Ana səhifəTəfsirAl-Munaafiqoon (63)

Təfsir Al-Munaafiqoon (63) — المنافقون

Mədinə · 11 ayə

Oxu · DinləPDF faylı

إِذَا جَآءَكَ ٱلْمُنَـٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَـٰفِقِينَ لَكَـٰذِبُونَ ﴿١﴾

Ey Peyğəmbər! Özlərini müsəlman kimi göstərən, küfrlərini isə gizlədən münafiqlər sənin məclisinə gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən, həqiqətən də, Allahın Rəsulusan!” – deyirlər. Allah da bilir ki, sən, həqiqətən də, Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlərin səmimi-qəlbdən sənin Allahın rəsulu olduğuna dair şahidlik etməsinə iddiaları yalandır

ٱتَّخَذُوٓا۟ أَيْمَـٰنَهُمْ جُنَّةًۭ فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢﴾

Onlar özlərinin mömin olduqlarına dair içdikləri andlarını qətlə yetirilməkdən və əsir götürülməkdən qorunmaq üçün sipər edib insanların qəlbinə şəkk-şübhə salmaqla onları imandan döndərirlər. Həqiqətən, onların ikiüzlülüyü və yalandan and içməsi necə də pisdir! ذلك بأنهم ءامنواثم كفروافطبع عل قلوبهم فهم لا يفقهون

ذَٰلِكَ بِأَنَّهُمْ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ ﴿٣﴾

Bu onların yalandan iman gətirmələri və bu iman onların qəlblərinə çatmamaları, sonra da gizlində Allaha küfr etdələri səbəbilədir. Küfr etdiklərinə görə onların qəlbinə möhür vurulmuş və bundan sonra ora iman əsla daxil olmayacaqdır. Münafiqlərin qəlbinə möhür vurulduğuna görə, hansı əməlin onları islah edəcəyini və doğru yola yönəldəcəyini anlamazlar

۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِن يَقُولُوا۟ تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌۭ مُّسَنَّدَةٌۭ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ ٱلْعَدُوُّ فَٱحْذَرْهُمْ ۚ قَـٰتَلَهُمُ ٱللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٤﴾

Ey müşahidə edən kəs! Sən o münafiqlərə baxdıqda onların zahiri görünüşü və bədən quruluşu, onların gümrah və xoş gün-güzəran içində olması sənin xoşuna gəlir, habelə, danışdıqları zaman onların bəlağətli danışığına qulaq asırsan. Ey Peyğəmbər! Onlar sənin məclisində sanki divara söykədilmiş dirəklər kimidirlər, heç nə başa düşmür və heç nə qəbul etmirlər. Qorxaqlıqlarından dolayı hər bir səsin özlərinə qarşı olduğunu zənn edirlər. Onlar əsl düşməndirlər. Ey Peyğəmbər! Sən onlardan həzər et ki, sənin sirrini yaymasınlar və sənə hiylə qurmasınlar. Allah onlara lənət etsin! Allahın açıq-aydın بلغ Qur’an · Təfsir dəlil-sübutları olduğu halda, gör imandan necə üz çevirirlər!

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ ٱللَّهِ لَوَّوْا۟ رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُم مُّسْتَكْبِرُونَ ﴿٥﴾

م ستك برون O münafiqlərə: "Gəlin Allahın rəsuluna üzrxahlıq edin, o da sizin günahlarınız üçün Allahdan bağışlanma diləsin"- deyildikdə, onlar istehza və məsxərə ilə başlarını yelləyir və sən onların haqqı qəbul etməyə və onu dinləməyə təkbbür göstərərək özlərinə əmr edilənlərdən üz çevirdiklərini görürsən

سَوَآءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿٦﴾

Ey Peyğəmbər! Sən onların günahları üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onların günahlarını bağışlamayacaqdır. Şübhəsiz ki, Allah, Onun itaətindən çıxan və Ona asi olmaqda israrlı olan kimsələri haqq yola yönəltməz

هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا۟ عَلَىٰ مَنْ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّوا۟ ۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَـٰكِنَّ ٱلْمُنَـٰفِقِينَ لَا يَفْقَهُونَ ﴿٧﴾

Məhz onlar: “Allahın rəsulu yanında olan kasıblara və Mədinə ətrafında olan bədəvilərə malınızdan heç nə verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri təkcə Allaha məxsusdur, O, Öz qullarından istədiyinə ruzi verir, lakin münafiqlər ruzi xəzinələrinin pak və müqəddəs Allahın əlində olduğunu anlamırlar. بلغ Qur’an · Təfsir

يَقُولُونَ لَئِن رَّجَعْنَآ إِلَى ٱلْمَدِينَةِ لَيُخْرِجَنَّ ٱلْأَعَزُّ مِنْهَا ٱلْأَذَلَّ ۚ وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلْمُؤْمِنِينَ وَلَـٰكِنَّ ٱلْمُنَـٰفِقِينَ لَا يَعْلَمُونَ ﴿٨﴾

Münafiqlərin başçısı Abdullah ibn Ubeyy deyir: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər, yəni mən və mənim camaatım, ən alçaqları, yəni Muhəmməd və onun səhabələrini mütləq oradan çıxardacaqlar!” Halbuki qüdrət Abdyllah ibn Ubeyyə və onun havadarlarına deyil, yalnız Allaha, Onun rəsuluna və möminlərə məxsusdur. Lakin münafiqlər qüdrətin yalnız Allaha, Onun rəsuluna və möminlərə məxsus olduğunu bilməzlər

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُلْهِكُمْ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَـٰدُكُمْ عَن ذِكْرِ ٱللَّهِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٩﴾

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mallarınız və övladlarınız sizi namaz qılmaqdan və ya İslam dininin başqa vacib əməllərinin icrasından yayındırmasın! Hər kimin malı və övladı onu Allahın vacib buyurduğu namazdan və başqa ibadətlərdən yayındırarsa, məhz belələri həqiqi mənada ziyana uğrayanlardır. O kəslər qiyamət günü həm özlərini, həm də əhli-əyallarını ziyana uğratanlardır

وَأَنفِقُوا۟ مِن مَّا رَزَقْنَـٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ أَحَدَكُمُ ٱلْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَآ أَخَّرْتَنِىٓ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿١٠﴾

Sizlərdən birinə ölüm gəldikdə, öz Rəbbinə: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, malımdan Allah yolunda sədəqə verim və Uca Allahın yaxşı işlər görən əməlisaleh qullarından olum!”– deməmişdən əvvəl Allahın sizə verdiyi ruzidən xərcləyin

وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفْسًا إِذَا جَآءَ أَجَلُهَا ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١١﴾

Uca Allah, əcəli yetişmiş və ömrü başa çatmış kimsəyə əsla möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə əməllərinizin əvəzini - yaxşıların mükafatını, pislərin də cəzasını verəcəkdir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim

Öyrən · Al-Munaafiqoon — المنافقون

İzlə · təkrarla · söylə · Qeydiyyatsız

Təfsir · 31 dil