الٓمٓ ﴿١﴾
(Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır
Ana səhifə›Təfsir›Ar-Room (30)
Məkkə · 60 ayə
الٓمٓ ﴿١﴾
(Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır
غُلِبَتِ ٱلرُّومُ ﴿٢﴾
Farslar, Rumlulara qarşı qalib gəldi
فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ ﴿٣﴾
Şam torpaqlarının Fars məmləkətinə ən yaxınn olan yerində. Lakin Rumlular Farslara məğlub olduqdan sonra onların üzərində qələbə çalacaqlar
فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍۢ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ ﴿٤﴾
Üç ildən çox və on ildən az bir zaman ərzində. Rumluların məğlubiyyətindən əvvəl də, sonra da hökm Allahındır. Rumlular farslara qalib gəldiyi gün möminlər sevinəcəklər
بِنَصْرِ ٱللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٥﴾
Möminlər Allahın Rumlulara kömək etməsinə sevinəcəklər. Çünki onlar Kitab əhlidir. Allah dilədiyi kimsələrə dilədiyi kimsələr üzərindən qalib gəlməyə kömək edir. O, yenilməz Qüdrət sahibidir, möminlərə qarşı Rəhmlidir
وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٦﴾
Bu qələbə, Uca Allahın vədi idi. Allah vədinə xilaf çıxmaz. Bu vədin gerçəkləşməsi, Allahın möminlərə vəd etdiyi qələbə xüsusunda onların yəqinliyiniartırır.Lakin insanların çoxu küfrlərisəbəbindən bunu anlamazlar
يَعْلَمُونَ ظَـٰهِرًۭا مِّنَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ عَنِ ٱلْـَٔاخِرَةِ هُمْ غَـٰفِلُونَ ﴿٧﴾
Onlar imanın nə olduğunu və şəriət əhkamlarını bilmirlər. Bildikləri yalnız dünya həyatının görünən tərəfi, yaşamaq üçün əldə edilən qazanc vəمmaddi sivilizasiyalardır. Onlar həqiqi axirət həyatından üz çevirmişlər, ona tərəf heç baxmırlar da
أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَـٰفِرُونَ ﴿٨﴾
Məgər təkzib edən o müşriklər özlüyündə, Allahın bunları necə yaratdığını və onlara necə düzən verdiyini düşünmürlərmi?! Allah göyləri və yeri əbəs yerə deyil, yalnız bir həqiqət olaraq yaratmış və onların dünyada qalması üçün müəyyən müddət təyin etmişdir. Lakin, insanların çoxu Qiyamət günü öz Rəbbi ilə qarşılaşacağını inkar edir. Elə buna görə də, onlar Rəbbinin razı qalacağı saleh əməllər etməklə, diriləcəkləri günə hazırlıq görmürlər. بلغ Qur’an · Təfsir
أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٩﴾
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəl yaşamış, haqqı yalan sayan ümmətlərin aqibətininin necə olduğunu görmədilərmi?! O ümmətlər bunlardan da güvvətli idilər. Onlar torpağı şumlayıb əkir, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara Allahın tək ilah olduğunu sübut edən dəlillər və açıq-aydın möcüzələr gətirmişdilər. Onlar isə (haqqı) yalan saydılar. Allah onları məhv edərkən onlara zülm etmədi. Lakin onlar küfr edib özlərini həlaka uğratmaqla özləri özlərinə zülm etmişdilər
ثُمَّ كَانَ عَـٰقِبَةَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ وَكَانُوا۟ بِهَا يَسْتَهْزِءُونَ ﴿١٠﴾
Sonra isə Allaha şərik qoşmaqla və günah işlər görməklə pislik edənlərin aqibəti lap pis oldu. Çünki onlar Allahın ayələrini yalan saydılar və onlara istehza etdilər, onları lağa qoydular
ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ﴿١١﴾
Allah məxluqatı yeni bir biçimdə yaradar, sonra onu yox edər, sonra da onu əvvəlki halına qaytarar. Bundan sonra isə - Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzinialmaq üçün Onun hüzuruna qaytarılacaqsınız
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُبْلِسُ ٱلْمُجْرِمُونَ ﴿١٢﴾
Qiyamət saatı gələcəyi gün günahkarlar Allahın rəhmətindən əllərini üzəcək və etdikləri küfürlərə görə dəlilləri olmadığı üçün ümidlərini kəsəcəklər
وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَـٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَـٰفِرِينَ ﴿١٣﴾
Allaha qoşduqları şərikləri - dünyada ikən ibadət etdikləri bütlər onları əzabdan qurtarmaq üçün onlara şəfaətçilik edə bilməyəcək. Allaha qoşduqları şəriklər onları inkar edəcəklər. Bunlar onlardan kömək umduqları vaxt o şəriklər bunları naümid qoyacaq. Çünki onların hamısı həlak olacaq
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍۢ يَتَفَرَّقُونَ ﴿١٤﴾
Qiyamət saatının gələcəyi gün - həmin gün insanlar dünyada etdikləri yaxşı və pis əməllərinə görə ayrılacaqlar, bir qismi illiyyuna (Cənnətin mərtəbələrinə), digərləri də (Cəhənnəmdə) alt təbəqələrə yerləşəcəklər
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَهُمْ فِى رَوْضَةٍۢ يُحْبَرُونَ ﴿١٥﴾
Allaha iman gətirib, Onu razı salacaq saleh əməllər edənlərə gəlincə, onlar Cənnətdə olacaq və nail olduqları əbədi, tükənməz nemətlərə görə sevinəcəklər. بلغ Qur’an · Təfsir
وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَلِقَآئِ ٱلْـَٔاخِرَةِ فَأُو۟لَـٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ﴿١٦﴾
Allaha qarşı küfr edən və peyğəmbərimizə nazil etdiyimiz ayələri, habelə, dirilməni və haqq-hesaba çəkilməni yalan sayanlar - məhz onlar əzaba düçar ediləcək və orada əbədi qalacaqlar
فَسُبْحَـٰنَ ٱللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ ﴿١٧﴾
Odur ki, siz axşama yetişəndə - yəni məğrib və işa namazlarının vaxtında Allahın şəninə çoxlu tərif söyləyin; habelə, səhərə çıxanda - yəni sübh namazının vaxtında daيOnun şəninə çoxlu tərif söyləyin
وَلَهُ ٱلْحَمْدُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَعَشِيًّۭا وَحِينَ تُظْهِرُونَ ﴿١٨﴾
Həmd-səna yalnız pak və müqəddəs Allaha məxsusdur. Göydə mələklər, yerdə də məxluqatı Onun şəninə təriflər deyir. Siz də axşam çağında - əsr namazının vaxtında və günortaya yetişəndə - zöhr namazının vaxtında Onun şəninə təriflər deyin!
يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ ﴿١٩﴾
O, ölüdən diri çıxardır. Necə ki, insanı nütfədən əmələ gətirir, cücəni yumurtadan çıxardır. Diridən də ölü çıxardır. Necə ki, insandan nütfə çıxardır, toyuqdan da yumurta. Həmçinin, yağış endirərək qurumuş torpağı canlandırır və orada bitkilər yetişdirir. Yer bitkilərlə canlandığı kimi, siz də, haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün qəbirlərinizdən çı‐ xardılacaqsınız
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌۭ تَنتَشِرُونَ ﴿٢٠﴾
Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindən biri də, Onun sizi -ey insanlar- torpaqdan yaratmasıdır. O, atanız Adəmi palçıqdan yaratmış, sonra da siz doğub-törəmiş, artmış və məşriqdən məğribədək yer üzünə yayılmısınız
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةًۭ وَرَحْمَةً ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿٢١﴾
لقوم يتفك رون Həmçinin, ünsiyyətdə rahatlıq tapasınız deyə - ey kişilər - sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə düşünən bir toplum üçün açıq-aydın dəlillər vardır. Belə ki, məhz onlar öz ağıllarından istifadə edirlər
وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَـٰفُ أَلْسِنَتِكُمْ وَأَلْوَٰنِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّلْعَـٰلِمِينَ ﴿٢٢﴾
Göylərin və yerin yaradılışı, habelə, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən, bu deyilənlərdə elm və bəsirət sahibləri üçün açıq-aydın dəlillər vardır! بلغ Qur’an · Təfsir
وَمِنْ ءَايَـٰتِهِۦ مَنَامُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَٱبْتِغَآؤُكُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ ﴿٢٣﴾
Gecələr və gündüzlər yorğunluğunu aradan qaldırmaq üçün yatıb dincəlməyiniz də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həmçinin, gündüzü Rəbbinizin verdiyi ruzini axtarmağınız üçün yaratması da Onun dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə (haqqı) eşidən və eşitdiyini düşünüb qəbul edən kimsələr üçün açıq-aydıın dəlillər vardır
وَمِنْ ءَايَـٰتِهِۦ يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَيُحْىِۦ بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٢٤﴾
لٔايت لقوم يعقلون Həm ölüm qorxusu, həm də yağışın yağacağına ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən yağış endirib qurumuş yeri canlandırması və orada bitkilər yetişdirməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən də, bu deyilənlərdə başa düşən bir toplum üçün açıq-aydın dəlillər vardır. Onlar, öldükdən sonra haqq-hesaba çəkilməyin və əməllərin əvəzini almağın haqq olmasına bu dəlillərə əsaslanırlar
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ بِأَمْرِهِۦ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةًۭ مِّنَ ٱلْأَرْضِ إِذَآ أَنتُمْ تَخْرُجُونَ ﴿٢٥﴾
Pak və müqəddəs Allahın əmri ilə göyün və yerin öz yerlərində sabit qalması da Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Sonra Allah sizi - mələyin sura üfürməsi sayəsində - çağıran kimi haqq-hesaba çəkilmək və əməllərinizin əvəzinialmaq üçün dərhalqəbirlərinizdل ən qalxıb çıxacaqsınız
وَلَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّۭ لَّهُۥ قَـٰنِتُونَ ﴿٢٦﴾
Göylərdə və yerdə olan mülklərin, məxluqların və işlərin hamısı Ona məxsusdur. Göylərdə və yerdə olan məxluqatın hamısı Ona təzim edir,Onun əmrinə boyun əyirlər
وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٧﴾
Pak və müqəddəs Allah məxluqatı yeni biçimdə yoxdan yaradır, onu yox etdikdən sonra onu bir daha yaradır. Yenidən yaratmaq isə yoxdan yaratmaqdan daha asandır. Lakin hər ikisi Allah üçün çox asandır. Çünki O, bir şeyi yaratmaq istədikdə ona sadəcə: "Ol!"- deyir, o da olur. Göylərdə və yerdə olan ən uca və ən kamil sifətlər Ona məxsusdur. O, heç kəsin gücü yetməyəcəyi qədər Qüdrətlidir, yaratmaq və idarə etmək xüsusunda da Hikmət sahibidir
ضَرَبَ لَكُم مَّثَلًۭا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَـٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَـٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌۭ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَعْقِلُونَ ﴿٢٨﴾
Ey müşriklər! Allah sizə özünüzdən bir məsəl çəkdi. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bə‐ rabər eyni hüquqa malik olan, malınıza şərik olan, azad şəriklərinizin malınıza şərik olacağınızdan çəkindiyiniz kimi, on‐ lardan da çəkindiyiniz şərikləriniz varmı? Əlbəttə ki, siz buna razı olmazsınız. Allahın da Öz mülkündə yaratdıqları və qullları arasında əlbəttə ki, heç bir şəriki ola bilməz. Biz bunu və buna bənzər başqa məsəlləri düşünüb daşınan kimsələr üçün dəlil göstəririk. Çünki məhz onlar bundan faydalanarlar. بلغ Qur’an · Təfsir
بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَهْوَآءَهُم بِغَيْرِ عِلْمٍۢ ۖ فَمَن يَهْدِى مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٢٩﴾
Onların azğınlığa düşməsinin səbəbi dəlillərin zəif olmasında, yaxud onların lazımi şəkildə bəyan edilməməsində deyil. Bunun səbəbi onların öz nəfsələrinin istəklərinə uyması və Allahın onlar üzərindəki haqqını unudaraq kor-koranə ata- babalarına təqlid etməsidir. Allahın zəlalətə saldığı kimsəni kim doğru yola yönəldə bilər?! Beləsini heç kəs doğru yola yönəldə bilməz. Onları Allahın əzabından qurtara bilən bir kəs tapılmaz
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا ۚ فِطْرَتَ ٱللَّهِ ٱلَّتِى فَطَرَ ٱلنَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ ٱللَّهِ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٣٠﴾
Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar bütün dinlərdən üz döndərərək üzünüzü Allahın sizi yönəltdiyi dinə tərəf çevirin. Allahın insanların fitrətinə uyğun göndərdiyi İslam dini budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Heç bir əyriliyiolmayan doğru din budur,lakin insanların çoxu bu dinin haqq din olduğunu bilməz
۞ مُنِيبِينَ إِلَيْهِ وَٱتَّقُوهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٣١﴾
Günahlarınızdan tövbə edərək pak və müqəddəs Allaha üz tutun, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxun, namazı kamil şəkildə əda edin və fitrətə zidd olaraq ibadətlərində Allahdan qeyrisini Ona şərik qoşan müşriklərdən olmayın!
مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ﴿٣٢﴾
Dinlərini dəyişən, dinin tələblərinin bir qisminə iman gətirib, digərini inkar edən, firqələrə və dəstələrə böllünən müşriklərdən olmayın. Onlardan hər bir firqə öz batil əqidəsini üstün bilib sevinir və yalnız özlərinin haqq üzərində olduqlarını, digərlərinin isə batil yolda olduğunu güman edirlər. ر
وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرٌّۭ دَعَوْا۟ رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌۭ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ ﴿٣٣﴾
Müşriklərə bir bəla, yaxud bir xəstəlik, yaxud da qıtlıq üz verdiyi zaman, acizanə şəkildə yalnız pak və müqəddəs Rəbbinə üz tutub Ona yalvarırlar ki, bu bəlanı onlardan uzaq eləsin. Sonra O, onlara rəhm edib bu bəlanı aradan qaldırdıqda, onların bir qismi dua edərkən Allahdan qeyrisini Ona şərik qoşur
لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَـٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ ﴿٣٤﴾
Onlar Allahın nemətlərinə - o cümlədən də bəlanı aradan götürmək nemətinə - nankorluq edir və bu həyatda əllərində olan nemətlərdən istifadə edirlər. Onlar Qiyamət günü açıq-aydın zəlalət içində olduqlarını öz gözləri ilə görəcəklər. أم أنزلنا عليهم سلطنا فهويتكلمبما كانوابه يشركون
أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَـٰنًۭا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا۟ بِهِۦ يُشْرِكُونَ ﴿٣٥﴾
Əllərində heç bir dəlil olmadığı halda, onları Allaha şərik qoşmağa vadar edən nədir?! Biz onlara heç bir kitabdan Allaha şərik qoşmaq barədə bir dəlil nazl etməmişik. Əllərində də onların etdikləri şirk barədə danışan və onların etdikləri o küfrün doğru olduğunu isbat edən bir kitab yoxdur. بلغ Qur’an · Təfsir
وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ فَرِحُوا۟ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ ﴿٣٦﴾
Biz insanlara sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlərimizdən daddırdıqda onunla qürrələnir və təkəbbürlük edirlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara özlərini məyus edəcək xəstəlik və kasıblıq üz vedikdə isə dərhal ümidlərini Allahın rəhmətindən üzür və düçar olduqları bəladan dolayı naümid qalırlar
أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٣٧﴾
Məgər onlar görmürlər ki, Allah Öz qullarından istədiyini imthana çəkmək - onun şükür edəcəyini, yoxsa küfr edəcəyini üzə çıxartmaq üçün ruzisini bol edir, istədiyini də sınağa çəkmək - onun səbir edəcəyini, yoxsa qəzəblənəcəyini üzə çıxartmaq üçün ruzisini azaldır?! Həqiqətən, bəzilərinin ruzusinin artmasında, bəzilərininkinin də azalmasında möminlər üçün Allahın lütfünə və mərhəmətinə dəlalət edən dəlillər vardır
فَـَٔاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌۭ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ ٱللَّهِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٣٨﴾
Ey müsəlman, qohum-əqrəbaya yaxşılıq etməklə və onlarla əlaqə saxlamaqla, habelə, yoxsulun ehtiyacını ödəməklə, yolda qalmış müsafirin də yurduna gedib çıxmasına yardım etməklə onlara çatacaq haqqıver! Bu haqları ödəmək, Allahın Üzü‐ nü diləyənlər (ixlaslı olanlar) üçün daha xeyirlidir. Bu yaxşılıqları edən və haqları ödəyən kimsələr - məhz onlar istədikləri Cənnətə nail olub, qorxduqları əzabdan xilas olaraq uğur qazananlardır
وَمَآ ءَاتَيْتُم مِّن رِّبًۭا لِّيَرْبُوَا۟ فِىٓ أَمْوَٰلِ ٱلنَّاسِ فَلَا يَرْبُوا۟ عِندَ ٱللَّهِ ۖ وَمَآ ءَاتَيْتُم مِّن زَكَوٰةٍۢ تُرِيدُونَ وَجْهَ ٱللَّهِ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُضْعِفُونَ ﴿٣٩﴾
İnsanlardan bir kimsəyə borc verib, sonra da faizlə geri aldığınız malın Allah yanında savabı olmaz. Nə bir məqam xatirinə, nə də əvəz güdərək yox, sırf Allahın Üzünü diləyərək (ixlasla), ehtiyacı olan kimsələrə verdiyiniz mal-dövlətə gəlincə, bilin ki, bunu edənlərin savabıAllah yanında qat-qat artırılar
ٱللَّهُ ٱلَّذِى خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَىْءٍۢ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٤٠﴾
وتعل عما يشركون ى Sizi xəlq edən, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi məhşərə toplamaq üçün dirildəcək məhz Allahdır. Allahdan savayı ibadət etdiyiniz bütlər arasında bunlardan birini edə bilən varmı?! Allah pakdır, müqəddəsdir və müşriklə‐ rin söylədiklərindən və etiqad etdiklərindən uzaqdır
ظَهَرَ ٱلْفَسَادُ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِى ٱلنَّاسِ لِيُذِيقَهُم بَعْضَ ٱلَّذِى عَمِلُوا۟ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٤١﴾
İnsanların öz əlləri ilə etdiyi günahların nəticəsi olaraq həm quruda, həm də dənizdə, quraqlıq, yağışların az yağması, xəstəliklərin və virusların artıb çoxalması kimi fəsadlar baş verir. Allah onlara bu bəlaları göndərir ki, etdikləri bəzi pis əməllərin cəzasını bu dünyada daddırsın ki, bəlkə, onlar tövbə edib Ona qayıdalar. بلغ Qur’an · Təfsir
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلُ ۚ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ ﴿٤٢﴾
Ey Peyğəmbər! O müşriklər de: “Yer üzünü gəzib dolaşın və haqqı yalan sayan əvvəlki ümmətlərin aqibətinin necə olduğuna baxın. Onların əksəriyyətinin aqibəti çox pis olmuşdur. Onların çoxu Allaha şərik qoşanlar idi. Allahla yanaşı başqa ilahlara da ibadət edərdilər. Allaha şərik qoşduqlarına görə həlak oldular.”
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ ٱلْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۖ يَوْمَئِذٍۢ يَصَّدَّعُونَ ﴿٤٣﴾
Ey Peyğəmbər! Qarşısıalınmaz Qiyamət günü gəlməmişdən əvvəl üzünü heç bir əyriliyi olmayan, dümdüz olan İslam dininə tərəf tut! O gün insanlar iki dəstəyə bölünəcək - bir qismi Cənnətdə kef çəkəcək, digərləri isə Cəhənnəmdə əzaba düçar olacaqlar
مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَمَنْ عَمِلَ صَـٰلِحًۭا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ ﴿٤٤﴾
Kim Allaha qarşı küfr edərsə, küfrünün zərəri öz əleyhinə olar - əbədi olaraq Cəhənnəm atəşində qalar. Allahın rizası xatirinə yaxşı iş görənlər isə özlərinin Cənnətə daxil olmasını və orada əbədi olaraq naz-nemətlər içində qalmasını təmin etmiş olarlar
لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْكَـٰفِرِينَ ﴿٤٥﴾
Bu ona görədir ki, Allah, Ona iman gətirib Rəbbini razı salacaq saleh əməllər edənlərin mükafatını versin. Şübhəsiz ki, pak və müqəddəs Allah, Onu və Onun elçilərini inkar edən kafirləri sevməz, əksinə, onlara olduqca çox nifrət edər, üstəlik, Qiyamət günü onlara əzab verəcəkdir
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَن يُرْسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٍۢ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِۦ وَلِتَجْرِىَ ٱلْفُلْكُ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٤٦﴾
ولعل كم تشكرون Sizə, - ey insanlar - yağışı nazil etdikdən sonra məhsuldarlıq və bolluq nəsib etmək üçün Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər dənizdə üzsün, dəniz vasitəsilə ticarət edib Onun lütfünü arayasınız və Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz və O da sizə olan nemətlərini artırsın deyə, insanları yağışın nazil olacağı ilə müjdələmək üçün küləkləri göndərməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَـٰتِ فَٱنتَقَمْنَا مِنَ ٱلَّذِينَ أَجْرَمُوا۟ ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ ٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾
Ey Peyğəmbər! Biz səndən əvvəl də onların ümmtələrinə elçilər göndərmişdik. Elçilər onlara özlərinin doğru danışdıqlarını təsdiqləyən açıq-aydın dəlillər gətirmişdilər. Lakin onlar elçilərin təbliğ etdiklərini yalan saydılar. Biz günah işlər görənlərdən intiqam aldıq və onları əzabımızla məhv etdik. Elçiləri və möminləri isə əzabdan xilas etdik. Möminlərə yardım etmək və qələbə qazandırmaq Bizim borcumuz idi. بلغ Qur’an · Təfsir
ٱللَّهُ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابًۭا فَيَبْسُطُهُۥ فِى ٱلسَّمَآءِ كَيْفَ يَشَآءُ وَيَجْعَلُهُۥ كِسَفًۭا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ﴿٤٨﴾
Buludları hərəkətə gətirən küləkləri idarə edən və göndərən pak və müqəddəs Allahdır. Allah səmada onları istədiyi kimi - az və ya çox sayda yayıb topa-topa edir. Sən, ey buludlara baxan insan, sən buludların ortasından yağışın çıxdığını görürsən. Bu yağış Allahın qullarından istədiyi kimsələrə nazil olduğu zaman, onlar Allahın onlara rəhm edib yağış nazil etməsinə, bunun sayəsində də onların həm özlərinin, həm də heyvanlarının ehtiyacı olan birkiləri yetişdirməsinə sevinirlər. وإن كانوامن قبل أن ينزل عليهم من قبله لمبلسين
وَإِن كَانُوا۟ مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِۦ لَمُبْلِسِينَ ﴿٤٩﴾
Halbuki Allah onlara yağış nazil etməzdən əvvəl, yağışın onlara yağmasından ümidlərini kəsmişdilər
فَٱنظُرْ إِلَىٰٓ ءَاثَـٰرِ رَحْمَتِ ٱللَّهِ كَيْفَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ ذَٰلِكَ لَمُحْىِ ٱلْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٥٠﴾
Ey Peyğəmbər! Sən Allahın Öz qullarına rəhmət olaraq nazil etdiyi yağışın izlərinə bax, Allah qurumuş və ölü torpağın üzərində növbənöv bitkilər yetişdirməklə onu necə dirildir. Şübhəsiz ki, ölü torpağı canlandıran O Allah, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir və heç bir şey Onu acizرedə bilməz. ولئن أرسلنا ريحا فرأوه مصف الظلوا من بعده يكفرون
وَلَئِنْ أَرْسَلْنَا رِيحًۭا فَرَأَوْهُ مُصْفَرًّۭا لَّظَلُّوا۟ مِنۢ بَعْدِهِۦ يَكْفُرُونَ ﴿٥١﴾
Əgər Biz onların əkin sahələrinə və bağçalarına bir külək göndərsək və onlar əkin sahəsindəki yaşıl bitkilərin dönüb saralmış olduğunu görsələr, bundan sonra Allahın əvvəlcə verdiyi bol nemətlərə nankorluq etməyə başlayarlar
فَإِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ ﴿٥٢﴾
Sən ölülərə heç bir şey eşitdirə bilmədiyin kimi, eləcə də dönüb gedən karlara heç bir şey eşitdirə bilməzsən. Onlar heç nə eşitməsinlər deyə səndən uzaq dururlar. Eləcə də, sən bunlar kimi (haqdan) üz döndərən və fayda almayan kimsələri doğru yola yönəldə bilməzsən
وَمَآ أَنتَ بِهَـٰدِ ٱلْعُمْىِ عَن ضَلَـٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَـٰتِنَا فَهُم مُّسْلِمُونَ ﴿٥٣﴾
Sən düz yoldan sapanları haqq yola yönəldə bilməzsən. Sən haqqı ancaq ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən. Çünki məhz belələri sənin dediklərindən faydalana bilər, məhz onlar Bizim əmrimizi yerinə yetirir və ona boyun əyirlər
۞ ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍۢ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍۢ قُوَّةًۭ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍۢ ضَعْفًۭا وَشَيْبَةًۭ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْقَدِيرُ ﴿٥٤﴾
Ey insanlar, sizi dəyərsiz sudan yaradan, zəif uşaqlar olduqdan sonra sizi qüvvətli kişilər edən, qüvvətli kişilər olduqdan sonra da, zəif yaşlılıq və qocalıq verən Allahdır. Allah istədiyini zəif istədiyini də qüvvətli yaradır. O, hər şeyi Biləndir, heç bir şey Ondan gizli qalmaz. Habelə, Qadirdir, heç bir şey Onu aciz edə bilməz. بلغ Qur’an · Təfsir
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُقْسِمُ ٱلْمُجْرِمُونَ مَا لَبِثُوا۟ غَيْرَ سَاعَةٍۢ ۚ كَذَٰلِكَ كَانُوا۟ يُؤْفَكُونَ ﴿٥٥﴾
Qiyamət qopacağı gün günahkarlar qəbirlərində bircə saat qaldıqlarına and içəcəklər. Onlar qəbirlərində nə qədər qaldıqlarından qafil olduqları kimi, dünyada da haqdan belə sapacaqlar
وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَٱلْإِيمَـٰنَ لَقَدْ لَبِثْتُمْ فِى كِتَـٰبِ ٱللَّهِ إِلَىٰ يَوْمِ ٱلْبَعْثِ ۖ فَهَـٰذَا يَوْمُ ٱلْبَعْثِ وَلَـٰكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ ﴿٥٦﴾
تعلمون Allahın elm bəxş etdiyi peyğəmbərlər və mələklər isə deyərlər: “Siz dünya həyatında Allahın əzəli elmi ilə yazdığı, doğulduğnuz dündən, inkar etdiyiniz günə, qəbirlərinizdən dirilib qalxan gününə qədər qaldınız. Lakin siz dirilmənin həqiqət olacağını bilmirdiniz, elə buna görə də onu inkar edirdiniz”
فَيَوْمَئِذٍۢ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُوا۟ مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ﴿٥٧﴾
Allah məxluqatı haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün onlara dirildəcəyi gün, zalımlara üzürxahlıq etmələri fayda verməyəcək və onlardan Allahı razı salmaq üçün tövbə etmələri, Ona üz tutmaları da tələb olunmayacaq. Çünki artıq bunun zamanı keçmiş olacaq
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ ۚ وَلَئِن جِئْتَهُم بِـَٔايَةٍۢ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ ﴿٥٨﴾
Biz bu Quranda insanlar üçün - onlara göstərdiyimiz qayğıdan dolayı - hər cür məsəllər çəkdik ki, onlar haqqı batildən ayırd edə bilsinlər. Ey Peyğəmbər! Əgər sən onlara söylədiklərinin doğru olduğunu isbat etmək üçün bir möcüzə gətirsən, Allaha qarşı küfr edənlər mütləq deyəcəklər: “Siz öz sözlərinizlə yalnız yalan uyduranlarsınız!”
كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ﴿٥٩﴾
Allah, gətirdiyiniz möcüzələrə iman etməyən kimsələrin qəlblərini möhürlədiyi kimi, təbliğ etdiyinizin haqq olduğunu bilməyənlərin də qəlblərini belə möhürləyər. ق
فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ﴿٦٠﴾
Ey Peyğəmbər! Qövmünün səni yalançı saymasına səbir et! Həqiqətən də, Allahın sənə qələbə və sabitliklə bağlı verdiyi vədi haqdır, bunda heç bir şübhə yoxdur. Qoy diriləcəklərinə inanmayanlar səni tələsməyə və səbirsizlik göstərməyə sövq etmə‐ sinlər. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız