طه ﴿١﴾
Ana səhifə›Təfsir›Taa-Haa (20)
Məkkə · 135 ayə
طه ﴿١﴾
مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ ﴿٢﴾
Ey Peyğəmbər! Biz Quranı, qövmünün sənə iman etməkdən üz çevirməsinə görə üzülüb, sıxıntı çəkəsən deyə nazil etmədik. إلا تذكرة لمن يخش
إِلَّا تَذْكِرَةًۭ لِّمَن يَخْشَىٰ ﴿٣﴾
Biz bu Quranı, Uca Allahın Özündən qorxmağa müvəffəq etdiyi kimsələrə nəsihət və xatırlama olsun deyə nazil etdik
تَنزِيلًۭا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَـٰوَٰتِ ٱلْعُلَى ﴿٤﴾
Bu Kitabı, yeri və uca göyləri yaradan Allah nazil etmişdir. O, əzəmətli bir Qurandır. Çünki o, əzəmətli olan Allah tərəfindən endirilmişdir
ٱلرَّحْمَـٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ ﴿٥﴾
Mərhəmətli olan Allah cəlalına layiq bir şəkildə Ərşin üzərinə ucaldı
لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ ﴿٦﴾
Göylərdə, yerdə və torpağın altındakı bütün canlıların yaradılışı, mülkü və onları idarə etmək yalnız Tək olan Allaha məx‐ susdur
وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى ﴿٧﴾
Ey Peyğəmbər! Sən sözünü ucadan söyləsən də və ya alçaqdan desən də, fərqi etməz, çünki Allah onların hamısını bilir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır və bundan heç bir şey Ona gizli qalmaz
ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ﴿٨﴾
Allah! Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Gözəllikdə ən üstün məqama sahib olan adlar yalnız Ona aiddir!
وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿٩﴾
EyPeyğəmbər!Artıq İmranın oğlu Musanın - aleyhissəlam - xəbəri sənə gəlib yetişdimi? بلغ Qur’an · Təfsir
إِذْ رَءَا نَارًۭا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًۭى ﴿١٠﴾
Musa ailəsi ilə birlikdə səfərdə olarkən o, bir od görüb ailəsinə: "Olduğunuz bu yerdə dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir şölə gətirdim, ya da odun yanında bizə bir yol göstərən tapdım!" –demişdi
فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَـٰمُوسَىٰٓ ﴿١١﴾
Musa oda yaxınlaşdıqda Uca Allah ona: "Ey Musa!" deyə səsləndi
إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًۭى ﴿١٢﴾
Şübhəsiz ki, Mən sənin Rəbbinəm. Mənimlə danışmağa hazırlaşmaq üçün başmaqlarını çıxart. Çünki sən müqəddəs və pak Tuva vadisindəsən!
وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ ﴿١٣﴾
Ey Musa! Risaləmi təbliğ etmək üçün səni seçmişəm. Elə isə sənə vəhy olunanı dinlə!
إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ ﴿١٤﴾
Həqiqətən, Mən Allaham! Məndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Elə isə yalnız Mənə ibadət et və Məni xatırlamaq üçün namazı kamil şəkildə yerinə yetir!
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ ﴿١٥﴾
Şübhəsiz ki, Qiyamət saatı vaqe olacaqdır. Buna əsla şəkk-şübhə ola bilməz. Heç bir məxluqun onun vaxtını bilməsin deyə az qala onun vaqe olacağı vaxtı gizlədim. Lakin insanlar peyğəmbərin onlara Qiyamət saatının vaqe olacağı barədə xəbər verməsindən dolayı onun əlamətlərini bilirlər. Qiyamət saatı qopduqda isə hər kəs dünyada etdiyi xeyir və şər əməllərinin əvəzini (mükafatını və ya cəzasını) alacaqdır
فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ ﴿١٦﴾
Qoy kafirlərdən Qiyamətin vaqe olacağına inanmayan və günahlar etməkdə nəfsinin istəklərinə uyan kəslər, səni, onu təsdiq edib və saleh əməllər etməklə ona hazırlaşmaqdan əsla yayındırmasın,yoxsa bu səbəbdən həlak olarsan! وماتلك بيمينك يموس
وَمَا تِلْكَ بِيَمِينِكَ يَـٰمُوسَىٰ ﴿١٧﴾
Sağ əlində olan şey nədir, ey Musa?" قال هى عصاى أتوك ؤاعليها وأهش بها عل غنمى ولى فيها مٔارب أخر
قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ ﴿١٨﴾
Musa - aleyhissəlam - dedi: "Bu mənim əsamdır. Yeriyərkən ona söykənir və onunla qoyunları üçün ağacdan yarpaq silkələ‐ yirəm. Ayrıca olaraq, mənim üçün onda söylədiklərimdən başqa faydalar da vardır". بلغ Qur’an · Təfsir قال ألقها يموس
قَالَ أَلْقِهَا يَـٰمُوسَىٰ ﴿١٩﴾
Uca Allah Musaya belə buyurdu: "Onu (əsanı yerə) yerə at, ey Musa!" فألقىها فإذا هى حية تسعى
فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌۭ تَسْعَىٰ ﴿٢٠﴾
Musa əlində olan əsanı yerə atdı və o, bir anda sürətlə yeriyən ilana döndü
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ ﴿٢١﴾
Uca Allah Musaya - aleyhissəlam - buyurdu: "Əsanı götür, onun ilana dönməsindən qorxma! Sən onu əlinə alan kimi, Biz onu əvvəlki halına qaytaracağıq
وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ ﴿٢٢﴾
Əlini qoltuğunun altına sal,əlin oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən ikinci bir əlamət olaraq ağappaq, heç bir ləkəsiz çıxsın
لِنُرِيَكَ مِنْ ءَايَـٰتِنَا ٱلْكُبْرَى ﴿٢٣﴾
Ey Musa! Sənə göstərdiyimiz bu iki əlaməti, qüdrətimizə və sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən əzəmətli möcüzələrimizdən
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿٢٤﴾
Ey Musa! Fironun yanına get! Çünki o, küfür etməkdə həddini aşmış və Allaha qarşı üsyan etmişdir
قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى ﴿٢٥﴾
Musa - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bu yolda bütün məşəqqətlərə və əziyyətlərə tab gətirə bilmək üçün qəlbimi açıb genişlət!
وَيَسِّرْ لِىٓ أَمْرِى ﴿٢٦﴾
Mənə işimi asanlaşdır!
وَٱحْلُلْ عُقْدَةًۭ مِّن لِّسَانِى ﴿٢٧﴾
Mənə açıq-aydın, fəsahətli bir şəkildə danışmağı bəxş et ki, يفقهوا قولى
يَفْقَهُوا۟ قَوْلِى ﴿٢٨﴾
Sənin risalətinionlara təbliğ etdiyim zaman sözümü düzgün anlayıb,başa düşsünlər! بلغ Qur’an · Təfsir
وَٱجْعَل لِّى وَزِيرًۭا مِّنْ أَهْلِى ﴿٢٩﴾
Ailəmdən mənə bir yardımçı ver, işlərimdə mənə kömək olsun – هرون أ خى
هَـٰرُونَ أَخِى ﴿٣٠﴾
Qardaşım İmran oğlu Harunu mənə yardımçıet!
ٱشْدُدْ بِهِۦٓ أَزْرِى ﴿٣١﴾
Onunla gücümü artır!
وَأَشْرِكْهُ فِىٓ أَمْرِى ﴿٣٢﴾
Bu risalətiniinsanlara təbliğ etməkdə onu mənə şərik et ki, كى نسبحك كثيرا
كَىْ نُسَبِّحَكَ كَثِيرًۭا ﴿٣٣﴾
Sənə çoxlu təriflər və həmd-sənalar deyək. ونذكرك كثيرا
وَنَذْكُرَكَ كَثِيرًا ﴿٣٤﴾
Səni çox zikr edib, yada salaq. إنك كنت بنا بصيرا
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًۭا ﴿٣٥﴾
Şübhəsiz ki, Sən bizi görürsən. Bizim heç bir işimiz sənə gizli qalmaz!" قال قد أوتيت سؤلك يموس
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَـٰمُوسَىٰ ﴿٣٦﴾
Uca Allah: "Ey Musa! Artıq istədiyini sənə verdik!" – deyə buyurdu
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ ﴿٣٧﴾
Sənə bundan əvvəl də nemət bəxş etmişdik
إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ﴿٣٨﴾
O vaxt Firon tərəfindən qurulan hiylədən Uca Allah səni necə qoruyacağına dair anana vəhy olunacaq şeyi belə vəhy etdik: بلغ Qur’an · Təfsir و و
أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّۭ لِّى وَعَدُوٌّۭ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةًۭ مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ ﴿٣٩﴾
ى Anasına ilham yolu ilə belə buyurduq: "Onu dünyaya gətirdikdən sonra bir sandığa qoyub Nil çayına burax ki, Nil çayı onu Bizim əmrimizlə sahilə çıxartsın, beləliklə də, həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün. Bu kimsə, Firondur". Gözüm önündə və Mənim mühafizəm altında böyüyüb, boya-başa çatıb, tərbiyə alman üçün, Öz tərəfim‐ dən sənə qarşı qullarım arasında bir məhəbbət oyatdım və beləliklə də, insanlar səni sevdilər
إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ ۖ فَرَجَعْنَـٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًۭا فَنَجَّيْنَـٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّـٰكَ فُتُونًۭا ۚ فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍۢ يَـٰمُوسَىٰ ﴿٤٠﴾
ى ى O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi.Həhayət sandığ sahilə yetişib,Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qayğısına qalacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək birisini göstərimmi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sənin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib illərlə Mədyən əhli içində qaldın. Sonra da ey Musa! Sənin üçün müəyyən olunmuş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin
وَٱصْطَنَعْتُكَ لِنَفْسِى ﴿٤١﴾
Sənə vəhy etdiklərimi insanlara təbliğ etmək üçün elçi olaraq səni seçdim!
ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَـٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى ﴿٤٢﴾
Ey Musa! Sən və qardaşın Harun, Allahın vəhdaniyyətinə dəlalət edən ayələrimizlə gedin. Mənə dəvət etməkdə və Məni zikr etməkdə zəiflik göstərməyin
ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿٤٣﴾
Hər ikinizdə Fironun yanına gedin! O, həqiqətən, küfür əməllər islətməkdə və Allaha qarşı üsyan etməkdə həddini aşmışdır. فقولا له قولا لينا لعله يتذكرأو يخش
فَقُولَا لَهُۥ قَوْلًۭا لَّيِّنًۭا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ ﴿٤٤﴾
Onunla sərt olmayan, mülayim tərzdə danışın ki, öyüd-nəsihət qəbul etsin, yaxud Allahdan qorxub, Ona tövbə etsin!"
قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ ﴿٤٥﴾
Musa və Harun - aleyhiməssələm - belə dedilər: "Dəvətimizi Firona tamamlamazdan öncə onun tələsib bizə cəza verməsin‐ dən, ölüm və ya başqa bir şeylər ilə bizə zülm etməkdə həddini aşmasından qorxuruq!" بلغ Qur’an · Təfsir
قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ ﴿٤٦﴾
Uca Allah onlara belə buyurdu: "Qorxmayın, şübhəsiz ki, Mən Öz yardımım və dəstəyim ilə sizinlə birgəyəm, sizin ilə onun arasında nə baş verdiyini eşidib, görürəm!"
فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَـٰكَ بِـَٔايَةٍۢ مِّن رَّبِّكَ ۖ وَٱلسَّلَـٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ ﴿٤٧﴾
Hər ikiniz də Fironun yanına gedib ona belə deyin: "Ey Firon! Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər. Onların oğlan uşaqlarını öldürüb və qadınlarını sağ buraxmaqla, onlara əzab-əziyyət vermə. Biz sənə Rəbbindən bizim doğruluğumuza dəlalət edən açıq-aydın dəlil dətirmişik. Allahın əzabından ancaq iman edənlər və Onun doğru yollunu tutub gedənlər əmin-aman ola bilərlər!
إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ﴿٤٨﴾
Şübhəsiz ki, Uca Allah, bizə dünyada və axirətdə əzabın, Allahın ayələrini yalan sayanlara və rəsulların gətirdiklərindən üz döndərənlərə veriləcəyinə dair vəhy etdi!" قال فمن ر بكما يموس
قَالَ فَمَن رَّبُّكُمَا يَـٰمُوسَىٰ ﴿٤٩﴾
Firon, Musa və Harundan eşitdiyi sözləri inkar edərək belə dedi: "Ey Musa! Sizi mənim göndərdiyini iddia etdiyiniz Rəbbiniz kimdir?"
قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ ﴿٥٠﴾
Musa dedi: "Rəbbimiz hər şeyə uyğun olan zahiri görünüşü və sürəti verən, sonra da yaratmış olduğu məqsəd üçün onlara doğru yolu göstərəndir!"
قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ ﴿٥١﴾
Firon Musadan soruşdu: "Elə isə de görüm, küfr üzərində olan keçmiş ümmətlərin halı necə olacaqdır?"
قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَـٰبٍۢ ۖ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى ﴿٥٢﴾
Musa - aleyhissəlam - Firona belə dedi: "Keçmiş ümmətlərin halı barəsində bilgi Rəbbimin yanındadır. Olub keçənlərin hamısı bütünlüklə lövhi-məhfuzda yazılmışdır. Rəbbim Öz elmində əsla xəta etməz və bildiyini də əsla unutmaz"
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًۭا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّن نَّبَاتٍۢ شَتَّىٰ ﴿٥٣﴾
شت ى Yer üzündə yaşamanız üçün oranı əlverişli edən, gəzib-dolaşmanız üçün orada yollar salan, göydən su endirən və bu su vasitəsi ilə yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirən Rəbbimdir. بلغ Qur’an · Təfsir
كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَـٰمَكُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿٥٤﴾
Eyİnsanlar!Sizin üçün yetişdirdiyimiz pak şeylərdən həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bu zikir edilən nemətlərdə ağıl sahibləri üçün Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən dəlillər vardır
۞ مِنْهَا خَلَقْنَـٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ ﴿٥٥﴾
Biz atanız Adəmi - aleyhissəlam - yer üzündəki torpaqdan yaratdıq. Əcəliniz çatıb öldükdə isə Biz sizi ora qaytaracaq və qiyamət günü yenidən dirilmək üçün sizibir daha oradan dirildib çıxardacağıq. ولقد أرينهءايتنا كلها فكذب وأبى
وَلَقَدْ أَرَيْنَـٰهُ ءَايَـٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ﴿٥٦﴾
Biz Firona doqquz ayətimizin hamısını göstərdik. Lakin o, bunlara şahid olmasına rəğmən onların hamısını yalan sayıb, Allaha iman gətirməkdən imtina etdi. قال أجئتنا لتخرجنا من أرضنا بسحرك يموس
قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَـٰمُوسَىٰ ﴿٥٧﴾
Firon dedi: "Gətirdiyin sehrlə bizi Misirdən çıxarıb, Misirin mülkünə özün sahib olasan deyə gəlmisənmi, ey Musa?!
فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍۢ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًۭا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًۭا سُوًۭى ﴿٥٨﴾
Ey Musa! Sənin sehrin kimi biz də bir sehr göstərəcəyik. Elə isə bizimlə öz aranda müəyyən bir yer və müəyyən bir görüş vaxtı təyin et. Nə biz, nə də sən vəerdiyimiz sözə xilaf çıxyaq. Elə et ki, bu yer, hər iki dəstə arasında ortada olan bir məkanda olsun!"
قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًۭى ﴿٥٩﴾
Musa - aleyhissəlam - Firona belə dedi: "Bizimlə sizin aranızdakı vəd olunan vaxt bayram günü, camaatın bayram münasibəti ilə bir-birini təbrik etmək üçün bir yerə toplaşacağı səhər vaxtıdır!" فتولى فرعون فجمع كيده ثم أتى
فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ ﴿٦٠﴾
Firon, Musanın bu sözündən sonra arxasını çevirib oradan ayrıldı, sonra da bütün sehrbazlarının hamısını toplayıb Musaya qalib gəlmək üçün əvvəlcədən təyin edilmiş vaxta,müəyyən edilən yərə gəldi
قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًۭا فَيُسْحِتَكُم بِعَذَابٍۢ ۖ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ ﴿٦١﴾
Musa Fironun sehrbazlarına öyüd-nəsihət verərək belə dedi: "Bunu etməkdən çəkinin! Sehr edib insanları aldadaraq Allah adına yalan uydurmayın, yoxsa O, Öz tərəfindən əzab göndərib sizi məhv edər. Allah adına yalan uyduranlar şübhəsiz ki, ziyana uğrayanlardır!" بلغ Qur’an · Təfsir
فَتَنَـٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ ﴿٦٢﴾
Sehrbazlar Musanın - aleyhissəlam - sözünü eşitdikdən sonra öz aralarında mübahisə edib gizlincə danışdılar
قَالُوٓا۟ إِنْ هَـٰذَٰنِ لَسَـٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ ﴿٦٣﴾
Sehrbazlardan bəziləri bir-birlərinə gizlincə belə dedilər: "Musa və Harunun hər ikisi sehrbazdır. Onlar özləri ilə gətirdikləri bu sehrvasitəslə sizi Misirdən qovub çıxartmaq, gözəl həyatف tərzinizi və dininizi aradan götürmək istəyirlər
فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّۭا ۚ وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ ﴿٦٤﴾
İşinizi ustalıqla edin və aranızda ixtilaf etməyin. Sonra meydana dəstə-dəstə gəlin və əllərinizdə olanları hamınız bir yerdə atın. Bu gün rəqibinə qələbə çalan zəfərə nail olacaqdır!"
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ ﴿٦٥﴾
Sehrbazlar Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! İki şeydən birini seç. Sahib olduğun sehri ya sən birinci et, ya da ki, onu birinci biz edək!"
قَالَ بَلْ أَلْقُوا۟ ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ ﴿٦٦﴾
Musa - aleyhissəlam - dedi: "Əksinə, əlinizdəkiləri öncə siz atın!" Beləliklə də, sehrbazlar əllərindəkiləri yerə atdılar. Bu zaman onların etdikləri sehrirdəndolayı əsaları və ipləri Musaya yerdə sürətlə hərəkət edən ilanlar kimi görsəndi. فأوجس فى نفسه خيفة م وس
فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةًۭ مُّوسَىٰ ﴿٦٧﴾
Sehrbazların etdiklərindən dolayı Musa qəlbində bir qorxu hissi keçirdi
قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ ﴿٦٨﴾
Uca Allah Musanı - aleyhissəlam - sakitləşdirib ona təskinlik vermək üçün ona belə vəhy etdi: "Ey Musa! Gördyün şeylərdən dolayı əsla qorxma.Sonda qalib gəlib,üstünb olan mütləq sən olacaqsan!
وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ ۖ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَـٰحِرٍۢ ۖ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ ﴿٦٩﴾
Sağ əlindəki əsanı yerə at ki, ilana dönərək onların sehr etdikləri bütün iplərini və dəyənəklərini bir anda udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, harada olursa olsun, əsla öz muradına çata bilməz!"
فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًۭا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَـٰرُونَ وَمُوسَىٰ ﴿٧٠﴾
Musa əsasını yerə atan kimi o bir ilan dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini uddu. Buna şahid olan sehrbazlar Musanın etdiyinin heç də sehr olmadığını, əksinə, bunun, Allah tərəfindən olduğunu anlayıb Uca Allaha səcdə edərək: "Biz Musanın, Harunun və bütün məxluqatın Rəbbinə iman gətirdik!" – dedilər. بلغ Qur’an · Təfsir
قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًۭا وَأَبْقَىٰ ﴿٧١﴾
ى Firon, sehrbazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: "Mən sizə izin verməzdən öncə Musaya imanmı gətirdiniz? Ey Sehrbazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən si‐ zin hər birinizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək və bədənlərinizi ta ölənə kimi xurma ağaclarının gövdələrində çar‐ mıxa çəkəcəyəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra hansımızın, mənim, yoxsa Musanın Rəbbinin əzabı‐ nın daha şiddətli və daha sürəkli olduğunu anlayacaqsınız!"
قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَـٰتِ وَٱلَّذِى فَطَرَنَا ۖ فَٱقْضِ مَآ أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِى هَـٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ ﴿٧٢﴾
Sehrbazlar Firona dedilər: "Ey Firon! Sənə tabe olmağı biz göstərilən açıq-aydın ayələrinə tabe olmaqdan əsla üstün edə bilmərik. Biz heç vaxt səni, bizi yaradan uca Allahdan üstün tutmayacağıq. İndi bizə nə etmək istəyirsənsə et. Sən bizə istədiyini ancaq bu fani dünyada edə bilərsən, onsuz da sənin hökmüranlığın bir gün yox olacaqdır!
إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَـٰيَـٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ ۗ وَٱللَّهُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿٧٣﴾
Həqiqətən, biz keçmişdə etdiyimiz küfr və digər günahlarımızın, bizi sehr öyrənməyə, onunla məşğul olmağa və bu sehrlə Musaya qələbə çalmağa məcbur etdiyinə görə bizi bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı sənin bizə vəd etdiyin mükafatdan daha xeyirlivə Onun cəzasısən bizihədələdiyin cəzadan daha şiddətlidir!" إنه من يأت ربه مجرما فإن له جهنملا يموت فيها ولا يحي
إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًۭا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿٧٤﴾
Kim qiyamət günü Rəbbinin hüzuruna kafir olaraq gələrsə, o kimsə üçün Cəhənnəmatəşi vardır. O, orada əbədi olaraq qalacaqdır. O, Cəhənnəmdə nə ölüb canını əzabdan qurtara biləcək, nə də gözəl həyat sürüb, yaşaya biləcək
وَمَن يَأْتِهِۦ مُؤْمِنًۭا قَدْ عَمِلَ ٱلصَّـٰلِحَـٰتِ فَأُو۟لَـٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَـٰتُ ٱلْعُلَىٰ ﴿٧٥﴾
Kim Qiyamət günü Rəbbinin hüzuruna Allaha iman gətirmiş və yaxşı əməllər etmiş bir halda gələrsə, məhz belə kimsələr ən yüksək məqama və ən yüksək dərəcələr nəsib olan kimsələrdir
جَنَّـٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ﴿٧٦﴾
Bu ən yüksək məqamlar və ən yüksək dərəcələr, qəsirləri altından çaylar axan, içərisində əbədi qalacaqları cənnətlərdir. Deyilən bu mükafat, özünü küfr və günahlardan təmizləyən hər bir kimsə üçündür
وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًۭا فِى ٱلْبَحْرِ يَبَسًۭا لَّا تَخَـٰفُ دَرَكًۭا وَلَا تَخْشَىٰ ﴿٧٧﴾
Biz Musaya: "Misirdən qullarımla birlikdə gecə vaxtı heç kimsə sizi hiss etmədən yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru bir yol aç. Fironun və onun adamlarının sizə çatmasından və həmçinin dənizdə batıb qərq olmanızdan da qorxma!" – deyə vəhy etdik. بلغ Qur’an · Təfsir
فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ ﴿٧٨﴾
Firon öz ordusu ilə birğə onların arxasınca düşdü və nəhayət, həqiqətini Allahdan başqa kiminsə bilmədiyi bir şəkildə dəniz Fironu və onun ordusunu bir anda qaplayıb batırdı. Beləliklə də, onların hamısı suyun altında qalaraq məhv oldular. Musa və onunla bərabər olanlar isə suda qərq olmaqdan qurtuldular. وأضل فرعون قومه وما هد
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ ﴿٧٩﴾
Firon öz xalqına küfürü gözəl göstərməklə onları azğınlığa sürüklədi, onları batil ilə aldatdı və doğru, haqq yolu onlara göstərmədi
يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَـٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَـٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ﴿٨٠﴾
Biz, İsrail oğullarını Firon və onun ordusunun əlindən qurtardıqdan sonra onlara belə dedik: "Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfinizdəki vadi də Musa ilə danışmağı vəd etdik. Siz səhrada olduqda nemət olaraq sizə bal kimi sirin su endirdik və həmçinin sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etdik!
كُلُوا۟ مِن طَيِّبَـٰتِ مَا رَزَقْنَـٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى ۖ وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ ﴿٨١﴾
Sizi ruzi olaraq verdiyimiz ləzzətli olan halal təamlardan yeyin. Sizə halal etdiyimiz şeylərdə həddinizi aşaraq harama girməyin. Yoxsa sizə qəzəbim tutar. Kim Mənim qəzəbimə düçar olarsa, o, dünya və axirətdə bədbəxt olar!"
وَإِنِّى لَغَفَّارٌۭ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا ثُمَّ ٱهْتَدَىٰ ﴿٨٢﴾
Həqiqətən, Mən, Mənə tövbə edib, iman gətirən və saleh əməllər edib, sonra da haqq yolda sabitqədəm olan kimsələri bağışlayıb, əfv edirəm!
۞ وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَـٰمُوسَىٰ ﴿٨٣﴾
Uca Allah belə buyurdu: "Ey Musa! Qövmünü geridə buraxıb, onlardan öncə tələm-tələsik bura gəlməyinin səbəbi nədir?
قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ ﴿٨٤﴾
Musa - aleyhissəlam - belə cavab verdi: "Onlar da arxamca gəlib mənə çatacaqlar. Sənin hüzuruna tələm-tələsik gəldiyimdən dolayıməndən razıqalasan deyə,qövmümü arxada qoyub Sənin yanına tələsərək gəldim!"
قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ ﴿٨٥﴾
Uca Allah belə buyurdu: "Biz, özündən arxada buraxdığın qövmünü buzova ibadət etməklə sınağa çəkdik. Samiri onları buzova ibadət etməyə çağırdı və beləcə onları haqq yoldan azdırdı!" بلغ Qur’an · Təfsir
فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَـٰنَ أَسِفًۭا ۚ قَالَ يَـٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌۭ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى ﴿٨٦﴾
أن يحل عليكم غضب من ر بكم فأخلفتم موعدى Musa - aleyhissəlam - qövmünün buzova ibadət etməsindən dolayı qəzəbli və hüzünlü halda onların yanına qayıdıb dedi: "Ey qövmüm! Məgər Allah sizə Tövratı göndərəcəyi və sizi cənnətə daxil edəcə barədə sizə gözəl bir vəd verməmişdimi?! Aradan çox uzun zamanmı keçdi ki, siz bunu unutdunuz? Yoxsa bu əməlinizlə Rəbbinizdən sizə bir qəzəb gəlməsini və əzabın üzərinizdə vaqe olmasını istəyib sizin yanınıza qayıdana kimi Allaha ibadət etməkdə sabitqədən olacağınıza dair mənə verdiyiniz vədə xilafmı çıxdınız?"
قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَـٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًۭا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَـٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ ﴿٨٧﴾
Musanın qövmü ona belə dedilər: "Ey Musa! Biz sənə verdiyimiz sözdən öz istəyimizlə dönmədik. Biz bunu məcburiyyət qarşısında qalara belə etdik. Biz Firon qövmünün bərbəzək və zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Bizdə onlardan canımızı qurtarmaq üçün onları quyuya atdıq. Biz bərbəzək və zinət əşyalarını quyuya atdığımız kimi, Samiri də özü ilə götürdüyü Cəbrailin -Əleyhis-salam- atının ayağının basdığı torpağıda quyuya atdı"
فَأَخْرَجَ لَهُمْ عِجْلًۭا جَسَدًۭا لَّهُۥ خُوَارٌۭ فَقَالُوا۟ هَـٰذَآ إِلَـٰهُكُمْ وَإِلَـٰهُ مُوسَىٰ فَنَسِىَ ﴿٨٨﴾
Samiri, o bərbəzək və zinət əşyalarından İsrail oğulları üçün inək böyürtüsü kimi böyürüb səs çıxaran, ruhsuz bir buzov heykəli düzəltdi. Samirinin etdiyi əmələ məftun olanlar: "Bu sizin və Musanın ilahıdır. Lakin Musa onu unudub, bura da qoyub getmişdir" – dedilər. ر أفلا يرون ألا يرجع إليهم قولا ولا يملك لهم ض اولا نفعا
أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًۭا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ﴿٨٩﴾
Məgər bu buzova məftun olub, ona ibadət edən kimsələr, buzovun onları danışdırmadığını, onlara heç bir cavab vermədiyini, buzovun nə özlərindən, nə də başqalarından bir zərəri dəf etməyə yaxud nə özlərinə, nə də başqalarına bir fay‐ da verməyə qadir olmadığını görmürdülərmi?!
وَلَقَدْ قَالَ لَهُمْ هَـٰرُونُ مِن قَبْلُ يَـٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَـٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى ﴿٩٠﴾
Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun onlara belə demişdi: "Buzovun qızıldan düzəldilməsi və onun inək bö‐ yürtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəbbiniz qullarına qarşı mərhəmətli olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə tabe olun və Allahdan başqasına ibadət etməyitərk edərək əmrimə itaət edin!" قالوالن نبرح عليه عكفين حت يرجع إلينا موس
قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَـٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ ﴿٩١﴾
Buzovun ibadətinə məftun olan kimsələr Haruna belə dedilər: "Musa yanımıza qayıdana qədər biz ona ibadət etməyə davam edəcəyik!" بلغ Qur’an · Təfsir
قَالَ يَـٰهَـٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟ ﴿٩٢﴾
Musa qardaşı Haruna belə dedi: "Ey Harun! Onların Uca Allahı tərk edib, buzova ibadət edərək azdıqlarını gördüyün za‐ man onları bu işdən çəkindirməyə sənə nə mane oldu?
أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِى ﴿٩٣﴾
Onları tərk edib nə üçün ardımca gəlmədin? Yoxsa səni onlara başçı təyin etdikdən sonra əmrimə qarşımı çıxdın?
قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ ۖ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى ﴿٩٤﴾
Musa qardaşının etdiyini qınayaraq onun saçından və saqqalından tutub özünə tərəf çəkdikdə, Harun da ona mülayim şəkildə belə dedi: "Saqqalımdan və saçımdan tutma. Mənim onlarla birgə qalıb, sənin yanına gəlmədiyimə görə üzürüm var. Mən onları başlı-başına buraxıb sənin yanına gəldikdə, onların, öz aralarında parçalanmağından və sənin mənə: "Sən onların arasın parçaladın və sənə onlar barədə etdiyim vəsiyyətimi yerinə yetirmədin" – deyəcəyindən qorxdum!" قال فما خطبك يسمرى
قَالَ فَمَا خَطْبُكَ يَـٰسَـٰمِرِىُّ ﴿٩٥﴾
Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Ey Samiri! Səni bu işə vadar edən nə idi?"
قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةًۭ مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى ﴿٩٦﴾
Samiri Musaya belə dedi: "Mən İsrail oğularının görmədiklərini gördüm. Mən Cəbraili atının üstündə gördüm bu zaman onu atının ayağı dəydiyi torpaqdan bir ovuc aldım və həmən torpağı buzov şəkilində düzəldilən ərimiş qızıl əşyalarının üstünə atdım bundan sonra inək böyürtüsü kimi böyürüb səs çıxaran bir buzov əmələ gəldi və beləliklə də nəfsim mənə etdiyim bu şeyi gözəl göstərdi"
قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًۭا لَّن تُخْلَفَهُۥ ۖ وَٱنظُرْ إِلَىٰٓ إِلَـٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًۭا ۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا ﴿٩٧﴾
Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Haydı çıx get! Sən həyatın boyu: "Mənə toxunmayın, mən də sizə toxunmayım!" – deyəcəksən. Daima tək tənha qalacaqsan. Qiyamət günü də sənin üçün hesaba çəkilib, əzab olunacağın bir gün vardır. Uca Allah bu vədindən əsla dönməz. İndi isə sən özünə Allahdan başqa məbud qəbul etdib, ona ibadət etdiyin buzova bax. Biz indi onu atəş içində əriyənə qədər yandıracaq, sonra da onun külünü bir zərrə qədər qalmayanadək dənizə sovuracağıq!"
إِنَّمَآ إِلَـٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًۭا ﴿٩٨﴾
Ey İnsanlar! Həqiqətən də, sizin haqq olan məbudunuz Özündən başqa heç bir haqq məbud olmayan Allahdır. O, Öz elm ilə hər şeyi əhatə etmişdir. Heç bir şeyin elmi Pak və Uca olan Allaha əsla gizli qalmaz. بلغ Qur’an · Təfsir
كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ ءَاتَيْنَـٰكَ مِن لَّدُنَّا ذِكْرًۭا ﴿٩٩﴾
Ey Peyğəmbər! Biz sənə təskinlik olsun deyə Musa və Fironun və onların qövmlərinin hekayətini xəbər verdiyimiz kimi, beləcə də olub-keçmiş peyğəmbərlərin və onların ümmətlərinin hekayətlərinin də xəbər veririk. Artıq sənə, ibrət almaq istəyən insanların düşünüb,ibrət almasıüçün Öz tərəfimizdən Quranıverdik
مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَـٰمَةِ وِزْرًا ﴿١٠٠﴾
Kim sənə nazil edilən Qurandan üz çevirib, ona iman gətirməyib və onunla əməl etməzsə, o, Qiyamət günü böyük bir günahla yüklənmiş olaraq gələcəkdir və şiddətli bir əzaba düçar olacaqdır
خَـٰلِدِينَ فِيهِ ۖ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ حِمْلًۭا ﴿١٠١﴾
Onlar bu daimi əzabda əbədi olaraq qalacaqlar. Onların Qiyamət günü daşıyacağı yük nəcə də pis yükdür!
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ زُرْقًۭا ﴿١٠٢﴾
Mələyin sura yenidən dirilmək üçün ikinci dəfə üfürdüyü zaman, Biz o gün kafirlərin gözlərinin rəngi axirətin şiddətli əzabından qorxaraq göm-göy göyərmiş halda həşir edəcəyik. يتخفتون بينهم إن لبثتم إل اعشرا
يَتَخَـٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًۭا ﴿١٠٣﴾
Onlar öz aralarında: "Öldükdən sonra bərzəx aləmində cəmi on gün qaldınız!" – deyə bir-biriləri ilə pıçıldaşacaqlar. ن حن أعلمبما يقولون إذ يقول أمثلهم طريقةإن لبثتمإلا يوما
نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًۭا ﴿١٠٤﴾
Biz onların gizlincə pıçıldaşıb, bir-birilərinə nə deyəcəklərini yaxşı bilirik. Onların pıçıltısından Bizə heç bir şey gizli qalmaz. Onların içərisində ən ağıllı olanı: "Siz bərzəx aləmində çox yox, yalnız bir gün qaldınız!" – deyəcəkdir
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًۭا ﴿١٠٥﴾
Ey Peyğəmbər! Səndən Qiyamət günü dağların durumu necə olacağı barədə soruşurlar. Onlara belə de: "Rəbbim qiyamət günü dağları kökündən qoparıb havaya sovuraraq, toz halına gətirəcəkdir. فيذرها قاعا صفصفا
فَيَذَرُهَا قَاعًۭا صَفْصَفًۭا ﴿١٠٦﴾
Uca Rəbbim, dağları üzərində daşiyan yer üzünü, üzərində heç bir bina olmayan və heç bir şey bitməyən boş düzəngaha çevirəcəkdir
لَّا تَرَىٰ فِيهَا عِوَجًۭا وَلَآ أَمْتًۭا ﴿١٠٧﴾
Ey yer üzünə baxan kimsə! Yer üzünün həddən artıq dümdüz olduğundan, sən orada nə bir eniş, nə də bir yoxuş, nə də ki, bir əyrilik görə biləcəksən!" بلغ Qur’an · Təfsir
يَوْمَئِذٍۢ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ ۖ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَـٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًۭا ﴿١٠٨﴾
O gün insanlar məhşərə çağıran carçının arxasınca yeriyəcəklər. Onun ardınca getməkdən kimsə onları yayındıra bilməyəcəkdir.Rəhmanın qorxusundan bütün səslər kəsiləcək və o gün sən yalnız onların yavaşca danışıqlarınıeşidəcəksən
يَوْمَئِذٍۢ لَّا تَنفَعُ ٱلشَّفَـٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًۭا ﴿١٠٩﴾
O əzəmətli gündə Allahın şəfaət etməyə izin verdiyi və şəfaət etmək üçün söz deməsinə razı olduğu şəxslərdən başqa, kimliyindən aslı olmayaraq heç kimin şəfaəti fayda verməyəcəkdir. يعلمما بين أيديهم وما خلفهم ولا يحيطون به علما
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًۭا ﴿١١٠﴾
Uca Allah insanların Qiyamət günü aqibətlərinin necə olacağını və onların dünyada nə etdiklərini yaxşı bilir. Bütün yaradılmışlar, uca Allahın zatının və Onun sifətlərinin necəliyini ehtiva edib, əsla dərk edə bilməz!
۞ وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًۭا ﴿١١١﴾
O gün insanların üzü, məxluqatın hər işini yoluna qoyan, onları idarə edib, dolandıran əbədi yaşayan Allah qarşısında zəlil görkəm alacaqdır. Nəsfini günaha batıraraq özlərini həlaka sürükləyənlər isə ziyana uğrayacaqlar
وَمَن يَعْمَلْ مِنَ ٱلصَّـٰلِحَـٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا يَخَافُ ظُلْمًۭا وَلَا هَضْمًۭا ﴿١١٢﴾
Allaha və Onun rəsuluna iman edərək saleh əməllər edən şəxslər mükafatına tam olaraq nail olacaqdır. O şəxslər nə, etmədikləri günahlara görə haqsızlıq edilərək əzaba məruz qalmaqdan, nə də ki, saleh əməlinin savabının naqis edilməsindən qorxarlar. ي
وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ قُرْءَانًا عَرَبِيًّۭا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًۭا ﴿١١٣﴾
Biz keçmişdəki ummətlərin hekayələrini nazil etdiyimiz kimi, bu Quranı da ərəbcə nazil etdik və Biz onun içindəki müxtəlif növ təhdidləri cürbəcür misallar çəkməklə dönə-dönə açıqladıq ki, bəlkə onlar, Allahdan qorxsunlar yaxud da ki, bu Qurandan öyüd-nəsihət və ya ibrət alsınlar
فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ ۖ وَقُل رَّبِّ زِدْنِى عِلْمًۭا ﴿١١٤﴾
Allah: ulu, uca, müqəddəs, pak, eyib və nöqsanlardan uzaqdır. O, hər şeyin mülkünə sahib olan hökmdardır! O, həm Özü və həm də sözü haqq olandır. O, müşriklərin Onu vəsf etdiklərindən uzaq və ucadır. Ey Peyğəmbər! Cəbrail sənə ayələrinin vəhy edilməsini tamamlanmayınca Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənə öyrətdiklərində elmimi artır!" – de
وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًۭا ﴿١١٥﴾
Biz bundan öncə Adəmə ağacın meyvəsindən yeməməsini əmr etmiş, onu bu işdən yasaqlamışdıq və ona sonda bunun nəticəsinin necə olacağını bəyan etmişdik. O isə, Bizim əmrimizi unudub o ağacın meyvəsindən yedi və əmrimizə səbirsizlik göstərdi. Beləliklə də, əmrimizə əməl etməkdə onda əsla qətiyyət görmədik. بلغ Qur’an · Təfsir
وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ ﴿١١٦﴾
Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələklərə: "Adəmə salam məqsədilə səcdə edin!" – demişdik. Mələklərlə birğə olan, amma onlardan olmayan İblisdən başqa mələklərin hamısı Allahın əmrinə tabe olaraq salam məqsədilə Adəmə səcdə etdi.İblis isə təkəbbürlük edərək və lovğalanaraq səcdə etməkdən imtinaو etdi
فَقُلْنَا يَـٰٓـَٔادَمُ إِنَّ هَـٰذَا عَدُوٌّۭ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ ﴿١١٧﴾
Biz Adəmə dedik: "Ey Adəm! Həqiqətən bu İblis, həm sənin, həm də zövcənin düşmənidir. O sizə vəsvəsə verib özünə itaət etdirərək sizi aldatdıb Cənnətdən çıxartmasın! Yoxsa, məşəqqətlərə və çətinliklərə məruz qalarsan. إن لك ألا تجوع فيها ولا تعر
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ ﴿١١٨﴾
Şübhəsiz ki, Rəbbin səni Cənnətdə yedizdirəcək və sən orada əsla ac qalmayacaqsan, habelə, səni libasla geydirəcək və sən orada əsla çılpaq olmayacaqsan. وأنك لا تظمؤافيها ولا تضح
وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ ﴿١١٩﴾
Biz sənə Cənnətdə içməyə su verəcəyik, sən orada susamayacaqsan və səni orada günəşdən qoruyacağıq, onun hərarəti sənə isabət etməyəcəkdir!"
فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَـٰنُ قَالَ يَـٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍۢ لَّا يَبْلَىٰ ﴿١٢٠﴾
Şeytan Adəmə vəsvəsə edib ona belə dedi: "Ey Adəm! Sənə meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin, həmişə həyat da yaşayacağın ağacı,tükənmək və qurtarmaq bilməyən bir mülkü göstərimmi?!"
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ ﴿١٢١﴾
Nəhayət, Adəm və Həvva onlara qadağan edilən ağacın meyvəsindən yedilər və bu zaman öyrət yerləri örtülü ikən birdən- birə açılaraq özlərinə göründü. Onlar Cənnət ağaclarının yarpaqlarından qoparıb, bu yarpaqlarla övrət yerlərini örtməyə başladılar. Beləliklə də, Adəm, Rəbbinin ona ağacın meyvəsindən yeməməsi barədə əmrinə asi olaraq uca Allahın əmrinə müxalif oldu və ona icazə verilməyən şeyi edərək səhvə yol verdi
ثُمَّ ٱجْتَبَـٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ ﴿١٢٢﴾
Sonra Uca Allah onu seçdi, tövbəsini qəbul buyurdu və onu doğruوyola müvəffəq etdi
قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًۭى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ ﴿١٢٣﴾
Allah Adəmə və Həvvaya belə buyurdu: "Sizin hər ikiniz və İblis Cənnətdən yerə enin. İblis sizin düşməninizdir, sizdə onun düşmənisiniz. Məndən sizə, Mənim haqq yolumu göstərən biri gəldikdə, kim Mənim haqq yolumu göstərənə tabe olub, ona əməl edər və bu yolda sabitqədəm olarsa, o nə dünya həyatında azğınlığa düşər, nə də ki, axirət həyatın da bədbəxt olmar. Əksinə, uca Allah onu Cənnətə daxil edər! بلغ Qur’an · Təfsir
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةًۭ ضَنكًۭا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَعْمَىٰ ﴿١٢٤﴾
Kim Mənim Zikrimdən üz döndərib,onu qəbul etməz və ona icabət etməzsə,onun üçün dünya da və bərzəx aləmində sıxın‐ tılı bir həyat vardır və Biz Qiyamət günü onu məhşərə kor və heç bir hüccətsiz olaraq gətirəcəyik!"
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًۭا ﴿١٢٥﴾
Dünyada uca Allahın zikirindən üz şevirən kimsə belə deyəcəkdir: "Ey Rəbbim! Bu gün məni nə üçün kor olaraq həşir etdin? Axı mən dünyada ikən hər şeyi görürdüm!"
قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَـٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ ﴿١٢٦﴾
Uca Allah ona cavab olaraq belə deyəcəkdir: "Sən dünyada ikən elə etdin. Çünki sənə qüdrətimizə dəlalət edən ayələrimiz gəldikdə sən ondan üz çevirdin.Bu gün sən də beləcə əzabda tək-tənha tərk ediləcəksən!"
وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَـٰتِ رَبِّهِۦ ۚ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ ﴿١٢٧﴾
Biz, haram olan şəhvətlərə dalıb və Rəbbinin aşıq-aydın dəlillərinə iman etməkdən üz çevirib, onlara inanmayanı belə cəza‐ landırırıq. Uca Allahın axirətdəki əzabı isə, dünya və bərzəx aləmindəki sıxıntılı yaşantıdan daha qorxunc, daha şiddətli və daha davamlı olacaqdır
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَـٰكِنِهِمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿١٢٨﴾
Məgər müşriklərə özlərindən öncə məhv etdiyimiz ümmətlərin çoxluğu bəlli olmadımı?! Bununla belə onlar, məhv edilmiş ümmətlərin diyarlarında gəzib dolaşır və onlara üz vermiş əzabın əlamətlərini öz gözləri ilə görürlər.Həqiqətən, bir çox ümmətlərin həlak edilib, onlarınمdiyarlarının yerlə yeksan edilməsində ağıl sahibləri üçün ibrətlər vardır. ولولا كلمة سبقت من ر بك لكان لزاما وأجل مس ى
وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًۭا وَأَجَلٌۭ مُّسَمًّۭى ﴿١٢٩﴾
Ey Peyğəmbər! Əgər Rəbbin tərəfindən heç kəsə haqq bəyan edilmədə əzab verilməyəcəyinə dair əvvəlcədən bir söz və Allah qatında təqdir edilmiş bir vaxt olmasaydı, onlar əzaba layiq olduğlarına görə əzab onları dərhal yaxalayardı
فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ ﴿١٣٠﴾
ى Ey Peyğəmbər! Batil vəsflərlə səni yalanlayanların sözlərinə qarşı səbir et. Günəş doğmamışdan öncə fəcir namazında və günəş batmamışdan əvvəl əsir namazında, gecə saatlarında məğrib və işa namazında, günün ilk yarısının bitdiyi zəval vaxtı zöhür namazında və günün ikinci yarısnın bitdyi məğrib namazında Uca Allah qatında razı qaldığın savaba nail olmaq üçün Onun şəninə həmd-sənalar və təriflər de. بلغ Qur’an · Təfsir
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌۭ وَأَبْقَىٰ ﴿١٣١﴾
Allahın ayələrini yalan sayan kimsələrin bəzisini imtahan etmək məqsədi ilə onlara dünya həyatının bərbəzəyindən müvəqqəti olaraq əylənmələri üçün verdiyimiz şeylərə gözünü dikmə. Onlara verdiyimiz bu bər-bəzək fani dünya malıdır. Rəbbinin razı olmağın üçün sənə vəd etdiyi mükafat, dünya həyatında müvəqqəti olaraq əylənmələri üçün onlara verilən fani dünya malından daha xeyirli və daha davanmlıdır
وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْـَٔلُكَ رِزْقًۭا ۖ نَّحْنُ نَرْزُقُكَ ۗ وَٱلْعَـٰقِبَةُ لِلتَّقْوَىٰ ﴿١٣٢﴾
Ey Peyğəmbər! Ailənə namazı vaxtı-vaxtında qılmağı əmr et və sən də onu səbirlə yerinə yetir. Biz səndən özün və ailən üçün ruzi tələb etmirik, əksinə Biz sənə ruzi veririk. Dünyada və axirətdə gözəl sonluq Allahdan qorxub, Onun əmrlərini yerinə yetirərək, qadağalarından çəkinən müttəqilərindir üçündür
وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍۢ مِّن رَّبِّهِۦٓ ۚ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿١٣٣﴾
Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirlər: "Elə isə qoy Muhəmməd Rəbbindən bizə onun həqiqətən Allah tərəfindən göndərilən bir peyğəmbər olmasına və həmçinin onun sadiqliyinə dəlalət edən açıq-aydın bir dəlilgətirsin?" – dedilər. Məgər yalan sayan bu kimsələrə əvvəlki səmavi kitabları təsdiq edən Quran gəlmədimi?!
وَلَوْ أَنَّآ أَهْلَكْنَـٰهُم بِعَذَابٍۢ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَـٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ ﴿١٣٤﴾
ونخز ى Əgər Biz Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirləri, peyğəmbəri göndərmədən və Quranı nazil etmədən öncə əzabla məhv etsəydik, Qiyamət günü onlar etdikləri küfrlərə görə özlərinə bəraət qazandırıb, üzr gətirərək: "Ey Rəbbimiz! Dünyada ikən bizə bir peyğəmbər göndərsəydin, biz də ona iman edər, əzabından dolayı bizə zəlillik və rüsvayşılıq isabət etməzdən öncə onun gətirdiyi ayələrə iman edərdik?!" – deyərdilər. ل
قُلْ كُلٌّۭ مُّتَرَبِّصٌۭ فَتَرَبَّصُوا۟ ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَـٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ ﴿١٣٥﴾
Ey Peyğəmbər! Haqqı yalan sayan kafirlərə belə de: "Bizdən və sizdən hər kəs Allahın hökmünü gözləməkdəyik. Elə isə gözləyir. Siz tezliklə kimin doğru yol sahibi olduğunu və sizinmi yoxsa bizimmi hidayət yolunda olduğumuzu mütləq bilə‐ cəksiniz?" Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız