سُورَةٌ أَنزَلْنَـٰهَا وَفَرَضْنَـٰهَا وَأَنزَلْنَا فِيهَآ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍۢ لَّعَلَّكُمْ تَذَكَّرُونَ ﴿١﴾
Bu, nazil etdiyimiz, hökmlərinə əməl etməyi sizə vacib buyurduğumuz, düşünüb, bu surədə olan əhkamlara əməl edəsiniz deyə içərisində açıq-aydın ayələr nazil etdiyimiz bir surədir
ٱلزَّانِيَةُ وَٱلزَّانِى فَٱجْلِدُوا۟ كُلَّ وَٰحِدٍۢ مِّنْهُمَا مِا۟ئَةَ جَلْدَةٍۢ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌۭ فِى دِينِ ٱللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَآئِفَةٌۭ مِّنَ ٱلْمُؤْمِنِينَ ﴿٢﴾
Bakirə olub zina edən qadın və kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, nəbadə zina edən o iki kimsəyə qarşı qəlbinizdə duyduğunuz acı və mərhəmət hissləriniz hədd cəzasını onlar üzərinə tətbiq edilməsinə və ya bu cəzanı yüngülləşdirməyə əsla sövq etməsin. Onlara verilən bu cəzaya şahid olmaq, həm o iki zinakarı, həmdə ki, başqalarınıbu çirkin əməldən çəkindirmək üçün qoymöminlərdən bir dəstə onlara verilən əzaba şahid olsun
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةًۭ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوْ مُشْرِكٌۭ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿٣﴾
Uca Allah, zinanın çirkin bir əməl olmasından dolayı, zinaya alışan bir kişinin ancaq özü kimi zinaedən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir qadınla evlənmək istədiyini və həmçinin zinaya alışan bir qadının da özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir kişi ilə evlənmək istədiyini xəbər vermişdir. Həm zinakar qadınla evlənmək, həm də zinakar bir kişini evləndirmək möminlərə ha‐ ram edilmişdir
وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَـٰنِينَ جَلْدَةًۭ وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَـٰدَةً أَبَدًۭا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٤﴾
Ey qazılar və ya hökm sahibləri! Namuslu, iffətli qadın və kişiləri zinada günahlandırıb, sonra atdıqları bu zina iftirasına dair dörd şahid gətirə bilməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini əbədiyyən qəbul etməyin. Namuslu, iffətli qadın və kişilərin zina etdiklərinə dair iftira atanlar, Allahın itaətində çıxmış kimsələrdir
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٥﴾
Yalnız bundan sonra Allaha tövbə edərək əməllərini islah edən şəxslər bundan müstəsnadır. Şübhəsiz ki, Allah onların tövbələrini və şəhadətlərini qəbul edər. Çünki Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı mərhəmətlidir!
وَٱلَّذِينَ يَرْمُونَ أَزْوَٰجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمْ فَشَهَـٰدَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَـٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ ﴿٦﴾
Arvadlarını zinada günahlandırıb və arvadını günahlandırdığı şeyin doğru olmasına dair özlərindən başqa şahidləri ol‐ mayanların kişilərə gəlincə, onlardan hər biri, arvadını günahlandırdığı zinada özünün doğru danışanlardan olmasına dair dörd dəfə (əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) Allahı şahid tutmalıdır. بلغ Qur’an · Təfsir
وَٱلْخَـٰمِسَةُ أَنَّ لَعْنَتَ ٱللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ ٱلْكَـٰذِبِينَ ﴿٧﴾
Sonra, əgər kişi arvadını zinada günahlandırdığına görə, o, yalan danışanlardandırsa, özünə bəd dua edərək beşinci şəhadətində Allahın lənətinin öz üzərinə olması üçün şahidlik etməlidir
وَيَدْرَؤُا۟ عَنْهَا ٱلْعَذَابَ أَن تَشْهَدَ أَرْبَعَ شَهَـٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلْكَـٰذِبِينَ ﴿٨﴾
Bu şəkildə qadın hədd cəzasını ozündən uzaqlaşdırma hüququ vardır.Əgər qadın,ərinin onu zinada günahlandıran ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahışahid tutarsa bu zaman o hədd cəzasınıözündən dəfetmiş olar
وَٱلْخَـٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيْهَآ إِن كَانَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٩﴾
Sonra, əgər kişi arvadını zinada günahlandırdığına görə o doğru danışanlardandırsa, qadın özünə bəd dua edərək beşinci şəhadətində Allahın qəzəbinin öz üzərinə olması üçün şahidlik etməlidir
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ ﴿١٠﴾
Ey İnsanlar! Əgər Allahın sizə qarşı lütfü və mərhəməti olmasaydı, qullarından tövbə edənlərin tövbəsini qəbul edən, işlərində və şəri hökmlərində hikmət sahibi olmasaydı, bu zaman günahkarlara cəza verməyə və etdikləri günahları insanlara bəyan edib, onları insanlar arsaında rəzil və rüsvayر etməyə tələsərdi
إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلْإِفْكِ عُصْبَةٌۭ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّۭا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌۭ لَّكُمْ ۚ لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُم مَّا ٱكْتَسَبَ مِنَ ٱلْإِثْمِ ۚ وَٱلَّذِى تَوَلَّىٰ كِبْرَهُۥ مِنْهُمْ لَهُۥ عَذَابٌ عَظِيمٌۭ ﴿١١﴾
Ey Möminlər! Möminlərin anası Aişənin -Allah ondan razı olsun- zina etdiyini iddia edib, ona iftira atanlar özlərini sizə nisbət edən bir dəstədir. Onuların sizə yaxdığları bu böhtanın heç də özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, sizə atılan bu böhtan, savablarınızı artırdığı, möminləri aranızdakı münafiqlərdən təmizlədiyi və möminlərin anası Aişəni təmizə çıxartdığı üçün sizə görə xeyirlidir. Aişəyə atılan bu iftirada iştirak edən hər bir kimsəyə, iftira ataraq onu insanlar arasında danışan hər bir kəsə qazandığı günahın cəzası vardır. Bu cəzanın ən böyügünə, bu böhtanı ilk dəfə insanlar arasında yayan kimsə yüklənəcəkdir. Onun üçün çox şiddətli əzab vardır. Burada zina iftirasını ilk dəfə olaraq yaymaqla qəsd edilən, münafiq,Abdullah bin Ubeybin Səluldur
لَّوْلَآ إِذْ سَمِعْتُمُوهُ ظَنَّ ٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتُ بِأَنفُسِهِمْ خَيْرًۭا وَقَالُوا۟ هَـٰذَآ إِفْكٌۭ مُّبِينٌۭ ﴿١٢﴾
Məgər mömin kişi və mömin qadınlar bu iftiranı eşitdiklərini zaman mömin bacı və qardaşlarından iftira atılan kimsələr barədə gözəl zənndə olub: "Bu, açıq-aydın bir yalandır!" – deməli deyildilərmi?!
لَّوْلَا جَآءُو عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَآءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا۟ بِٱلشُّهَدَآءِ فَأُو۟لَـٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلْكَـٰذِبُونَ ﴿١٣﴾
Möminlərin anası Aişəyə - Allah ondan razı olsun - bu böyük iftiranı atanlar, qoy ona nisbət etdikləri bu iddianın doğruluğuna dair şahidlik edən dörd şahid gətirsinlər. Əgər onlar bu iddialarının doğruluğuna dair dörd şahid gə‐ tirməzlərsə - onlar bunu heç vaxt gətirə bilməyəcəklər də - deməli onlar, Allahın hökmünə əsasən əsl yalançıolanlardır. بلغ Qur’an · Təfsir
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ لَمَسَّكُمْ فِى مَآ أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ ﴿١٤﴾
Ey Möminlər! Əgər üzərinizdə Allahın lütfü və sizi cəzalandırmaqda tələsməməsi səbəbi ilə sizə mərhəməti olmasaydı və sizdən tövbə edən kimsələrin tövbəsini qəbul etməsəydi, onda möminlərin anası Aişəyə -Allah ondan razı olsun- yaxdığınız bu yalan və böhtan görə sizə böyük bir əzab toxunardı
إِذْ تَلَقَّوْنَهُۥ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ وَتَحْسَبُونَهُۥ هَيِّنًۭا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٌۭ ﴿١٥﴾
Bu iftiranın batil olmasına və bu xüsusda hər hansı bir bilginiz olmamasına rəğmən sizlər bu iftiranı öz aranızda danışırdınız və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, əslində yalan və iftira olduğu üçün Allah yanında böyük bir günahdır
وَلَوْلَآ إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَـٰذَا سُبْحَـٰنَكَ هَـٰذَا بُهْتَـٰنٌ عَظِيمٌۭ ﴿١٦﴾
Məgər siz bu iftiranı eitdiyinizdə: "Ey Rəbbimiz! Sən pak və müqəddəsən" – deyərək, "Bu çirkin iş barədə bizə danışmaq ya‐ raşmaz. Möminlərin anasına yaxılan bu iftira, ona atılan böyük bir yalandan başqa bir şey deyildir" – deməli deyildinizmi?!
يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُوا۟ لِمِثْلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١٧﴾
Əgər Allaha iman edirsinizsə, sizin, təmiz olan bir kimsəyə zina iftirası yaxmaq kimi bir günaha təkrarən dönməməniz üçün Uca Allah sizə öyüd-nəsihət verir
وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١٨﴾
Uca Allah, hikmətlər və ibrətlərlə dolu ayələrini sizin üçün müfəssəl olaraq belə izah edir. Allah etdiyiniz əməllərdən xəbərdardır. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını sizə verəcəkdir. Allah, işlərində və şəri hökmlərində hikmət sahibidir
إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلْفَـٰحِشَةُ فِى ٱلَّذِينَ ءَامَنُوا۟ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿١٩﴾
تعلمون İçərisində zina iftirasınında yer aldığı iyrənc əməllərin möminlər arasında yayılmasını istəyənlər üçün dünyada, iftira atan kimsə üçün təyin edilmiş hədd cəzası, axirətdə isə Cəhənnəm atəşində acılı-ağrılı bir əzab vardır. Allah o iftiraçıların yalanlarını, qullarının işinin sonu nə ilə qurtaracağını və qullarına nəyin onlar üçün daha faydalı olmasını daha yaxşı bilir, siz isə bunları bilməzsiniz
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٌۭ رَّحِيمٌۭ ﴿٢٠﴾
Ey iftira olayına şərik olan kimsələr! Əgər Allahın sizin üzərinizə olan lütfü və sizə qarşı şəfqəti və mərhəməti olmasaydı, yaxdığınız iftiralara görə sizə əzabı tezləşdirib, sizi dərhal məhv edərdi. بلغ Qur’an · Təfsir
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ ۚ وَمَن يَتَّبِعْ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ فَإِنَّهُۥ يَأْمُرُ بِٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۚ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنْ أَحَدٍ أَبَدًۭا وَلَـٰكِنَّ ٱللَّهَ يُزَكِّى مَن يَشَآءُ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ﴿٢١﴾
ه ه Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə şeytanın batili bəzədiyi yollarına uyasınız. Kim şeytanın yollarına uyarsa, bilsin ki, şeytan insanlara, dinin qəbul etməyib pis gördüyü iyrənc və yaramaz işləri və sözləri əmr edir. Ey möminlər! Əgər Allahın sizin üzərinizdə lütfü və mərhəməti olmasaydı, sizdən tövbə edən heç bir kəs tövbəsi ilə günahlardan təmizlənməzdi. Lakin Allah qullarından istədiyini, tövbəsini qəbul etməklə təmizə çıxarar. Allah dediyiniz sözləri eşidəndir və etdiyiniz əməlləri biləndir. Bu xüsusda Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir
وَلَا يَأْتَلِ أُو۟لُوا۟ ٱلْفَضْلِ مِنكُمْ وَٱلسَّعَةِ أَن يُؤْتُوٓا۟ أُو۟لِى ٱلْقُرْبَىٰ وَٱلْمَسَـٰكِينَ وَٱلْمُهَـٰجِرِينَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَلْيَعْفُوا۟ وَلْيَصْفَحُوٓا۟ ۗ أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ ٱللَّهُ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌ ﴿٢٢﴾
Qoy aranızda dində fəzilət və mal-dövlət baxımından sərvət sahibləri olanlar ehtiyacı olan yaxınlarına -fəqirlik içində yaşayan və Allah yolunda hicrət edən- işlətdikləri günahdan dolayı yardım etməyəcəklərinə dair and içməsinlər. Qoy onları əfv edib, xətalarını bağışlasınlar. Məgər siz onları əfv edib, xətalarını bağışladıqda, uca Allahın sizin günahlarınızı bağışla‐ masını istəmirsinizmi?! Allah tövbə edən qullarına qarşı bağışlayandır və onalara qarşı mərhəmətlidir. Qoy Allahın qulları, Allahın bağışlamasından özlərinə örnək götürsünlər.Bu ayə,Mistah bin Usasə -Allah ondan razı olsun- Aişəyə -Allah ondan razı olsun- atılan böhtanda iştirak etdiyi üçün, Əbu Bəkir -Allah ondan razı olsun- bir daha ona yardım etməyəcəyinə dair and içdiyinə görə nazil edilmişdir
إِنَّ ٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ٱلْغَـٰفِلَـٰتِ ٱلْمُؤْمِنَـٰتِ لُعِنُوا۟ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿٢٣﴾
Namuslu, iffət sahibi və fahişə əməldən xəbəri olmayan ismətli mömin qadınlara zinaiftirası atanlar, dünyada və axirətdə Allahın rəhmətindən qovulmuşlardır.Onlarıüçün axirətdə çox böyük bir əzab vardır. يوم تشهد عليهم ألسنتهم وأيديهم وأرجلهم بما كانوايعملون
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢٤﴾
Qiyamət günü dilləri, dünyada ikən danışdıqları batil şeylər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Eyni şəkildə də əlləri və ayaqları etdikləri günahlar barəsində onların əleyhinə şəhadət verəcəkdir
يَوْمَئِذٍۢ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلْحَقَّ وَيَعْلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ ٱلْمُبِينُ ﴿٢٥﴾
Məhz o gün uca Allah onlara ədalətli şəkildə layiq olduqları cəzanı verəcək və onlarda Allahın haqq olduğunu biləcəklər. Bilin ki, uca Allahın xəbər verdiyi hər bir söz yaxud vəd yaxud təhdid, şəkk-şübhə olmayan açıq-aydın bir haqdır
ٱلْخَبِيثَـٰتُ لِلْخَبِيثِينَ وَٱلْخَبِيثُونَ لِلْخَبِيثَـٰتِ ۖ وَٱلطَّيِّبَـٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿٢٦﴾
مغفرة ورزق كريم Hər bir murdar kişi və murdar qadın özlərinə münasib olan murdar kişiyə və murdar qadına yaraşar və hər bir murdar söz və əməl ona münasib olan murdar kimsələrə yaraşar. Eyni şəkildə hər təmiz olan da, təmiz olana yaraşar. Təmiz kişilər və qa‐ dınlar, murdar kişi və qadınların onlar barəsində söylədiklərindən uzaqdırlar. Bu kimsələr üçün Allahdan günahlarının bağışlanması və gözəl bir ruzi vardır. Bu isə Cənnətdir. بلغ Qur’an · Təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٢٧﴾
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə özgə evlərə daxil olmaq üçün ev sakinlərindən icazə almadan və onlara salam verib: "Əssəlamu aleykum, gəlmək olarmı?"- demədən daxil olmayın. Evə daxil olmazdan əvvəl icazə alaraq daxil olmaq, icazə almadan evə qəfildən daxil olmaqdan daha xeyirlidir. Bəlkə siz, Allahın bu əmrindən ibrət alıb, ona əməl edəsiniz
فَإِن لَّمْ تَجِدُوا۟ فِيهَآ أَحَدًۭا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ٱرْجِعُوا۟ فَٱرْجِعُوا۟ ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ﴿٢٨﴾
بما تعملون عليم Əgər o evlərdə heç kim olmazsa, izin vermə haqqına sahib bir kimsə tərəfindən sizə evə daxil olmanız üçün izin verilincəyə qədər oradaxil olmayın. Əgər ev sahibləri sizə: "Qayıdın!" – deyərsə, bu zaman evə daxil olmadan geri dönün. Bu, Allah yanında sizin üçün daha təmizolandır. Allah nə etdiklərinizi bilir və etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir
لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ مَسْكُونَةٍۢ فِيهَا مَتَـٰعٌۭ لَّكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴿٢٩﴾
Yaşayış üçün olmayan, idarələr, dükanlar, kitabkanalar və s. bu kimi insanların ümumi istifadəsi üçün hazırlanmış olan yerlərə izinsiz daxil olmaq sizin üçün günah deyildir. Uca Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا۟ مِنْ أَبْصَـٰرِهِمْ وَيَحْفَظُوا۟ فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا يَصْنَعُونَ ﴿٣٠﴾
Ey Peyğəmbər! Mömin kişilərə de ki, gözlərini onlara hala olmayan qadınlara və ayıb yerlərə baxmaqdan çəksinlər, cinsiyyət üzvlərini harama düşməkdən və açmaqdan qorusunlar. Gözləri, Allahın həm haram etdiyi baxışlardan qorumaq, həm də cinsiyyət üzvlərini qorumaq Allah yanında onlar üçün daha təmiz və pakdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xə‐ bərdardır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir
وَقُل لِّلْمُؤْمِنَـٰتِ يَغْضُضْنَ مِنْ أَبْصَـٰرِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ ءَابَآئِهِنَّ أَوْ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَآئِهِنَّ أَوْ أَبْنَآءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ أَخَوَٰتِهِنَّ أَوْ نِسَآئِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيْرِ أُو۟لِى ٱلْإِرْبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفْلِ ٱلَّذِينَ لَمْ يَظْهَرُوا۟ عَلَىٰ عَوْرَٰتِ ٱلنِّسَآءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوٓا۟ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٣١﴾
ى ى Mömin qadınlara da de ki, baxışlarını özlərinə halal olmayan kimsələrə baxmaqdan çəkindirsinlər və ayıb yerlərini fahişə əməllərdən uzaq duraraq və örtərək qorusunlar. Qoy onlar üst paltarı kimi görünə və örtülməsi mümkün olmayan zinət‐ əşyalarını yad kişilərə göstərməsinlər. Baş örtüklərini saçlarının, üzlərinin və boyun-boğazlarının üstünə salsınlar. Gizlində olan zinət əşlayarını ərlərindən, yaxud atalarından, yaxud qayınatalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından,yaxud qardaşlarından,yaxud qardaşlarının oğullarından,yaxud bacılarının oğullarından,yaxud müsəlman və ya kafir olmasından aslı olmayaraq etibarlı qadınlardan, yaxud sahib olduqları kişi və ya qadın kölələrdən, yaxud qadınlara ehtiyacı qalmayan kişi xidmətçilərdən, yaxud kiçikliyinə görə qadınların ayıb yerlərini hələ dərk etməyən بلغ Qur’an · Təfsir uşaqlardan başqasına göstərməsinlər. Qadınlar, xalxallarını və gizlətdikləri başqa zinət əşyalarının bilinməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Mətləbinizə yetişmək, qorduğunuz şeydən əmin olmaq üçün haram baxışlardan və bundan başqa olan günahlardan hamılıqla Allaha tövbə edin!
وَأَنكِحُوا۟ ٱلْأَيَـٰمَىٰ مِنكُمْ وَٱلصَّـٰلِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَآئِكُمْ ۚ إِن يَكُونُوا۟ فُقَرَآءَ يُغْنِهِمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ﴿٣٢﴾
عليم Ey möminlər! Aranızda, zövcələri olmayan kişiləri və ərləri olmayan azad qadınları, həmçinin, mömin olan kölə və kənizləri‐ nizi evləndirin. Əgər onlar fəqirdirlərsə, Allah Öz geniş lütfü ilə onları varlı edər. O, bol ruzi sahibidir. Onu ruzisi bir kimsəni zənginləşdirməklə naqisləşməz. Allah qullarının nə etdiklərini biləndir
وَلْيَسْتَعْفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱلَّذِينَ يَبْتَغُونَ ٱلْكِتَـٰبَ مِمَّا مَلَكَتْ أَيْمَـٰنُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًۭا ۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِىٓ ءَاتَىٰكُمْ ۚ وَلَا تُكْرِهُوا۟ فَتَيَـٰتِكُمْ عَلَى ٱلْبِغَآءِ إِنْ أَرَدْنَ تَحَصُّنًۭا لِّتَبْتَغُوا۟ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعْدِ إِكْرَٰهِهِنَّ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣٣﴾
Yoxsulluq səbəbindən evlənməyə imkanı olmayanlar, Allah Öz geniş lütfü ilə onları varlandırana qədər, ismətlərini zinadan qoruyub saxlasınlar. Özlərini köləlikdən xilas edib, azadlığa qovuşmaq üçün mal verərək ağaları ilə mükatəbə (Mükatəbə sözü ərəb dilində: Qulun köləlikdən azad olması üçün ağası ilə müəyyən pul məbləği əsasında bağladığı bir sazişdir) etməyi tələb edənlər varsa, əgər ağaları onların dində saleh və bağlanan sazişi ödəyə biləcəyini zənn edərsə, bu zaman onlarla tələb etdikləri mükatəbə sazişini bağlasınlar. Qoy ağalar, kölələrin onlarla bağladıqları mükatəbənin bir qismini ödəmələri üçün Allahın onlara verdiyi maldan kölələrinə da versinlər. Nəbadə Abdullah bin Ubeyin, iffətli olub, zinadan uzaq duraraq, is‐ mətlərini qorumaq istəyən iki cariyəsini zinaya məcbur etdirdiyi kimi, sizdə mal-dövlət əldə etməniz üçün öz cariyələrinizi zinakarlığa məcbur edəsiniz. Sizdən kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onların günahlarını bağışlayar və onlara rəhmedər. Çünki onlar bu işi öz xoşları ilə deyil, əksinə, məcbur edilərək görmüşdülər, elə bu görə də günah onları bu işə məcbur edənin boynunadır
وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ ءَايَـٰتٍۢ مُّبَيِّنَـٰتٍۢ وَمَثَلًۭا مِّنَ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُمْ وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ﴿٣٤﴾
Ey İnsanlar! Biz sizə içərisində heç bir qarışıqlıq olmayan, açıq-aydın ayələr nazil etdik. Sizin, sizdən öncə yaşamış mömin və kafir kimsələrin başlarına gələn hadisərdən ibrət almanız üçün onlardan sizə misallar çəkdik. Həmçinin, Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilər üçün bir öyüd-nəsihət naziletdik
۞ ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍۢ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌۭ دُرِّىٌّۭ يُوقَدُ مِن شَجَرَةٍۢ مُّبَـٰرَكَةٍۢ زَيْتُونَةٍۢ لَّا شَرْقِيَّةٍۢ وَلَا غَرْبِيَّةٍۢ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌۭ ۚ نُّورٌ عَلَىٰ نُورٍۢ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَـٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿٣٥﴾
ى ه ه ه Uca Allah göylərin və yerin nurudur. O, orada olanları hidayət yoluna yönəldəndir. Uca Allahın möminlərin qəlbində olan nurunun misalı, pəncərəsiz bir divarda içində çıraq olan bir taxçaya bənzəyir. O çıraq işıldayan bir şüşənin içindədir, şüşə isə, sanki inci kimi parlayan, nuru ərtafa yayılan bir ulduzdur. Bu çıraq, mübarək bir ağacın yağından yandırılar. Bu ağac, səhər- axşam, daima günəş şüaları altında qalan mübarək zeytun ağacıdır. Onun yağı, özünə od toxunmasa da, parlaqlığı səbəbindən ətrafa sanki işıq saçır. Əgər ona od toxunsaydı, ətrafa gör necə parlaq içiq saçardı. Hidayət nuru ilə parlayan möminin qəlbi də belədir. Uca Allah istədiyi qulunu Qurana tabe olmağa müvəffəq edər. Uca Allah əşyaları, onun bənzərini بلغ Qur’an · Təfsir misal çəkərək beləcə açıqlayar. Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz
فِى بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا ٱسْمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ ﴿٣٦﴾
Bu çıraq, Allahın, tikilib ucaldılmasına və içində Allahın adının azan, dua və namazla zikr edilməsinə və orada Allah rizasını qazanmaq üçün günün əvvəl və son vaxtında namaz qılmağa izin verdiyi məscidlərdir
رِجَالٌۭ لَّا تُلْهِيهِمْ تِجَـٰرَةٌۭ وَلَا بَيْعٌ عَن ذِكْرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ ۙ يَخَافُونَ يَوْمًۭا تَتَقَلَّبُ فِيهِ ٱلْقُلُوبُ وَٱلْأَبْصَـٰرُ ﴿٣٧﴾
O kişilər ki, nə alış-veriş, nə də ticarət onları Allahı zikr etməkdən, namazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmaqdan, mallarının zəkatını, zəkata layiq insanlara verməkdən yayındırmaz və onlar Qiyamət gününün əzabından qorxarlar. Qiyamət günü, onların qəlbləri əzabdan qurtulmaq arzusu ilə əzaba düşmək qorxusu arasında çarəsiz bir halda qaldıqları və Qiyamətin dəhşətli mənzərəsindən gözlərin çevriləcəyi bir gündür
لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا عَمِلُوا۟ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ﴿٣٨﴾
Onlar, dünyada ikən bu əməllərini, Allah onların etdikləri əməllərin ən gözəli mükafatı ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın deyə etmişdilər. Allah istədiyi quluna, etdikləri əməllərin müqabilində hesabsız ruzi verir. Bəzəndə bu ruzini onlara üçün qat-qat artırar
وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَعْمَـٰلُهُمْ كَسَرَابٍۭ بِقِيعَةٍۢ يَحْسَبُهُ ٱلظَّمْـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمْ يَجِدْهُ شَيْـًۭٔا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥ ۗ وَٱللَّهُ سَرِيعُ ٱلْحِسَابِ ﴿٣٩﴾
Allaha iman etməyib kafir olanların etdikləri əməllərin heç bir savabı yoxdur. Bunun misalı, susamış bir kimsənin səhrada qızmar günəş altında nə isə görüb onu su zənn etdiyi ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edərək ona tərəf tələsərək gedər sonda ona yetişdikdə isə orada su olmadığını görən bir kimsənin misalına bənzər. Bax, kafir kimsə də belədir. O, əməllərinin özünə fayda verəcəyini zənn edər hətta ölüb yenidən dirildikdə isə əməllərinin savabı olmadığını və öz qarşısında Rəbbini və Rəbbi də ona əməllərinin hesabını kamil bir şəkildə verdiyini görər. Allah tez haqq-hesab çəkəndir
أَوْ كَظُلُمَـٰتٍۢ فِى بَحْرٍۢ لُّجِّىٍّۢ يَغْشَىٰهُ مَوْجٌۭ مِّن فَوْقِهِۦ مَوْجٌۭ مِّن فَوْقِهِۦ سَحَابٌۭ ۚ ظُلُمَـٰتٌۢ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَآ أَخْرَجَ يَدَهُۥ لَمْ يَكَدْ يَرَىٰهَا ۗ وَمَن لَّمْ يَجْعَلِ ٱللَّهُ لَهُۥ نُورًۭا فَمَا لَهُۥ مِن نُّورٍ ﴿٤٠﴾
ى Yaxud onların əməlləri dərin bir dənizdəki qaranlıqlar kimidir. O qaranlıqların üstünü bir dalğa, o dalğanın üstündən də başqa bir dalğa örtər, onun da üstündə özünə yolu göstərmək də kömək edən ulduzları örtən bir bulud vardır. Bunlar bir- birinin üstündə olan qaranlıqlardır! Belə bir qaranlığa düşən kimsə əlini uzatsa, qaranlığın şiddətindən dolayı az qala əlinin harada olduğunu görməz. Bax, kafir kimsənin misalı da belədir. Çünki cəhalət, şəkk-şübhə, çaşqınlıq və qəlbinin möhürlənməsi qaranlıqları onun üzərinə üst-üstə yığılmışdır. Allah kimi zəlalətdən hidayətə yönəldərək və kitabından ona elm verərək ruziləndirməzsə,onu hidayət yoluna yönəldən və ona doğru yolu göstərən bir kitab verən olmaz. بلغ Qur’an · Təfsir ل
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلطَّيْرُ صَـٰٓفَّـٰتٍۢ ۖ كُلٌّۭ قَدْ عَلِمَ صَلَاتَهُۥ وَتَسْبِيحَهُۥ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ ﴿٤١﴾
عليمبما يفعلون Ey Peyğəmbər! Məgər göylərdə və yerdə olanbütün məxluqatların, havada cərgə-cərgə qanad açıb uçan quşların Allahın şəninə həmd-səlar, təriflər dediklərini bilmirsənmi? Uca Allah hər bir məxluqun nə etdiyin bilir. O, yaratdığı insanın namazını və quşların Onun şəninə həmd-səlar deməsini çox yaxşı bilir. Allah onların nə etdiklərindən xəbərdardır. Onların əməllərindən Uca Allaha heç bir şey gizli qalmaz
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿٤٢﴾
Göylərin və yerin mülkü yalnız Allaha məxsusdur.Siz qiyamət günü haqq-hesab və əməllərinizin əvəzini almaq üçün Onun hüzuruna dönəcəksiniz
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُزْجِى سَحَابًۭا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُۥ ثُمَّ يَجْعَلُهُۥ رُكَامًۭا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍۢ فِيهَا مِنۢ بَرَدٍۢ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصْرِفُهُۥ عَن مَّن يَشَآءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِۦ يَذْهَبُ بِٱلْأَبْصَـٰرِ ﴿٤٣﴾
Ey Muhamməd! Məgər sən, Allahın buludları qovduğunu, sonra səmaya səpələnmiş buludları bir-birinə qovuşduraraq bir araya cəm etdiyini sonra da o buludları bir-birinin üstünə yığılmış bulud topasına çevirdiyini bilmirsənmi?! Sən yağmurun o buludların arasından süzülərək çıxdığını görürsən. Uca Allah göyüzündə dağlara bənzər əzəmətli buludlardan daş kimi donmuş dolu yağdırır. Sonra da bu dolunu qullarından istədiyinə isabət etdirər və istədiyindən də onu uzaqlaşdırar. Bu‐ ludların şimşəyinin parıltısı az qalır ki, parıltının şiddətindən gözləri kor etsin
يُقَلِّبُ ٱللَّهُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ ﴿٤٤﴾
Uca Allah, uzun və qısa, gediş və gəliş olmaqla gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, sizə zikir edilən bu ayələrdə bəsirət sahibləri üçün uca Allahın rübubiyyətinə, qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillər və ibrətlər vardır
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍۢ مِّن مَّآءٍۢ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍۢ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٤٥﴾
ى Allah yer üzündə gəzib dolaşan canlını bir qətrə nütfədən (spermadan) yaratmışdır. Onlardan bəziləri ilan kimi qarnı üstə sürünürək hərəkət edər, bəziləri insan və quş kimi iki ayaq üstündə gəzir, bəziləri də dördayaqlı heyvanlar kimi dörd ayaq üstündə gəzir. Uca Allah, zikir edilənlərdən və zikir edilməyənlərdən istədiyi canlıları yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Heç bir şey Onu aciz etməz!
لَّقَدْ أَنزَلْنَآ ءَايَـٰتٍۢ مُّبَيِّنَـٰتٍۢ ۚ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٤٦﴾
Biz Muhəmmədə -sallallahu aleyhi və səlləm- haqq yoluna yönəldən açıq-aydın ayələr nazil etdik. Allah istədiyi kimsəni əyriliyi olmayan doğru yola yönəldir və bu yol da onu Cənnətə götürür. بلغ Qur’an · Təfsir
وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾
Münafiqlər: "Allaha və Rəsuluna iman gətirdik, Allaha və Rəsuluna itaət etdik!" – deyirlər və bundan sonra isə onlardan bir dəstə iman və itaətdən üz çevirir. Allaha və Rəsuluna iman və itaət etdikləri iddiasına olduqdan sonra Allah yolunda cihad etmə əmri xüsusunda və digər əmrlərdə Allaha və Rəsuluna itaət etməzlər. Allah və Onun Rəsuluna itaət etməkdən üz çevirən o kimsələr,hətta özlərinin iman gətirdiklərini iddia etsələrdə,mömin deyillər
وَإِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌۭ مِّنْهُم مُّعْرِضُونَ ﴿٤٨﴾
Bu münafiqlər, ixtilaf etdikləri şeylərdə aralarında Peyğəmbərin hökm verməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman qəlblərində olan nifaq səbəbindən Peyğəmbərin onların arasında Allahın hökmü ilə hökm verməsindən üz çevirərlər
وَإِن يَكُن لَّهُمُ ٱلْحَقُّ يَأْتُوٓا۟ إِلَيْهِ مُذْعِنِينَ ﴿٤٩﴾
Əgər onlar haqlı olduqlarını və Peyğəmbərin də onların leyhinə hökm verəcəyini bilsəydilər, bu zaman tələm-tələsik onun yanına gələrdilər
أَفِى قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرْتَابُوٓا۟ أَمْ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُۥ ۚ بَلْ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٥٠﴾
Onların qəlbində daimi olan bir xəstəlikmi var?! Yoxsa onlar Muhəmmədin Allahın Rəsulu olduğuna şübhəedirlər?! Ya da Allahın və Onun Rəsulunun hökmündə onlara qarşı haqsızlıq edəcəklərindənmi qorxurlar? Xeyr, bunun səbəbi, heç də zikir edilən şeylər deyildir. Bunun həqiqi səbəbi, Peyğəmbərin hökmündən üz çevirmələri və onun hökümlərinə qarşı inadkarlıq etmələri üzündən qəlblərindəki xəstəlikdir
إِنَّمَا كَانَ قَوْلَ ٱلْمُؤْمِنِينَ إِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٥١﴾
Aralarında hökm vermək üçün Allaha və Onun Rəsuluna çağırıldıqda möminlər ancaq: "Biz Allah Rəsulunun sözünü eşidi‐ rik və onun əmrinə itaət edirik!" – deyərlər. Dünyada və axirətdə nicat tapanlar da məhz bu sifətlərə sahib olan kimsələrdir
وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخْشَ ٱللَّهَ وَيَتَّقْهِ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ ﴿٥٢﴾
Kim Allaha və Onun Rəsuluna itaət edər, Allah və Rəsulunun hökmülərinə tabe olar, günahlardan çəkinər və uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından özünü qoruyaraq Allahdan qorxarsa, sonda dünya və axirət xeyirləri ilə uğura məhz onlar nail olarlar
۞ وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُل لَّا تُقْسِمُوا۟ ۖ طَاعَةٌۭ مَّعْرُوفَةٌ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿٥٣﴾
Münafiqlər, əgər onlardan cihada çıxmaq tələb olunsaydı, onlar mütləq Allah yolunda cihada çıxacaqlarına dair bütün gücləri ilə Allaha çox möhkəm and içirlər. Ey Peyğəmbər! Onlara belə de: "And içməyin! Yalan söylədiyiniz hamıya məlumdur. İtaətiniz isə yalan bir iddiadır. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Hansı əməlinizi gizlədirsinizsə gizlədin, bilin ki, əməllərinizdən Ona heç bir şey gizli qalmaz!". بلغ Qur’an · Təfsir
قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ ۖ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا۟ ۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٥٤﴾
Ey Peyğəmbər! O münafiqlərə de: "Aşkarda və gizlidə Allaha və Onun Rəsuluna itaət edin. Əgər siz, əmr olunduğunuz işlərdə Allah və Onun Rəsuluna tabe olmaqdan üz çevirsəniz, bilin ki, Peyğəmbərin üzərinə düşən öhdəlik yalnız sizi təbliğ etməkdir. Sizin də üzərinizə düşən öhdəlik isı ona itaət etmək və onun gətirdiklərinə əməl etməkdir. Əgər siz Peyğəmbərin əmr etdiklərini edib və qadağalarından çəkinərək ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən açıq-aşkar təbliğ etməkdən başqa bir şey deyildir. Onun sizləri hidayətə gətirmək və bu işdə sizi məcbur etmək cavabdehliyi yoxdur!"
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِى ٱلْأَرْضِ كَمَا ٱسْتَخْلَفَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ ٱلَّذِى ٱرْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعْدِ خَوْفِهِمْ أَمْنًۭا ۚ يَعْبُدُونَنِى لَا يُشْرِكُونَ بِى شَيْـًۭٔا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٥٥﴾
ى Uca Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə düşmənlərə qarşı onlara yardım etməyi və onları özlərindən əvvəlki möminləri yer üzündə hökmran etdiyi kimi onlarıda yer üzündə hökmran edəcəyini vəd vermişdir. Eyni şəkildə Allahın möminlər üçün bəyənib seçdiyi İslam dinini yer üzündə bərqərar edəcəyinə və onların qorxusunu əminliklə əvəz edəcəyinə dair vəd vermişdir. Çünki o möminlər yalnız Mənə ibadət edərlər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bu nemətlərdən sonra hər kim Allaha küfür edərsə məhz onlar Allahın itaətindən çıxanlardır
وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿٥٦﴾
Allahın rəhmətinə nail olmaq üçün namaz vaxtı-vaxtında kamil bir şəkildə əda edin, malınızın zəkatını verin, sizə əmr etdiyi şeyləri edib,qadağan etdiyi şeylərdən çəkinmərək Peyğəmbərə itaət edin!
لَا تَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۚ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ وَلَبِئْسَ ٱلْمَصِيرُ ﴿٥٧﴾
Ey Peyğəmbər! Uca Allah kafirlərə əzab nazil etmək istədiyi zaman, onların Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini əsla zənn etmə. Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Gedəcəkləri yer Cəhənnəm olan kimsələrin yeri, necə də pis bir yeridir!
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِيَسْتَـْٔذِنكُمُ ٱلَّذِينَ مَلَكَتْ أَيْمَـٰنُكُمْ وَٱلَّذِينَ لَمْ يَبْلُغُوا۟ ٱلْحُلُمَ مِنكُمْ ثَلَـٰثَ مَرَّٰتٍۢ ۚ مِّن قَبْلِ صَلَوٰةِ ٱلْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعْدِ صَلَوٰةِ ٱلْعِشَآءِ ۚ ثَلَـٰثُ عَوْرَٰتٍۢ لَّكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌۢ بَعْدَهُنَّ ۚ طَوَّٰفُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٥٨﴾
ى ه ه Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Kişi və qadın kölələriniz və həddi-büluğ yaşına çatmayan uşaqlarınız yanınıza girmək istədikdə qoy bu üç vaxtda sizdən izin istəsinlər. Bu vaxtlar: sübh namazından əvvəl, yataq paltarlarınızı dəyişib gündüz paltarlarınızı geyindiyiniz vaxt, günorta vaxtı paltarınızı yatmaq üçün çıxartdığınız zaman və işa namazından sonrakı vaxtdır. Çünki bu vaxt, gündüz paltarınızı çıxarıb yataq paltarınızı geyindiyiniz vaxtdır. Bu üç vaxt, sizin çılpaq ola biləcəyiniz vaxtlardır.Bu kimsələr,bu vaxtlarda sizin yanınıza ancaq sizdən izin aldıqdan sonra girə bilərlər. Bu üç vaxtdan başqa qalan vaxtlarda onların sizin yanınıza sizdən izin almadan daxilolmalarında və həmçinin sizin də بلغ Qur’an · Təfsir onların yanına onlardan izin olamdan daxil olmanızda nə sizə, nə də onlara bir günah vardır. Çünki onlar gecə-gündüz daima sizin aranızda olan kimsələrdir və hər dəfə sizin yanınıza daxil olmaq üçün sizdən izin istəmələri onlara çətindir. Uca Allah, evlərə daxil olmazdan əvvəl izin alma hökmlərini sizə açıq-aydın izah etdiyi kimi, şəriətin başqa hökmlərinə dəlalət edən ayələri də sizə belə aşıq-aydın bir şəkildə izah edir. Uca Allah nəyin qulları üçün daha xeyirli olduğunu biləndir və onlar üçün qanun etdiyi hökmlərində də hikmət sahibidir
وَإِذَا بَلَغَ ٱلْأَطْفَـٰلُ مِنكُمُ ٱلْحُلُمَ فَلْيَسْتَـْٔذِنُوا۟ كَمَا ٱسْتَـْٔذَنَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٥٩﴾
عليم حكيم Uşaqlarınız da həddi-büluğ yaşına çatanda qoy özlərindən öncəki böyüklərin hər vaxt evlərə daxil olmaq üçün izin istədikləri kimi onlar da izin istəsinlər. Allah, izinlə əlaqəli hökmləri sizə izah etdiyi kimi, Öz ayələrini sizə belə izah edir. Uca Allah qulları üçün nəyin daha faydalı olanı biləndir və onlar üçün qanun etdiyi hökmlərdə hikmət sahibidir
وَٱلْقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّـٰتِى لَا يَرْجُونَ نِكَاحًۭا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَـٰتٍۭ بِزِينَةٍۢ ۖ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌۭ لَّهُنَّ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ﴿٦٠﴾
Evlənmək istəyi qalmayıb, yaşlılıq səbəbindən heyzdən kəsilən və hamilə qalmaları da mümkün olmayan yaşlı qadınların, örtülməsi əmr olunduğu gizlində olan zinət yerlərini açmamaq şərti ilə, ayıb yerlərini göstərmədən baş örtüklərini və üst geyimlərini soyunmasında onlara günah yoxdur. Lakin daha iffətli və örtülü olmaları üçün baş örtüklərini və üst geyimlərini soyunmamaları onlar üçün daha xeyirlidir. Allah söylədiklərinizi eşidəndir, əməllərinizi biləndir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir
لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌۭ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌۭ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌۭ وَلَا عَلَىٰٓ أَنفُسِكُمْ أَن تَأْكُلُوا۟ مِنۢ بُيُوتِكُمْ أَوْ بُيُوتِ ءَابَآئِكُمْ أَوْ بُيُوتِ أُمَّهَـٰتِكُمْ أَوْ بُيُوتِ إِخْوَٰنِكُمْ أَوْ بُيُوتِ أَخَوَٰتِكُمْ أَوْ بُيُوتِ أَعْمَـٰمِكُمْ أَوْ بُيُوتِ عَمَّـٰتِكُمْ أَوْ بُيُوتِ أَخْوَٰلِكُمْ أَوْ بُيُوتِ خَـٰلَـٰتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُۥٓ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا۟ جَمِيعًا أَوْ أَشْتَاتًۭا ۚ فَإِذَا دَخَلْتُم بُيُوتًۭا فَسَلِّمُوا۟ عَلَىٰٓ أَنفُسِكُمْ تَحِيَّةًۭ مِّنْ عِندِ ٱللَّهِ مُبَـٰرَكَةًۭ طَيِّبَةًۭ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿٦١﴾
ه لعل كم تعقلون Bacarmadığları üçün Allah yolunda cihad kimi bəzi öhdəlikləri yerinə yetirə bilməyən kor kimsəyə, çolağa, bir də xəstəyə günah gəlməz. Ey Möminlər! Eyni şəkildə evlərinizdə və ya övladlarınızın evlərində yaxud atalarınızın evlərində, yaxud anala‐ rınızın evlərində,yaxud qardaşlarınızın evlərində,yaxud bacılarınızın evlərində,yaxud əmilərinizin evlərində,yaxud bibiləri‐ nizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud bağ-bağçanın qorunması sizə həvalə edilən evlərdə, yaxud könül xoşluğu ilə dostlarınızın evlərində yemək yeməkdə sizə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Yuxarıda sadalanan evlərə və ya başqa evlərə daxil olduğu‐ nuz zaman ev sakinlərinə: "Əssəlamu aleykum" - deyərək salam verin. Əgər daxil olduğunuz evlərdə heç kimsə olmazsa bu zaman: "Əssəlamu aleynə va alə ibədilləhis-salihin" - deyərək özünüzə salam verin. Bu salam, aranızda bir-birinizə qarşı sevği və mehriban münasibət yaydığı və bu salamı eşidənində könlü xoş olduğu üçün Allah yanında sizin üçün sevib seçilən, mübarək bir salamdır. Uca Allah bu surədə salamı sizə izah etdiyi kimi diğər ayələrinidə açıq-aydın bir şəkildə izah edər ki, bəlkə, başa düşüb əməl edəsiniz. بلغ Qur’an · Təfsir
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍۢ جَامِعٍۢ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ فَإِذَا ٱسْتَـْٔذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمُ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٦٢﴾
İmanlarında sadiq olan möminlər yalnız Allaha və Onun Rəsuluna iman gətirən kimsələrdir. Onlar müsəlmanların ümumi bir işinə görə (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerə toplandıqda, oradan ayrılmaq üçün ondan izin almadan oradan ayrılmazlar.EyPeyğəmbər!Səndən ayrılıb getmək üçün izin istəyənlər, Allaha və Onun Rəsuluna həqiqi mənada iman gətirən möminlərdir. Əgər onlar bəzi işlərini həll etmək üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onların günahları üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah qullarından Ona tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir
لَّا تَجْعَلُوا۟ دُعَآءَ ٱلرَّسُولِ بَيْنَكُمْ كَدُعَآءِ بَعْضِكُم بَعْضًۭا ۚ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًۭا ۚ فَلْيَحْذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِۦٓ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٦٣﴾
Ey Möminlər! Allahın Rəsuluna sayğı göstərib, ona hörmətlə yanaşın! Onu çağırdığınız zaman bir-birinizi çağırdığınız kimi adı ilə, "Ey Muahmməd!" və ya atasının adı ilə, "Ey Abdullahın oğlu!" – deyərək çağırmayın. Lakin onu, "Ey Allahın rəsulu, Ey Allahın peyğəmbəri"– deyərək çağırın. Allahın rəsulu sizi bir işə çağırdığı zaman onun çağırışını bir-birinizin çağırışı kimi adi bir çağırış kimi qəbul etməyin. Əksinə, onun çağırışına icabət etməkdə tələsin. Allah aranızda, izin almadan gizlicə çıxıb ge‐ dənləri bilir. Qoy Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əmrinə qarşı çıxanlar, Allahın onları bəlaya və müsibətə mübtəla etməsindən, yaxud özlərinə səbir edə bilməyəcəkləri ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿٦٤﴾
شىء عليم Bilin ki, yaratma, sahib olma və idarə etmə baxımından göylərdə və yerdə nə varsa hamısı, Uca Allaha məxsusdur. Ey İnsanlar! O sizin hansı əməl üzərində olduğunuzu çox yaxşı bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Qiyamət günü -öldükdən sonra dirildilərək Onun hüzuruna döndüyünüzdə- O sizlərə dünyada ikən etdiyiniz əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir. Göylərdə və yerdə heç bir şey Ona gizli qalmaz. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim