

Məgər o müşriklər iman gətirmələri və içində olanlara əməl etmələr üçün uca Allahın onlara nazil etdiyi Quranı düşünmür­‐ lər­mi?! Yaxud on­la­­ra özlərindən öncə olan ata-baba­­larına gəl­mə­yən bir şey gəldi, elə buna görə də üz çevirib, onu yalan saydılar?! أم لم يعرفوارسولهم فهم له منكرون

أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ ﴿٦٩﴾

Yoxsa onlar Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allah tərəfindən özlərinə gön­dərilmiş bir elçisi olduğunu bilməyib, buna gö­rə onu in­kar edirlər?! Şübhəsiz, onlar onun sadiq və əmin bir insan olduğunu yaxşı bilirdilər

أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ ۚ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَـٰرِهُونَ ﴿٧٠﴾

Yoxsa onlar: "O dəlidir?" – de­yir­lər. Xeyr, onlar yalan söyləyirlər. Muhəmməd (sallallahu aleyhi və səlləm) onlara Allahdan olmasın heç bir şəkk-şübhə olmayan haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu qəblərində olan həsəd və batilə təəssübkeşlik üzündən haqqı xoşlamaz və qəblərində haqqa qarşı qəzəb bəsləyərlər. بلغ Qur’an · Təfsir

وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَـٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ ﴿٧١﴾

م عرضون Əgər Uca Allah kainatda olan işləri onların nəfslərinin istəklərinə uyğun olaraq idarə etmiş olsaydı, işlərin sonu nə ilə nəticələnəcəyini və nəyin doğru, nəyin də yanlış olduğunu bilmədikləri üzündən göylər, yer və onların arasında olanların hamısı fəsada uğrayardı. Əksinə, Biz onlara özləri üçün izzətli və şərəfi olanı gətirdik, buda Qurandır. Lakin onlar, Qurandan üz döndərdi

أَمْ تَسْـَٔلُهُمْ خَرْجًۭا فَخَرَاجُ رَبِّكَ خَيْرٌۭ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿٧٢﴾

Ey Peyğəmbər! Yoxsa sən, gətirdiyin bu dinin qarşılığnda onlardan bir mü­kafatmı istədin ki, onlarda bu üzdən sənin dəvətini rədd etdilər?! Xeyr, sən əsla belə bir şey etmədin. Rəbbinin sənə verəcəyi müka­fa­tı, onların və onlardan qeyrilərinin sənə verəcəyimükafatdan qat-qat daha xe­yirlidir.Çünkipak olan Allah ru­ziverən­lərin ən xeyirlisidir! وإنك لتدعوهم إلى صرط م ستقيم

وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٧٣﴾

Ey Peyğəmbər! Həqiqətən də, sən, on­la­rı və onlardan qeyrilərini heç bir əyriliyi olmayan, gecəsi gündüz kimi olan doğru bir yola çağırırsan. Bu yol, İslam yoludur

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَـٰكِبُونَ ﴿٧٤﴾

Axirət gününə və oradakı hesaba, cəza və mükafata inanmayanlar isə doğru olan İslam yoldan üz çevirib, onları Cəhənnəmə sürükləyən başqa əyri yollara meyil edərlər

۞ وَلَوْ رَحِمْنَـٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّۢ لَّلَجُّوا۟ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ ﴿٧٥﴾

Əgər Biz onlara rəhm edib düş­dükləri aclıq və quraqlıqdan xilas etsəydik, on­lar ye­nə də əvvəlki azğın­lıqları içində tərəddüd edib, çaşmış halda qalacadılar

وَلَقَدْ أَخَذْنَـٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ ﴿٧٦﴾

Biz onları müxtəlif növ müsibətlərlə imtahana çəkdik, amma onlar yenə də öz Rəbbinə bo­yun əy­ib, Ona ibadət etmədilər və bəlaların onlara göndərildiyi zaman onları bu bəlalardan xilas edilməsi üçün Uca Allaha qorxu ilə yal­va­rıb-yaxar­ma­dılar

حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًۭا ذَا عَذَابٍۢ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ ﴿٧٧﴾

Sonda şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız (Bədr döyüşündə onları məğlub etdiyimiz) zaman onlar özlərinin bu bəladan əsla qurtara bilməyəcəklərini dərk edib və xeyirə olan bütün ümidlərini kəsdilər

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ﴿٧٨﴾

Eyöldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr!Uca Allah sizə,eşitməniz üçün qulaqlar,görməniz üçün qözlər və anlamanız üçün qəlblər verdi. Bununla belə siz, sizə verilən bu nemətlərə görə uca Allaha olduqca çox az şükür edirsiniz! بلغ Qur’an · Təfsir

وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ﴿٧٩﴾

Ey İnsanlar! Sizi yer üzündə xəlq edən Odur. Siz Qiyamət günü haqq-hesab və etdiyiniz əməllərin müqabilini almaq üçün Onun hüzuruna toplanacaqsınız

وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَـٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٨٠﴾

Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla ge­cə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!

بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ ﴿٨١﴾

Əksinə onlar, kafir olan ölüb-getmiş ata-babalarının dedikləri sözu eyni ilə təkrar etdilər

قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿٨٢﴾

Onlar öldükdən sonra yenidən dirilməyi inkar edərək belə demişdilər: "Məgər biz ölüb tor­paq və çürümüş sür-sümük ol­‐ duq­dan sonra etdiyimiz əməllərin hesabıüçün yeni­dən diril­diləcəyik?!

لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَـٰذَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٨٣﴾

Öldükdən sonra yenidən diriləcəyimiz həm bizə, həm də, bizdən əv­vəl yaşamış ata-babalarımıza vəd edilmişdir. Lakin biz, bu vədin gerçəkləşdiyini gərmədik. Biz bunun, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən və uydurmalarından başqa bir şey olduğunu düşünmürük!"

قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٨٤﴾

Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edən o kafirlərə belə de: "Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­mə məxsusdur?!"

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ ﴿٨٥﴾

Onlar: "Yer üzü və yer üzünün üzərində olanlar bütünlüklə Allaha aiddir!"– de­yə­cəklər. Elə isə sən onlara belə de: "Yer üzü və yer üzünün üzərində olanların bütünlüklə Özünə məxsus olan Allahın, öldükdən sonra sizləri yenidən diriltməyə qadir olduğunu düşünmürsünüz?!"

قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ﴿٨٦﴾

Onlara de: "Yeddi qat göyün və özündən daha böyük bir yaradılış olmayan əzə­mətli ərşin Rəbbi kim­dir?" بلغ Qur’an · Təfsir

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ ﴿٨٧﴾

Onlar mütləq: "Yeddi qat göyün və əzəmətli ərşin Rəbbi uca Allahındır!"– deyə cavab verəcəklər. Sən də onlara belə de: "Elə isə Onun əzabından xilas olmaq üçün Allahın əmrləriniyerinə yetirib,qadağalarından çəkinərək Ondan qorxmursunuz?" قل من بيده ملكوت كل شىء وهويجيرولا يجارعليه إن كنتمتعلمون

قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٨٨﴾

Onlara de: "Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin mülkü əlində olan, mülkündə heç bir şey Onun ixtiyarından kənara çıxa bilməyən, qullarından istədiyini hi­mayə edib, yardım edən və pislik etmək istədiyi kimsəni də Allahdan başqa onu bu pislikdən qoruyub, əzabı ondan dəf edə bilməyən kimdir?"

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ ﴿٨٩﴾

Onlar: "Hər bir şeyin mülkü Uca Allahın əlindədır!" – de­yə­cəklər. Sən də onlara belə de: "Siz bunu etiraf etdiyiniz bir halda bəs necə olur ki, (Şeytana) al­da­nıb, Allahdan başqasına ibadət edirsiniz?!"

بَلْ أَتَيْنَـٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿٩٠﴾

Xeyr, həqiqət heç də onların iddia edikləri kimi deyildir. Əksinə, Biz onlara, içində heç bir şəkk-şübhə olmayan haqqı gə­‐ tirdik. Onlar isə Allahın övladı və şəriki olduğunu iddia edərək haqqı yalan sayırlar. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür!

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍۢ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًۭا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿٩١﴾

Uca Allah kafirlərin iddia etdikləri kimi Özünə heç bir öv­lad gö­tür­məmişdir və Onunla ya­naşı iba­dətə layiq olan heç bir haqq mə­bud da yoxdur. Əgər Onunla yanaşı haqq bir məbud olsaydı, bu zaman hər bir məbud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və sonda on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Beləliklə də, aləmin nizamı alt-üst olardı. Amma həqiqət budur ki, belə bir şey əsla olmamışdır. Bu da, ibadətə layiq olan haqq məbudun yalnız uca Allahın olduğuna dəlalət etməkdədir. Həqiqətən Allah, müşriklərin Onun övladı və şəriki olduğuna dair iddialarından pak və ucadır

عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٩٢﴾

Allah, bütün məxluqatdan gizli qalan və həmçinin aşkarda olub onların görüb, hiss etdikləri hər bir şeyi haqqı ilə bi­lən­dir. Bunlardan heç bir şey uca Allahdan əsla gizli qalmaz. Allah Onun şəriki olmasından münəzzəhdir və ucadır. قل رب إما ترينى ما يوعدون

قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ ﴿٩٣﴾

Ey Peyğəmbər! De: "Ey Rəbbim! Əgər müşriklərə vəd etdiyin əzabı mənə göstərəcəksənsə, بلغ Qur’an · Təfsir

رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٩٤﴾

Ey Rəbbim! Əgər onları cəzalandıracaqsansa və mən də buna şahid olacamsa, bu durumda məni onların içində buraxma, yoxsa onlara isabət edən əzab mənədə isabət edər!"

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَـٰدِرُونَ ﴿٩٥﴾

(Ey Peyğəmbər) Şübhəsiz ki, Biz onlara vəd etdi­yi­miz əzabı sənə göstər­məyə qa­di­rik. Biz bunu və bundan başqa olan şeyləri etməkdə aciz deyilik

ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ ﴿٩٦﴾

Ey Peyğəmbər! Sənə pislik edəni görməzdən gələrək və onun əziyyətin qarşı səbir edib, bağışla və o pisliyini gözəl bir şəkildə dəf et. Biz onların Allahı şərik və yalanlarla vəsf etmələrini və səni də nalayiq sözlərlə: sehribaz və dəli kimi adlarla adlandırmalarını yaxşı bilirik

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَـٰطِينِ ﴿٩٧﴾

De: "Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən və mənə pislik toxundurmalarından Sənə sı­ğını­ram! وأعوذ بك رب أن يحضرون

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ ﴿٩٨﴾

Ey Rəbbim! Mən, işlərimədə onların mənim yanımda olub, işlərimə xələl gətirmələrindən Sənə sığınıram!"

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ ﴿٩٩﴾

Nəhayət, o müşriklərdən biri­nə ölüm gəl­­dikdə və ona nazil olan əzaba öz gözləri ilə şahid olduqda, ömrünü boş, faydasız və Allaha qarşı etdiyi günahlarla keçirməsindən dolayı böyük peşmançılıq çəkərək: "Vay olsun mənim halıma, Ey Rəb­bim! Mə­‐ ni bir daha dünya həyatına geri döndər!

لَعَلِّىٓ أَعْمَلُ صَـٰلِحًۭا فِيمَا تَرَكْتُ ۚ كَلَّآ ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿١٠٠﴾

Bəlkə mən, dünya həyatına geri qayıtsam saleh əməllər edərəm"- deyər. Xeyr! Bu, heç də onun istədiyi kimi deyil. Şübhəsiz ki, bu, onun dediyi boş sözdən başqa bir şey deyildir. Əgər o, bir daha dünya həyatına geri döndərilmiş olsaydı, verdiyi sözü yerinə yetirməzdi. Vəfat etmiş belə kimsələr yenidən dirilənə qədər dünya və axirət arasında olan bərzəx aləmində olacaqlar və onlara tərk etdikləri şeyləri əldə etmək və zay etikləri şeyləri isə islah etmək bir daha dünya həyatına geri dönməyə əsla izin verilməyəcəkdir

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍۢ وَلَا يَتَسَآءَلُونَ ﴿١٠١﴾

Sura üfürməklə müvəkkəl olan İsrafil, qiyamətin qopmasını bildirmək üçün sura ikinci dəfə üfürdükdə, qiyamətin dəhşəti səbəbindən öz aralarında öyünüb fəxir etdikləri qohumluq əla­qəsi qalmayacaq və hər kəs öz canının hayında olduğu üçün heç kəs bir-bi­rindən hal-əhval tutma­ya­caqdır. بلغ Qur’an · Təfsir

فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿١٠٢﴾

O gün kimlərin savabları günahlarına üstün gələrək, tərəziləri ağır gə­lərsə, məhz o kimsələr, istədiklərinə qovuşub, qorxduqlarından uzaqlaşdırılaraq nicat tapacaqlar

وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَـٰلِدُونَ ﴿١٠٣﴾

Kimlərin də günahları savablarına üstün gəlməsi səbəbindən tərəziləri yüngül gələrsə, onlar, özlərinə zərər verən şeyləri edib, iman gətirmək və saleh əməllər etmək kimi fayda verən şeyləri tərk etdiklərinə görə öz nəfislərini bədbəxt edən kimsələrdir. O kimsələr, Cəhənnəmdə əbədi qalacaqlar və oradan əsla çıxarılmayacaqlar

تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَـٰلِحُونَ ﴿١٠٤﴾

Cəhənnəm atəşi onların üzünü yan­dı­racaq, onlar orada qaş-qabağlarının şiddətindən üst və alt dodaqları büzüşüb, dişləri ağarmış vəziyyətdə qala­caqlar. ألم تكن ءايتى تتل عليكم فكنتم بها تكذبون

أَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ﴿١٠٥﴾

Qiyamət günü onlara danlaq və məzəmmət olaraq belə deyiləcəkdir: "Məgər dünyada ikən Quran ayələ­ri sizə oxun­­‐ murdumu və siz də on­ları ya­lan he­sab etmirdi­nizmi?!"

قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًۭا ضَآلِّينَ ﴿١٠٦﴾

Onlar deyəcəklər: "Ey Rəb­bi­miz! Sən, əzəli elminlə əvvəlcədən bildiyin kimi bədbəxtliyimiz bizə üs­tün gəldi və beləliklə də biz, haqq yoldan azan bir qövm ol­duq

رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَـٰلِمُونَ ﴿١٠٧﴾

Ey Rəbbimiz! Bizi Cəhənnəm odundan çıxart! Əgər biz bir daha etdiyimiz küfr və günah əməllərə qa­yıtsaq, o zaman özümüzə zülüm edən və üzrxahlıq etməyə üzrü olmayan kimsələr olarıq"

قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ ﴿١٠٨﴾

O zaman uca Allah belə buyuracaq: "Ora­da zəlil və rəzil vəziyyətdə qalın və Mə­ni danışdırmayın!"

إِنَّهُۥ كَانَ فَرِيقٌۭ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ﴿١٠٩﴾

Həqiqətən, qullarım­dan iman gətirən bir dəstə var idi ki, onlar: "Ey Rəb­bimiz! Biz Sənə iman gətirdik. Bi­zim günahlarımızı bağışla və bizə Öz rəhmətinlə mərhəmət et! Sən rəhm edənlərin ən yaxşısı­san!"– deyir­dilər. بلغ Qur’an · Təfsir

فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ ﴿١١٠﴾

Sizlər, Allahın dininə dəvət edən möminləri məsxə­rə­yə qoyub, onlara istehza edirdiniz. Sonda başınızı onlara məs­xərə və istehza etməyə o qədər qarışdı ki, hətta bu, Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz isə onlara elə məsxərə və lağlağa edib gü­lürdünüz

إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ ﴿١١١﴾

Şübhəsiz ki, Qiyamət günü Mən, iman gətirən mömin qullarımı, Allaha ibadətdə və sizdən gördükləri əziyyətlərə səbir et­dik­‐ lə­rinə görə, Cənnətlə mükafat­lan­dır­acağam

قَـٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ ﴿١١٢﴾

Allah onlardan: "Yer üzündə neçə il qaldınız və orada nə qədər ömür sürüb, vaxtınızı zay etdiniz?"– de­yə so­ruşa­caq

قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ فَسْـَٔلِ ٱلْعَآدِّينَ ﴿١١٣﴾

Onlar belə cavab verəcəklər: "Biz dünya həyatında bir gün yaxud bir gün­dən də az bir müddət qaldıq. Sən günləri va ayları sa­yan­lar­dan soruş" – de­yəcəklər

قَـٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ ﴿١١٤﴾

Allah deyəcək: "Siz ora­da ibadətdə səbirli olmağı asanlıqla bacaracağınız çox az bir müddət qaldınız. Kaş, dünya həyatında nə qədər qaldığınız müddəti bi­ləy­di­niz! أفحسبتم أنما خلقنكم عبثا وأنكم إ لينا لا ترجعون

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَـٰكُمْ عَبَثًۭا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ﴿١١٥﴾

Ey İnsanlar! Yoxsa sizi heç bir hikmətsiz, əbəs yerə, savabı və cəzası olmayan heyvanlar kimi yaratdığımızı və etdiyiniz əməllərin hesabıvə cəzasıüçün qiyamət günü Bizim hüzurumuza qaytarılmayacağınızızənn edirdiniz?!"

فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ ﴿١١٦﴾

Yaratdıqlarının sahibi olan və onları istədiyi kimi idarə edən uca Allah, bütün nöqsan və eyiblərdən pak və ucadır. O, Haqq, vədi haqqdır, sözü haqqdır və Ondan başqa ibadətə layliq haqq məbud yoxdur. O, yaradılmışların ən əzəmətlisi olan şanlı Ərşin Rəb­bidir.Kim ən əzəmətliməxluqun Rəbbidirsə,demək O,bütün məxluqatın Rəbbidir

وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ لَا بُرْهَـٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ ﴿١١٧﴾

Kim Allah ilə bərabər, ibadətə layiq olduğuna dair heç bir dəlil olmayan başqa bir məbuda ibadət edərsə (Allahdan başqa ibadət edilən hər bir məbudun durumu belədir) onun etdiyi bu çirkin əməlin cəzası Allah qatındadır. Onun cəzasını Allah Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər istədiklərinə nail olub, qorxduqları şeydən də nicat tapmazlar! بلغ Qur’an · Təfsir

وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ﴿١١٨﴾

Ey Peyğəmbər! De: "Ey Rəbbim, Mənim günahlarımı ba­ğış­la və rəhmətinlə mənə mərhəmət et! Çünki Sən, günahkara rəhm edən­lə­rin ən xeyirlisisən və günahkarın tövbəsiniqəbuledən sən!" Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Muminoon — المؤمنون

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil