الٓر ۚ كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿١﴾
Ana səhifə›Təfsir›Ibrahim (14)
Məkkə · 52 ayə
الٓر ۚ كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿١﴾
ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَـٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ ﴿٢﴾
köməyi ilə insanları küfr, cəhalət və zəlalət çirkabından, iman, elm və hər bir şeydə həmd-sənaya layiq, kimsənin qalib gələ bilməyəcəyi İzzət sahibi olan Allahın yoluna, İslam dininə çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. Göylərdə və yerdə olan hər bir mülkün sahibi yalnız tək Allahdır. İbadərə yalnız O layiqdir. Onun məxluqatdan heç bir şəriki yoxdur. Kafir olanlar şiddətli bir əzaba düçar olacaqlar!
ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْـَٔاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَـٰٓئِكَ فِى ضَلَـٰلٍۭ بَعِيدٍۢ ﴿٣﴾
Kafirlər nemətləri fani olan dünya həyatını, nemətləri əbəbi olan axirət həyatından üstün tutur, insanları Allah yolundan sapdırır və kiminsə bu haqq yolu tutmasın deyə, insanlara bu yolu, əyri bir yol kimi göstərməyə çalışırlar. Bu sifətlərə sahib olan kimsələr,haqq və həqiqətdən uzaq düşüb,azan kimsələrdir
وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٤﴾
Biz hər bir elçini ancaq öz qövmünün dilində danışan göndərdik ki, Allah yanından gətirdikləri haqqı onlara bəyan edib, başa salması üçün asan olsun. Biz elçiləri öz qövmlərinə məcburən Allaha iman etdirmələri üçün göndərmədik. Allah istədiyini Öz ədaləti ilə azdırır və istədiyini də fəziləti ilə doğru yola müvəffəq edir. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Yaratmasına və idarə etməsində hikmət sahibidir
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ﴿٥﴾
صبار شكور Biz Musanı onun doğruluğuna dəlalət edən möcüzələrimizlə göndərib ona dəstək verdik. Şübhəsiz ki, o, Rəbbi tərəfindən göndərilən bir elçidir. Biz ona, qövmünü küfrdən və cəhalətdən, imana və elmə çıxarmasını əmr etdik. Eyni zamanda Biz ona, Allahın özlərinə nemət bəxş etdiyi günləri qövmünə xatırlamasını əmr etdik. Həqiqətən o günlərdə, Allahın tövhidinə, qüdrətinin əzəmətinə və möminlərə nemətlər bəxş etməsinə dəlalət edən açıq-aydın dəlilər vardır. Bundan, Allaha ibadət etməkdə səbirli olan və Onun nemətlərinə daima şükür edən kimsələr faydalanarlar
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ ﴿٦﴾
Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa Rəbbinin əmrinə tabe olub, qövmü İsrail oğullarına Allahın onlara verdiyi nemətləri özlərinə xatırlataraq belə dedi: "Ey Qövmüm! Allahın sizi Firon ailəsindən qurtardığını, sizi onların şərindən və onların sizə dəhşətli əzab dadırmalarından sizi xilas edərək, sizə bəxş etdiyi nemətini xatırlayın. Çünki onlar, sizdən kiminsə Fironun səltənətinə sahib çıxmaması üçün dünyaya gələn oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə zəlil edib, alçaltmaq بلغ Qur’an · Təfsir üçün sağ buraxırdılar.Onların bu etdikləri əməllərə səbir etməniz sizin üçün böyük bir imtahan idi.Uca Allah bu müsibətə səbir etdiyinizə görə, sizi Firon ailəsinin şərindən xilas etməklə mükafatlandırdı!"
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ ﴿٧﴾
Musa onlara belə dedi: "Rəbbiniz bu əmrini xatırlayın: Əgər sizə zikr edilən nemətlərə görə Allaha şükür etsəniz, Allah sizə olan nemətini və lütfünü bir qədər də artırar, yox əgər nankorluq edib, bu nemətlərə görə Allaha şükür etməsəniz, bilin ki, nankorluq edib, nemətlərə şükür etməyənə qarşı Mənim əzabım şiddətlidir!"
وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ ﴿٨﴾
Musa qövmünə dedi: "Ey Qövmüm! Əgər siz və sizinlə birgə bütün yer üzündə olanların hamısı kafir olsanız, bunun zərəri yalnız özünüzə olacaqdır. Çünki Allah, zəngindir, Onun heç bir şeyə ehtiyacı yoxdur. Həmd-sənalara yalnız O layiqdir. Möminin iman etməsi Ona fayda vermədiyi kimi, kafirində küfür etməsi Ona heç bir zərər verməz!"
أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ ﴿٩﴾
Ey Kafirlər! Sizdən əvvəlkilərin – Nuh qövmünün, Ad, Hud, Səmud və Saleh tayfalarının və həmçinin onlardan sonra yaşayıb, peyəmbərləri yalan sayan qövmlərin həlak olma xəbəri sizə gəlib çatmadımı? Onlar çoxdur, onların sayını Allahdan başqa heç kəs bilməz. Halbuki elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə elçilərə olan qəzəblərindən dolayı əllərini ağızları‐ nın üstünə qoyub, barmaqlarını çeynəyərək elçilərə belə dedilər: "Şübhəsiz ki, biz sizinlə göndərilənlərə inanmırıq və bizləri çağırdığınız şey barəsində şübhə doğuran şəkk içindəyik!". ك
۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَـٰنٍۢ مُّبِينٍۢ ﴿١٠﴾
Elçiləri onlara cavab olaraq belə dedilər: "Məgər Allahın vəhdaniyyətində və Onun tək ibadətə layiq olmasında şəkk-şübhə varmı? O, göyləri və yeri yaradan və onların hər ikisinidə misilsiz olaraq yoxdan var edəndir. Allah, keçmiş günahlarınızı bağışlamaq və dünya həyatındakı əcəlinizi tamamlamanız üçün əvvəlcədən müəyyən edilmiş vaxt gəlib çatana qədər sizi Özünə iman etməyə çağırır. Qövmləri elçilərə belə dedilər: "Siz də bizim kimi bir bəşər övladısınız. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Siz bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz. Elə isə bizə, özünüzün həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğunuza dəlalət edən açıq-aydın bir dəlilgətirin!"
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَـٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَـٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١١﴾
Peyğəmbərləri onlara cavab olaraq belə dedilər: "Biz də sizin kimi bir insanıq. Biz bu işdə sizinlə eyni olduğumuzu inkar etmirik. Bizim, sizin kimi bir insan olmağımız heç də bütün işlərdə sizinlə eyni dərəcədə olmağımız anlamında deyil. Uca Allah qullarından istədiyinə xüsusi olaraq nemət bəxş edir və onlar içərisindən seçib insanlara elçi göndərir. Allahın istəyi ol‐ madan biz, sizin bizdən tələb etdiyiniz heç bir dəlili gətirə bilmərik. Çünki sizə hər hansı bir dəlili gətirmək bizim ixtiyarımızda olan bir iş deyil. Əksinə, buna yalnız Allah qadirdir. Elə buna görə də möminlər bütün işlərində yalnız Allaha təvəkkül etsinlər!". بلغ Qur’an · Təfsir
وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَىٰنَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ ﴿١٢﴾
Hansı maneə və ya hansı üzür bizimlə Allaha təvəkkül etməyin arasını ayıra bilər?! Allah bizi ən düz və ən aydın bir yola yönəltmişdir. Bizi yalan sayıb və bizə istehza edərək verdiyiniz əziyyətlərə səbir edəcəyik. Elə buna görə də möminlər bütün işlərində yalnız Allaha təvəkkül etsinlər!"
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّـٰلِمِينَ ﴿١٣﴾
Elçilərin qövmlərindən olan və elçilərlə mübahisədə onlara qarşı dəlil gətirməkdən aciz qalan kafirlər belə dedilər: "Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da öz dinimizi tərk edib bizim dinimizə qayıdacaqsınız!" Allah də elçiləri sabitqədəm etmək üçün onlara belə vəhy etdi: "Biz Allah və Onun elçilərinə küfür edən zalımları mütləq məhv edəcəyik!"
وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ ﴿١٤﴾
Ey Elçilər və onlara tabe olanlar! Biz onları məhv etdikdən sonra mütləq sizi o yerdə sakin edəcəyik. Bu, yalan sayan kafirlərin məhv olması, onları məv etdikdən sonra o yelərdə elçiləri və möminləri sakin edilməsi Mənim əzəmətimi, hər bir halda onu gördüyümü dərk edib və onu xəbərdar etdiyim əzabdan qorxub çəkinənlərə aiddir
وَٱسْتَفْتَحُوا۟ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍۢ ﴿١٥﴾
Elçilər Rəbbindən düşmənlərinə qələbə çalmaq üçün yardım dilədilər. Haqq özünə bəlli olduqdan sonra ona tabe olmayıb, inadkarlıq edərək, təkəbbürlük göstərən hər bir kəs ziyana uğradı
مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍۢ صَدِيدٍۢ ﴿١٦﴾
Təkəbbürlük edən bu kimsənin, Qiyamət günü qarşısında Cəhənnəm vardır. Cəhənnəm onu gözləməkdədir. Orada ona cəhənnəm əhlinin bədənindən axan irin içirdiləcəkdir. Bu isə onun susuzluğunu yatırmayacaqdır. Ona orada susuzluq və başqa əzab növləri ilə əzab verilməkdə hey davam ediləcəkdir
يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍۢ وَمَا هُوَ بِمَيِّتٍۢ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌۭ ﴿١٧﴾
İrinli-qanlı suyun acılığının, hərarətinin və üfunətli iyinin şiddətindən dolayı zorla, özünü məcbur edərək onu qurtum- qurtum içməyə çalışacaq, amma onu uda bilməyəcəkdir. Üz verən əzabın şiddətindən ona ölüm hər yandan gələcək, lakin o, ölüb canını bu dəhşətli əzabdan qurtarıb, rahat ola bilməyəcəkdir. Əksinə, sağ qalıb əzabdan ah-nalə çəkəcəkdir. Qarşısında onu gözləyən dəhşətli başqa bir də əzab olacaqdır
مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَـٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍۢ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍۢ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَـٰلُ ٱلْبَعِيدُ ﴿١٨﴾
Kafirlərin sədəqə vermək, insanlara yaxşılıq və zəyiflərə mərhəmət etmək kimi etdikləri yaxşı əməllərinin misalı qasırğanın şiddətli olduğu bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir ki, külək də onu şiddətli bir şəkildə havaya sovurar və ondan heç bir əsər-əlamət qalmayana qədər onu hər tərəfə yayıb səpələyər. Kafirlərin əməlləridə belədir. Onların etdikləri küfür əməlləri, dünyada ikən etdikləri yaxşı əməllərini puç edər. Beləliklə də etdikləri yaxşı əməlləri qiyamət günü onlara heç بلغ Qur’an · Təfsir bir faydası olmaz. İman təməli üzərində edilməyən hər bir əməl haqq yoldan azmaq və zəlalətdir
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ ﴿١٩﴾
Ey İnsan! Məgər sən Allahın göyləri və yeri əbəs yerə deyil, əksinə haqq ilə yaratdığını bilmirsənmi? Ey İnsanlar! Əgər Allah sizi yox edib, yerinizə Ona ibadət və itaət edən başqa bir məxluq gətirmək istəsə, sizi yox edib yerinizə Ona ibadət və itaət edən yenibir məxluq gətirər.Bu Allah üçün çox asan və rahat bir işdir
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ ﴿٢٠﴾
Sizi məhv edib, yerinizə sizdən başqa yeni bir məxluq gətirmək uca Allah əsla aciz etməz. Çünki O, hər şeyə qadirdir. Onun aciz qaldığı bir iş yoxdur
وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًۭا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍۢ ۚ قَالُوا۟ لَوْ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيْنَـٰكُمْ ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍۢ ﴿٢١﴾
İnsanlar Qiyamət günü qəbirlərindən çıxıb Allahın hüzuruna gələcək və zəiflər dünyada ikən öndə gedən başçılarına belə deyəcəklər: "Ey Öndə gedən başçılarımız! Biz dünyada sizin arxanızca getdik. Əmrlərinizə itaət edib, qadağalarınızdan çəkindik. İndi siz bizi, Allahın əzabından, qismən də olsa, qoruya bilərsinizmi?" Bu zaman dünyada ikən öndə gedən başçıları onlara deyəcəklər: "Əgər Allah bizi doğru yola müvəffəq etsəydi, biz də sizə doğru yolu yönəldərdik və beləliklə də, hamımız Allahın əzabından xilas olardıq. Lakin biz özümüz də azdıq və sizi də azdırdıq. İndi əzaba dözə bilməməyimiz və ya buna səbir etməyimiz hamımız üçün eynidir. Bu gün əzabdan qaçıb canımızı qurtarmaq üçün heç bir qurtuluş yeri yox‐ dur!"
وَقَالَ ٱلشَّيْطَـٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَـٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم ۖ مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٢٢﴾
Cənnət əhli Cənnətə, Cəhənnəm əhlidə Cəhənnəmə daxil olduqda, İblis onlara belə deyəcək: "Allah sizə haqq vəd vermişdi. O, vədini yerinə yetirdi. Mən isə sizə batili vəd vermişdim, ona görə də vədimi yerinə yetirmədim. Mənim dünyada sizi küfrə və zəlalətə sürükləyəcək heç bir gücüm yox idi. Lakim mən sizi küfrə dəvət etdim və günahları sizə gözəl göstərdim, siz də mənə tabe olmaq üçün tələsdiniz. Odur ki, dünyada zəlalətə düşdüyünüz üçün məni yox, yalnız özünüzü qınayın. Bu gün nə mən sizin köməyinizə çatıb əzabı sizdən sovuşdura bilərəm, nə də siz mənim köməyimə çatıb əzabı məndən sovuşdura bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha ibadətdə Ona şərik qoşmağınızı rədd etmişdim!". Həqiqətən, dünyada Allaha şərik qoşub və Ona küfr edərək özlərinə zülüm edən kimsər üçün qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzab vardır
وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌ ﴿٢٣﴾
سلم Zalımların tam əksi olaraq, uca Allah iman gətirib saleh əməllər edənləri, ağacları və qəsrləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar Rəbbinin izni və güc-güvvəti ilə orada əbədi olaraq qalacaqlar. Onların orada qarşılaşarkən بلغ Qur’an · Təfsir bir-birilərinə deyəcəyi, habelə, mələklərin və uca Allahın onlara deyəcəyi söz: "Salam!" olacaqdır
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًۭا كَلِمَةًۭ طَيِّبَةًۭ كَشَجَرَةٍۢ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌۭ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ ﴿٢٤﴾
Ey Peyğəmbər! Allahın tövhid kəliməsi olan (lə iləhə illallah) üçün necə məsəl çəkdiyini bilmirsənmi? Belə ki, Allah, həmin kəlməni kökü yerdə möhkəm olub, təmiz sudan içən, budaqları isə göyə yüksələn üzərinə düşən damcılardan su içən və təmiz havadan sovuran gözəl bir xurma ağacına bənzətmişdir
تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٢٥﴾
Rəbbinin əmri ilə bu gözəl ağac hər zaman öz gözəl bəhrəsini verir. Uca Allah insanların öyüd-nəsihət almaları üçün onlara belə misallar çəkər
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍۢ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍۢ ﴿٢٦﴾
Pis olan şikr kəlməsinin məsəli, pis ağac (hənzələ) acı qovun ağacın məsəli kimidir. Bu ağac, kökü yerdən qoparılmış, nə yerə bağlı olan bir kökü, nə də ki, göyə yüksələn bu dudağı olmayan, çürüyüb, küləklər onu hər tərəfə sovuran ağaca bənzər. Küfür kəlməsinin sonuda beləcə yox olmaqdır. O kəlmə sahibinin yaxşı əməli əsla Allaha yüksəlməz
يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ ﴿٢٧﴾
Uca Allah möminləri tam bir iman ilə ölənə qədər həm dünya həyatında, həm bərzəx aləmində qəbirlərində sorğu-sual zamanı, həm də, Qiyamət günü tövhid kəliməsi üzərində sabit saxlayar. Uca Allah Ona şəirk qoşan və Ona küfr edən zalımları haqq yoldan azdırar. Allah Öz ədaləti ilə istədiyi kimsəni zəlalətə salar və lütfü ilə də istədiyini hidayətə qovuşdurar. Bu işdə uca Allahı kimsə məcbur edə bilməz
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُوا۟ نِعْمَتَ ٱللَّهِ كُفْرًۭا وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ ﴿٢٨﴾
Ey Peyğəmbər! Qüreyiş qəbiləsindən Allahın onlara haram bölğəsində bəxş etdiyi əmin-amanlıq içində yaşamaq nemətinə və Muhəmmədi (sallallahu aleyhi və səlləm) öz içərilərindən özlərinə peyğəmbər göndərilməsinə qarşı çıxıb Allaha və Onun rəsuluna küfr edənlərin halının necə olduğunu gördün. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən özlərinə gətirdiyi haqqı yalan sayaraq Allahın nemətlərinə nankorluq edilər. Qövmlərindən küfürdə onların ardınca gedənləri də həlak diyarına sürüklədilər
جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ ٱلْقَرَارُ ﴿٢٩﴾
Həlak diyarı, onların varid olacaqları Cəhənnəmdir. Onlar orada Cəhənnəm atəşindən əzab çəkəcəklər. Onların qərar tutacaqları yer, necə də pis bir yerdir
وَجَعَلُوا۟ لِلَّهِ أَندَادًۭا لِّيُضِلُّوا۟ عَن سَبِيلِهِۦ ۗ قُلْ تَمَتَّعُوا۟ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ ﴿٣٠﴾
Müşriklər, Allahın yolundan azdıqdan sonra özlərinə tabe olanları da azdırmaq üçün bütləri uca Allaha tay tutdular. Ey Peyğəmbər! Onlara de: "Hələlik dünya ləzzətləri ilə əylənin və insanlar arasında şübhələr yaymaqla məşğul olun. Şübhəsiz ki, Qiyamət günü dönüşünüz Cəhhənəmə olacaqdır.Sizin oradan başqa dönüş yeriniz yoxdur!" بلغ Qur’an · Təfsir ر
قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَـٰلٌ ﴿٣١﴾
خلل Ey Peyğəmbər! Möminlərə belə de: "Ey İman gətirənlər! Namazı kamil şəkildə əda edin. Allahın əzabından qurtarmaq üçün, alış-verişin, fidyənin və heç bir dostun öz dostuna şəfaət etməsinin qəbul edilməyəcəyi bir günün gəlməsindən əvvəl Allahın sizə verdiyi ruzidən riyadan qorxaraq gizli şəkildə və başqa insanlara nümunə olmanız üçün açıq şəkildə Allah yolunda öz mallarınızdan vacib və müstəhəb yerlərə xərcləyin!"
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَـٰرَ ﴿٣٢﴾
Uca Allah göyləri və yeri misilsiz olaraq yoxdan var etdi. Sizə səmadan yağmur endirdi və bu yağmurun səbəbi ilə yer üzündə sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Ey İnsanlar! Allah, Onun əmri ilə su üzərində üzən gəmiləri sizə rab etdi. Həm özünüzün, həm də heyvanlarınız su içib, həm də ki tarlalarınızı suvalamaq üçün çayları da sizin ixtiyarınıza buraxdı
وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ﴿٣٣﴾
Davamiyyətli olaraq hərəkət edən günəşi və ayı sizə tabe etdi. Eyni şəkildə bir-birini təqib edən gecəni və gündüzü də sizə ram etdi. Gecə yatıb istirahət etməniz, gündüz isə işləyib, çalışmanız üçündür
وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَظَلُومٌۭ كَفَّارٌۭ ﴿٣٤﴾
O sizə istədiyiniz və istəmədiyiniz hər bir şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, o nemətlərin çoxluğundan və növbənöv olmasından onları sayıb qurtara bilməzsiniz. Sizə xatırlanan bu nemətlər isə sizə bəxş edilən nemətlərdən cüzi bir hissəsidir. Həqiqətən, insan öz nəfsinə qarşı zalımdır və Uca Allahın ona verdiyi nemətlərə çox nan‐ korluq edəndir
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَـٰذَا ٱلْبَلَدَ ءَامِنًۭا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ ﴿٣٥﴾
Ey Peyğəmbər! Bir zaman İbrahim oğlu İsmaili və onun anası Həcəri Məkkədəki vadidə yerləşdirdikdən sonra: "Ey Rəbbim! Ailəmi yerləşdirdiyim diyarı (Məkkəni) əmin-aman bir diyar et. Orada qan tökülməsin, kimsəyə zülüm edilməsin. Məni və mənim övladlarımı bütlərə ibadət etməkdən qoru! dediyini xatırla
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣٦﴾
Ey Rəbbim! Həqiqətən də, bütlər çox insanları haqq yoldan azdırıblar. İnsanlar bütlərin onlara şəfaətçi olacaqlarını zənn edib fitnəyə düşdülər və beləliklə də, Allaha ibadət etməyi tərk edib onlara ibadət etdilər. İnsanlardan hər kim, tək Allaha ibadət və itaət etməklə mənim ardımca gələrsə, o, məndən və mənim dəstəmdəndir. Kimdə mənə asi olub, tək Allaha ibadət və itaət etməzsə, ey Rəbbim! şübhəsiz ki, Sən, günahını bağışlamaq istədiyin qullarının günahını bağışlayan və onlara rəhm edənsən! بلغ Qur’an · Təfsir
رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةًۭ مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ ﴿٣٧﴾
Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzilərini, İsamili və onun oğullarını əkin bitməyən və su çıxmayan bir vadidə (Məkkədə) Haram evinin yanında sakin etdim. Ey Rəbbimiz! Övladlarımın Haram evində namaz qılmaları üçün onları orada sakin etdim. Ey Rəbbim! İnsanların qəlblərini onlara tərəf çevir ki, insanlar həm övladlarını, həm də bu diyarı sevsinlər. Onlara bəxş etdiyin nemətlərə görə Sənə şükür etsinlər deyə onları növbənöv meyvələrlə ruziləndir!
رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ﴿٣٨﴾
ى Ey Rəbbimiz! Sən, qəlbimizdə gizli saxladığımız və aşkara çıxartdığımız hər bir şeyi bilirsən. Yerdə və göylərdə heç bir şey Allaha gizli qalmaz. Əksinə, O, hər şeyi biləndir. Eyni zaman da möhtac olduğumuz şeylər və həmçinin Ona olan ehtiyacımız Uca Allaha gizli qalmaz
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ ﴿٣٩﴾
Şükür və həmd-sənalar duamı qəbul edib mənə saleh övladlar verən Allaha aiddir. O, qoca vaxtımda mənə Həcərdən İs‐ maili, Saradan isə İshaqı bəxş etdi. Həqiqətən, Uca Rəbbim Ona dua edənin duasını eşidib qəbul edəndir!
رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِى ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ ﴿٤٠﴾
Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları də namazı kamil şəkildə qılanlardan et! Ey Rəbbimiz! Duama cavab ver və duamı Öz yanında məqbul olan dualardan elə!
رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ ﴿٤١﴾
Ey Rəbbimiz! Mənim və valideynlərin günahlarını bağışla (İbrahim bu sözləri, atasının Allahın düşməni olduğunu bilməzdən əvvəl demişdir. Atasının Allahın düşməni olduğunu bildikdə isə ondan uzaqlaşdı). İnsanlar qəbirlərindən dirilib, Allahın qarşısında haqq-hesab olunmaq üçün durduqlarızaman möminlərin günahlarınıda bağışla
وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَـٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّـٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍۢ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَـٰرُ ﴿٤٢﴾
Ey Peyğəmbər! Uca Allahın zalımlara əzabını gecikdirməsini heç də Allahı onların yalan saymalarından, insanları Allahın yolundan azdırmalarından və s. etdikləri əməllərdən xəbərsiz olduğunu əsla zənn etmə. Əksinə, Allah, onların nə etdiklərindən xəbərdardır. Bundan Allaha heç bir şey gizli qalmaz. Allah, sadəcə onları cəzalandırmağı Qiyamət gününə saxlamışdır. O gün elə qorxulu bir gündür ki, onlar gördükləri dəhşətli şeylərdən qorxduqları üçün gözləri bərəlib qalacaqlar
مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْـِٔدَتُهُمْ هَوَآءٌۭ ﴿٤٣﴾
O gün insanlar qəbirlərindən dirilib qalxdıqda, qorxudan başlarını göyə qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq, əksinə, gördükləri dəhşətli mənzərədən gözləri bərəlib qalacaqlar. Onların qəlbləri boşdur, dərk etməzlər. Gördüklərini dəhşətli mənzərədən isə bir şey anlayıb, başa düşməzlər. بلغ Qur’an · Təfsir
وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍۢ ﴿٤٤﴾
Ey Peyğəmbər! İnsanları Qiyamət günü onlara üz verəcək Allahın əzabı ilə qorxut. O gün, Allaha küfür edib, Ona şərik qoşaraq öz nəfslərinə zülüm edənlər deyəcəklər: "Ey Rəbbimiz! Bizə bir az möhlət ver, əzabı bizə bir qədər gecikdir, qısa bir müddət də olsa bizi dünyaya qaytar Sənə iman edək və bizə göndərdiyin elçilərin arxasınca gedək!" Onlara məzəmmət olaraq belə deyiləcəkdir: "Məgər siz öldükdən sonra yenidən diriləcəyinizi inkar edərək, siz əsla dünya həyatından axirət həyatına köçməyəcəyinizə dair dünya da ikən and içməmişdinizmi?!
وَسَكَنتُمْ فِى مَسَـٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ ﴿٤٥﴾
Allaha küfr etməklə özlərinə zülm edənHud və Saleh qövmü kimi keçmiş ümmətlərin diyarlarında sakin oldunuz. Onları necə məhv etdiyimiz sizə aydın oldu. Öyüd-nəsihət almanız üçün sizə Allahın Kitabda bir çox misallar da çəkdik. Amma siz isə bundan öyüd-nəsihət almadınız
وَقَدْ مَكَرُوا۟ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ ﴿٤٦﴾
Zalım ümmətlərin yurdlarında məskunlaşanlar Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək və onun dəvətinə son qoymaq üçün hiylələr qururdular. Halbuki Allah onların qurduqları hiylələri bilir və bundan Allaha heç bir şey gizli qalmaz. Onların hiyləsi zəyifdir. Allahın onlar üçün qurduğu hiylənin əksi olaraq, onların hiyləsi, zəyifliyinə görə nə dağları nə də ki, başqa hər hansı bir şeyi yerindən tərpətməyə qadir deyil
فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍۢ ﴿٤٧﴾
Ey Peyğəmbər! Allahın Öz elçilərinə onlara qalibiyyət verəcəyinə və dini aşkar edəcəyinə dair verdiyi vədinə xilaf çıxacağını əsla zənn etmə! Şübhəsiz ki, Allah qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. O, Öz dostlarını izzətli edəcəkdir. Həmçinin, Öz düşmənlərindən və elçilərinin düşmənlərindən şiddətliintiqam almağa qadirdir
يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَـٰوَٰتُ ۖ وَبَرَزُوا۟ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ ﴿٤٨﴾
Bu intiqam, kafirlərdən Qiyamət saatı qopduğu zaman alınacaqdır. O gün yer pak və bəyaz başqa bir yerlə, göylər də başqa göylərlə dəyişdiriləcəkdir. İnsanlar, hər şeyə qalib gələn və kiminsə əsla Ona qələb çala bilməyən, məğlub edən əsla məğlub olunmayan, mülkündə və əzəmətində tək olan Allahın hüzurunda durmaq üçün bədəniləri və əməlləri ilə qəbirlərindən qalxacaqlar
وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ ﴿٤٩﴾
سَرَابِيلُهُم مِّن قَطِرَانٍۢ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ ﴿٥٠﴾
Ey Peyğəmbər! O gün yer başqa bir yerlə göylər də başqa göylərlə dəyişdiriləcəkdir. Kafirlərin və müşriklərin bəzisini bəzilərinə bağlandığını görəcəksən. Əlləri və ayaqları boyunlarında zəncirlərlə qandal vurulacaqdır. Əyinlərinə getdikləri paltarlar isə qatrandan olacaqdır (qatran alışqan maddədir).Cəhənnəm odu onların üzünü yandıracaqdır. بلغ Qur’an · Təfsir
لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍۢ مَّا كَسَبَتْ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿٥١﴾
Uca Allah hər kəsə xeyir yaxud şərdən qazandığının əvəzini vermək üçün belə edəcək. Həqiqətən, Allah əməlləri hesabını tez bir zaman da çəkəndir
هَـٰذَا بَلَـٰغٌۭ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ وَلِيَعْلَمُوٓا۟ أَنَّمَا هُوَ إِلَـٰهٌۭ وَٰحِدٌۭ وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٥٢﴾
Muhamməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, Uca Allahdan insanlar üçün bir bildirişdir. Qoy insanlar, bu Quranla orada olan qorxuducu və şiddətli təhdidlərdən qorxsunlar, haqq məbudun yalnız Allahın olduğunu bilib, ancaq Ona ibadət edərək Ona heç bir şeyi şərik qoşmasınlar və sağlam ağıl sahibləri də bu Quranla ibrət və öyüd- nəsihət alsınlar. Çünki öyüd-nəsihətdən yalnız sağlam ağıl sahibləri faydalanarlar. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız