Ana səhifəTəfsirAl-Haaqqa (69)

Təfsir Al-Haaqqa (69) — الحاقة

Məkkə · 52 ayə

Oxu · DinləPDF faylı

ٱلْحَآقَّةُ ﴿١﴾

Uca Allah mütləq gerçəkləşəcək dirilmə saatını zikr edir

مَا ٱلْحَآقَّةُ ﴿٢﴾

Sonra O, bu saatın dəhşətini bildirmək üçün bu sualı verir: "Nədir qiyamət?!"

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ ﴿٣﴾

Ey Peyğəmbər! Nə bilirsən, bu qiyamət nədir?

كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ ﴿٤﴾

Salehin qövmü Səmud və Hudun qövmü Ad,öz dəhşəti ilə insanları qorxuya salan qiyaməti yalan saydılar

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ ﴿٥﴾

Allah səmudluları olduqca şiddətli və qorxunc bir səslə məhv etmişdir. وأما عاد فأهلكوابريح صرصر عاتية

وَأَمَّا عَادٌۭ فَأُهْلِكُوا۟ بِرِيحٍۢ صَرْصَرٍ عَاتِيَةٍۢ ﴿٦﴾

Ad tayfasını isə Allah şiddətli külək və şaxtası adamı kəsən hədsiz soyuqla məhv etmişdir

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍۢ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًۭا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍۢ ﴿٧﴾

Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirib onların hamısını məhv elədi. Sən orada olsaydın, o tayfanın öz yurdlarında yerə yıxılıb həlak olduğunu, sanki xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərildiyini görərdin. فهل تر لهممن باقية

فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍۢ ﴿٨﴾

Onlara üz vermiş bu əzabdan sonra sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?!

وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ ﴿٩﴾

Firon və ondan əvvəlki ümmətlər də, məmləkəti altı üstünə çevirilmiş Lut qövmü də etdikləri şirk və digər günahlar ucbatından əzaba güçar oldular. بلغ Qur’an · Təfsir فعصوا رسول ربهم فأخذهم أخذة ر ابية

فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةًۭ رَّابِيَةً ﴿١٠﴾

Onların hər biri özlərinə göndərilmiş elçiyə asi olmuş və onu yalançı saymışlar. Allah da onların həlaka sürükləyən, şiddəti getdikcə artan bir əzabla yaxaladı

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ ﴿١١﴾

Su yüksəlib aşıb-daşdığı zaman Biz sizi, Nuhun əmrimizlə inşa etdiyi və suda axıb gedən gəmi içərisində daşıdıq. Sonradan sizlər gəmi içərisində olan kimsələrin soyundan meydana gəldiniz. Bu sizin sudan xilas olmanız və gəmidə daşınmanız üçün idi

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةًۭ وَتَعِيَهَآ أُذُنٌۭ وَٰعِيَةٌۭ ﴿١٢﴾

Biz bu gəmi və onun hekayəsini, kafirlərin həlak olmasını, möminlərin isə xilas olduğunu göstərən bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌۭ وَٰحِدَةٌۭ ﴿١٣﴾

Sura üfürəcək mələk, ikinci üfürüşündə, sura bircə dəfə üfürəcəyi

وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةًۭ وَٰحِدَةًۭ ﴿١٤﴾

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı, beləcə, yer və dağlar dağım-dağım olacağı zaman –

فَيَوْمَئِذٍۢ وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿١٥﴾

Məhz bütün bunlar baş verəcəyi gün qiyamət qopacaqdır

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍۢ وَاهِيَةٌۭ ﴿١٦﴾

Həmin gün mələklərin yerə enməsi üçün göy yarılacaq və o gün o, zəyif bir halda olacaqdır. Halbuki göy ondan əvvəl olduqca möhkəm bir halda idi

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍۢ ثَمَـٰنِيَةٌۭ ﴿١٧﴾

Mələklər göyün ətrafında və onun kənarlarında olacaqlar. O gün sənin Rəbbinin Ərşini Allaha yaxın olan səkkiz əzəmətli mələk daşıyacaqdır. يومئذ تعرضون لا تخف منكم خافية

يَوْمَئِذٍۢ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌۭ ﴿١٨﴾

Ey insanlar! O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və nə sirr olmasından aslı olmayaraq heç bir sirriniz Allahdan gizli qalmayacaqdır. Allah hər bir sirri bilir və hər bir şeydən xəbərdardır. بلغ Qur’an · Təfsir

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ ﴿١٩﴾

Əməl kitabı sağ əlinə verilən kimsə sevincindən deyəcək: "Götürün, oxuyun əməl kitabımı! إنى ظننت أنى ملق حسابيه

إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ ﴿٢٠﴾

Mən dünyada ikən öldükdən sonra yenidən diriləcəyimə və etdiyim əməllərin əvəzini alacağama yəqinliklə inanırdım". فهو فى عيشة ر اضية

فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ﴿٢١﴾

Beləsi, tükənməz nemətlərə nail olmaqla xoşbəxt həyat sürəcəkdir. فى جنة عالية

فِى جَنَّةٍ عَالِيَةٍۢ ﴿٢٢﴾

Məqam və dəyər baxımından yüksək olan bir Cənnətdə. قطوفها دانية

قُطُوفُهَا دَانِيَةٌۭ ﴿٢٣﴾

Eelə bir Cənnətdə ki,onun meyvələri onu dərmək istəyən kimsənin lap yaxınlığında olacaqdır

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ ﴿٢٤﴾

Onlara hörmət əlaməti olaraq belə deyiləcək: "Dünyadakı keçmiş günlərdə etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin- için!" وأما من أوتى كتبه بشماله فيقول يليتنى لم أوت كتبيه

وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ ﴿٢٥﴾

Əməl kitabı sol əlinə verilən kimsə isə çox peman olub deyəcəkdir: "Kaş, məni əzaba düçar edəcək içində pis əməllərim yazılmış əməl kitabım mənə verilməyəydi! ولم أدر ما حسابيه

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ ﴿٢٦﴾

Kaş hesabımın nə olacağını bilməyəydim!!

يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ ﴿٢٧﴾

Kaş ilk ölümüm həmişəlik olaydı və mən bir daha dirilməyəydim!

مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ ﴿٢٨﴾

Sahib olduğum sərvətim məniAllahın əzabından qurtarmadı. بلغ Qur’an · Təfsir هلك عنى سلطنيه

هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ ﴿٢٩﴾

Hökmranlığım,güvəndiyim güc-qüvvəm və ad-sanım hamısıyox olub getdi. خذوه فغلوه

خُذُوهُ فَغُلُّوهُ ﴿٣٠﴾

Mələklərə belə deyiləcəkdir: Onu tutub əllərini boynuna bağlayın!

ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ ﴿٣١﴾

Sonra da onu atəşin əzabınıçəkmək üçün Cəhənnəm atın!

ثُمَّ فِى سِلْسِلَةٍۢ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًۭا فَٱسْلُكُوهُ ﴿٣٢﴾

Daha sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!

إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ ﴿٣٣﴾

Çünki o, Əzəmətli olan Allaha inanmırdı

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿٣٤﴾

Və başqasını da kasıbı yedirtməyə rəğbətləndirmirdi

فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌۭ ﴿٣٥﴾

Qiyamət günü onu əzabdan qurtaracaq heç bir dostu yoxdur. ولا طعام إلا من غسلين

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍۢ ﴿٣٦﴾

Onun Cəhənnəm əhlinin bədənindən axan irindən başqa bir yeməyiolmayacaqdır

لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ ﴿٣٧﴾

O irini yalnız günahkarlar və asi olanlar yeyərlər

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ ﴿٣٨﴾

Uca Allah sizin həm gördüklərinizə and içir, بلغ Qur’an · Təfsir وما لا تبصرون

وَمَا لَا تُبْصِرُونَ ﴿٣٩﴾

Uca Allah həm də görmədiklərinizə and içir. إنه لقول رسول كريم

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿٤٠﴾

Bu Quran,Allahın möhtərəm elçisinin insanlara oxuduğu Allah kəlamıdır

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍۢ ۚ قَلِيلًۭا مَّا تُؤْمِنُونَ ﴿٤١﴾

Bu, şair sözü deyil, çünki bu söz şeir vəznində deyildir! Necə də az inanırsınız!

وَلَا بِقَوْلِ كَاهِنٍۢ ۚ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ ﴿٤٢﴾

O, kahin sözü də deyildir, çünki kahin sözü bu Qurana bənzəmir! Necə də az düşünürsünüz!

تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٣﴾

Lakin O,bütün məxluqatın Rəbbitərəfindən naziledilmişdir!

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ ﴿٤٤﴾

Əgər Muhəmməd Bizim demədiyimiz sözləriözündən uydurub Bizə nisbət etsəydi,

لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ ﴿٤٥﴾

Əlbəttə Biz ondan intiqam alar və sahib olduğumuz güc-qüvvətlə onu möhkəm yaxalayar,

ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ ﴿٤٦﴾

Sonra da onun qəlbə bağlı olan şah damarını qopardardıq. فما منكم من أحد عنهحجزين

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ ﴿٤٧﴾

İçərinizdən heç kəs buna mane ola bilməzdi. Odur ki, sizə Bizim adımızdan bir söz uydurması qeyri-mümkündür. وإنه لتذكرة للمتقين

وَإِنَّهُۥ لَتَذْكِرَةٌۭ لِّلْمُتَّقِينَ ﴿٤٨﴾

Həqiqətən, bu Quran Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxan kimsələr üçün öyüd-nəsihətdir. بلغ Qur’an · Təfsir وإنا لنعلم أن منكم م كذبين

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ﴿٤٩﴾

Biz sizin aranızdan bu Quranıyalan sayanlar olduğunu bilirik!

وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿٥٠﴾

Şübhəsiz ki,Quranıyalan saymaq qiyamət günü böyük bir peşmançılıqdır

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ ﴿٥١﴾

Həqiqətən də, bu Quran əsl həqiqətdir. Onun Allah qatından nazil elməsinə heç bir şəkk-şübhə yoxdur

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿٥٢﴾

Ey Peyğəmbər! Elə isə, Rəbbinə yaraşmayan xislətləri ondan uzaq tut və əzəmətli Rəbbinin adını zikr et! Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Haaqqa — الحاقة

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil