الٓر ۚ كِتَـٰبٌ أُحْكِمَتْ ءَايَـٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ﴿١﴾
Ana səhifə›Təfsir›Hud (11)
Məkkə · 123 ayə
الٓر ۚ كِتَـٰبٌ أُحْكِمَتْ ءَايَـٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ﴿١﴾
أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ ﴿٢﴾
mükəmməlləşdirilmiş bir kitabdır. Orada heç bir xələl və ya naqislik görə bilməzsən. Sonra bu kitabda, idarə etməsində və şəri hökmlərində hikmət sahibi və qulllarının hər bir halından xəbərdar olan, qullarının nə ilə islah olacağını bilən Uca Allah tərəfindən halal, haram, əmrlər, qadağalar, müjdə, əzab və olub keçmiş ümmətlərin və s. başqa xəbərlər bəyan edilmişdir. Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu ayələrin məzmunu, insanları Allahla yanaşı başqasına ibadət etməkdən çəkindirməkdir. Ey İnsanlar! Əgər siz Allaha küfr edib, Ona üsyan etsəniz, mən sizi Allahın əzabından qorxudan, əgər Allaha iman edib, Onun şəriətinəم əməl edəsənizsə, sizi bunun savabı ilə müjdələyənəm
وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَـٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ ﴿٣﴾
Ey insanlar! Rəbbinizdən günahlarınızın bağışlanmasını diləyin. Allaha qarşı etdiyiniz etinasızlıqlara görə peşmançılıq hissi keçirərək, Ona tərəf dönün. Əgər belə etsəniz, O, əcəliniz gələnə qədər dünya həyatınızda sizə gözəl gün-güzəran nəsib edər və Öz lütfündən hər fəzilət sahibinə etdiyi itaətin mükafatını kamil şəkildə və heç bir naqislik edilmədən verər. Əgər siz Rəbbimdən gətirdiyim Qurana iman etməkdən üz çevirsəniz,bilin ki,mən sizə şiddətli bir günün – qiyamət gününün – sizə üz verəcək əzabından qorxuram
إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿٤﴾
Ey İnsanlar! Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. Uca Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Sizi öldürüb,qəbirlərinizdən dirildib çıxardıqdan sonra sizi hesaba çəkmək Ona çətin olmaz
أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٥﴾
Agah olun ki, müşriklər, cahillikləri üzündən qəlblərindəki, Allah barədə olan şəkk-şübhəni gizlətməyə çalışırlar. Bilin ki, Allah onların palratlarını başlarına bürüdüklərini də, qəlblərindəkini, gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, qəlblərinلgizli saxladıqlarını daha yaxşı biləndir
۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَـٰبٍۢ مُّبِينٍۢ ﴿٦﴾
Yer üzündə dolaşan hansı canlı olursa olsun, uca Allah Öz lütfü ilə onun ruzisini Öz öhdəsinə götürmüşdür. Allah onların yer üzərində qərar tutacaqları yeri də, öləcəkləri yeri də bilir. Hər bir canlı, onun ruzisi, yer üzərində qərar tutacağı yer və harada öləcəyi - bunların hamısı açıq-aydın kitabda –Lövhi-məhfuzda– qeyd edilmişdir. بلغ Qur’an · Təfsir
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿٧﴾
Ey İnsanlar! Hansınızın Allahı razı salan daha yaxşı əməl sahibi, hansınızın da Onu qəzəbləndirən daha pis əməl sahibi olduğunu sınayıb, üstəlik də, hər kəsə layiq olduğunu vermək üçün, əzəmətli göyləri, yeri və onların arasında olanları altı gündə yaradan Odur. Allahın ərşi isə göyləri və yeri yaratmazdan əvvəl su üzərində idi. Ey Peyğəmbər! Əgər sən onlara: "Ey İnsanlar! Siz öldükdən sonra haqq-hesab olunmaq üçün diriləcəksiniz!" – desən, Allaha küfr edib, öldükdən sonra dirilməyi inkar edən kimsələr: "Oxuduğunuz bu Quran açıq-aydın sehirdən başqa bir şey deyildir. Həqiqətən də bu, boş bir şeydir!" – deyərlər
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٨﴾
كانوا به يستهزءون Əgər müşriklərə dünya həyatında layiq olduqları əzabı bir neçə gün gecikdirsək, bu zaman onlar istehza edərək və bu əzaba tələsərək: "Bu əzabın bizə gəlməsinə mane olan nədir?" – deyəcəklər. Xəbəriniz olsun ki, layiq olduğunuz əzabın Allah yanında müəyyən bir vaxtı vardır. Əzab onlara gəldiyi gün, onu heç nə onlardan dəf edə bilməyəcək, əksinə əzab onlar üzərində vaqe olacaq və bu zaman istehza və məsxərə edərək tələsdikləri o əzab onları hər bir hərəfdən bürüyüb, əhatə edəcəkdir
وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَـٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ ﴿٩﴾
Əgər Biz insana Öz tərəfimizdən sağlamlıq və zənginlik kimi bir nemət daddırsaq, sonra da həmin neməti ondan geri alsaq, o, Allahın rəhmətindən həddən artıq ümidini kəsər və Onun nemətlərinə qarşı çox böyük nankorluq edər. Allah bu nemətləri ondan geri aldıqda isə o, ona verilmiş bütün bu nemətlərin hamısın unudar
وَلَئِنْ أَذَقْنَـٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ ﴿١٠﴾
Əgər insana yoxsulluqdan sonra bol-bol ruzi, xəstəlikdən sonra da sağlamlıq daddırsaq, o, mütləq: "Bəla məndən sovuşdu, xətər məndən yan keçdi!" – deyər və buna görə heç Allaha şükür etməz, əksinə, sevinib lovğalıq edər və Allahın ona verdiyi nemətlərlə insanlara qarşı təkəbbürlük edib, öyünər
إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أُو۟لَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ ﴿١١﴾
Çətinliklərə, ibadətlərə və günahlara qarşı səbir edib yaxşı işlər görən kimsələr istisnadır. Onların halı isə tam başqadır. Çünki onlar heç vaxt Allahın rəhmətindən ümidini üzməz, Allahın onlara bəxş etdiyi nemətlərə nankorluq etməz və insanlara xor baxmazlar. Məhz bu xislətlərə sahib olan kimsələr üçün Rəbdi yanında günahlarının bağışlanması və axirətdə isə böyük bir mükafat vardır
فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ ﴿١٢﴾
ى Ey Peyğəmbər! Bəlkə də sən, müşriklərin Allahın ayələrinə qarşı küfr və inadkarlıq etmələri və bu ayələr haqqında yalnış düşüncələri səbəbi ilə: "Kaş ki, ona göydən bir xəzinə nazil edilib, onu zəngin edərdi, yaxud onu təsdiq edən özü ilə bir بلغ Qur’an · Təfsir mələk gələrdi" – deməkləri üzündən bu ayələrə əməl etməyin müşriklərə çətin olduğuna görə Allahın sənə təbliğ etməyi əmr etdiyi ayələrdən bəzisini tərk edəcəksən və ya qəlbin bu ayələri təbliğ etməkdən daralacaq! Sən buna görə Allahın sənə nazil etdiyi ayələrin bəzisini təbliğ etməyi tərk etmə. Çünki sən ancaq Allahın əzabı ilə qorxudan və Allahın sənə vəhy etdiyini insanlara təbliğ edənsən. Onların ayələr barədə düşündüklərini həyata keçirmək sənin vəzifən deyil. Allah isə hər şeyi qoruyandır
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَـٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٣﴾
Yoxsa müşriklər: "Muhəmməd Quranı özündən ixtira etdi. O, Allah tərəfindən nazil edilən vəhy deyildir!"– deyirlər. Ey Peyğəmbər onları təhdid edərək de: "Əgər Quran ixtira edilmiş bir kitab olduğu iddianızda doğrusunuzsa, elə isə ixtira edilmiş olduğunu iddia etdiyiniz Qurana bənzər, ixtira edilmiş on surə də siz gətirin və bu işdə sizə kömək etmək üçün, kimi bacarırsınızsa, onu da köməyə çağırın!"
فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿١٤﴾
Ey möminlər! Əgər sizin onlardan tələb etdiyinizi bacarmadıqları üzündən gətirə bilməsələr, yəqinliklə bilin ki, Quran, Allahın Öz elmi ilə Muhəmmədə nazil etdiyi bir kitabdır. O, heç də müşriklərin iddia etdikləri kimi ixtira edilmiş bir kitab deyildir. Bilin ki, Allah başqa ibadətə layiq haqq məbud yoxdur. Siz bu açıq-aydın dəlillərdən sonra Allaha təslim olub, Ona boyun əyəcəksinizmi?
مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَـٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ ﴿١٥﴾
Kim yaxşı əməllər etməklə axirətdən vaz keçərək sadəcə dünya həyatını və onun fani ləzzətini istəyirsə, Biz onlara əməllərinin əvəzini: sağlamlıq, əmin-amanlıq və bol-bol ruzi verməklə elə dünyada ikən tam şəkildə verərik və əməllərinin savabından heç bir şey əksiltmərik
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَـٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٦﴾
Bu çirkin xislətlərə sahib olan kimsələr üçün Qiyamət günü daxil olacaqları oddan başqa heç bir pay yoxdur. Onların dün‐ yada etdikləri əməllərinin savabı elə dünyada ikən boşa çıxmış və puç olmuşdur. Çünki onlar, bu əməlləri etdikdə Allaha iman gətirməmişdilər və bu əməllər səbəbi ilə Allahın razılığını qazanmaq və Cənnəti arzulayaraq doğru bir niyyət ilə etməmişdilər
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَـٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَـٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿١٧﴾
لا يؤمنون İçində uca Rəbbindən açıq-aydın bir dəlil, ardınca Rəbbi tərəfindən onu təqib edən bir şahid - Cəbrail - gələn və ondan əvvəl insanllara bir örnək və rəhmət olaraq Musaya nazil edilən Tövratda onun peyğəmbərliyi qeyd edilən Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onunla birlikdə olanlar, zəlalət işərisində çaşıb qalan kafirlərlə tay ola bilməz. Möminlər, Qurana və özünə Quran nazil edilən Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətirirlər. Başqa dinlərdən olan hər kim Quranı inkar etsə, Qiyamət günü onun vəd olunduğu yer oddur. Ey Peyğəmbər! Sənin, Qurana və kafirlərə vəd edilmiş əzab barədə heç bir şübhən olmasın. Çünki Quran, işərisində heç bir şəkk-şübhəyə yer olmayan haqdır. بلغ Qur’an · Təfsir Lakin insanların çoxu kifayət qədər açıq-aydın dəlillərin olmasına rəğmən yenə də buna inanmazlar
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَـٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَـٰدُ هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ ﴿١٨﴾
Allaha şərik və ya övlad nisbət edərək Ona qarşı yalan uydurub, iftira yaxan kəsdən daha zalım kimsə yoxdur. Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələr dünyada ikən etdikləri əməllər barədə, haqq-hesaba çəkilmək üçün Qiyamət günü Rəbbinin hüzuruna gətiriləcək və mələklərdən və peyğəmbərlərdən olan şahidlər:"Bunlar Allaha şərik qoşan və övlad nisbət edərək Allaha qarşı yalan uydurub, Ona iftira yaxankimsələrdir" – deyəcəklər. Bilin ki, Allah, Ona qarşı yalan danışıb, iftira yaxaraq özlərinə zülüm edən kimsələriÖz rəhmətindən uzaqlaşdırmışdır!
ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ ﴿١٩﴾
O kəslər ki, insanları Allahın doğru yolundan sapdırır və Allahın yoluna heç bir kimsənin tabe olmaması üçün insanlara bu yolu əyri göstərməyə çalışırlar. Bunlar, öldükdən sonra yenidən dirilməyi inkar edən və bunu qəbul etməyən kimsələrdir
أُو۟لَـٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَـٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ ﴿٢٠﴾
Allahın əzabı bu xislətlərə sahib olan kimsələrə gəldiyi zaman, onlar yer üzündə qaçıb bu əzabdan yaxa qurtara bilməyəcək‐ lər. Onların, Allahın əzabını özlərindən qoruyan Allahdan başqa himayədarları və yardımçılarıda da yoxdur. Həm özlərini, həm də,başqalarını Allahın yolundan azdırdıqları üçün Qiyamət günü onların əzabı qat-qat artırılar.Çünki onlar dünyada ikən haqqı qəbul edəcəkləri bir eşitmə ilə haqqı və doğru yolu eşidib qəbul edə bilmədilər. Həmçinin də, haqdan şiddətlə üz çevirdikləriüçün Allahın bu kainatda olan ayələrinə baxıb ibrət almadılar
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢١﴾
Bu xislətlərə sahib olan kimsələr, ibadətdə Allahla yanaşı Allaha şəriklər qoşub, öz əlləri ilə özlərini həlaka sürükləyərək özlərini ziyana uğradanlardır. Qiyamət günü isə, uydurduqları bütlər və şəfaətçilər onlardan qeybə çəkilib gedərlər
لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ ﴿٢٢﴾
Şübhə yoxdur ki, Qiyamət günü əldə edəcəkləri qazanc baxımından əsil zərər çəkən də onlardır. Çünki onlar küfrü imanla, axirəti dünya ilə, rəhməti də əzabla dəyişməyə razı oldular
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٢٣﴾
Sözsüz ki, Allaha və Onun rəsuluna iman gətirib, saleh əməllər edənlər və Allahdan qorxaraq Ona boyun əyən kimsələr Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! بلغ Qur’an · Təfsir
۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٢٤﴾
Kafir və mömin firqəsinin misalı, görməyən korun və eşidməyən karın misalına bənzəyir. Kafirlərin misalı belədir. Onlar, eşidən və görən insan kimi, haqqı qəbul etmək üçün dinləməz, özlərinə fayda verəcək şəkildə baxıb görməzlər. Belə olduğu bir halda, onların halı ilə haqqı eşidib, onu görən möminlərin halı eyni səviyyədə ola bilərmi?! Xeyir, əsla eyni ola bilməz. Məgər siz bunun bir-biriləri ilə eyni səviyyədə olmadığından düşünüb ibrət almırsınızmı?!
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ﴿٢٥﴾
Biz Nuhu - aleyhissəlam - öz qövmünə elçi göndərdik. Nuh onlara belə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi Allahın əzabından xəbərdar edən və mənim ilə göndərilmiş şeyi sizə açıq-aydın bəyan edən bir elçiyəm!
أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ ﴿٢٦﴾
Mən sizi tək Allaha ibadət etməyə çağırıram. Əsla Ondan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq ağrılı-acılı günün sizə üz verəcək əzabından qorxuram"
فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَـٰذِبِينَ ﴿٢٧﴾
وما نر لكم علينا من فضلبل نظنكم كذبين ى Onun qövmünün kafir zadəganları belə dedilər: "Biz sənin dəvətinə əsla cavab verməyəcəyik, çünki sənin bizdən heç bir üstünlüyün yoxdur. Sən də bizim kimi sadəcə bir insansan. Biz sənə tabe olanların bizim aşağı təbəqəmizdən olan kimsələrin olduğunu görürük. Həmçinin bizim sizə tabe olmağımız üçün siz bizdən şərəf, mal-dövlət və şan-şöhrət baxımından da üstün deyisiniz. Əksinə, biz sizi bu iddianızda yalançı olduğunuzu zənn edirik". قال يقوم أرءيتمإن كنت عل بينة من ربى وءاتىنى رحمةمن عنده فعميت عليكم أنلزمكموها وأنتملها
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَـٰرِهُونَ ﴿٢٨﴾
كرهون Nuh onlara dedi: "Ey qövmüm! Bir mənə deyin görüm, əgər Rəbbimdən mənim doğru olduğuma şahidlik edən, sizin də məni təsdiqləmənizi vacib edən açıq-aydın bir dəlilə istinad edirəmsə və Allah da mənə peyğəmbərlik və risalət olan rəhmət bəxş edibsə və bu, sizin cahilliyinizə görə sizə gizli qalıbsa, bu zaman biz sizi iman etməyə məcbur edib, qəlbinizə zorla imanmı salacağıq?! Bizim buna gücümüz yetməz. İmana müvəffəq edən yalnız Allahdır"
وَيَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَـٰقُوا۟ رَبِّهِمْ وَلَـٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ ﴿٢٩﴾
أرىكم قوما تجهلون Ey qövmüm! Mən bu risaləti sizə təbliğ etdiyimə görə sizdən var-dövlət tələb etmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Sizin qovmağımı tələb etdiyiniz möminlərdən fəqir olanları məclisindən qovan deyiləm. Çünki onlar Qiyamət günü Rəbbi ilə qarşılaşacaqlar. O, onlara, iman etdiklərinə görə mükafat verəcək. Lakin mən sizin məndən zəif möminləri öz məclisimdən qovmağımıtələb etdiyiniz üçün,sizibu dəvətin həqiqətinianlamayan bir qövüm olaraq görürəm. بلغ Qur’an · Təfsir
وَيَـٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٣٠﴾
Eyqövmüm!Əgər mən bu möminləri günahsız yerə, onlara zülüm edərək öz məclisimdən qovsam, bu zaman məni Allahın əzabından kim qoruya bilər?! Məgər sizə daha faydalı olan şeyi düşünüb, onun üçün səy etməyəcəksiniz?!
وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿٣١﴾
Ey qövmüm! Mən sizə demirəm: "İçərisində Allahın bol-bol ruzisi olan xəzinələri mənim yanımdadır, əgər iman gətirsəniz sizə bu ruzilərdən verərəm". Mən sizə: "Mən qeybi bilirəm və mən mələklərdənəm də" –demirəm. Əksinə, mən sadəcə sizin kimi bir bəşərəm. Mən sizin həqarətlə baxdığınız fəqirlər barədə: "Allah onlara əsla xeyir verməz və onları doğru yola yönətməz də" –demirəm. Çünki onların qəlblərində olanı və əməllərini Allah daha yaxşı bilir. Əgər mən bunu iddia etsəm, onda sözsüz ki,mən,Allahın əzabına layiq görülən zalımlardan olaram"
قَالُوا۟ يَـٰنُوحُ قَدْ جَـٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٣٢﴾
Onlar inadkarlıq və təkəbbürlük edərək belə dedilər: "Ey Nuh! Sən artıq bizimlə mübahisə və mücadilə etdin və bu müba‐ hisəmizi və mücadiləmizi də çox uzatdın. Əgər iddianda doğrusansa, elə isə bizə vəd etdiyin əzabı gətir"
قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿٣٣﴾
Nuh onlara dedi: "Mən sizə əzab gətirə bilmərəm. Əzabı sizə istəsə yalnız Allah gətirəcəkdir. Əgər Allah sizə əzab vermək istəsə siz Onun əzabından yaxa qurtara bilməyəcəksiniz
وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٣٤﴾
Əgər Allah sizi inadkarlığınıza görə doğru yoldan azdırmaq istəyirsə, mən sizə öyüd-nəsihət vermək istəsəm belə, öyüd- nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və sizə sahib olan da, istədiyi zaman sizi sapdıran da Odur. Siz Qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız.O sizin etdiyiniz əməllərin əvəzini verəcəkdir"
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ ﴿٣٥﴾
Nuh qövmünün küfr etməsinin səbəbi, onların, Nuhun gətirdiyi bu dini Allahın adında özündən uydurduğunu iddia etmələri olmuşdur. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər mən bu dini özümdən uydurmuşamsa, bunun günahı və cəzası sizə deyil, yalnız özümə aiddir. Mən də sizin yalan saydığınıza görə heç bir məsuliyyət daşımıram. Mən sizin etdiyiniz əməllərdən tamamilə uzağam". وأوحىإلى نوح أنه لن يؤمن من قومك إلا من قد ءامن فلا تبتئس بما كانوايفعلون
وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ ﴿٣٦﴾
Uca Allah Nuha belə vəhy etdi: "Ey Nuh! Bundan sonra qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq onlardan heç kəs sənə iman gətirməyəcək. Ey Nuh! Elə isə bu uzun bir müddət ərzində qövmünün səni yalan sayıb və sənə qarşı istehza etdiklərinə görə heç kədərlənmə. بلغ Qur’an · Təfsir
وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ ﴿٣٧﴾
Sən gəmini Bizim nəzarətimiz və mühafizəmiz altında, vəhy ilə sənə öyrədəcəyimiz kimi inşa et. Küfr edib özlərinə zülüm edənlərin əzabını təxirə salmaqdan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar küfr əməllərdə israr etdikləri üçün tufanla boğulacaqlar
وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ ﴿٣٨﴾
Beləliklə, Nuh Rəbbinin əmrinə tabe olaraq gəmini inşa etməyə başladı. Qövmünün zadəgan və kübar təbəqəsindən olanları isə hər dəfə Nuhun yanından keçdikdə, onun su və çaylar olmayan, səhra bir yerdə gəmi inşa etdiyinə görə onu ələ salırdılar. Nuh onların bu işə görə onu təkrar-təkrar ələ saldıqlarını gördükdə isə onlara belə dedi: "Ey insanlar! Əgər bu gün siz bizi gəmi inşa etdiyimizə görə ələ salırsınızsa, biz də sizi, bu işdən cahil olduğunuza görə suda batdığınız zaman bizi ələ saldığınız kimi ələ salacağıq. فسوف تعلمون من يأتيه عذاب يخزيه ويحل عليه عذاب مقيم
فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ﴿٣٩﴾
Siz tezliklə dünyada rüsvayedici və alçaldıcı əzab kimə gələcəyini və Qiyamət günü də əbədi olan əzabın kimə nazil olacağını biləcəksiniz!"
حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ ﴿٤٠﴾
Nuh Uca Allahın ona əmr etdiyi gəmini inşa edib sona çatdıqda, nəhayət, onların məhv olma əmrimiz gəldiyi an, tufanın başladığını xəbər vermək üçün su onların çörək bişirdikləri təndirdən qaynayıb daşdığı zaman Biz Nuha - aleyhissəlam - belə dedik: "Yer üzündə olan heyvanların hər növündən biri erkək və biri dişi olmaqla bir cüt, iman gətirmədikləri səbəbindən barələrində suda qərq olacaqları hökmü verilən kəslər istisna olmaqla da, öz ailəni və bir də qövmündən səninlə birğə iman gətirənləri gəmiyə mindir".Nuh qövmünün Allaha iman gətirməsi üçün onların aralarında uzun müddət qalıb Allaha dəvət etməsinə baxmayaraq,onunla birlikdə qövmündən çox az adam iman gətirmişdi
۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ ﴿٤١﴾
Nuh öz ailəsindən və qövmündən iman gətirənlərə dedi: "Gəmiyə minin! Gəminin süda üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Ona tövbə edən qullarının günahlarını bağışlayandır və onlara qarşı Rəhmlidir. Möminləri suda həlak olmaqdan xias etməsi də Onun rəhməti sayəsindədir"
وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَـٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَـٰفِرِينَ ﴿٤٢﴾
Gəmi içərisində olan insan və başqa canlılarla birgə dağlar kimi əzəmətli dalğalar arasında üzüb getdiyi zaman Nuh - aleyhissəlam -atalıq şəfqəti ilə, atasından və qövmündən ayrıca olaraq tək başına bir yerdə qalıb, kənarda duran oğlunu (Kənanı) səsləyib dedi: "Ey Oğlum! suda boğulmaqdan xilas olmaq üçün haydı bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma. Yoxsa onların suda boğulub həlak olduqları kimi səndə suda boğulub həlak olarsan". بلغ Qur’an · Təfsir
قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ ﴿٤٣﴾
Nuhun oğlu atasına belə dedi: "Mən, suyun mənə çatmaması üçün hündür bir dağa çıxacam". Nuh oğluna dedi: "Bu gün, Allahın rəhm etdikləri kimsələrdən başqa, Onun tufan və suda boğulma əzabından heç kəs canını qurtara bilməz. Bu gün yalnız Allahın mərhəmət etdiyi qulları suda boğulmaqdan xilas ola bilərlər". Sonda dalğa Nuh və onun kafir olan oğlunu bir-birindən ayırdıvə Nuhun oğlu kafir olduğu üçün tufanla suda boğulanlardan oldu
وَقِيلَ يَـٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَـٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٤٤﴾
Tufan bitdikdən sonra Allah yerə belə buyurdu: "Ey yer, üzərində qalan tufanın suyunu ud!" Sonra göyə belə dedi: "Ey göy, yağışını saxla, daha yağış endirmə!" Beləliklə də, yer üzü quruyana qədər su çəkildi və Allah yer üzündəki kafirləri məhv etdi. Nəhayət, gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: "Küfr əməllər etməklə Allahın hüdudlarını aşanlar Allahın rəhmətindən uzaq olsunlar, məhv olsunlar!"
وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَـٰكِمِينَ ﴿٤٥﴾
Nuh Rəbbinə yalvarıb dedi: "Ey Rəbbim! Axı oğlum, mənə ailəmi xilas edəcəyini vəd etdiyin kimsələrdəndir. Şübhəsiz ki, sənin vədin, haqdır. Sən əsla vədinə xilaf çıxmazsan. Sən hakimlərin ən ədalətlisi və hər şeyi daha yaxşı bilənsən!"
قَالَ يَـٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَـٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَـٰهِلِينَ ﴿٤٦﴾
Allah Nuha belə dedi: "Ey Nuh! Sənin xilas olmasını istədiyin oğlun, Mənim səniə xilas edəcəyimi vəd etdiyim ailəndən deyildir. Çünki o, kafirdir. Ey Nuh! Sənin Məndən istədiyin şey, sənə və sənin məqamında olan kimsəyə yaraşan bir əməl deyildir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən səni cahilolmaqdan, üstəlik, Mənim elmimə və hikmətimə müxalif olan bir şeyi məndən istəməkdən çəkindirirəm"
قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَـٰسِرِينَ ﴿٤٧﴾
Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bundan sonra bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər sən mənim günahlarımı bağışlamasan və Öz rəhmətinlə mənə mərhəmət göstərməsən, axirət payını əldən verib ziyana uğrayankimsələrdən olaram"
قِيلَ يَـٰنُوحُ ٱهْبِطْ بِسَلَـٰمٍۢ مِّنَّا وَبَرَكَـٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ﴿٤٨﴾
Uca Allah Nuha - aleyhissəlam - dedi: "Ey Nuh! Sənə və gəmidə səninlə birgə olan möminlərdən, səndən sonra dünyaya gələn zürriyyətlərə bəxş etdiyimiz əmin-amanlıq və bol-bol nemətlə gəmidən yerə en! Bu zürriyyətlər içərisində Allaha küfr edən başqa bir ümmətdə olacaqdır ki, Biz onlara bu dünya həyatında bir müddət xoş güzəran və yaxşı dolanışıq verəcək, axirətdə isə onları Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyik!" بلغ Qur’an · Təfsir
تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَـٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَـٰقِبَةَ لِلْمُتَّقِينَ ﴿٤٩﴾
Nuhun bu əhvalatı qeyb xəbərlərindəndir. Ey Peyğəmbər! Sənə vəhy etdiyimiz bu vəhydən əvvəl, bunları nə sən, nə də sənin qövmün bilirdi. Nuh - aleyhissəlam - öz qüvmünün onu yalan saydığına səbir etdityi kimi, səndə qövmünün sənə əziyyət verib, səni yalan saymalarına səbir et! Şübhəsiz ki, qələbə və yardım Allahın əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkilən kimsələr üçündür
وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ ﴿٥٠﴾
Biz Ad qövmünə də qardaşları Hudu - aleyhissəlam - peyğəmbər göndərdik. Hud onlara dedi: "Ey qövmüm! Yalnız Allaha ibadət edin. Ona heç bir şeyi şərik qoşmayın. Sizin uca Allahdan başqa haqq məbudunuz yoxdur. Siz Onun şəriki olduğu iddianızda da yalan danışırsız
يَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٥١﴾
Ey qövmüm! Mən, Rəbbimin dinini sizə təbliğ etdiyimə və sizi Rəbbimin yoluna çağırdığıma görə sizdən heç bir qarşılıq istə‐ mirəm. Mənim mükafatım ancaq məni yaradanAllaha aiddir. Məgər siz bunu anlayıb, mənim sizi dəvət etdiyimə cavab verməyəcəksiniz?!
وَيَـٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ ﴿٥٢﴾
Ey qövmüm! Allahdan bağışlanma diləyin, sonra da günahlarınızdan -bunların ən böyüyü Allaha şərik qoşmaqdır- Ona tövbə edin ki, sizə bolluca yağış yağdıraraq sizə bunun əvəzini versin, zürriyyətinizi və mal-dövlərinizi çoxaldaraq gücünüzü bir az da artırsın. Elə isə, sizi dəvət etdiyim şeydən üz çevirməyin, yoxsa dəvətimdən üz çevirdiyinizə və Allaha küfr edib, sizə gətirdiyimi yalan saydığınıza görə, günahkarlardan olarsınız!"
قَالُوا۟ يَـٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ﴿٥٣﴾
Hudun qövmü ona belə dedi: "Ey Hud! Bizim sənə iman gətirməyimiz üçün sən bizə açıq-aydın bir dəlil gətirmədin. Elə buna görə də biz, sənin dəlilsiz sözünə inanıb öz ilahlarımıza ibadət etməyi tərk edən deyilik. Biz sənin Allahın elçisi olduğun iddiana da inanmırıq
إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿٥٤﴾
مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ ﴿٥٥﴾
Biz yalnız deyə biilərik ki: "Bəzi məbudlarımız bizi onlara tapınmağımızı qadağan etdiyinə görə səni dəlilik xəstəliyinə düçar ediblər". Hud onlara belə cavab verdi: "Həqiqətən, mən Allahı şahid gətirirəm, siz də şahid olun ki, mən sizin Allahdan başqa ibadət etdiyiniz ilahlara ibadət etməkdən uzağam. Siz və sizin məni dəlilik xəstəliyinə düçar etdiyini iddia etdiyiniz ilahlarınızla birgə mənə qarşı hiylə qurun və sonra da mən heç möhlət də verməyin. بلغ Qur’an · Təfsir
إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٥٦﴾
Mən yalnız tək olan Allaha təvəkkül etdib, işimi ona həvalə etdim. O, məmim də, sizin də Rəbbinizdir. Yer üzündə elə bir məxluq yoxdur ki, Allaha boyun əyməsin və Onun hökmüranlığı və sultanlığı altında olmasın. Allah bütün məxluqatı istədiyi kimi idarə edər. Həqiqətən, mənim Rəbbim haqq və ədalət üzərindədir. O sizin mənim üzərimdə güc sahibi olmağınıza əsla izin verməz. Çünki mən haqq üzərindəyəm, siz isə batil üzərində
فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ﴿٥٧﴾
شىء حفيظ Əgər siz,mənim gətirdiyim dindən üz çevirib getsəniz,bilin ki,mənim borcum bu dini sizə çatdırmaqdır.Mən,Allahın mənə göndərdiyi bu dini və sizə təbliğ etməyi mənə əmr etdiyi hər bir şeyi və sizə çatdırdım. Artıq sizə haqq çatmışdır. Sizə gətirdiyim dindən üz çevirdiyinizə görə Rəbbim sizi məhv edəcək, yerinizə başqa bir qövm gətirəcəkdir. Sizin yalan sayıb, üz çevirməniz istər böyük, istərsədə ki, kişik olmasından aslı olmayaraq Allaha heç bir zərər yetirməz. Çünki Allah qullarına möhtac deyildir. Şübhəsiz ki, Rəbbim hər şeyi müşahidə edən və sizin mənə qarşı ediyiniz pisliklərdən məni qoruyanda Odur!"
وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَـٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ ﴿٥٨﴾
Huhun qövmünü həlak edəcəyimizə dair əmrimiz gəldikdə, Biz Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları qövmündən olan kafirlərə verdiyimiz ağrılı-acılı əzabdan qurtardıq
وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ ﴿٥٩﴾
Bu, Ad qövmüdür! Onlar Rəbbiolan Allahın ayələrinə küfr etdərək, peyğəmbərləri Huda qarşı üsyan etdilər və üstəlik haqqa qarşı təkəbbürlük edən, azğınlıq edib haqqı qəbul etməyən və haqqa boyun əyməyən hər bir kəsə tabe oldular
وَأُتْبِعُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ ﴿٦٠﴾
Onlar Uca Allaha küfr etdikləri səbəbindən həm bu dünya həyatında, həm də Qiyamət günündə onlar üçün rəzalət və Allahın rəhmətindən qovulmaq vardır. Beləliklə də, Allah onları hər cür xeyirdən uzaq edib və hər cür şərə yaxınlaşdırdı
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًۭا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ ﴿٦١﴾
Biz Səmud qövmünə qardaşları Salehi göndərdik. Saleh onlara dedi: "Ey qövmüm! Tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Atanız Adəmi torpaqdan yaradaraq sizi də o torpaqdan yaradan və sizi yer üzündə sakin edən Odur. Elə isə Ondan bağışlanma diləyin, sonra da yaxşı əməllər edib, pis əməlləri tərk etməklə Ona tərəf dönün. Şübhəsiz ki, Rəbbim, Ona ixlasla ibadət edənlərə yaxındır, Ona dua edənlərin çağırışa cavab verəndir!" بلغ Qur’an · Təfsir و
قَالُوا۟ يَـٰصَـٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّۭا قَبْلَ هَـٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍۢ ﴿٦٢﴾
مريب Qövmü ona dedi: "Ey Saleh! Bu dəvətindən öncə sən, bizim aramızda yüksək məqama sahib olan bir kimsə idin. Biz sənin ağıllı və öyüd-nəsihət verən bir kimsə olmacağını gözləyirdik. Ey Saleh! Doğrudanmı sən atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin, bizləri tək Allaha ibadət etməyə dəvət etdiyin din barəsində şübhə içərisindəyik və elə buna görə də biz səni, Allah adından yalan danışmaqda ittiham edirik"
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةًۭ فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍۢ ﴿٦٣﴾
تزيدوننى غير تخسير Saleh öz qövmünə cavab olaraq belə dedi: "Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət, peyğəmbərlik bəxş edibsə və bundan sonra Rəbbimin sizə təbliğ etməyi mənə əmr etdiyi dini sizə təbliğ etməkdən boyun qaçıraraq Allaha asi olsam, Allahın əzabından məni kim qoruya bilər? Bu zaman siz, mənə Rəbbimin razılığından uzaqlaşmaqdan və azğınlıqdan başqa bir şey artırmayacaqsınız
وَيَـٰقَوْمِ هَـٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌۭ قَرِيبٌۭ ﴿٦٤﴾
Ey qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün mənim həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuma dəlalət edəb bir əlamətdir. Buraxın onu Allahın torpağında otlasın. Ona heç bir pislik etməyin, əks halda onu kəsdiyiniz vaxt yaxın bir zamanda sizi şiddətli əzab yaxalayar!"
فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَـٰثَةَ أَيَّامٍۢ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍۢ ﴿٦٥﴾
Onlar Salehi yalan saymaqda inadkarlıq edərək dəvəni kəsdilər. Belə olduqda Saleh onlara dedi: "Yurdunuzda dəvən kəsdiyiniz gündən bəri üç gün həyatda kef eləyin. Bunda sonra sizə Allahın əzabı gələcək. Bu müddət bitdikdən sonra sizə mütləq, qaçılmaz və yalan olmayan əzab gələcəkdir. Əksinə o, haqq olan bir vəddir"
فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَـٰلِحًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ ﴿٦٦﴾
Onların həlak olacaqlarına dair əmrimiz gəldikdə, Biz Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından, zillətindən xilas etdik. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin kiminsə Ona qələbə çala bilməyəcəyi qədər qüvvətlidir. Elə buna görə də Allah, peyğəmbərləri yalan sayan bütün ümmətləri məhv etmişdir
وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَـٰرِهِمْ جَـٰثِمِينَ ﴿٦٧﴾
Səmud qövmünü tükürpədici bir səs yaxaladı və onlar bu səsin şiddəti səbəbi ilə dərhal öldülər və üzüqoylu düşüb qaldılar. Onlar, üzləri torpağa yapışıb qalmışdılıar
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّثَمُودَ ﴿٦٨﴾
Sanki onlar daha öncə öz diyarlarında nemətlər və bolluq içində heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü öz Rəbbi olan Allaha küfr etdilər. Elə bu səbəbdən də onlar, əbədi olaraq Allahın rəhmətindən uzaqlaşdırıldılar. بلغ Qur’an · Təfsir
وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَـٰمًۭا ۖ قَالَ سَلَـٰمٌۭ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍۢ ﴿٦٩﴾
Mələklər insan qiyafəsində İbrahimə - aleyhissəlam - gələrək, ona və zövcəsinə İshaqın sonrada Yəqubun doğulacağı barədə müjdə verdilər. Mələklər İbrahimə: "Salam!" – dedilər. İbrahimdə buna qarşılıq olaraq onlara: "Salam!" – dedi və İbrahim onların insan övladından olduqlarını zənn edib, onların yemək yemələri üçün dərhal gedib onlara qızardılmış bir buzov gətirdi
فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍۢ ﴿٧٠﴾
İbrahim onların qızardılmış buzova əl vurmadıqlarını və yeməkdən yemədiklərini gördükdə onların belə etməsi İbrahimin xoşuna gəlmədi və onlardan qorxduğunu qəlbində gizlədib onlara bildirmədi. Mələklər İbrahimin onlardan qorxduğunu ğördükdə, ona belə dedilər: "Bizdən qorxma! Allah bizi Lut qövmünə əzab vermək üçün göndərmişdir"
وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَـٰهَا بِإِسْحَـٰقَ وَمِن وَرَآءِ إِسْحَـٰقَ يَعْقُوبَ ﴿٧١﴾
İbrahimin arvadı Sara ayaq üstə durmuşdu. Biz ona, onu sevindirəcək bir xəbəri, onun İshaqı dünyaya gətirəcəyini və İshaqında Yəqub adlı bir oğlu olacağı xəbərini verdik. O da, bu müjdə xəbərini eşitdiyinə görə güldü
قَالَتْ يَـٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَـٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَـٰذَا لَشَىْءٌ عَجِيبٌۭ ﴿٧٢﴾
Sara, Mələklər onu bu xoş xəbərlə müjdələdikdə, o, təəccüblə dedi: "Mən bu yaşlı vaxtımda və bundan sonra dünyaya uşaq gətirməkdən ümidimi kəsdiyim bir halda, bu ərim də bir qoca kişi ikən, necə uşaq doğa bilərəm?! Doğrusu, bu yaşdan sonra dünyaya uşaq gətirməyim,adətən görünməyəm çox təəccüblü bir haldır!"
قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَـٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ ﴿٧٣﴾
Sara bu müjdə xəbərindən təəccübləndikdə, mələklər ona dedilər: "Yoxsa sən, Allahın qəza və qədərinə təəccübmü edirsən? Allahın belə şeyi etməyə qadir olması sənin kimi bir insana gizli qalmaz. Ey İbrahimin ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən Allah, sifətlərində və feillərində tərifəlayiqdir və şan-şöhrət sahibidir!"
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَـٰدِلُنَا فِى قَوْمِ لُوطٍ ﴿٧٤﴾
İbrahimin - aleyhissəlam - hazırladığı yeməkdən yeməyən qonaqlarının mələklər olduqlarını və onun İshaq onun ardından da Yəqub adlı övladları doğulacağı barədə xoş xəbəri bilib qəlbindək qorxu çəkildikdən sonra elçilərimizlə, Lut və onun ailəsi, qövmünə göndərilən əzabdan xilas olmaq ümidi ilə onlara göndərilən əzabı gecikdirmək üçün Lut qövmü barədə mübahisə etməyə başladı. إن إ برهيم لحليمأوه م نيب
إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ ﴿٧٥﴾
Həqiqətən, İbrahim yumuşaq qəlbli, cəzanın gecikdirilməsini istəyən, Rəbbinə çox yalvarıb-yaxaran, Ona çox dua və tövbə edən bir kəs idi. بلغ Qur’an · Təfsir
يَـٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَـٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ ﴿٧٦﴾
Mələklər dedilər: "Ey İbrahim! Lut qövmü barədə mübahisə etməkdən əl çək. Çünki Rəbbinin onlar haqqında əzəldən yazdığı əzabın onlara vaqe olacağına dair əmri artıq gəlmişdir. Həqiqətən, Lut qövmünə heç bir duanın və mübahisənin qarşısını ala bilməyən böyük bir əzab gələcəkdir"
وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَـٰذَا يَوْمٌ عَصِيبٌۭ ﴿٧٧﴾
Mələklər kişi qiyafəsində Lutun yanına gəldikdə, qövmündən qadınları atıb şəhvətlə kişilərə yaxınlaşan kişilərin qonaqlarına bir pislik yetirəcəklərindən kədərləndi, ürəyi sıxıldı və Lut qövmünün onun yanına gələn qonaqlarına üstün gələcəyini zənn edərək: "Bu, çox çətin bir gündür!" – dedi
وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَـٰقَوْمِ هَـٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ ﴿٧٨﴾
Lutun qövmü, Lutun yanına gələn qonaqları ilə cinsi yaxınlıq etmək niyyətilə tələm-tələsik Lutun yanına gəldilər. Qadınları atıb şəhvətlə kişilərə yaxınlaşmaq, elə onların əvvəlki yaramaz adəti idi. Lut, qonaqları qarşısında onları müdafiə edərək özünə üzür qazandırmağa çalışaraq qövmünə dedi: "Ey qövmüm! Bunlar mənim qızlarımdır, onlarla evlənə bilərsiniz. Onlar sizin üçün, istədiyiniz murdar əməldən daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında mənə xəcalət verməyin! Ey Qövmüm! Məgər aranızda sizi bu çirkin əməldən çəkindirən ağıllı bir insan yoxdurmu?!" قالوالقد علمت ما لنا فى بناتك من حق وإنك لتعلمما نريد
قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ ﴿٧٩﴾
Qövmü ona belə dedi: "Ey Lut! Bilirsən ki, bizim sənin qızlarına və ya qövmünün hər hansı bir qadınına heç bir ehtiyacımız və şəhvətimiz yoxdur. Axı sən bizim nə istədiyimizi, kişilərdən başqa bir şey istəmədiyimizi yəqin bilirsən!"
قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ ﴿٨٠﴾
Lut dedi: "Kaş ki, sizə mane ola biləcək bir qüvvəm yaxud da məni qoruya biləcək güclü bir qəbiləm olsaydı, sizin mənim qonaqlarıma bir pislik toxundurmağınıza mane olaydım!"
قَالُوا۟ يَـٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ ﴿٨١﴾
Mələklər Luta - aleyhissəlam- dedilər: "Ey Lut! Biz, Allahın göndərdiyi elçilərik. Qövmün sənə heç bir zərər yetirə bilməz. Gecənin zülmət qaranlığında arvadından başqa bütün ailənlə birğə kənddən çıxın. Qoy içinizdən heç kəs dönüb arxasına baxmasın. Amma arvadın sizə müxalif olaraq dönüb geriyə baxacaqdır. Çünki onların başına gələcək müsibət onun da ba‐ şına gələcəkdir. Onların həlak olmaq vaxt, səhər çağıdır. Bu olduqca yaxın bir vaxtdır"
فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ ﴿٨٢﴾
Lut tayfasının məhvi barəsində əmrimiz gəldikdə oranın yaşadığları kəndi göyə qaldırıb, altını üstünə çevirdik və onların üzərinə növbə ilə bir-birinin dalınca ardıcıl olaraq gildaşları yağdırdıq. بلغ Qur’an · Təfsir
مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٍۢ ﴿٨٣﴾
Bu daşlar, Allah yanında xüsusi əlamətlə nişanlanmış daşlardır. Bu daşlar Qureyşdən və onlardan başqa olan zalımlardan da uzaq deyildir. Əksinə, bu daşlar onlara yaxındır. Allah nə zaman onların üzərinə bu daşları yağdırmağı qərar versə, elə o zaman da onlara bu daşlar isabət edər
۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ ﴿٨٤﴾
ى Biz Mədyən qövmünə qardaşları Şueybi peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur.İnsanlar üçün ölçüb çəkdiyiniz zaman ölçünü və çəkini əskik etməyin. Mən sizi bolluq və firavanlıq içində yaşadığınızı görürəm. Allahın sizə bəxş etdiyi bu nemətləri günah edərək dəyişdirməyin. Mən sizin üçün heç kəsin qaçıb canını qurtara bilməyəcəyi, əksinə, hər şeyi bürüyən bir günün əzabından qorxuram. O gün siz, qaçmaq və sığınmaq üçün heç bir yer tapa bilməyəcəksiz
وَيَـٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿٨٥﴾
Ey qövmüm! Başqaları üçün ölçüb çəkdiyiniz zaman ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların haqqlarını çəkidə azaldaraq, onları aldadaraq və hiylə işlədərək əksik verməyin. Yer üzündə qətl törədərək və ya günah işlər görərək fitnə-fəsad yaymayın!
بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ ﴿٨٦﴾
İnsanların haqqlarını ədalətlə, tak şəkildə verdikdən sonra Allahın sizin üçün saxladığı halal nemətlər, çəkidə və ölçüdə insanları aldadıb mal-dövlət artırmaqdan və yer üzündə fitnə-fəsad yaymaqdan daha xeyir-bərəkətlidir. Əgər siz həqiqi möminsinizsə, Allahın sizin üçün saxladığı nemətə razı olun. Mən sizin üstünüzdə əməllərinizi mühasibə edən gözətçi deyi‐ ləm. Sizin üstünüzdə nəzarətçi olan, sirri və gizlin danışıqları bilən Allahdır"
قَالُوا۟ يَـٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَـٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ ﴿٨٧﴾
Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Atalarımızın ibadət etdikləri bütlərdən, mallarımızı istədiyimiz kimi istifadə et‐ məkdən və onu istədiyimiz kimi artırmaqdan əl keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllı bir insansan. Biz səni bu dəvətindən əvvəldə ağıllı və hikmətli bir insan kimi tanıyırdıq. İndi sənə nə oldu belə?!"
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَـٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ﴿٨٨﴾
Şueyb qövmünə dedi: "Ey qövmüm! Elə isə mənə bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, Ondan bir bəsirət üzərindəyəmsə və O da Öz tərəfindən mənə halal ruzi və peyğəmbərlik bəxş etmişdirsə, onda necə olsun?! Sizə qadağan etdiyim şeyləri etməklə sizə müxalif olamq istəmirəm. Mən sadəcə bacardığım qədər sizi Rəbbinizin tövhidinə və Ona ibadət etməyə dəvət etməklə, sizlərin islah olmanızı istəyirəm. Mən buna ancaq Uca Allahın بلغ Qur’an · Təfsir məni müvəffəq etməsi ilə nail ola bilərəm. Mən bütün işlərimdə yalnız Ona təvəkkül etdim və mən yalnız Onun hüzuruna qayıdacam
وَيَـٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَـٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ ﴿٨٩﴾
منكم ببعيد Ey qövmüm! Qoy məən olan düşmənçiliyiniz, sizi, dətirdiyim dini yalan saymağa sövq etdirməsin, yoxsa Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnmüsibətin eynisi sizin də başınıza gələr. Lut qövmü də zaman və məkan baxımından sizdən uzaq deyildir.Artıq siz onların başlarına gələnləribildiniz,elə isə bundan ibrət alın!
وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ ﴿٩٠﴾
Rəbbinizdən bağışlanma diləyin, sonra günahlarınzdan Ona tövbə edin. Həqiqətən, Rəbbim Ona tövbə edənlərə qarşı rəhmlidir və qullarından tövbə edənləri çox sevəndir"
قَالُوا۟ يَـٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَـٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ ﴿٩١﴾
Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Biz sənin gətirdiyin bu dinin çoxunu anlamırıq. Gözlərin zəyif gördüyünə və ya kor olduğuna görə biz səni öz aramızda gücsüz bir insan hesab edirik. Əgər dinimizə tapınan qəbilən olmasaydı, səni daş‐ qalaq edərək öldürərdik.Sən bizim üçün heç də elə böyük bir adam deyilsən ki,səni öldürməkdən qorxub çəkinək.Biz səni yalnız qəbilənə hörmət olaraq öldürməyib tərk edirik"
قَالَ يَـٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ ﴿٩٢﴾
Şueyb qövmünə dedi: "Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Rəbbiniz olan Allahdan da daha əziz və hörmətlidirmi ki, Onun sizə peyğəmbər göndərdiyinə iman gətirməyərək, Allaha arxa çevirirsiniz?! Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O sizi bu çirkin əməllərinizə görə dünyada məhv edəcək və axirətdə isə azaba düçar edəcəkdir!
وَيَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَـٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ ﴿٩٣﴾
معكم رقيب Ey qövmüm! Bacardığınız qədər istədiyinizi edin, mən də bacardığım qədər istədiyimi edəcəyəm. Sonra rüsvayedici əzabın bizlərdən kimə gələcəyini və kimin öz iddiasında yalançı olduğunu tezliklə görəcəksiniz. Elə isə Allahın hökmünü gözləyin, mən də sizinlə birlikdə gözləyirəm"
وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَـٰرِهِمْ جَـٰثِمِينَ ﴿٩٤﴾
جثمين Şueyb qövmünün məhvi barəsində əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Qövmündən zülm edənləri isə həlakedici qorxunc səs yaxaladı və bir göz qırpımında məhv oldular. Onlar bu səsin dəhşətindən üzüqoylu düşüb qaldılar və üzləri torpağa yapışdı. بلغ Qur’an · Təfsir
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ ﴿٩٥﴾
Özlərinə Allahın bəlası gəldikdən sonra sanki onlar bundan əvvəl orada heç yaşamamışdılar. Səmud qövmü Allahın qəzəbinə düçar olaraq Onun rəhmətindən qovuduğu kimi, Mədyən qövmü də Allahın qəzəbinə düçar olub Onun rəhmətindən qovuldu! ولقد أرسلنا موس بٔايتنا وسلطن مبين
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٩٦﴾
Biz Musanı Allahın təkliyinə dəlalət edən dəlillərlə və onun gətirdiyinin doğru olduğuna şahidlik edən aşıq-aydın möcüzələ‐ rlə elçi göndərdik –
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ ﴿٩٧﴾
Musanı Firon və onun qövmünün zadəgan təbəqəsindən olan əyanlarına göndərdik. Əyanlar isə Fironun onlara Allaha küfür etmə əmrinə tabe oldular. Halbuki Fironun əmri, haqqdan uzaq olduğu üçün tabe olmağa layiq olan, doğru yol göstərən əmr deyildi
يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ ﴿٩٨﴾
Firon Qiyamət günü öz qövmünün önündə gedərək həm özünü, həm də onları oda salacaq. Onların girəcəkləri yer nə pis yerdir!
وَأُتْبِعُوا۟ فِى هَـٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ ﴿٩٩﴾
Dənizdə boğularaq həlak olmaları ilə yanaşı uca Allah bu dünya həyatında onları lənətə düçar edib Öz rəhmətindən qovub uzaqlaşdırmış və Qiyamət günündə də Öz rəhmətindən qovub uzaqlaşdıracaqdır. Onların həm dünyada, həm də axirətdə lənətə düçar olub, əzaba məruz qalmaların necə də pisdir!
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ ﴿١٠٠﴾
Ey Peyğəmbər! Bu surədə söylənənlər, sənə xəbər verdiyimiz məhv olan məmləkətlərin bəzi xəbərləridir. Bu məmləkətlərdən bu günə qədər bəzilərinin izi qalanı da, izi silinib yerlə yeksan olan, heç bir əlaməti qalmayanı da var
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ ﴿١٠١﴾
Biz onları məhvə düçar edərək onlara zülm etmədik, lakin onlar, Allaha küfr etmələri səbəbindən özlərini həlaka sürükləyən əməllər etməklə öz nəfslərinə zülm etdilər. Ey Peyğəmbər! Rəbbinin onları məhv etmək əmri gəldikdə, Allahdan başqa ibadət etdikləri bütlər onları Allahın əzabından qurtara bilmədi. Onların bu ilahları ancaq özlərinin ziyanını və həlakını artırdı. بلغ Qur’an · Təfsir
وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَـٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ ﴿١٠٢﴾
Allah, Öz göndərdiyi peyğəmbərləri yalan sayan məmləkətləri hər zaman və hər məkanda belə yaxalayıb, yox etmişdir. Həqiqətən də, Onun zalim bir məmləkəti yaxalaması olduqca çox üzücüdür və şiddətlidir
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْـَٔاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ ﴿١٠٣﴾
Uca Allahın, əhalisi zalım olan məmləkəti ağrılı-acılı və şiddətli bir əzabla yaxalamasında, Qiyamət gününün əzabından qorxanlar üçün bir ibrət və öyüd-nəsihət vardır. Bu, uca Allahın insanları haqq-hesab etmək üçün bir yerə toplayacağı gündür. O gün, həm də, məhşər əhlinin şahid olacağı bir gündür. وما نؤخره إلا لأجل معدود
وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ ﴿١٠٤﴾
Biz,şahid olunan o günün gəlib çatmasını,ى sadəcə müddətiməlum olan vaxta qədər təxirə salmışıq
يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ ﴿١٠٥﴾
O gün gəlib yetişdiyi zaman Allahın izni olmadan heç kəs nə danışıb dəlil gətirə bilər, nə də ki, kimsə üçün şəfaətçilik edə bilər. O gün inasnlar iki qisimə bölünəcəklər: Onlardan bir qismi bədbəxt olub oda daxil olanlardır, digər bir qismi də ki, xoşbəxt olub Cənnətə daxil olanlar
فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ ﴿١٠٦﴾
Küfr və fasiq əməllərinə görə bədbəxt olanlara gəlincə, onlar Oda daxil olacaqlar. Onlar Cəhənnəmin atəşinin şiddətindən zarıyıb, bağıracaqlar
خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿١٠٧﴾
Onlar orada əbədi qalacaqlar. Allahın, günahkar möminlərdən orada cəzasını cəkdikdən sonra oradan çıxmasını istədiyi kimsələr müstəsna olmaqla, göylər və yer durduqca kafirlər oradan çıxa bilməzlər. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin istədiyini edəndir. Kimsə Ona əsal istədiyini etməyə mane ola da bilməz
۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ ﴿١٠٨﴾
مجذوذ İman gətirib saleh əməllər etdiklərinə görə, özlərinə Allah tərəfindən xoşbəxtlik nəsib edilmiş kimsələrə gəldikdə isə, Allahın günahkar möminlərdən Cənnətdən əvvəl Cəhənnəmə daxil olanlardan istədiyi kimsələr müstəsna olmaqla, onlar Cənnətdə göylər və yer durduqca orada əbədi qalacaqlar. Şübhəsiz ki, Allahın Cənnət əhlinə əta etdiyi nemətlər əbəbi və sonsuzdur. بلغ Qur’an · Təfsir
فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَـٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ ﴿١٠٩﴾
منقوص Ey Peyğəmbər! O müşriklərin ibadət etdikləri bütlərin batil olması barədə heç bir şübhən olmasın. Onların bu bütlərə tapınmaqlarının doğruluğuna dair nə əqlı, nə də ki, şəri bir dəlilləri vardır. Onları bu bütlərə ibadət etməyə sövq edən şey, atalarının əvvəllər onlara ibadət etmələridir.Şübhəsiz ki,Biz onların cəzasını əskiltmədən tam şəkildə verəcəyik
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ﴿١١٠﴾
مريب Biz Musaya da Tövrat verdik, lakin insanlar onun barəsində ixtilaf etdilər. İnsanların bir qismi ona iman etdi, diğər bir qismi isə onu inkar etdi. Əgər Allahın onlara bu dünyada əzabı tezləşdirməyəcək, əksinə, onların əzablarını müəyyən bir hikmətə görə Qiyamət gününə saxlayacağına dair əvvəlcədən onlar arasında verdiyi hökm olmasaydı, elə bu dünyada on‐ lara layiq olduqları əzab nazil olardı. Həqiqətən, yəhudilərdən və müşriklərdən olan kafirlər, Quran barəsində anlaşılmaz şübhə içindədirlər. ل
وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَـٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ ﴿١١١﴾
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin ixtilaf edən kimsələrin hər birinə əməllərinin əvəzini tam olaraq verəcəkdir. Kimin əməlləri xeyirdirsə, onun əvəzi xeyir olacaqdır. Kimin də əməli şərdirsə, onun da əvəzi şər olacaqdır. Çünki, Allah onların etdikləri ən kiçik şeyləridən xəbərdardır. Onların əməllərindən Allaha heç bir şey gizli qalmaz
فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿١١٢﴾
Ey Peyğəmbər! Allahın sənə əmr etdiyi kimi doğru yolda olmağa davam et. Onun əmrlərini yerinə yetir və qadağalarından da uzaq dur. Möminlərdən səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Günahlar edərək həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O sizə əməllərinizin qarşılığını verəcəkdir
وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ﴿١١٣﴾
Məhəbbət yaxud yumuşaqlıq göstərərək zalım kafirlərə meyl etməyin, yoxsa onlara meyl etdiyinizə görə sizə od toxunar. Si‐ z oddan xilas edən Allahdan başqa himayədarınız yoxdur. Əgər siz onlara meyl etsəniz, sonra sizə kömək edən tapa bilməzsiniz
وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ ﴿١١٤﴾
Ey Peyğəmbər! Gündüzün iki başında, əvvəlində və axırında olmaqla və gecənin bəzi vaxtlarında da ən gözəl şəkildə namaz qıl! Həqiqətən, saleh əməllər kiçik günahları silib aparır. Bu deyilənlər, öyüd-nəsihət qəbul edib, anlayanlar üçün bir xatırlatmadır. بلغ Qur’an · Təfsir
وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ﴿١١٥﴾
Ey Peyğəmbər! Haqq yolda sabit qalmağa və diğər xeyirli işləri sənə əmr olunduğu kimi yerinə yetirməyə, zülmə və ya zalımlara meyil etmək kimi sənə qadağan etdiyim işlərdən çəkinməyə səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin savabını puç etməz. Əksinə, onların etdikləri yaxşı əməlləri onlardan ən gözəl şəkildə qəbul edər və bunun qarşılığını onlara ən gözəl şəkildə verər
فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ ﴿١١٦﴾
Heç olmasa, sizdən əvvəl əzaba düçar olmuş ümmətlərdən fəzilət və yaxşı əməl sahibi olan kimsələr, o ümmətləri küfrü və günah edərək yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız zalım qövmlərini həlak etdikdə, xilas etdiyimiz az bir qisim insan yer üzündə fitnə-fəsad törətməyi qadağan edirdi. Onlar öz qövmlərində zalım olanların və onlara verilmiş dünya ləzzətlərinin ardınca düşdülər və beləliklə də, onların tabe olduqları üçün zalımlardan oldular
وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ ﴿١١٧﴾
Ey Peyğəmbər! Rəbbin, yer üzərində əhalisi islah edən adamlar olan hər hansı bir şəhəri əsla məhv etməz. Rəbbin ancaq əhalisi küfr, zülüm və asilik edərək yer üzündə fitnə-fəsad törədən şəhəri məhv edər
وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ ﴿١١٨﴾
Ey Peyğəmbər! Əgər Rəbbin, insanların vahid bir din üzərində olmasını istəsəydi, mütləq bunun edərdi. Lakin Allah bunu istəmədi. Elə buna görə də onlar öz havalarına və azğınlığa tabe olduqları səbəbindən elə hey ixtilaf etməkdədirlər
إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿١١٩﴾
Yalnız Allah Öz rəhməti ilə hidayətə müvəffəq etdiyi şəxslərdən başqa. Onlar Allahın tövhidi barəsində əsla ixtilaf etməzlər. Uca Allah onları elə bu ixtilafla imtahan etmək üçün yaratdı. Onlardan bəziləri bədbəxdir, bəziləri isə xoşbəxt. Ey Peyğəmbər! Rəbbinin əzəldən Cəhənnəmi şeytana tabe olan cin və insanlarla dolduracağına dair verdiyi hökmü atrıq ل gerçəkləşdi
وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَـٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ ﴿١٢٠﴾
Ey Peyğəmbər! Səndən əvvəl gəlib getmiş elçilərin xəbərlərini, qəlbinin haqq üzərində sabit qalıb və onu qüvvətləndirmək üçün sənə söylədik. Bu surədə sənə şəkk-şübhəyə yer olmayan haqq, kafirlərə öyüd-nəsihət və xatırlatmadan fayda alan möminlər üçün də bir xatırlatma vəhy edilmişdir
وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَـٰمِلُونَ ﴿١٢١﴾
Ey Peyğəmbər! Allaha və Onun Tövhidinə iman gətirməyənlərə de: "Haqqdan üz çevirməkdə və insanları haqqa tabe olub ona boyun əyməyə mane olmaqda elə əvvəlki kimi öz yolunuzla davam edin. Biz də bu vaxta qədər bu dində sabit olub, بلغ Qur’an · Təfsir ona dəvət edib və bu yolda səbir etdiyimiz kimi bundan sonra da elə davam edəcəyik
وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ ﴿١٢٢﴾
Elə isə bizə üz verəcək sonluğu gözləyin!Biz də sizə üz verəcək sonluğu gözləyirik"
وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿١٢٣﴾
Göylərdə və yerdə qeyb olan nə varsa onun elmi bütünlüklə yalnız Allaha aiddir. Heç bir şey Ona gizli qalmaz. Qiyamət günü bütün işlər də Ona qayıdacaqdır. Ey Peyğəmbər! Elə isə sən, ancaq Ona ibadət et və hər bir işində ancaq Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən əsla qafil deyildir. Əksinə, O, hər bir şeyi biləndir və hər kəsin etdiyi əməlin müqabilini də verəcəkdir. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim
İzlə · təkrarla · söylə · Qeydiyyatsız