كٓهيعٓصٓ ﴿١﴾
Ana səhifə›Təfsir›Maryam (19)
Məkkə · 98 ayə
كٓهيعٓصٓ ﴿١﴾
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ ﴿٢﴾
Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya - aleyhissəlam - göstərdiyi rəhmət və şəfqətinin yada salınmasıdır. Düşünüb ibrət alasan deyə, Biz bu hekayəni sənə nəql edəcəyik.ي
إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّۭا ﴿٣﴾
Bir zaman Zəkəriyyaي duasının qəbul olunması üçün Rəbbinə gizlicə dua edib, yalvararaq
قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًۭا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّۭا ﴿٤﴾
Belə dedi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da olan ağ saçlarım çoxalmışdır. Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.ي Sənə nə vaxt dua etmişəmsə, duamı qəbul etmisən
وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّۭا ﴿٥﴾
Mən öldükdən sonra qohumlarımın dünya ilə məşğul olub dini layiqincə yanaşmayacaqlarından qorxuram. Həyat yoldaşm da uşaq doğmayan sonsuzي bir qadındır. Ey Rəbbim! Mənə Öz tərəfindən mənə yardımçı olacaq bir övlad bəxş et!
يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ ۖ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّۭا ﴿٦﴾
O həm məndən, həm də Yaqub - aleyhissəlam - oğullarından peyğəmbərliyə varis olsun. Ey Rəbbim! Onu dinində, əxlaqında və əməlində razı qaldığın kimsəي et!"
يَـٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّۭا ﴿٧﴾
Uca Allah onun duasına cavab verdi və ona: "Ey Zəkəriyya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdələyirik. Artıq Biz duanı qəbul etdik يvə sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı ondan öncə kimsəyə vermədik!" – deyə nida etdi
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌۭ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّۭا ﴿٨﴾
Zəkəriyya Allahın qüdrətinə heyrət edərək dedi: "EyRəbbim! Həyat yoldaşım uşaq doğmayan sonsuz bir qadın ikən, özüm də ömrümün son həddinə çatıb sümüklərim zəyiflədiyi bir halda mənim necə övladım ola bilər?!" بلغ Qur’an · Təfsir قال كذلك قال ربك هوعلى هين وقد خلقتك من قبل ولم تك شئا
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌۭ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًۭٔا ﴿٩﴾
Mələk dedi:"Bəli,dediyin kimidir,həyat yoldaşın uşaq doğmayan sonsuz bir qadın,özün də ömrünün son həddinə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, lakin Rəbbin belə buyurdu: "Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həddinə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şeydeyilkən yoxdan xəlqي etmişdim!"
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَ لَيَالٍۢ سَوِيًّۭا ﴿١٠﴾
Zəkəriyya - aleyhissəlam - dedi: "Ey Rəbbim! Ürəyim arxayın olsun deyə, mələklərin məni müjdələdiyi şeyin gerçəkləşəcəyinə dəlalət edən mənə bir əlamət ver". Allah buyurdu: "Mələklərin səni müjdələdikləri şeyin gerçəkləşəcəyinə dəlalət edən əla‐ mətin budur ki, sən sağlamي ikən və heç bir xəstəliyin olmadığı bir halda üç gecə insanlarla danışa bilməyəcəksən!"
فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةًۭ وَعَشِيًّۭا ﴿١١﴾
Nəhayət, Zəkəriyya namazgahından öz qövmünün qarşısına çıxıb, danışmadan, onlara günün əvvəlində və sonunda uca Allahın şəninə təriflər edib, Onu zikirي etmələrini işarə ilə başa saldı
يَـٰيَحْيَىٰ خُذِ ٱلْكِتَـٰبَ بِقُوَّةٍۢ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْحُكْمَ صَبِيًّۭا ﴿١٢﴾
Nəhayət Yəhya dünyaya gəlib, xitab ediləcək yaşa çatdıqda, Biz ona: "Ey Yəhya! Tövratdan ciddi və möhkəm bir şəkildə yapış!" – dedik. Biz ona uşaq ikən düzgünي anlayış, elm, təmkin, qətiyyət bəxş etdik
وَحَنَانًۭا مِّن لَّدُنَّا وَزَكَوٰةًۭ ۖ وَكَانَ تَقِيًّۭا ﴿١٣﴾
Öz tərəfimizdən ona bir rəhmət bəxş etdik və onu günahlardan təmizlədik. O, Allahın əmrlərinə boyun əyib, qadağalarından çəkinən Allaha müti birيqul idi. وبرا بولديه ولم يكن جبارا عص ا
وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّۭا ﴿١٤﴾
Həm də o, ata-anasına qarşı qayğıkeş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata- anasına itaət etməkdə təkəbbürlükي edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə deyildi. وسلم عليه يوم ولدويوم يموت ويوم يبعث ح ا
وَسَلَـٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّۭا ﴿١٥﴾
Doğulduğu gün,ölərək bu həyatdan çıxacağı gün və Qiyamət günü qəbirdən diri olaraq qaldırılacağı gün ona Allahın sa‐ lamı olsun! Bu üç məqam insanın qarşılaşdığı ən çətin məqamlardır. Əgər insan bu üç məqamdan sağ-salamat keçərsə, bundan sonra gələnlərdə onunي heç bir qorxusu olmaz
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًۭا شَرْقِيًّۭا ﴿١٦﴾
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda Məryəmin - aleyhəssəlam - xəbərini də yada sal. Bir zaman o, Allaha ibadət məqsədilə ailəsindən ayrılıb təkbaşına şərq tərəfdə olan xəlvət bir yerə çəkilmişdi. بلغ Qur’an · Təfsir ي
فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًۭا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًۭا سَوِيًّۭا ﴿١٧﴾
Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuşdu. Biz Cəbraili - aleyhissəlam - onun yanına göndərdik. Cəbraili - aleyhissəlam - da Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.Bu zaman Məryəm bu kimsəninي ona bir zərər verəcəyindən qorxdu
قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَـٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّۭا ﴿١٨﴾
Məryəm, qarşısında kamil bir insan surətində peyda olan bu kimsənin ona tərəf gəldiyini görüncə ona: "Ey İnsan! Əgər Allahdan qorxan,təqvalıbir kimsəsənsə,ي sənin mənə bir pislik toxundurmağından Rəhman olan Allaha sığınıram!"
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَـٰمًۭا زَكِيًّۭا ﴿١٩﴾
Cəbraili - aleyhissəlam - Məryəmə belə dedi: "Mən bəşər övladından deyiləm. Mən Rəbbimin sənə pak bir oğlan övladı bəxş etmək üçün göndərdiyi bir elçisiyəm!"ي قالت أنى يكون لى غلم ولم يمسسنى بشر ولم أك بغا
قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ وَلَمْ أَكُ بَغِيًّۭا ﴿٢٠﴾
Məryəm təəccüblənərək dedi: "Mənə bir ər və ya başqa biri yaxınlaşmamış ikən, özüm də zinakar olmadığım bir halda, necə mənim övladımي ola bilər?!"
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌۭ ۖ وَلِنَجْعَلَهُۥٓ ءَايَةًۭ لِّلنَّاسِ وَرَحْمَةًۭ مِّنَّا ۚ وَكَانَ أَمْرًۭا مَّقْضِيًّۭا ﴿٢١﴾
Cəbraili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zinakar bir qadın olmamışsan. Lakin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mənim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir möcüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edəcəkdir.Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məhfuzda yazılmış bir işdir!" ي
۞ فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًۭا قَصِيًّۭا ﴿٢٢﴾
Məryəm mələyinيona ruh üfürməsi ilə uşağa qaldı və o, bətnindəki ilə birlikdə insanlardan uzaq bir yerə çəkildi
فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَـٰلَيْتَنِى مِتُّ قَبْلَ هَـٰذَا وَكُنتُ نَسْيًۭا مَّنسِيًّۭا ﴿٢٣﴾
Doğuş sancıları başladı və bu səbəbdən o, bir xurma ağacının gövdəsinə söykənməyə vadar oldu. Bu zaman Məryəm - aleyhissəlam - dedi: "İnsanlar mənim barəmdə pis şeylər düşünməmələri üçün, kaş bu gündən əvvəl ölüb və birdəfəlik ي unudulaydım!"
فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّۭا ﴿٢٤﴾
İsa Məryəmin ayağlarının altından ona səslənərək:"Qəm yemə,artıq Rəbbin sənin su içməyin üçün ayağlarının altından bir bulaq axıtdı" – dedi. بلغ Qur’an · Təfsir ي
وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَـٰقِطْ عَلَيْكِ رُطَبًۭا جَنِيًّۭا ﴿٢٥﴾
Xurma ağacının gövdəsindən yapış və onu özünə tərəf silkələ ki, yığıb ondan yeməyin üçün üstünə yetişmiş, təzə xurma tökülsün.ي
فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًۭا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًۭا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًۭا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّۭا ﴿٢٦﴾
Təzə xurmalardan ye, sudan iç və dünyaya belə bir uşaq gətirdiyinə görə gözün aydın olsun, əsla üzülmə! Əgər insanlardan kimsə səndən bu uşaq barədə sorusa, de: "Mən özümə, Rəbbim üçün danışmamağı nəzir etmişəm. Odur ki, bu gün insanlardan heç kimlə danışmayacağam!"ي
فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ ۖ قَالُوا۟ يَـٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًۭٔا فَرِيًّۭا ﴿٢٧﴾
Məryəm oğlunu qucağına alıb onu öz qövmünün yanına gətirdi.Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: "Ey Məryي əm! Sən görünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!"
يَـٰٓأُخْتَ هَـٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍۢ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّۭا ﴿٢٨﴾
Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmizيbir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!
فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا۟ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّۭا ﴿٢٩﴾
Məryəm onlara beçikdə olan oğlu İsanı - aleyhissəlam - göstərdi. Qövmü təəccüblənərək ona: "Beşikdə olan bir körpə ilə biz necə danışa bilərik?!" – dedilər. ي
قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَىٰنِىَ ٱلْكِتَـٰبَ وَجَعَلَنِى نَبِيًّۭا ﴿٣٠﴾
İsa - aleyhissəlam - dedi:ي "Şübhəsiz ki, mən Allahın quluyam! O mənə İncil verdi və məni peyğəmbərlərdən biri etdi
وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَـٰنِى بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمْتُ حَيًّۭا ﴿٣١﴾
Harada oluramsa olum, O, məni insanlar üçün xeyirli, faydalı etdi və həyatım boyu mənə namaz qılıb zəkat verməyi əmr ي etdi. وبرا بولدتى ولم يجعلنى جبارا شقا
وَبَرًّۢا بِوَٰلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًۭا شَقِيًّۭا ﴿٣٢﴾
Məni anama qarşı qayğıkeş etdi,ي məni Rəbbimin itaətinə təkəbbürlük edən və Ona qarşı üsyan edən bir kimsə etmədi
وَٱلسَّلَـٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّۭا ﴿٣٣﴾
Uca Allah doğulduğum gün,öləcəyim gün və Qiyamət günü yenidən dirildiləcəyim gün məni şeytan və onun yardımçıların şərindən əmin-aman etmişdir. Şeytan bu üç qorxulu və dəhşətli anlardan mənə zərər verə bilməyəcəkdir!" بلغ Qur’an · Təfsir
ذَٰلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَ ۚ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ ﴿٣٤﴾
Belə sifətlərlə zikir edilən kimsə, Məryəm oğlu İsadır. Bu söz onun barədə söylənən haqq bir sözdur. Bu, heç də onun barədə ixtilafa düşən azğınların söylədiyi kimi deyildir
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍۢ ۖ سُبْحَـٰنَهُۥٓ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿٣٥﴾
Allaha övlad götürmək yaraşmaz. Uca Allah pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!" – deməsi kifayət edər, o da dərhal Allahın istədiyi kimi olar. Belə bir sifətə layiq olan İlah, Özünə övlad götürməkdən münəzzəhdir
وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٣٦﴾
Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə siz ixlasla yalnlz Ona ibadət edin! Sizə söylədiyim bu yol, Allahın razılığına qovuşduran doğru-düzgün yoldur!
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ ﴿٣٧﴾
Onlar İsa - aleyhissəlam - barədə ixtilafa düşüb öz aralarında müxtəlif firqələrə ayrıldılar. Onlardan bəziləri İsaya iman edib: "O, Allahın elçisidir!" – desə də, bəziləri də, yəhudilər kimi ona küfür etdi. Onlardan bəziləri onun barədə həddlərini aşıb: "O, Allahdır!" – dedilər. Bəziləri də: "O, Allahın oğludur!" – dedilər. Uca Allah onların söylədiklərindən uzaq və ucadır. İsa barədə ixtilafa düşən kimsələrin qiyamətin dəhşətinə, ağrılı-acılı əzabına və haqq-hesaba şahid olacaqlarına görə onların vay halına!
أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَـٰكِنِ ٱلظَّـٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٣٨﴾
Qiyamət günü onlar elə yaxşı eşidəcək, elə də yaxşı görəcəklər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍۢ وَهُمْ لَا يُؤْمِنُونَ ﴿٣٩﴾
Ey Peyğəmbər! Pislik edənin etdiyi pisliklərə görə yaxşılıq edənin də çoxluca ibadət etmədiyinə görə peşman olacağı bir gün barədə insanları xəbərdar et. Məhz o gün insanların əməl dəftərləri bağlanıb, etdikləri əməllərin haqq-hesabı edildikdə, hər bir kimsə dünya da ikən etdiklərini öz qarşısında görəcəkdir. Onlar dünya həyatında aldanmış, axirət həyatını unutmuş və qiyamət gününə də iman gətirməyən kimsələrdir
إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ ﴿٤٠﴾
Şübhəsiz ki, bütün yaradılmışlar fəna olduqdan sonra əbədi qalan Bizik. Yer üzününə sahib çıxan yalnız Bizik. Yer üzündə olanlar yox olduqdan sonra ora varis olanda yalnız Bizik. Biz orada istədiyimizi edəcəyik. Onlar qiyamət günü hesab və cəza üçün yalnız Bizə qaytarılacaqlar. بلغ Qur’an · Təfsir
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِبْرَٰهِيمَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًۭا نَّبِيًّا ﴿٤١﴾
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İbrahimin - aleyhissəlam - xəbərini də xatırla! Həqiqətən, o, çox sadiq və daima Allahın ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş bir peyğəmbər idi
إِذْ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًۭٔا ﴿٤٢﴾
Bir zaman İbrahim, atası Azərə belə demişdi: "Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənəي heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!
يَـٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٰطًۭا سَوِيًّۭا ﴿٤٣﴾
Atacan! Şübhəsiz ki, vəhy vasitəsi ilə sənə gəlməyən bir elm, artıq mənə gəlmişdir. Elə isə mənə tabe ol ki, səni Allahın buyurduğu doğru yola yönəldim.ي
يَـٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَـٰنَ ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلرَّحْمَـٰنِ عَصِيًّۭا ﴿٤٤﴾
Atacan! Şeytana itaət edərək ona ibadət etmə! Çünki şeytana Adəmə səcdə etmək əmr edildikdə, əmrə müxalif olaraq Allaha çox asi olmuşdur.ي
يَـٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌۭ مِّنَ ٱلرَّحْمَـٰنِ فَتَكُونَ لِلشَّيْطَـٰنِ وَلِيًّۭا ﴿٤٥﴾
Atacan! Küfr üzərində ölüb, Mərhəmətli Allahdan sənə bir əzab toxunmasından və şeytana olan dostluğundan dolayı, əzaba düçar olmaqdaي ona yoldaş olmağından qorxuram!"
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَـٰٓإِبْرَٰهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَٱهْجُرْنِى مَلِيًّۭا ﴿٤٦﴾
Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: "Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevirirsən?! Əgər bütlərimi təhqir etməyə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!" ي
قَالَ سَلَـٰمٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ ۖ إِنَّهُۥ كَانَ بِى حَفِيًّۭا ﴿٤٧﴾
İbrahim - aleyhissəlam - atasına belə dedi: "Məndən sənə salam olsun! Məndən sənə heç bir pislik gəlməyəcəkdir. Rəbbimdən səninي üçün bağışlanma və doğru yol diləyəcəyəm. Həqiqətən, Rəbbim mənə qarşı çox lütfkardır
وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُوا۟ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّۭا ﴿٤٨﴾
Mən sizi və sizin Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və heç bir şeyi Ona şərik qoşmadığım Rəbbimə dua və ibadət edirəm. Çünki mən, Rəbbimə etdiyim dua və ibadətimlə Rəbbimin məni heç vaxt məhrum və bədbəxt etməyəcəyini ümüd edirəm!" بلغ Qur’an · Təfsir ل ي
فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ ۖ وَكُلًّۭا جَعَلْنَا نَبِيًّۭا ﴿٤٩﴾
İbrahim onları və onların Allahdan başqa ibadət etdikləri bütləri tərk etdikdə, o, ailəsini Allah üçün tərk etdiyinə görə Biz də ona bunun əvəzində oğlu İshaqıي və nəvəsi Yaqubu bəxş etdik. Biz onların hər ikisini də peyğəmbər etdik. ووهبنا لهم من رحمتنا وجعلنا لهم لسان صدق علا
وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّۭا ﴿٥٠﴾
Biz onlara peyğəmbərliklə birğə öz mərhəmətimizdən bol-bol xeyir-bərəkət əta etdik və insanların dilində onların tərif- sənasını daimi etdik. ي
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مُوسَىٰٓ ۚ إِنَّهُۥ كَانَ مُخْلَصًۭا وَكَانَ رَسُولًۭا نَّبِيًّۭا ﴿٥١﴾
Ey Peyğəmbər! Sənə nazil etdiyimiz Quranda Musanı - aleyhissəlam -xəbərini də xatırla! Həqiqətən o, seçilmiş bir qul və Allah tərəfindən göndərilən elçivəيpeyğəmbər idi
وَنَـٰدَيْنَـٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَـٰهُ نَجِيًّۭا ﴿٥٢﴾
Biz Musanı - aleyhissəlam - durduğu yerə görə onu Tur dağının sağ tərəfindən səslənib çağırdıq və onunla danışmaq üçün onu özümüzə yaxın etdik. Beləcə UcaيAllah onunla danışdı
وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَـٰرُونَ نَبِيًّۭا ﴿٥٣﴾
Biz Musaya olan rəhmətimizdən və nemətimizdən dolayı qardaşı Harunu - aleyhissəlam - da peyğəmbər etdik. Bu, Rəbbindən qardaşınınيda peyğəmbər olmasını dilədiyi zaman duasına olan icabət idi
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِسْمَـٰعِيلَ ۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًۭا نَّبِيًّۭا ﴿٥٤﴾
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İsmailin xəbərini da xatırla! Həqiqətən o, doğru danışan bir kimsə idi. Bir vəd verdikdə onu mütləq yerinəيyetirərdi. O bir elçi həmdə, bir peyğəmbər idi
وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّۭا ﴿٥٥﴾
O, öz ailəsinə namazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin dərgahında bəyənilib, razı qalınmış bir kimsə idi. ي
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِدْرِيسَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًۭا نَّبِيًّۭا ﴿٥٦﴾
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İdrisin - aleyhissəlam - xəbərini da xatırla! Həqiqətən, o, çox sadiq və daima Rəbbinin ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş peyğəmbərdən bir peyğəmbər idi. ورفعنه مكانا عليا
وَرَفَعْنَـٰهُ مَكَانًا عَلِيًّا ﴿٥٧﴾
Biz ona bəxş etdiyimiz peyğəmbərliklə, onun zikrini yüksək məqama ucaltdıq. O, Rəbbi yanında yüksək məqam sahibidir. بلغ Qur’an · Təfsir
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍۢ وَمِن ذُرِّيَّةِ إِبْرَٰهِيمَ وَإِسْرَٰٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآ ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُ ٱلرَّحْمَـٰنِ خَرُّوا۟ سُجَّدًۭا وَبُكِيًّۭا ۩ ﴿٥٨﴾
ى Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, həmçinin, İbrahimin və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəslində gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kimsələrdir. Onlar Allahın ayələri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səcdəyə qapanırdılar
۞ فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُوا۟ ٱلشَّهَوَٰتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا ﴿٥٩﴾
Bu seçilmiş peyğəmbərlərin ardından azğın və pis əməllərə tabe olan bir nəsil gəldi. Onlar namazı zay edib, onu tələb olunan kimi qılmadılar, əksinə, zina kimi nəfslərinin istədikləri günahların ardınca getdilər. Onlar Cəhənnəmə və xüsrana uğrayaraq şər ilə qarşılaşacaqlar
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًۭٔا ﴿٦٠﴾
Bundan yalnız etdiyi xətalardan tövbə edən və Allaha iman gətirib, saleh əməllər edənkimsələr müstəsnadır! Bu sifətlərə sahib olan kimsələr, Cənnي ətə daxil olacaq və etdikləri əməllərin savabı az olsa belə, savabları əksilməyəcəkdir
جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَـٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّۭا ﴿٦١﴾
Bu, Rəhmanın saleh qullarına görmədikləri halda girəcəklərinə dair vəd etdiyi və içərisində əbədi qalacaqları Cənnətlərdir. Onlar bu Cənnətləri görmədikləri bir halda buna iman etdilər. Allahın Cənnəti vəd etməsi -bu sizə qeyb də olsa belə- onun gəlməsi haqqdır və barədəيheç bir şəkk-şübhə yoxdur
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَـٰمًۭا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةًۭ وَعَشِيًّۭا ﴿٦٢﴾
Onlar orada boş, faydasız və lağlağı sözlər eşitməzlər. Əksinə bir-birilərinə və mələklərin onlara verdikləri salamı eşidərlər. Orada könülləri istədiyi təamlar onlarي üçün səhər-axşam gətiriləcəkdir
تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّۭا ﴿٦٣﴾
Belə bir sifətlərlə vəsf edilən Cənnət, Allah və Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdanي qorxan qullarımıza miras ediləcəkdir
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّۭا ﴿٦٤﴾
Ey Cəbrail! Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə de: "Şübhəsiz ki, mələklər öz istəkləri ilə yer üzünə nazil ola bilməzlər. Onlar yalnız Allahın əmri ilə yer üzünə nazil olarlar. Axirətdə, dünyada və bunların arasında nə varsa, hamısı yalnız Uca Allaha məxsusdur. Ey Peyğəmbər! Sənin Rəbbin heç bir şeyi unudan deyildir". بلغ Qur’an · Təfsir ي
رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَـٰدَتِهِۦ ۚ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّۭا ﴿٦٥﴾
Göylərin və yerin xaliqi Allahdır. Onların hər ikisinin sahibi və idarə edəni də Odur. Onların arasında olanları xəlq edən də, onların arasında olanların sahibi və idarə edəni də Odur! Elə isə sən yalnız Ona ibadət et, çünki ibadətə layiq olan ancaq Odur və Ona etdiyin ibadətdə səbirlə davam et! İbadətdə Ona şərik olacaq bir Onun oxşarı və ya bənzəri yoxdur
وَيَقُولُ ٱلْإِنسَـٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا ﴿٦٦﴾
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: "Doğrudanmı mən öldükdən sonra dirilib, qəbirimdən ikinci bir həyat üçün çıxarılacağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!"
أَوَلَا يَذْكُرُ ٱلْإِنسَـٰنُ أَنَّا خَلَقْنَـٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْـًۭٔا ﴿٦٧﴾
Məgər öldükdən sonra yenidən dirilməyi inkar edən o kafir insan, o heç bir şey deyilkən onu yoxdan xəlq etdiyimizi düşünmürmü?! Uca Allah bu ayədə birinci yaradılışı, ikinci yaradılışa dəlil gətirdi. Yəni, sizi ilk dəfə yaratmağa qadir olan, ikinci dəfə də yaratmağa qadirdir.ي Çünki ikinci yaradılış birinci yaradılışdan daha asan və daha bəsitdir
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَـٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّۭا ﴿٦٨﴾
Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz onları azğınlığa sürükləyən şeytanlarla birlikdə qəbirlərindən çıxarıb məhşərə bir yerə toplayacaq, sonra da onlarıي zəlil vəziyyətdə, dizləri üstə çökmüş halda Cəhənnəmin qapılarına tərəf sürükləyəcəyik
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَـٰنِ عِتِيًّۭا ﴿٦٩﴾
Sonra hər azğın toplumdan ən günahkar olanlarını şiddətli və sərt şəkildə çəkib çıxararıq. Onlar bu toplumun öndə ي gedənləridir
ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّۭا ﴿٧٠﴾
Sonra Cəhənnəmə daxil olmağa,ي onun hərarətinə və əzabına kimin daha çox haqqlı olduğunu, əlbəttə ki, Biz yaxşı tanıyırıq
وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًۭا مَّقْضِيًّۭا ﴿٧١﴾
Ey İnsanlar! Sizdən hər biriniz Cəhənnəmin ortasından qurulmuş sirat körpüsünün üstündən keçəcəkdir. Bu, Allahın əzəl‐ dən təyin etdiyi qəti bir qərardır. Onunي hökmünü kimsə dəyişə bilməz
ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّـٰلِمِينَ فِيهَا جِثِيًّۭا ﴿٧٢﴾
Nəhayət,İnsanlar bu sirat körpüsünün üzərindən keçdikdə,Biz onlardan Rəbbinin əmrlərini yerinə yetirib,qadağalarından çəkinən kimsələri Cəhənnəmə düşməkdən xilas edərik. Günahlar etməklə özlərinə zülüm edən zalımları isə dizləri üstə çökmüş bir halda orada tərk edəcəyik. Onlar oradan əsla qaçıb canlarını qurtara bilməyəcəklər. بلغ Qur’an · Təfsir ي
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍۢ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌۭ مَّقَامًۭا وَأَحْسَنُ نَدِيًّۭا ﴿٧٣﴾
İnsanlara, elçilərimizə nazil etdilən açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə belə deyərlər: "Bu iki firqədən hansının məqamı, məkanı daha yaxşı, məclisi və toplumu daha gözəldir. Bizim firqəmiz yoxsa sizin firqəniz?!" وكم أهلكنا قبلهم من قرن هم أحسن أثثا ورءيا
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَـٰثًۭا وَرِءْيًۭا ﴿٧٤﴾
Biz maddi imkanlarının üstünlüyü ilə öyünüb fəxr edən bu kafirlərdən öncə, var-dövlət baxımından, həmçinin gözəl libasları və bədənlərinin sağlamlığına görə zahiri görünüşcə onlardan daha üstün olub, nemətlər içində yaşayan neçə-neçə nəsilləri məhv etdik
قُلْ مَن كَانَ فِى ٱلضَّلَـٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَـٰنُ مَدًّا ۚ حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّۭ مَّكَانًۭا وَأَضْعَفُ جُندًۭا ﴿٧٥﴾
من هوش مكانا وأضعف جندا Ey Peyğəmbər! De ki: "Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət verər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin məqamının daha pis,kimin yardımçısının daha az olduğunu biləcəklər.Bu onların firqəsidirmi,yoxsa möminlərin firqəsi?"
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْا۟ هُدًۭى ۗ وَٱلْبَـٰقِيَـٰتُ ٱلصَّـٰلِحَـٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًۭا وَخَيْرٌۭ مَّرَدًّا ﴿٧٦﴾
Azğınlıqlarını artırmaları üçün onlara verilən möhlətin qarşılığında, Uca Allah doğru yolda olanların hidayətini və imanlarını daha da artırar. Ey Peyğəmbər! Rəbbinin yanında, əbədi səadətə qovuşduran yaxşı əməllər isə savab baxımından daha faydalı, aqibətcə daha xeyirlidir
أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔايَـٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًۭا وَوَلَدًا ﴿٧٧﴾
Ey Peyğəmbər! Açıq-aydın dəlillərimizi və əzabımızı inkar edib: "Əgər mən ölüb, yenidən dirilməli olsam, mənə hökmən çoxlu var-dövlət və övlad veriləcək!" – deyən adamı gördünmü?
أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًۭا ﴿٧٨﴾
Olmaya, o, qeybdən xəbərdardır və ya əlində bir dəlil olduğu üçün belə demişdir?! Yoxsa Rəbbindən onu Cənnətə daxil edəcəyinə və ona çoxlu var-dövlətدvə övlad verəcəyinə dair vəd almışdır?!
كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّۭا ﴿٧٩﴾
Bu, heç də onun iddia etdiyi kimi deyildir. Biz onun söylədiklərini və etdiklərini yazacaq və bunun batil bir iddiada olduğu üçün əzabına əzab qatacağıq. ونرثه ما يقول ويأتينا فردا
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًۭا ﴿٨٠﴾
Biz onu həlak etdikdən sonra tərk etdiyi var-dövlətinə və oğul-uşağına Biz varis olacağıq, qiyamət günü hüzurumuza dünyada kef çəkdiyi var-dövləti və cah-cəlalı əlindən alınmış bir halda, heç nəsiz, tək-tənha gələcəkdir. بلغ Qur’an · Təfsir ز
وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لِّيَكُونُوا۟ لَهُمْ عِزًّۭا ﴿٨١﴾
Müşriklər özlərinə yardım edib, dəstək olsun deyə özləri üçün Allahdan başqa məbudlar qəbul etdilər
كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا ﴿٨٢﴾
Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək,ز onlardan uzaq olub, onların düşməni olacaqlar
أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَـٰطِينَ عَلَى ٱلْكَـٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّۭا ﴿٨٣﴾
Ey Peyğəmbər! Məgər şeytanları kafirlərin üstünə göndərib onları günaha sövq etdirdiyini, onların üzərində hökmüranlıq etdiklərini və onları Allahın dinində azdırmaqد üçün əlindən gələn hər bir şeyi etdiyini görmürsənmi?
فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّۭا ﴿٨٤﴾
Ey Peyğəmbər! Onların həlak olmasını Uca Allahdan diləməyə tələsmə. Biz onların günlərini sayırıq. Onlara verilən vaxt sona yetdikdə, layiq olduqları əzabı onlara dadıracağıq
يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَـٰنِ وَفْدًۭا ﴿٨٥﴾
Ey Peyğəmbər! Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən müttəqiləri, Qiyamət günü Allahın hüzuruna hör‐ mətli və izzətli qonaqlar olaraq toplayacağımız günü xatırla
وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًۭا ﴿٨٦﴾
Kafirləri isə Cəhənnəmə susamış olduqları halda gətirəcəklər
لَّا يَمْلِكُونَ ٱلشَّفَـٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًۭا ﴿٨٧﴾
Kafirlər qiyamət gününü bir-birlərinə şəfaət etməyə qadir olmayacaqlar. Ancaq dünya da ikən Allaha və Rəsuluna iman etdiklərindən dolayı özlərinə vəd verilən kimsələr bu şəfaətə nail olacaqdır
وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَـٰنُ وَلَدًۭا ﴿٨٨﴾
Yəhudilər, nəsranilər və bəzi müşriklər: "MərhəmətliدAllah özünə övlad götürmüşdür!" – dedilər. لقد جئتمشئا إ ا
لَّقَدْ جِئْتُمْ شَيْـًٔا إِدًّۭا ﴿٨٩﴾
Eybu sözü söyləyən kimsələr!Siz olduqca böyük bir günah etdiniz. بلغ Qur’an · Təfsir
تَكَادُ ٱلسَّمَـٰوَٰتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا ﴿٩٠﴾
Söylədiyiniz bu piz sözdə dolayı az qala göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub parça-parça olsun – أن دعوا للرحمن ولدا
أَن دَعَوْا۟ لِلرَّحْمَـٰنِ وَلَدًۭا ﴿٩١﴾
Bütün bunların hamısı onların Mərhəmətli Allaha övlad isnad etdiklərinə görədir.Uca Allah onların söylədiklərindən ulu və ucadır. وما ينبغى للرحمن أن يتخذ ولدا
وَمَا يَنۢبَغِى لِلرَّحْمَـٰنِ أَن يَتَّخِذَ وَلَدًا ﴿٩٢﴾
MərhəmətliAllah bundan pak və münəzzəh olduğu üçün Özünə övlad götürməsiyaraşmaz
إِن كُلُّ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَـٰنِ عَبْدًۭا ﴿٩٣﴾
Şübhəsiz ki, Qiyamət günü göylərdə və yerdə olanların - mələklərin, insanların və cinlərin hər biri Rəbbinin hüzuruna boynunu əyərək, zəlil bir halda gələcəkdir. د لقد أحصىهم وعدهم ع ا
لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّۭا ﴿٩٤﴾
Uca Allah onların hamısını Öz elmi ilə əhatə etmiş və onları bir-bir saymışdır. Onların əməllərində Allaha heç bir şey gizli qalmaz
وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَرْدًا ﴿٩٥﴾
Qiyamət günü onların hərدbiri Uca Allahın hüzuruna mal-dövləti və bir yardımçısı olmadan tək-tənha gələcəkdir
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَـٰنُ وُدًّۭا ﴿٩٦﴾
Şübhəsiz ki, Allaha iman gətirib, Allah yanında razı olunan saleh əməllər edən kimsələri Uca Allah həm Özü onları sevəcəkdir,həm də onların sevgisiniد hamının,o cümlədən mömin qullarının qəlbinə salacaqdır
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًۭا لُّدًّۭا ﴿٩٧﴾
Ey Peyğəmbər! Biz, Mənim əmrlərimi yerinə yetirib, qadağalarımdan çəkinən müttəqilərə müjdə vermən, haqqa boyun əyməkdən təkəbbürlük göstərən və mübahisədə şiddətli olan bir qövmü qorxutman üçün Quranı sənin dilinlə nazil edərək asanlaşdırdıq. وكم أهلكنا قبلهم من قرن هل تحس منهم من أحد أو تسمع لهم ركزا
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًۢا ﴿٩٨﴾
Biz sənin qövmündən öncə bir çox ümmətləri məhv etdik. Sən bu gün onlardan kiminsə mövcudluğunu hiss edirsənmi? Yaxud onlardan bir pıçıltı eşidirsənmi? Allah izin verdikdə onların başına gələn müsibət başqalarınında başına gələ bilər. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız