حمٓ ﴿١﴾
Ana səhifə›Təfsir›Az-Zukhruf (43)
Məkkə · 89 ayə
حمٓ ﴿١﴾
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿٢﴾
Allah,açıq-aydın şəkildə haqq yolu göstərən Qurana andي içir. إنا جعلنه قرءنا عربا لعل كم تعقلون
إِنَّا جَعَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ ﴿٣﴾
Ey ərəblər! Biz Quranı ərəb dilində endirdik ki, onun mənasını başa düşəsiniz və gələcək nəsillərə nəql edəsiniz
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ ﴿٤﴾
Şübhəsiz ki, bu Quran lövhi-məhfuzda çox yüksək məqamdadır və hikmətlə doludur. Allahın əmrləri və qadağaları ilə bağlı ayələri mükəmməl şəkildədir
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًۭا مُّسْرِفِينَ ﴿٥﴾
Yoxsa siz çoxlu şirk və asilik etdiyinizə görə, Biz etiraz əlaməti olaraq Quranı sizə nazil etməkdən vaz keçməliyik?! Biz bunu edən deyilik,əksinə,sizə olan rəhmətimiz bunun əksini tələb edir
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّۢ فِى ٱلْأَوَّلِينَ ﴿٦﴾
Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik. وما يأتيهم من نبى إلا كانوا به يستهزءون
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٧﴾
O keçmiş ümmətlərə Allah tərəfindən elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًۭا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ ﴿٨﴾
Biz onlardan daha qüvvətli olan ümmətləri məhv etdik. Belə isə onlardan daha zəif olanları məhv etməyə də qadirik. Quranda əvvəlki ümmətlərin - Ad və Səmud tayfalarının,Lut qövmünün və Mədyən əhlinin necə həlak olduğu barədə xəbər verilmişdir
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ﴿٩﴾
Ey Peyğəmbər, əgər sən, haqqı yalan sayan o müşriklərdən: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, səni sualına belə cavab verəcəklər: “Onları heç kəsin qalib gələ bilməyəcəyi Qüdrətli və hər şeyi Bilən Allah yaratmışdır!” بلغ Qur’an · Təfsir
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ ﴿١٠﴾
O Allah ki, yeri sizin üçün üstündə ayaq qoyub yeriyə biləsiniz deyə döşədi, üstəlik, dağlarda və dərələrdə sizin üçün yollar saldı ki, bunların sayəsində yolunuza davam edə biləsiniz
وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ ﴿١١﴾
O Allah, göydən həm sizə, həm də sizin heyvanlarınıza və əkinlərinizə kifayət edəcək qədər su endirdi. Biz onunla heç bir bitgi bitməyən ölü bir diyarı diriltdik. Alah o ölü diyarı bitkilərlə diriltdiyi kimi, sizi də hüzuruna toplamaq üçün dirildəcəkdir
وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَـٰمِ مَا تَرْكَبُونَ ﴿١٢﴾
O Allah ki, gecə və gündüz, kişi və qadın və başqa bu kimi cütlərin hamısını yaratdı. Sizin üçün səfərə çıxdığınızda heyvanlardan və gəmilərdən minə biləcəyiniz miniklər yaratdı. Siz gəmiləri dənizdə, heyvanları isə quruda minib istifadə edirsiniz
لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَـٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَـٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ ﴿١٣﴾
مقرنين Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyəsiniz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəddəs‐ dir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bizim ona əsla gücümüz çatmazdı
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ﴿١٤﴾
Şübhəsiz ki, biz öldükdən sonra (dirilib) haqq-hesaba çəkilmək və əməllərimizin əvəzini almaq üçün yalnız Rəbbimizin hzüruna qayıdacağıq”
وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌۭ مُّبِينٌ ﴿١٥﴾
Müşriklər Allahın yaratdıqlarından bəzisinin onun övladı olduğunu iddia edib dedilər: "Mələklər Allahın qızlarıdır". Belə söz söyləyən insan,həqiqətən də,açıq-aydın küfr və azğınlıq içindədir
أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍۢ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ ﴿١٦﴾
Ey müşriklər, yoxsa Allah, yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün övlad seçdiyinimi deyirsiniz?! İddia etdiyiniz bu bölgü necə bir bölgüdür?!د وإذا بشرأحدهم بما ضرب للرحمن مثلا ظل وجهه مسو اوهوكظيم
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَـٰنِ مَثَلًۭا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّۭا وَهُوَ كَظِيمٌ ﴿١٧﴾
Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşağı ilə müjdə verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?! بلغ Qur’an · Təfsir
أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍۢ ﴿١٨﴾
Onlar zinət içində böyüdülən və mübahisə vaxtı qadın olduğundan dolayı açıq-aydın danışa bilməyənimi Allaha isnad edirlər?!
وَجَعَلُوا۟ ٱلْمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَـٰدُ ٱلرَّحْمَـٰنِ إِنَـٰثًا ۚ أَشَهِدُوا۟ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَـٰدَتُهُمْ وَيُسْـَٔلُونَ ﴿١٩﴾
Onlar pak və müqəddəs Mərhəmətli Allahın qulları sayılan mələkləri qız adlandırırlar. Məgər onlar, Allah mələkləri yaradarkən orada olub, onların qız olduqlarını öz gözləri ilə gördülər? Mələklər onların bu şahidliyini yazacaqlar. Qiyamət günün onlar bu şahidliyə görə cavab verəcək və yalan danışdıqlarına görə əzaba düçar olacaqlar
وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَـٰنُ مَا عَبَدْنَـٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ﴿٢٠﴾
Onlar qədəri əsas gətirərək dedilər: “Əgər Allah bizim mələklərə ibadət etməyimizi istəməsəydi, biz onlara ibadət etməzdik. Allahın bizdən bunu istəməsi, bu ibadətdən razı qalmasına dəlalət edir”. Onların bu sözləri haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar. أم ءاتينهم كتبا من قبله فهم به مستمسكون
أَمْ ءَاتَيْنَـٰهُمْ كِتَـٰبًۭا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ ﴿٢١﴾
Yoxsa o müşriklərə Qurandan əvvəl elə bir kitab vermişik ki, o, onlara Allahdan qeyrisinə ibadət etməyə icazə verir və onlar da ondan möhkəm tutub ona istinad edirlər?!
بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّهْتَدُونَ ﴿٢٢﴾
Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yolunu tutub gedəcəyik!”
وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ ﴿٢٣﴾
م قتدون Ey Peyğəmbər! Onlar yalan danışdıqları və atalarına təqlid etdiklərini dəlil gətirdikləri kimi, səndən əvvəl, hansı bir məmləkətə onun sakinlərini qorxudan bir peyğəmbər göndərdiksə, o diyarın cah-calal içində yaşayan başçıları və böyükləri dedilər: “Biz atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük və biz də, onların yolunu tutub gedəcəyik!” Sənin qövmün belə dəlil gətirənlərin birincisi deyil
۞ قَـٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ ﴿٢٤﴾
Peyğəmbəri onlara belə dedi: “Siz atalarınızın yolunu tutub gedirsiniz?! Əgər mən sizə atalarınızın etiqad etdiyindən daha xeyirlisini göstərsəm, onda necə?” Onlar dedilər: “Biz səninlə və səndə əvvəlki peyğəmbərlərlə göndərilənləri inkar edirik”. بلغ Qur’an · Təfsir
فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿٢٥﴾
Biz də səndən əvvəlki peyğəmbərləri yalançı sayan ümmətlərdən intiqam alıb onları məhv etdik. Bir düşün, peyğəmbərlərini yalançı sayanların axırı necə oldu. Onların axırı çox acınacıqlı oldu
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌۭ مِّمَّا تَعْبُدُونَ ﴿٢٦﴾
Ey Peyğəmbər! Xatırla ki, bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin Allahdan baqşa ibadət etdiyiniz bütlərdən uzağam
إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ ﴿٢٧﴾
Yalnız məni yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni, mənə fayda verəcək bir yola - Özünün möhkəm dininə tabe olmağa yönəldəcəkdir”. وجعلها كلمةباقية فى عقبه لعلهم يرجعون
وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةًۭ فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٢٨﴾
İbrahim tovhid kəlməsini ("lə ilahə illəllah”ı) özündən sonra öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (aralarındakı günahkarlar) şirkdən və asilikdən tövbə edib Allahın dininə qayıtsınlar. Odur ki, onların arasında Tək Allaha ibadət edib Ona şərik qoşmayan kimsələr indiyə qədər mövcuddur
بَلْ مَتَّعْتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌۭ مُّبِينٌۭ ﴿٢٩﴾
Mən, haqqı yalan sayan o müşrikləri dərhal həlak etməyə tələsmədim. Əksinə, onlara dünyada yaşayıb gün-güzaran görməyi nəsib etdim.Mən onlardan əvvəl onların atalarına da,Quran və onu bəyan edən Muhəmməd (səllallahu aleyhi və səlləm) gələnədək dolanışıq nəsib etdim
وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَـٰذَا سِحْرٌۭ وَإِنَّا بِهِۦ كَـٰفِرُونَ ﴿٣٠﴾
Onlara haqq sayılan və içində heç bir şübhə olmayan bu Quran gəldikdə: “Bu, sehrdir ki, Muhəmməd onun vasitəsilə bizi sehirləyir. Biz onu inkar edirik və əsla ona inanmayacağıq”- dedilər
وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَـٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍۢ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ ﴿٣١﴾
Haqqı yalan sayan müşriklər dedilər: “Kaşki Allah bu Quranı kasıb və yetim Muhəmmədin deyil, Məkkədən və ya Taifdən olan iki böyük kişidən birinə nazil edəydi?” بلغ Qur’an · Təfsir
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَـٰتٍۢ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًۭا سُخْرِيًّۭا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿٣٢﴾
Ey Peyğəmbər! Sənin Rəbbinin mərhəmətini onlar bölüşdürür və onu istədiklərinə verir, istədiklərini də ondan məhrum edir, yoxsa Allah?! Biz dünya həyatında onların ruzisini aralarında bölüşdürdük, onlardan kimisini varlı, kimisini də kasıb etdik ki, biri digərinin tabeçiliyində olsun. Sənin Rəbbinin axirətdə Öz qullarına göstərdiyi mərhəməti onların yığdığı fani dünya malından daha xeyirlidir
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةًۭ وَٰحِدَةًۭ لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًۭا مِّن فِضَّةٍۢ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ ﴿٣٣﴾
Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək ehtimalı olmasaydı, Allaha küfr edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik. ولبيوتهم أبوبا وسررا عليها يتكٔون
وَلِبُيُوتِهِمْ أَبْوَٰبًۭا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ ﴿٣٤﴾
Evlərinin qapılarını və söykəndikləri taxtları da (gümüşdən edərdik ki,) tədricən məhv olsunlar və fitnəyə məruz qalsınlar
وَزُخْرُفًۭا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْـَٔاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ ﴿٣٥﴾
Üstəlik, qızıldan edərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Bunlar fani olduğu üçün onların faydası azdır. Ey Peyğəmbər! Axirətdə, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan müttəqilər üçün Rəbbinin yanında olan nemətlər daha xeyirlidir
وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَـٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَـٰنًۭا فَهُوَ لَهُۥ قَرِينٌۭ ﴿٣٦﴾
Kim Qurana qeyri-ciddi baxar və beləliklə də, bu hərəkəti onu Qurandan uzaqlaşdırarsa, şeytanın ona yoldaş edilməsi və o şeytanın onun azğınlığını artırması ilə cəzalandırılar
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ ﴿٣٧﴾
Doğrusu, Qurandan üz döndərən kimsələrə yoldaş olmuş o şeytanlar onları Allahın dinindan azdırar, beləliklə də, Allahın əmrlərini yerinə yetirməz və qadağan etdiyi əməllərdən çəkinməzlər, lakin bununla belə, onlar özlərinin haqq yolda olduqlarını güman edərlər. Elə bu səbəbdən də onlar öz azğınlıqlarına görə tövbə etməzlər
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ ﴿٣٨﴾
Nəhayət, Allahın zikrindən üz döndərmiş kimsə hüzurumuza gəldikdə təmənna edib belə deyər: “Ey yoldaş, kaş, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!”
وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿٣٩﴾
Qiyamət günü Allah kafirlərə belə deyəcəkdir: “Siz şirk və asilik etməklə öz nəfslərinizə zülüm etdiyinizə görə, bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz. Şərikləriniz sizin əzabınızdan heç bir şey öz üzərilərinə götürməyəcəklər”. بلغ Qur’an · Təfsir
أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٤٠﴾
Onlar kardılar - haqqı eşitməzlər, habelə, kordular - haqqı görməzlər. Ey Peyğəmbər, sən karlara eşitdirə bilərsənmi, yaxud korları və ya aşkar zəlalət içində olanları doğru yola yönəldə bilərsənmi?! فإما نذهبن بك فإنا منهم م نتقمون
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ ﴿٤١﴾
Biz onlara əzab verməmişdən əvvəl sənin canını alsaq da, yenə onlardan həm bu dünyada, həm də axirətdə intiqam alaca‐ ğıq
أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَـٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ ﴿٤٢﴾
Yaxud onlara vəd etdiyimizi əzabın bəzisini sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz yetər. Onlar heç cür Bizə qalib gələ bilməzlər
فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٤٣﴾
Ey Peyğəmbər, elə isə sən, Rəbbinin sənə vəhy etdiyindən möhkəm tut və ona əməl et! Şübhəsiz ki, sən heç bir şəkk-şübhə olmayan haqq yoldasan
وَإِنَّهُۥ لَذِكْرٌۭ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ ﴿٤٤﴾
Həqiqətən, bu Quran sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Qiyamət günü siz ona iman gətirib-gətirmədiyiniz, göstərdiyi yolu gedib-getmədiyiniz və ona dəvət edib-etmədiyiniz barədə sorğu-sual ediləcəksiniz
وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَـٰنِ ءَالِهَةًۭ يُعْبَدُونَ ﴿٤٥﴾
Ey Peyğəmbər, səndən əvvəl göndərdiyimiz elçilərdən soruş: "Məgər Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlar‐ icad etmişik?!
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٦﴾
Biz Musanı Öz dəlillərimizlə Firon və onun qövmündən olan əşrəflərinin yanına göndərdik. Musa onlara dedi: “Mən bütün yaradılanların Rəbbinin elçisiyəm!”
فَلَمَّا جَآءَهُم بِـَٔايَـٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ ﴿٤٧﴾
Musa dəlillərimizi onlara göstərdikdə, onlar onu məsxərəyə qoyaraq və istehza edərək güldülər
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَـٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٤٨﴾
Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyimiz hər bir möcüzə, əvvəlkindən daha böyük idi. Biz onları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən بلغ Qur’an · Təfsir dönsünlər. Lakin bunun heç bir faydası olmadı
وَقَالُوا۟ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ ﴿٤٩﴾
Onların başına bəzi müsibətlər gəldikdə, Musaya (aleyhissəlam) dedilər: “Ey sehrbaz, Rəbbinin, bizim iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən dəf edəcəyinə dair verdiyi sözə görə, Ona bizdən ötrü dua et ki, əgər əzabı bizdən uzaq etsə, biz mütləq doğru yola gələcəyik”
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ ﴿٥٠﴾
Biz əzabı onlardan uzaqlaşdıran kimi, əhdlərindən döndülər və onu yerinə yetrmədilər
وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَـٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَـٰذِهِ ٱلْأَنْهَـٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ ﴿٥١﴾
Firon öz səltənəti ilə lovğalanaraq qövmünə müraciət edib belə dedi: “Ey qövmüm, məgər Misirin səltənəti və qəsrlərimin al‐ tımndan axan, Nildən ayrılan bu çaylar mənim deyilmi?! Məgər siz mənim səltənətimi görmürsünüz, əzəmətimi bilmirsiniz?!
أَمْ أَنَا۠ خَيْرٌۭ مِّنْ هَـٰذَا ٱلَّذِى هُوَ مَهِينٌۭ وَلَا يَكَادُ يُبِينُ ﴿٥٢﴾
Mən bu qovulmuş,zəifvə sözünü açıq-aydın deyə bilməyən Musadan daha üstünəm?!
فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌۭ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَـٰٓئِكَةُ مُقْتَرِنِينَ ﴿٥٣﴾
Məgər onu elçi göndərən Allah,onun həqiqi elçi olduğunu bəyan etmək üçün onu qızıl bilərziklərlə bəzəməli,yaxud onunla birlikdə bir-birilərini təqib edən mələklər gəlməli deyildimi?”
فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَـٰسِقِينَ ﴿٥٤﴾
Firon öz qövmünü aldatdı, onlar da onun azğın fikrinə itaət etdilər. Həqiqətən, onlar Allahın itaətindən çıxmış bir qövm idilər
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ ﴿٥٥﴾
Onlar küfr etmələrinə davam etməklə Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq. فجعلنهم سلفا ومثلا للٔاخرين
فَجَعَلْنَـٰهُمْ سَلَفًۭا وَمَثَلًۭا لِّلْـَٔاخِرِينَ ﴿٥٦﴾
Biz Firon və onun qovmünü kafirlərin önündə gedən bir toplum etdik. Sənin qövmündən kafir olanları da onların ardıcıllarından etdik. Beləliklə də Biz onları, nəticə çıxaran kimsələr üçün ibrət etdik ki, onlar kimi əməl edib sonda onların düçar olduğuna düçar olmasınlar. بلغ Qur’an · Təfsir
۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ ﴿٥٧﴾
وَقَالُوٓا۟ ءَأَـٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ ﴿٥٨﴾
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sənə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَـٰهُ مَثَلًۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٥٩﴾
etməyi qadağan etdiyi kimi, İsanı da məbud qəbul edərək ona ibadət etməyi qadağan etmişdi. Ey Peyğəmbər, (bu misal çəkilincə,) sənin qövmün mübahisə edib, qışqıraraq və hay-haray salaraq belə dedi: "Biz bütlərimizin İsa ilə bir yerdə Məryəm oğlu İsa sadəcə Bizim peyğəmbərlik və risalət verdiyimiz Allah qullarından biridir. Uca Allah Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız yaratmışdır. Beləliklə Biz onu, İsrail oğulları üçün Allahın qüdrətini göstərən bir nümunə etdik
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَـٰٓئِكَةًۭ فِى ٱلْأَرْضِ يَخْلُفُونَ ﴿٦٠﴾
Ey Adəm oğlulları! Əgər Biz sizi məhv etmək istəsəydik, sizi yer üzündə məhv edib əvəzinizə Allaha ibadət edən və heç bir şeyi Ona şərik qoşmayan mələklər yaradardıq
وَإِنَّهُۥ لَعِلْمٌۭ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٦١﴾
Həqiqətən, İsanın axır zamanda yer üzünə nazil olması qiyaməin böyük əlamətlərindən biridir. Qiyamətin vaqe olacağına şəkk-şübhə etməyin və mənim Allahdan gətirdiyimə tabe olun. Çünki gətirdiyim bu (din), heç bir əyriliyi olmayan doğru و yoldur!
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَـٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿٦٢﴾
Şeytan sizi tovlayıb aldatmaqla doğru yoldan azdırmasın.Şübhəsiz ki,o,sizin açıq-aydın düşməninizdir
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَـٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿٦٣﴾
İsa (aleyhissəlam) qövmünə özünün Allah rəsulu olduğuna dair aydın dəlillər gətirdiyi zaman onlara dedi: “Mən Allahdan sizə hikmət gətirmişəm və dininizə aid məsələlərdə ixtilafa düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun və sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin! بلغ Qur’an · Təfsir
إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٦٤﴾
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Bizim Ondan başqa Rəbbimiz yoxdur. Odur ki, ixlasla yalnız Ona ibadət edin! Bu tovhid, heç bir əyriliyi olmayan düz yoldur”
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ ﴿٦٥﴾
Nəsranilərdən olan firqələr İsa barəsində ixtilaf etdilər. Onlardan qismi: "O, ilahdır" - dedi. Bir qismi: "O, Allahın oğludur" - dedi. Bir qismi də: "O və onun anası iki ilahdır" - dedi. İsanın ilah, yaxud Allahın oğlu, yaxud da üçlüyün üçüncüsü olduğunu deməklə özlərinə zülm edən kimsələrin, qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzabdan dolayı vay halına!
هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿٦٦﴾
Yoxsa, İsa barəsində ixtilafa düşmüş o firqələr özləri də hiss etmədən qiyamət saatının qəflətən onları haqlayacağından başqa bir şeymi gözləyirlər?! Əgər onlar kafir olduqları halda qiyamət onları haqlayarasa, şübhəsiz ki, onların aqibəti ağrılı- acılı bir əzab olacaqdır
ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ ﴿٦٧﴾
Küfr və azğınlıq yolunda bir-biri ilə möhkəm dost olan və bir-birinə sadiq qalan kimsələr qiyamət günü bir-birinə düşmən kəsiləcəklər. Yalnız Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxan kimsələrdən başqa. Onların dostluğu əbədidir, heç vaxt sona yetməyəcəkdir
يَـٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ ﴿٦٨﴾
Allah onlara belə buyuracaq: "Ey qullarım, bu gün sizi qarşıda gözləyənlərdən ötrü heç bir qorxu yoxdur və əldə edə bilmədiyiniz dünya nemətlərinə görə də siz kədərlənməyəcəksiniz
ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَـٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ ﴿٦٩﴾
Siz Rəsulumuza nazil olmuş Qurana iman gətirib ona tabe olan, əmrlərini yerinə yetirən və qadağalarından çəkinən kimsələr olmusunuz
ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ ﴿٧٠﴾
Siz və sizin kimi gətirən möminlərlə birgə, sizə verilən tükənməz və əbədi nemətlərə sevindiyiniz halda Cənnətə daxil olun!"
يُطَافُ عَلَيْهِم بِصِحَافٍۢ مِّن ذَهَبٍۢ وَأَكْوَابٍۢ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٧١﴾
(Cənnət əhlinin) xidmətçiləri onlar üçün qızıldan olan qulpsuz sinilər və piyalələr dolandıracaqlar. Cənnətdə nəfslərin istədiyi və gözlərin baxmaqla həzz aldığı hər şey olacaq. Siz orada qalacaq və heç vaxt oradan çıxmayacaqsınız. بلغ Qur’an · Təfsir
وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٧٢﴾
Sizə vəsf edilən Cənnət, Allahın Öz tərəfindən bir lütf olaraq əməlləriniz sayəsində sizi varis etdiyi Cənnətdir. لكم فيها فكهةكثيرةمنها تأكلون
لَكُمْ فِيهَا فَـٰكِهَةٌۭ كَثِيرَةٌۭ مِّنْهَا تَأْكُلُونَ ﴿٧٣﴾
Orada sizin üçün çoxlu tükənməz meyvələr vardır,onlardan yeyəcəksiniz
إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَـٰلِدُونَ ﴿٧٤﴾
Şübhəsiz ki, küfr və asilik etməklə günaha batan kimsələr qiyamət günü əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. لا يفترعنهم وهم فيهمبلسون
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ ﴿٧٥﴾
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada Allahın rəhmətindən ümidlərini üzəcəklər
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُوا۟ هُمُ ٱلظَّـٰلِمِينَ ﴿٧٦﴾
Biz onların Cəhənnəmə vasil etməklə onlara zülm etmədik, lakin onlar küfr etməklə özlərinə zülm etdilər
وَنَادَوْا۟ يَـٰمَـٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ ﴿٧٧﴾
Onlar Cəhənnəm gözətçisiMalikə müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alsın ki, biz rahatlıq tapaq.” Malik də onlara belə cavab verəcək:“Siz daim əzab içində olub ölməyəcəksiniz və bu əzab sizdən səngiməyəcəkdir”
لَقَدْ جِئْنَـٰكُم بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَـٰرِهُونَ ﴿٧٨﴾
Biz sizə dünyada ikən içində heç bir şəkk-şübhə olmayan haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı
أَمْ أَبْرَمُوٓا۟ أَمْرًۭا فَإِنَّا مُبْرِمُونَ ﴿٧٩﴾
Onlar Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qarşı hiylə qurdular, Biz də onlara qarşı elə bir tədbir gördük ki, bu, onların hiyləsini alt-üst etdi
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ ﴿٨٠﴾
Yoxsa onlar elə zənn edirlər ki, Biz onların qəlblərində gizlətdikləri sirlərini və ya öz aralarında gizli danışdıqları sirlərini eşitmirik?! Xeyr, Biz bunların hamısını eşidirik və onların yanında olan mələklər də, onların etdiyi bütün əməlləriyazırlar. بلغ Qur’an · Təfsir
قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌۭ فَأَنَا۠ أَوَّلُ ٱلْعَـٰبِدِينَ ﴿٨١﴾
Ey Peyğəmbər! Allaha qızlar nisbət edən kimsələrə de: "Allah onların söylədiklərindən uzaqdır, ucadır. Allahın övladı yoxdur. Allah belə nöqsandan uzaqdır və müqəddəsdir. Mən Uca Allaha ibadət edənlərin və Onu bütün nöqsanlardan uzaq tutanların birincisiyəm
سُبْحَـٰنَ رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ﴿٨٢﴾
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi o müşriklərin Ona aid etdikləri şəriklərdən, həyat yoldaşından və övladdan tamamilə uzaqdır!”
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ﴿٨٣﴾
Ey Peyğəmbər! Onları burax, qoy özlərinə vəd edilmiş qiyamət gününə yetişənədək batil sözlərini danışsınlar və əylənsinlər
وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَـٰهٌۭ وَفِى ٱلْأَرْضِ إِلَـٰهٌۭ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿٨٤﴾
O pak və müqəddəs Allah həm göydə, həm də yerdə ibadət olunmağa layiq olan haqq məbuddur. O, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibidir, həmçinin, Öz qullarının etdiklərini Biləndir və onların əməllərindən heç bir şey Ona gizli qalmaz
وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٨٥﴾
Pak və müqəddəs Allahın xeyir və bərəkəti boldur. O Allah ki, göylərin, yerin və onların arasındakıların mülkü Ona məxsusdur. Qiyamətin qopacağı saat haqqında bilgi yalnız Ondadır. Ondan başqa heç kəsin bu haqda bilgisi yoxdur və siz axirətdə haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız
وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَـٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ ﴿٨٦﴾
Müşriklərin Allahdan başqa ibadət etdikləri tanrılar Allah yanında şəfaətçilik edə bilməzlər. Yalnız İsa, Uzeyr və mələklər kimi "lə ilahə illəllah" deyərək şəhadət gətirən və gətirdiyi şəhadətin mənasını bilən kimsələr müstəsnadır
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ﴿٨٧﴾
Əgər onlardan: "Sizi kimi yaradıb?" – deyə soruşsan, onlar mütləq: “Bizi Allah yaradıb!”– deyəcəklər. Bu etirafdan sonra Allaha ibadət etməkdən necə üz döndərirlər?!
وَقِيلِهِۦ يَـٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌۭ لَّا يُؤْمِنُونَ ﴿٨٨﴾
Rəsulullahın, qövmünün onun yalançı saydığından şikayət edərək: “Ey Rəbbim! Bunlar Sənin mənə həvalə edib göndərdiyin risalətə iman gətirməyən bir qövmdür!”– deməsini Pak və müqəddəs Allah bilir. بلغ Qur’an · Təfsir
فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَـٰمٌۭ ۚ فَسَوْفَ يَعْلَمُونَ ﴿٨٩﴾
Onlardan üz döndər və onlara şərlərini dəf edəcək söz söylə. Bu, sadəcə Məkkə dönəmində idi. Onlar tezliklə necə cəzalandırılacaqlarını biləcəklər. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız