يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَـٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ ﴿١﴾
Ey iman gətirənlər! Xaliqinizlə öz aranızda və bir-birinizlə bağladığınız bütün əhdlərinizi yerinə yetirin. Sizə həcc yaxud ömrə ihramında ikən çöl ovu ovlamaq haram edilməklə yanaşı, haram olması sizə bildiriləcək heyvanlar da istisna olmaqla, Allah sizə rəhmət olaraq: dəvə, inək və qoyunu sizə halal etdi. Həqiqətən, Allah hikmətinə müvafiq istədiyi halal və ya haram hök‐ münü verir, bu işdə Onu məcbur və hökmünə etiraz edən bir kimsə yoxdur
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًۭا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًۭا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٢﴾
ى Ey iman gətirənlər! Allahın etina ilə yanamanızı əmr etdiyi haramları özünüzə halallaşdırmayın. Tikişli paltar geyinmək kimi, həmçinin ov etmək kimi haram hüdudları daxilində edilməsi haram edilən əməllərdən əl çəkin. Haram aylarda: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında döyüşməyi, Allah üçün orada kəsmək məqsədi ilə göndərilən qurbanlıq heyvana qəsb etməyi, yaxud ora çatmasına mane olmağı, boynuna yundan və s. şeylərdən nişan taxılmış qurbanlıq heyvanlarını, ticarətin qazancını və Rəbbinin razılığını diləyərək Allahın toxunulmaz evinə gələnlərə qarşı hörmətsizlik etməyi özünüzə halal saymayın. Həcc və ümrə ihramından, yaxud haram hüdudlarından çıxdığınız zaman, istəsəniz ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan bir qövümə qarşı olan kin-küdurət sizi onlara qarşı zülm və haqsızlıq etməyə sövq etməsin. Ey Möminlər! Sizə əmr edilən yaxşı işləri edib, pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah və asi işlərdə və həmçinin insanların canlarına, mallarına və namuslarına qarşı olan düşmənçilik işlərdə bir-birinizə yardım etməyin. Allahın itaətinə mültəzim olub, günahlardan çəkinərək Allahdan qorxun. Həqiqətən, Allahın Ona asi olan qullarına əzabı şiddətlidir, elə isə Onun əzabından çəkinin!
حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَـٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًۭا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍۢ لِّإِثْمٍۢ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣﴾
Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allahdan başqasının adı ilə kəsilmiş, boğularaq ölmüş, vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, başqa bir heyvanın buynuzu ilə vurulub ölmüş, aslan, pələnğ və canavar kimi yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş heyvanlar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal oxları ilə qeybdən qismət axtarıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın taətindən çıxmaq deməkdir.Bu gün kafirlər dininizin gücünü gördükdən sonra,sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdilər. Elə isə siz onlardan qorxmayın, yalnız Məndən qorxun. Bu gün dininiz İslamı sizin üçün kamil etdim, sizə olan aşkar və gizli nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qalarsa, günaha meyl etməyərək, ölmüş heyvandan yeməsində ona günah بلغ Qur’an · Təfsir yazılmaz. Çünki Allah bağışlayandır, rəhmlidir
يَسْـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ ٱلْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُ ۖ فَكُلُوا۟ مِمَّآ أَمْسَكْنَ عَلَيْكُمْ وَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهِ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿٤﴾
ه Ey Peyğəmbər! Səhabələrin səndən Allahın onlara nəyin yeyilməsinin halal etdiyini soruşurlar. Ey Peyğəmbər! De: "Allah sizə təmiz yeməkləri və Allahın sizə nemət bəxş edərək öyrətdiyi elmdən, ov etməyi öyrədib, əhliləşdirdiyiniz, ovçu, ov heyvanını ovun arxasınca göndərdikdə sıçrayıb gedən və onu ovdan uzaqlaşdirdıqda uzaqlaşan yırtıcı dişi olan ov itləri, bəbirlər və caynağı olan şahin quşları kimi heyvanların ovladıqlarından yemək sizə halal edildi. Onların tutub gətirdikləri ovdan, hətta ovu öldürsələr belə, yeyin və onları ova göndərərkən Allahın adını çəkin. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun!لŞübhəsiz ki,Allah əməlləriل tez haqq-hesab çəkəndir"
ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ حِلٌّۭ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّۭ لَّهُمْ ۖ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلْمُؤْمِنَـٰتِ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَـٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍۢ ۗ وَمَن يَكْفُرْ بِٱلْإِيمَـٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٥﴾
Bu gün Allah sizə ləzzətli yeməkləri və həmçinin yəhudi və nəsranilərdən olan Kitab əhlinin kəsdiklərindən yeməyi və sizin də kəsdiklərinizdən onların yeməsini halal etdi. Mömin qadınlardan ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan), azad olanlar və sizdən öncə yəhudi və nəsranilərdən olan Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, fahişəlik etmədən namuslu olub, onlarla zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim Allahın qulları üçün qanun etdiyi şəri əhkamları inkar edərsə, iman şərti datil olduğuna görə əməli boşa çıxar və o, Qiyamət günü əbədi qalacağı cəhənnəmə daxil olduğu üçün ziyana uğrayanlardan olar
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًۭا فَٱطَّهَّرُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍۢ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٦﴾
ى ه ولكن يريدليطهركم وليتم نعمته عليكم لعل كم تشكرون Ey iman gətirənlər! Namaz qılmaq üçün ayağa qalxmaq istədikdə, dəstəmazsız olsanız, üzünüzü və dirsəklərlə birgə əllə‐ rinizi yuyun, başınıza məsh çəkin və baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan iki oynaqla birgə ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə olsanız, qüsl etmə səbəbindən xəstəliyin artmasından və ya şəfanın gecikməsindən qorxsanız yaxud sağlam ikən səfərdə olsanız,yaxud sizlərdən biri ayaqyolundan gəldiyi üçün dəstəmazı və ya qadınlarla yaxınlıq etdiyinə görə qüslu olmazsa, təmizlənmək üçün su axtardıqdan sonra tapmasanız, tə‐ miz torpaqla təyəmmüm edin və əllərinizi yerə vurun ondan üzünüzə və əllərinizə sürtün. Allah, sizin sudan istifadə edib səhhətinizə zərər yerirərək sizə şəri hökmlərində çətinliyə salmaq istəməz. Xəstəlik üzündən və ya su tapılmadığından sizə suyu əvəz edən torpaqla təyəmmüm etmənizə icazə verməsi, Allahın sizə olan nemətinin tamamlıqındandır ki, bəlkə Allahın sizə olan nemətinə şükür edib, inkar etməyəsiniz. بلغ Qur’an · Təfsir
وَٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ وَمِيثَـٰقَهُ ٱلَّذِى وَاثَقَكُم بِهِۦٓ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٧﴾
Allahın sizə olan hidayət və İslam nemətini və Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xoş gündə və sıxıntı anlarında əmirləri dinləyib itaət edəcəyinizə dair beyət etdikdə: "Sözünü eşitdik və əmrinə itaət etdik!"– dediyiniz zaman sizdən aldığımız əhdi xatırlayın. Allahdan Onun əmrlərini yerinə yetirməklə -həmçinin əhdlərinidə- və qadağalarından çəkinməklə qorxun! Şübhəsiz ki, Allah, qəlblərdə olanları bilir və Ona heç bir şey gizli qalmaz
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿٨﴾
ى Ey Allaha və Onun peyğəmbərinə iman gətirənlər kimsələr! Allahın rizasını qazanmaq üçün, Allahın sizin üzərinizdə olan haqqlarını qoruyan, zülümlə deyil, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan qəzəb sizi ədalətsizliyə sövq etməsin. Dost ilə də, düşmənlə də ədalətlə rəftar edin. Onların hər ikisi ilədə ədalətli olun. Ədalətli olmaq, Allahdan qorxmaqa, zalım olmaq isə xüsrana uğramağa daha yaxındır. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, əməllərinizin əvəzini verəcəkdir
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۙ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌۭ ﴿٩﴾
Allah, Allaha və rəsullarına iman gətirib saleh əməllər edənlərə onlara günahlarının bağışlanmasını və böyük mükafat gözlədiyini vəd -Allah vədinə xilaf çıxmaz- vermişdir, bu mükafat, cənnətə daxil olmaqdır
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿١٠﴾
Allahı inkar edib, ayələrini yalan sayanlara gəlincə, məhz onlar küfür etdiklərinə və yalan saydıqlarına görə cəza olaraq daxil olacaqları Cəhənnəm sakinləridirlər. Yoldaş yoldaşından ayrılmadığı kimi onlardan Cəhənnəmdən ayrılmayacaqlıar
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١١﴾
Ey iman gətirənlər! Allahın sizə bəxş etdiyi əmin-amanlıq və düşmənlərinizin (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizi məhv etmək üçün əllərini sizə uzatdıqları zaman onların qəlblərinə qorxu salıb, onların hiyləsini sizdən uzaqlaşdırıb və sizi onların şərindən qoruduğumuz nemətini qəlbləriniz və dillərinizlə xatırlayın. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxun! Qoy möminlər dini və dünyavi mənfəətlərini əldə etmə üçün tək Allaha etimad etsinlər!
۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًۭا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿١٢﴾
و Allah İsrail oğullarındanş qabaqda bu haqda daha ətraflı danışılacaq möhkəm əhd alamışdı. Biz onlara on iki başçı təyin etdik.Bu başçıların hər biri,öz öhdəliyində olanlardan cavabdeh idi.Allah İsrail oğullarına demişdi:"Mən Öz köməyim və بلغ Qur’an · Təfsir yardımımla sizinləyəm. Əgər namazı kamil şəkildə qılsanız, mallarınızın zəkatın versəniz, bütün peyğəmbərlərimə onlar arasında heç bir fərq qoymadan iman gətirib onlara ehtiram edib, dəstəkləsəniz və mallarınızı xeyirli işlərdə sərf etsəniz, əgər siz bütün bunları etsəniz, etdiyiniz günahları bağışlayar və qiyamət günü sizi qəsirləri altından çaylar axan cənnətlərə daxil edərəm.Bu möhkəmظ əhdi aldıqdan sonra kim küfr edərsə,artıq doğru yoldan bilərəkdən və qəsdən üz çevirmiş olar"
فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ لَعَنَّـٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَـٰسِيَةًۭ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍۢ مِّنْهُمْ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٣﴾
ى İsrail oğullarından aldığımız əhdi pozduqları səbəbindən, Biz onları Öz rəhmətimizdən qovduq və qəlblərini ora heç bir xeyirin və öyüd-nəsihətin fayda verməyəcəyi dərəcədə sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişməklə və ayələrin mənalarını öz havalarına uyğun yozaraqla kəlmələri təhrif edirlər və özlərinə öyrədilmiş şeylərin bəzilərinə əməl etmədilər. Ey Peyğəmbər! Onlardan aldığımız əhdə sadiq olan az bir qismi istisna olmaqla, sən onlardan daim Allaha və Allahın mömin qullarına xəyanət görəcəksən. Onları əfv et, onlara əzab vermə və təqsirlərindən keç. Çünki bu özüdə bir yaxşılıqdır, şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir! ظ
وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰٓ أَخَذْنَا مِيثَـٰقَهُمْ فَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ﴿١٤﴾
Biz yəhudilərdən möhkəm bir əhd aldığımız kimi, özlərinin İsanın - aleyhissəlam - davamçıları olduqlarını idda edərək təmizə çıxaranlardan da əhd aldıq. Onlar əcdadları yəhudilərin etdiyi kimi, özlərinə öyrədilmiş şeylərin bəzilərinə əməl etmədilər. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və nifrət saldıq və elə bu səbəbdən də bir-birilərini kafir hesab edir və bir-birilərini öldürürlər. Allah qiyamət günü onlara nə etdikləri barədə xəbər verəcəkdir və onlara etdikləri əməllərin əvəzini də verəcəkdir
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًۭا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَـٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌۭ وَكِتَـٰبٌۭ مُّبِينٌۭ ﴿١٥﴾
Ey yəhudilərdən Tövrata, nəsranilərdən isə İncilə inanan Kitab əhli! Sizə nazil edilmiş kitabdan gizlətdiyiniz şeylərin bir çoxu‐ nu bəyan edən və sizi rüsvay etməkdən başqa heç bir mənfəət olmayan bir çoxunun da üstündən keçən rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizə Allahdan bir Kitab - Quran gəldi. Bu, işıq saçan, bir nur və insanların dünya və axirət işlərində ehtiyacları olduğu şeyləri bəyan edən açıq-aydın bir kitabdır
يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَـٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿١٦﴾
م ستقيم Allah bu kitaba iman gətirib və saleh əməl edərək, Onun rizasını arayan kəsləri, Allahın əzabından salamat edən yollarına yönəldər. Bu yollar Cənnətə aparan yollardır. Onları Öz izni ilə küfür və asilik zülmətlərdən iman və itaət nuruna çıxarar və doğru,düzgün yola,İslam yoluna müvəffəq edər. بلغ Qur’an · Təfsir
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ أَن يُهْلِكَ ٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ۗ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١٧﴾
ه ى شىء قدير Nəsranilərdən: "Allah Məryəm oğlu İsa Məsihdir!"– deyənlər artıq kafir oldular. Ey Peyğəmbər! Onlara de: "Məgər Allah Mər‐ yəm oğlu İsa Məsihi, onun anasını və bütün yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona mane olmağa qadirdir?!" Əgər heç kimsə Ona bu işdə mane ola bilməzsə, bu, Allahdan başqa heç bir ilahın olmadığına, Məryəm oğlu İsanın, onun anasının və bütün bəşəriyyətin Allahın məxluqatı olduğuna dəlalət edir. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Onun yaratmaq istədiyi məxluqundan biri də: İsadır - aleyhissəlam, o, Allahın qulu və rəsuludur. Allah hər şeyə qadirdir
وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَـٰرَىٰ نَحْنُ أَبْنَـٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌۭ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ﴿١٨﴾
Yəhudi və nəsranilərin hər biri özlərinin Allahın oğulları və sevimliləri olduqlarını idda etdilər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Elə isə Allah nə üçün sizə etdiyiniz günahlara görə əzab verir?! Əgər siz iddia etdiyiniz kimi Allahın sevimliləri olsaydınız, o zaman Allah sizi dünyada meymuna və donuza döndərməklə və ölümlə sizə əzab verməzdi. Çünki Allah sevdiyinə əzab verməz. Əksinə, siz Onun yaratdığı adi insanlar kimi bir bəşərsiniz. İnsanlardan kim yaxşılıq edərsə, Allah onu Cənnətlə mükafatlandırar, kim də pislik edərsə onu cəhənnəmlə cəzalandırar". Allah istədiyini lütfü ilə bağışlar, istədiyinə də ədaləti ilə əzab verər. Göylərin, yerin mülkü və onların arasında olanların mülkü tək Allaha məxsusdur. Dönüş yalnız tək Onadır
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍۢ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍۢ وَلَا نَذِيرٍۢ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌۭ وَنَذِيرٌۭ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١٩﴾
ى Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi və peyğəmbərlərin gəlişinə böyük ehtiyac olduğu bir vaxtda üzür gətirərək: "Bizə Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan kimsə gəlmədi"– deməyəsi‐ niz deyə, sizə Rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizi Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Bəşəriyyətə rəsulları göndərmək də Allahın qüdrətinin bir göstəricisidir. Allah bu rəsulları Muhəmmədi - sallallahu aleyhi və səlləm - göndərməklə tamamladı
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكًۭا وَءَاتَىٰكُم مَّا لَمْ يُؤْتِ أَحَدًۭا مِّنَ ٱلْعَـٰلَمِينَ ﴿٢٠﴾
Ey Peyğəmbər! Musanın bir zaman qövmü İsrail oğullarına: "Ey qövmüm! Allahın sizə bəxt etdiyi nemətini qəlbləriniz və dillərinizlə xatırlayın. Allah, öz aranızdan sizi doğru yola dəvət edən peyğəmbərlər göndərdiyi, siz qul olduqdan sonra sizi özünüzə sahib edən hökmdarlar təyin etdiyi və zamanınızda aləmlərdən heç bir kəsə vermədiyinemətləri sizə verdiyi nemətlərini xatırlayın"- dediyini yadına sal. بلغ Qur’an · Təfsir
يَـٰقَوْمِ ٱدْخُلُوا۟ ٱلْأَرْضَ ٱلْمُقَدَّسَةَ ٱلَّتِى كَتَبَ ٱللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا۟ خَـٰسِرِينَ ﴿٢١﴾
Musa dedi: "Ey qövmüm! Allahın sizə ora daxil olmağı və orada olan kafirlərlə döyüşməyi vəd etdiyi pak torpağa (Beytülmüqəddəsə və onun ərtafında olan yerlərə) daxil olun və oradakı nəhəng adamlara məğlub olmayın, yoxsa dünyada və axirətdə ziyana uğrayarsınız"
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوْمًۭا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا۟ مِنْهَا فَإِن يَخْرُجُوا۟ مِنْهَا فَإِنَّا دَٰخِلُونَ ﴿٢٢﴾
Qövmü ona dedi: "Ey Musa! Müqəddəs torpaqda çox qüvvətli və qüdrətli adamlar vardır və bu, bizim ora daxil olmağımıza mane olur. Onlar orada olduğu müddətcə biz əsla orayadaxil olmayacağıq. Çünki bizim onlarla döyüşməyə gücümüz və taqətimiz yoxdur. Əgər onlar oradan çıxsalar, biz oraya daxil olarıq"
قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِمَا ٱدْخُلُوا۟ عَلَيْهِمُ ٱلْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَـٰلِبُونَ ۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٢٣﴾
Allahdan və Onun əzabından qorxanlar arasından Allahın onları itaətinə müvəffəq etməklə nemət bəxş etdiyi Musanın əshabından iki kişi, qövmünü Musanın - aleyhissəlam - əmrinə tabeçilik göstərməyə həvəsləndirərək dedi: "Qüvvətli adamların üzərinə şəhərin qapısından daxil olun. Əgər siz qapıdan keçib ora daxil olsanız, Allahın izni ilə və Allah qələbəni Allaha imana və maddi vasitələrdən istifadə edərək səbəblərə bağladığı sünnəsinə inanaraq onlara mütləq qalib gələrsiniz. Əgər siz həqiqi möminsinizsə, tək Allaha etimad və təvəkkül edin!"
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّا لَن نَّدْخُلَهَآ أَبَدًۭا مَّا دَامُوا۟ فِيهَا ۖ فَٱذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَـٰتِلَآ إِنَّا هَـٰهُنَا قَـٰعِدُونَ ﴿٢٤﴾
İsrail oğullarından olan Musanın qövmü öz peyğəmbərləri Musanın - aleyissəlam - əmrinə müxalif olaraq israrla dedilər: "Qüvvətli adamlar orada olduqları müddətcə biz əsla o şəhərə girməyəcəyik. Ey Musa! Elə isə sən get Rəbbinlə birlikdə o qüvvətli adamlara qarşı vuruş. Amma biz isə sizinlə birgə vuruşmaqdan geridə qalıb burada öz yerimizdə oturacağıq"
قَالَ رَبِّ إِنِّى لَآ أَمْلِكُ إِلَّا نَفْسِى وَأَخِى ۖ فَٱفْرُقْ بَيْنَنَا وَبَيْنَ ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ ﴿٢٥﴾
Musa Rəbbinə dedi: "Ey Rəbbim! Mənim özüm və qardaşım Harundan başqa heç bir kimsə üzərində hökmüm yoxdur. Odur ki,Sən bizimlə Sənin və Sənin rəsulunun itaətindən çıxmış tayfanın arasını ayır!"
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةًۭ ۛ يَتِيهُونَ فِى ٱلْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ ﴿٢٦﴾
Allah, peyğəmbəri Musaya - aleyhissəlam - dedi: "Allah onlara müqəddəs torpaqa daxil olmağı qırx il müddətinə haram edildi. Onlar bu müddət ərzində səhrada heyrət içərisində azmış halda gəzib dolaşacaqlar. Ey Musa! Sən Allahın itaətindən çıxmış tayfaüçün heyifsilənmə, çünki onların başına gələn müsibət öz əlləri ilə etdikləri asiliklərin və günahların səbəbindəndir". بلغ Qur’an · Təfsir
۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱبْنَىْ ءَادَمَ بِٱلْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًۭا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْـَٔاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلْمُتَّقِينَ ﴿٢٧﴾
Ey Peyğəmbər! Yəhudilərdən olan həsəd aparan zalim kəslərə Adəmin iki oğlu: Qabil və Habilin əhvalatını, bu barədə heç bir şübhə olmadan gerçək olaraq danış. O zaman hər ikisi pak olan Allaha yaxınlaşmaq məqsədi ilə qurban vermiş, Allah Habilin gətirdiyi qurbanı, o, təqva əhlindən olduğu üçün qəbul etmiş, Qabil təqva əhlindən olmadığı üçün isə onun qurbanı qəbul edilməmişdi. Qabil, Habilin qurbanı qəbul olunduğu üçün ona həsəd edib və demişdir: "Ey Habil, Səni hökmən öldürəcəyəm!". Habil də ona belə demişdir: "Həqiqətən Allah, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsənin qurbanınıqəbuledər
لَئِنۢ بَسَطتَ إِلَىَّ يَدَكَ لِتَقْتُلَنِى مَآ أَنَا۠ بِبَاسِطٍۢ يَدِىَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ ﴿٢٨﴾
Sən məni öldürmək üçün mənə əl uzatsanda,mən sənin etdiyin kimi etməyəcəyəm.Bu heç də mənim səndən qorxduğuma görə deyil,lakin mən məxluqatın Rəbbiolan Allahdan qorxuram
إِنِّىٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثْمِى وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّـٰلِمِينَ ﴿٢٩﴾
Habil Qabili qorxudaraq demişdir: "Mən istəyirəm ki, sən, həm mənim zülm və düşmənçilik edərək öldürmək günahımı, həm də əvvəlki günahını öz üzərinə götürəsən və qiyamət günü cəhənnəmə daxil olan, cəhənnəm əhlindən olasan. Bu, həddi aşanların cəzasıdır. Mən isə səni öldürməklə günahı öz üzərimə götürüb, cəhənnəm əhlindən olmaq istəmirəm"
فَطَوَّعَتْ لَهُۥ نَفْسُهُۥ قَتْلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصْبَحَ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٣٠﴾
Nəhayət, Qabilin pis işlər görməyi əmr edən nəfsi, ona, qardaşı Habili zülm edərək qətlə yetirməyi gözəlgöstərdi və Qabil, Habili öldürdü, elə bu səbəbdən də Qabil, dünya və axirətdə öz paylarını qanis edənlərdən oldu
فَبَعَثَ ٱللَّهُ غُرَابًۭا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَـٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ ﴿٣١﴾
Allah qarğa göndərir ki, onun (Adəmin oğlu Qabilin) önündə torpağı qazıb ölmüş qarğanı orada basdırsın və beləliklə də, ona öz qardaşının cəsədini necə dəfn edəcəyini göstərsin. Qardaş qatili olan bu adam (Qabil) bunu gördükdə belə demişdir: "Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, ölmüş o qarğanı basdıran bu qarğa qədər olmaqdan da acizəmmi?!”Beləliklə o, qardaşının cəsədini basdırdı və peşmançılıq çəkənlərdən oldu
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفْسًۢا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍۢ فِى ٱلْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًۭا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَآ أَحْيَا ٱلنَّاسَ جَمِيعًۭا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِٱلْبَيِّنَـٰتِ ثُمَّ إِنَّ كَثِيرًۭا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِى ٱلْأَرْضِ لَمُسْرِفُونَ ﴿٣٢﴾
Qabil qardaşını öldürdüyün görə də İsrail oğullarına bildirdik ki, kim bir cana qisas səbəbi ilə qəsd etməyən və ya yer üzün‐ də küfür, quldurluq edərək fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüş kimi olar. Çünki onun üçün cinayətkarla günahsız insan arasında fərq yoxdur. Kim də uca Allahın öldürməyi haram etdiyi bir nəfsi haram olduğunu etiqad edərək öldürməkdən əl çəkib, qətlə yetirməzsə, sanki bütün insanları diriltmiş kimi olar. Çünki onun bu بلغ Qur’an · Təfsir əməli bütün insanların salamat qalmasıdır. Artıq peyğəmbərlərimiz İsrail oğullarına açıq-aydın dəlillər və sübutlar gətirmişdilər. Amma buna baxmayaraq onların çoxu yenə də günahlar etməklə və onlara göndərilən elçilərə müxalif olmaqla Allahın qoyduğu hüdudları aşırlar
إِنَّمَا جَزَٰٓؤُا۟ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوٓا۟ أَوْ يُصَلَّبُوٓا۟ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَـٰفٍ أَوْ يُنفَوْا۟ مِنَ ٱلْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْىٌۭ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ ﴿٣٣﴾
Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - qarşı savaşanların və yer üzündə qətlə yetirmək, insanların mallarını əllərindən almaq və quldurluq etməklə fitnə-fəsad törətməyə və ədavət salmağa səy göstərənlərin əzabı ancaq ya çarmıxa çəkilmədən və ya taxta və s. bu kimi şeylər üzərində çarmıxa çəkilərək öldürülmək, yaxud sag əllərinin və sol ayaqlarının çar‐ pazvari kəsilməsi, əgər bundan sonra yenə də bu işə qayıdarsa sol əli və sağ ayağı çarpazvari kəsilməsi yaxud da yaşadıqları yerdən sürgün edilib, heç bir dövlətdə sakin olmağa izin verilməməkdir. Bu əzab, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِن قَبْلِ أَن تَقْدِرُوا۟ عَلَيْهِمْ ۖ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣٤﴾
Ey əmr sahibləri! Quldurluq edən kimsələrdən əlinizə keçməzdən öncə tövbə edənlər müstəsnadır. Bilin ki, onlar tövbə etdikdən sonra Allah onları bağışlayandır. Onlara əzab verməməsi də Allahın onlara olan bir rəhmətidir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَٱبْتَغُوٓا۟ إِلَيْهِ ٱلْوَسِيلَةَ وَجَـٰهِدُوا۟ فِى سَبِيلِهِۦ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٣٥﴾
Ey iman gətirənlər! Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Sizə əmr etdiklərini əda edib, çəkindirdiklərindən uzaq durmaqla, Ona yaxınlaşmaq üçün yol axtarın. Onun razılığını qazanmaq üçün kafirlərlə cihad edin ki, əgər belə etsəniz, bəlkə istədiyinizə nail olub, qorxduqunuzdan nicat tapasınız
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لِيَفْتَدُوا۟ بِهِۦ مِنْ عَذَابِ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٣٦﴾
Şübhəsiz ki, Allahı və Onun peyğəmbərlərini inkar edənlərin hər birinin mülkü, yer üzündə olanların hamısı, üstəlik, bir o qədər də özlərinin olsa və onlar bunu Qiyamət günüAllahın əzabından canlarını qurtarmaq üçün versələr, bu fidyə əsla onlardan qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır
يُرِيدُونَ أَن يَخْرُجُوا۟ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَـٰرِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ ﴿٣٧﴾
Kafirlər cəhənnəmə daxil olduqda oradan çıxmaq istərlər, onlar buna necə nail ola bilərlər?! Onlar oradan heç vaxt çıxan bilməyəcəklər. Onlar üçün Cəhənnəmdə davamlı əzab vardır
وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًۭا مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ﴿٣٨﴾
Ey Hakimlər! Oğru kişinin və oğru qadının, haqsız yerə insanların malların götürdüklərinə görə hər birinə, Allahdan etdikləri əməlin cəzası olaraq, həm onları, həm də başqalarını qorxutmaq məqsədi ilə sağ əllərini kəsin! Allah qüdrətlidir heç bir şey Onu məğlub edə bilməz. O, işlərində və şəriətində hikmət sahibidir. بلغ Qur’an · Təfsir
فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿٣٩﴾
Kim oğurluq etməkdən Allaha tövbə edib özünü islah edərsə, şübhəsiz ki, Allah Öz lütf ilə onun tövbəsini qəbul edər. Çünki Allah, qullahından Ona töbə edənlərin günahlarını bağışlayandır və onlara qarşı rəhmlidir. Amma oğurluq işi hakimlərə çatarsa, bu zaman onun tövbə etyməsi ona oğurluq cəzasının tətbiq edilməsinə mane ola bilməz
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٤٠﴾
Ey Peyğəmbər! Göylərin və yerin mülkünün Allaha məxsus olduğunu və Allahın orada istədiyi etdiyini artıq bildin. O, istədiyinə ədaləti ilə əzab verər, istədiyini də Öz lütfü ilə bağışlayar. Həqiqətən, Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz
۞ يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَـٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّـٰعُونَ لِلْكَذِبِ سَمَّـٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ ﴿٤١﴾
ه Ey Peyğəmbər! Qəlblərində küfrü gizlədib, zahirdə isə özlərinin iman gətirdiklərini göstərərək, səni qəzəbləndirmək üçün küfr əməllər etməyə can atan münafiqlərin və yəhudilərdən öz böyüklərindən yalanı dinləyib, bunu qəbul edib, sənə üz çevirərək sənin yanına gəlməyən başçılarına təqlid edənlərin halı səni kədərləndirməsin. Onlar Tövratdakı Allahın kəlamının öz havalarına uyğun olaraq dəyişdirib onlara tabe olanlara deyirlər: "Əgər Muhəmmədin hökmü sizin istəyinizə müvafiq olsa, ona tabe olun. Yox əgər istəyinizə müvafiq olmasa, ondan çəkinin!" Ey Peyğəmbər! Allah insanlardan kimi azdırmaq istərsə, sən kiminsə onu azğınlıqdan çıxarıb, haqq yoluna yönəldən tapa bilməzsən. Yəhudilərdən və münafiqlərdən bu sifətlərə sahib kimsələr, məhz Allah onların qəlblərini küfrdən təmizləmək istəmdiyi kimsələrdir. Onlar üçün dünyada rəzillik və ar, axirətdə isə böyük bir əzab, cəhənnəm əzabı vardır
سَمَّـٰعُونَ لِلْكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًۭٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٤٢﴾
Bu yəhudilər yalana həddən çox qulaq asır və sələm kimi daima haram mal yeyirlər. Ey Peyğəmbər! Əgər onlar səndən öz aralarında hökm verməni tələb etsələr, istəsən onlar arasında hökm ver, ya da istəsən onlardan üz çevir. Sən bu iki iş arasında ixtiyar sahibisən. Əgər onlar arasında hökm verməsən, sənə heç bir şeylə zərər verə biləməzlər. Əgər onların ara‐ sında hökm verməli olsan, onlar zalım və ya düşmən də olsa, sən yenə də onların arasında ədalətlə hökm ver. Şübhəsiz ki, Allah, hökmündə, mühakimə olunanlar mühakimə edənlərin düşmənləri olsa, ədalətli olanları sevər
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ﴿٤٣﴾
Həqiqətən, yəhudilərin işi çox qəribədir. Onlar səni inkar edirlər, amma içində Allahın hökmü olan və özlərinin də iman gətirdiklərini idda etdikləri Tövrat onlarda olduğu halda, sənin, onların nəfsi istəklərinə müvafiq hökm verməyinə tamah edərək, səndən onlar arasında hökm verməni istəyirlər. Sonra da sənin verdiyin hökm öz nəfsi istəklərinə müvafiq olmadıqda, ondan üz çevirirlər. Onların etdikləri bu əməl, iman gətirmiş kimsələrin etdiyi əməl deyildir. Elə isə onlar, nə sənə, nə də sənin gətirdiyinə iman etmiş kimsələrdir. بلغ Qur’an · Təfsir
إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًۭى وَنُورٌۭ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُوا۟ لِلَّذِينَ هَادُوا۟ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُوا۟ مِن كِتَـٰبِ ٱللَّهِ وَكَانُوا۟ عَلَيْهِ شُهَدَآءَ ۚ فَلَا تَخْشَوُا۟ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَـٰتِى ثَمَنًۭا قَلِيلًۭا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ ﴿٤٤﴾
ه Həqiqətən, Tövratı Musaya - aleyhissəlam - Biz nazil etdik. Orada xeyirə yönəldən doğru yol və işıq saçan nur vardır. Allaha itaətlə boyun əyən İsrail oğullarının peyğəmbərləri və insanları, Allah, Öz kitabında qorunub saxladığı hökmlərlə tərbiyə edən din xadimləri və fəqihlər onunla hökm verərdilər. Allah onları kitaba təhrif və dəyişiklik etməkdən qorumaları üçün etibarlı insanlar etmişdir. Onlar bu kitabın haqq bir kitab olmasını şahiddirlər və insanlar da bu kitab barədə bilği almaq istədikdə onlara müraciət edirdilər. Ey Yəhudilər! İnsanlardan qorxmayın, tək Məndən qorxun! Allahın nazil etdiyi ilə hökmü verməyi başçılıq, şan-şöhrət və mal-dövlət kimi ucuz qiymətə dəyişməyin. Allahın nazil etdiyi vəhy ilə hökm verməməsini özünə halalgörən yaxud başqa hökmləriAllahın hökmündən üstün,yaxud Allahın hökmünə bərabər tutaraq Allahın nazil etdiyi ilə hökm etməyənlər, kafirdirlər
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌۭ ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌۭ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٤٥﴾
ه Biz Tövratda yəhudilərə, kim bir cana haqsız yerə qəsd edərək qətlə yetirərsə onu da qətilə yetirməyi, kim qəsdən bir göz çıxararsa, onun da gözünü çıxartmağı, kim qəsdən bir kimsənin burnunu kəsərsə onun da burnunun kəsilməsini, kim qəsdən bir kimsənin qulağını qoparasa onunda qulağının qopardılmağını, kim qəsdən bir kimsənin dişini çıxardarsa onun da dişinin çıxardılmağını vacib buyurduq. Biz onlara yazıb hökm etdik ki, cinayətkara, xəsarət yetirdiyi yaranın eyni ilə dərhal cəza verilməlidir. Kim cinayətkarı qisas almadan bağışlayarsa, ona zülm edəni əfv etdiyinə görə, bu onun üçün günahlarına kəffarə olar. Qisas və başqa işlərdə Allahın nazil etdiyi ilə hökm verməyənlər, Allahın hüdudlarını aşanlardır
وَقَفَّيْنَا عَلَىٰٓ ءَاثَـٰرِهِم بِعِيسَى ٱبْنِ مَرْيَمَ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًۭى وَنُورٌۭ وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ وَهُدًۭى وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ﴿٤٦﴾
İsrail oğullarına göndərilən Peyğəmbərlərin ardınca Məryəm oğlu İsanı, Tövratda olana iman edən və onunla hökm verən olaraq göndərdik. Biz İncili ona, içərisində haqqa yönəldən, şübhələri dəlillərlə dəf edən, Allahın höklmlərini onlara bəyan edən, özündən əvvəl Tövratda zikr olunan nəsx edilmiş az bir qism hökmlər müstəsna olmaqla, Tövrata müvafiq olaraq verdik.Biz İncili müttəqilər üçün doğru yol göstərən və Allahın onlara haram buyurduğundan çəkindirən etdik
وَلْيَحْكُمْ أَهْلُ ٱلْإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٤٧﴾
Qoy nəsranilər Allahın İncildə nazil etdiynə iman etsinlər və onlar insanlar arasında - Muhəmməd - sallallahu aleyhi və səlləm - onlara gəlməzdən əvvəl orada olan haqla - İncil ilə hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər, Allahın itaətindən çıxan, haqqı tərk edib və batilə meyl edən kimsələrdir. بلغ Qur’an · Təfsir
وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَـٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّۢ جَعَلْنَا مِنكُمْ شِرْعَةًۭ وَمِنْهَاجًۭا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٤٨﴾
ه Ey Peyğəmbər! Biz Quranı sənə, onun Allahdan olmasına heç bir şək-şübhə olmadan, özündən əvvəlnazil edilmiş ilahi kitabları təsdiqləyən, onların doğruluğuna şahidlik edən, haqq olaraq nazil etdik. O kitablarda Qurana müvafiq olan hökmlər haqqdır, müxalif olanlar isə batil. Sən insanlar arasında, Allahın Qurandan sənə nazil etdiyi ilə hökm ver. Sənə nazil edilən, heç bir şəkkə yer olmayan haqqı buraxıb onların istəklərinə uyma. Biz hər bir ümmət üçün əməllərə bağlı hökmlərdən ibarət bir şəriət və onların Allahın yola yönəlmələri üçün açıq-aydın bir yol təyin etdik. Əgər Allah istəsəydi, bütün şəriətləri tək bir şəriət edərdi.Lakin Allah hamınızı imtahan edib,itaətkarı asi kimsədən ayırd edib,seçmək üçün hər bir ümmətə bir şəriət təyin etdi. Elə isə yaxşı işlər görməkdə və pis işlərdən əl çəkməkdə bir-birinizlə yarışın. Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcəkvə etdiyiniz əməllərin də əvəzini sizə verəcəkdir
وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ وَٱحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَنۢ بَعْضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا۟ فَٱعْلَمْ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ لَفَـٰسِقُونَ ﴿٤٩﴾
Ey Peyğəmbər! Onların arasında Allahın sənə nazil etdiyi ilə hökm ver və onların öz nəfsi istəklərindən gələn fikirlərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Çünki onlar bu işdən heç vaxt əl çəkməzlər. Əgər onlar Allahın sənə nazil etdiyi hökmü qəbul etməkdən üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə dünya müsibəti ilə əzaba düçar etmək istəyir. Günahlarının hamısına görə isə onlara axirətdə əzab verəcəkdir. Həqiqə‐ tən,insanların çoxu Allaha itaət etməkdən uzaqdırlar
أَفَحُكْمَ ٱلْجَـٰهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ حُكْمًۭا لِّقَوْمٍۢ يُوقِنُونَ ﴿٥٠﴾
Onlar sənin verdiyin hökmdən üz çevirib, öz istəklərinə müvafiq hökm verən, bütpərəst cahiliyyə əhlinin hökmünümü istəyirlər? Allahın elçisinə nazil etdiyini dərk edib, qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kimsə yoxdur. Təbbi ki, cəhalətə və öz havalarına uyan kimsələr, hətta batil olsa da belə yalnız öz istəklərinə müvafiq olanı qəbul edərlər
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْيَهُودَ وَٱلنَّصَـٰرَىٰٓ أَوْلِيَآءَ ۘ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُۥ مِنْهُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿٥١﴾
Ey Allaha və Onun peyğəmbərinə iman gətirən kimsələr! Yəhudi və nəsraniləri özünüzə yaxın dost, sirdaş etməyin! Çünki yəhudi və nəsranilərin hər biri, yalnız öz millətindən olanları özlərinə dost tuturlar. Bu iki firqənin hər biri, sizə qarşı düşmənçilik bəsləyir. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Şübhəsiz ki, Allah zalım qövmü, kafirlərləri özünə dost tutduğu üçün doğru yola yönəltməz. بلغ Qur’an · Təfsir
فَتَرَى ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يُسَـٰرِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٌۭ ۚ فَعَسَى ٱللَّهُ أَن يَأْتِىَ بِٱلْفَتْحِ أَوْ أَمْرٍۢ مِّنْ عِندِهِۦ فَيُصْبِحُوا۟ عَلَىٰ مَآ أَسَرُّوا۟ فِىٓ أَنفُسِهِمْ نَـٰدِمِينَ ﴿٥٢﴾
ى Ey Peyğəmbər! İmanı zəif olan münafiqlərin: "Yəhudi və nəsranilərin qələbə çalmasından və özlərinə dövlət qurub, onlardan bizə hər hansı bir pisliyin gəlməsindən qorxuruq"– deyərək onları özlərinə dost tutmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah fəthi Öz elçisinə və möminlərə nəsib etsin, yaxud onları, yəhudilərin və ya onların tərəfdarların hücumundan müdafiə etsin və beləliklə də, onları özlərinə dost tutmağa can atanlar qəlblərindəki nifaqı gizlətdiklərindən dolayı peşman olsunlar
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فَأَصْبَحُوا۟ خَـٰسِرِينَ ﴿٥٣﴾
خسرين Möminlər bu münafiqlərin halından təəccüb edərək deyəcəklər: "Ey Möminlər! İmanda, köməkdə və dostluqda sizinlə bir yerdə olacaqlarına dair möhkəm and içənlər bunlardırmı?!" Onların əməlləri batil oldu, məqsədləri boşa çıxdığı və onlara cəhənnəm əzabı hazırlandığı üçün ziyana uğrayanlardan oldular
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍۢ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَـٰفِرِينَ يُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍۢ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿٥٤﴾
ه Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönüb, küfrə qayıdarsa, bilsin ki, Allah onların əvəzinə dinlərində sabitqədəm olduqlarına görə, Allah onları, onlar da Allahı sevən, möminlərə qarşı mərhəmətli, kafirlərə qarşı isə çox şiddətli olan, Allahın kəlməsi uca oldun deyə Allah yolunda malları və canları ilə cihad edən və Allahın razılığını bütün məxluqatın razılığından önə çəkdiyi üçün tənə edənin tənəsindən qorxmayan bir qövüm gətirər.Bu,Allahın qullarından istədiynə bəxş etdiyi bir ətasıdır. Allah genişlütf və ehsan sahibidir. Allah kimin Onun lütfünə layiq olduğunu bilib, ona Öz lütfündən bəxş edər,kim də buna layiq olmazsa,onu Öz lütfündən məhrum edər
إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُمْ رَٰكِعُونَ ﴿٥٥﴾
Yəhudilər, nəsranilər və onlardan başqa olan kafirlər sizin dostunuz deyildir. Əksinə sizin dostunuz və haminiz yalnız Allah, Onun rəsulu və Allaha zəlil halda boyun əyərək namazı kamil şəkildə qılan və mallarının zəkatını verən möminlərdir
وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ فَإِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْغَـٰلِبُونَ ﴿٥٦﴾
Kim Allahı, Onun rəsulunu - səllallahu aleyhi və səlləm - və möminləri onlara yardım etməklə özünə dost tutarsa, o, Allahın firqəsindəndir. Bilin ki, Allahın firqəsi məhz onlar qələbə çalanlardırlar, çünki onların yardımçısı Allahdır
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَكُمْ هُزُوًۭا وَلَعِبًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ وَٱلْكُفَّارَ أَوْلِيَآءَ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٥٧﴾
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilən yəhudilərdən, nəsranilərdən və müşriklərdən dininizə istehza edib, onu oyun- oyuncaq hesab edənləri özünüzə yaxın dost və ya sirdaş tutmayın. Əgər Allaha və sizə nazil etdiyinə iman gətirmisinizsə, Allahın sizionlarla dostluq etmək qadağasından çəkinməklə Ondan qorxun. بلغ Qur’an · Təfsir
وَإِذَا نَادَيْتُمْ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوًۭا وَلَعِبًۭا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ ﴿٥٨﴾
Allaha yaxınlaşdıran ən əzəmətli əməl, namaz üçün azan verdiyiniz zaman onlar bunu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, Allahın insanlar üçün qoyduğu şəriətin və ibadətin həqiqi mənasını dərk etməyən bir qövüm olduqlarına görədir
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ هَلْ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَـٰسِقُونَ ﴿٥٩﴾
Ey Peyğəmbər! İstehza edən Kitab əhlinə de: "Siz bizi Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimiz üçün və sizin əksəriyyətinizin Allaha imanı və Onun əmrlərinə tabe olmağı tərk edib, Allaha itaət etməkdən xaric olduğunuza inandığımıza görə bizə eyib edirsiniz? Sizin bizə eyibiniz, bizim üçün məzəmmət deyil, əksinə bu bizə şərəfdir"
قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَ ۚ أُو۟لَـٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٦٠﴾
Ey Peyğəmbər! De: "Cəza etibarilə bundan daha çox ayıb tutulmağa və daha şiddətli əzaba olanı sizə xəbər verimmi? Bu, Allahın Öz rəhmətindən qovduğu və qəzəbinə düçar olduğu, özlərini meymunlara və donuzlara döndərdiyi, üstəlik, tağuta ibadət edənlərə çevirdiyi ata-babalarıdır. Tağut: Allahdan başqa ibadət olunan və o da ona olunan ibadətdən razı qalan hər bir şeyə deyilir. Belə kimsələr, Qiyamət günü yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!"
وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ ﴿٦١﴾
Ey Möminlər! Münafiqlər sizin yanınıza gəldikdə, onlardan bəziləri qəlblərindəki nifaq üzündən sizə özlərinin iman gətirdiklərini büruzə verirlər. Amma həqiqət budur ki, onlar sizin yanınıza girdikdə də, sizin yanınızdan çıxdıqda da, küfrlə girib elə küfrlə də çıxmışdılar. Allah onların sizə özlərini iman əhli kimi göstərib, qəlblərində isə küfrü gizlətdiklərini daha yaxşı bilir və onlara bu əməllərinin cəzasını verəcəkdir
وَتَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يُسَـٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٦٢﴾
Ey Peyğəmbər! Yəhudi və münafiqlərdən bir çoxunu yalan danışmaqa, haqsız yerə başqalarına zülm etməyə və insanların mallarını haram yollarla mənimsəyərək günahlar işləməyə tələsən görərsən. Onların gördükləri iş necə də pisdir!
لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ ﴿٦٣﴾
Məgər onların imamları və elm adamları onları yalan sözlər danışmaqdan, yalan şahidlik etməkdən və insanların mallarını haram yollarla yeməkdən çəkindirə bilmirdilərmi? Onların imamlarının və elm adamlarının onları gördükləri əməllərdən çəkindirməməsi necə də pis bir işdir! بلغ Qur’an · Təfsir
وَقَالَتِ ٱلْيَهُودُ يَدُ ٱللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا۟ بِمَا قَالُوا۟ ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَآءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًۭا وَكُفْرًۭا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ كُلَّمَآ أَوْقَدُوا۟ نَارًۭا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًۭا ۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ﴿٦٤﴾
Yəhudilərə çətinlik və quraqlıq baş verdikdə dedilər: "Allahın əli xeyir və əta bəxş etməkdən bağlıdır, Özündə olandan biz vermir!" Agah olun ki, dedikləri bu sözə görə onların öz əlləri xeyir əməl görməkdən və əta etməkdən bağlandı və Allahın rəhmətindən qovuldular! Əksinə, Uca və Pak olan Allahın hər iki əli xeyir və əta bəxş etməklə açıqdır, O, istədiyi kimi sərf edir. Allah istədiyi bəndənin ruzisini bol edir, istədiyinikini də azaldır. Onu bu işdən mane olan və ya məcbur edən kimsə yoxdur. Ey Peyğəmbər! Yəhudilər qəlblərindəki həsəd üzündən sənə nazil edilən onların hədlərini aşmağı və küfrünü artırar. Biz yəhudi tayfalrının arasına ədavət və kin saldıq. Onlar hər dəfə müharibə üçün cəm olud, döyüş hazırlığı gördükdə yaxud müharibə alovunu yandırmaq istədikdə, Allah onların toplumunu dağıtmış, qüvvələrini isə məhv etmişdir. Onlar daima İslamı məhv edib ona qarşı hiylə işlətməyə çalışaraq yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!
وَلَوْ أَنَّ أَهْلَ ٱلْكِتَـٰبِ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأَدْخَلْنَـٰهُمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٦٥﴾
Əgər yəhudi və nəsranilər Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyinə iman gətirib, günahlardan çəkinərək Allah‐ dan qorxsaydılar, əlbəttə, Biz, onların günahlarını hətta çox olsa belə bağışlayardıq və Qiyamət günü onları Nəim cən‐ nətlərinə daxil edərdik və onlar orada əbədi olan nemətlətdən qidalanardılar
وَلَوْ أَنَّهُمْ أَقَامُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا۟ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌۭ مُّقْتَصِدَةٌۭ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ سَآءَ مَا يَعْمَلُونَ ﴿٦٦﴾
Əgər yəhudilər Tövratda, nəsranilər İncildə olana və Quranda özlərinə nazil edilənin hamısına əməl etsəydilər, yağışı yağdırmaqla və yerdən bitki yetişdirməklə sizə ruzi qapılarını asanlaşdırardım. Kitab əhlindən haqq üzərində sabit qalıb orta yol tutan bir zümrə vardır. Lakin onların çoxunun imanı olmadığı üçün əməllərini zay etdilər
۞ يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ ۚ وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ ﴿٦٧﴾
Ey Rəsul! Rəbbindən sənə nazil ediləni kamil şəkildə xəbət ver və ondan heç bir şey gizlətmə! Əgər sən ondan nəsə gizlətsən, o zaman Rəbbinin risalətini çatdırmış olmazsan. (Artıq Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbinin ona nazil etdiyi hər bir şeyi insanlara çatdırmışdır. Kim bunun əksini idda edərsə, bilsin ki, o, Allah adından böyük yalan danışmışdır). Bu gündən etibarən Allah səni insanlardan qoruyacaq, bunda sonra onlar sənə heç bir zərər yetirə bilməyəcəklər. Sənə vacib olan isə haqqıçatdırmaqdır.Allah haqq yola yönəlmək istəməyən kafirləridoğru yola müvəffəq etməz
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًۭا وَكُفْرًۭا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ ﴿٦٨﴾
Ey Peyğəmbər! De: "Ey Yəhudi və nəsranilər! Tövratda, İncildə olana və ona iman gətirmədikcə imanınız səhih olmayan Quranda sizə nazil edilənə əməl etmədikcə, siz mötədil bir din üzərində deyilsiniz". Əlbəttə, Rəbbindən sənə nazil edilən Qu‐ ran, Kitab əhlinin qəlblərindəki həsəd üzündən bir çoxunun tüğyanını və küfrünü daha da artıracaqdır. Sən isə bu kafirlər بلغ Qur’an · Təfsir üçün heyifsilənmə. Sənin ardınca gələn möminlər bəs edərlər
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّـٰبِـُٔونَ وَٱلنَّصَـٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَعَمِلَ صَـٰلِحًۭا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٦٩﴾
عليهم ولا هم يحزنون Həqiqətən, möminlərdən, yəhudlərdən, bəzi peyğəmbərlərin ardıncılları olan sabiilərdən və nəsranilərdən Allaha və axirət gününə iman gətirib yaxşı işlər görənlərin qiyamət günü heç bir qorxusu olmayacaqdır və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyəcəklər
لَقَدْ أَخَذْنَا مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَأَرْسَلْنَآ إِلَيْهِمْ رُسُلًۭا ۖ كُلَّمَا جَآءَهُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُهُمْ فَرِيقًۭا كَذَّبُوا۟ وَفَرِيقًۭا يَقْتُلُونَ ﴿٧٠﴾
وفر يقا يقتلون Biz İsrail oğullarından, eşidib itaət etmələrinə dair möhkəm əhd aldıq. Onlara Allahın şəriətini təbliğ etmək üçün peyğəmbərlər göndərdik. Lakin onlar bu əhdi pozdular və peyğəmbərlərin onlara gətirdiklərindən üz çevirib öz istəklərinin ardınca gedərək peyğəmbərlərin bir qismini yalançı hesab etdilər, bir qismini də öldürdülər
وَحَسِبُوٓا۟ أَلَّا تَكُونَ فِتْنَةٌۭ فَعَمُوا۟ وَصَمُّوا۟ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا۟ وَصَمُّوا۟ كَثِيرٌۭ مِّنْهُمْ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ﴿٧١﴾
Onlar əhd-peymanı pozmalarının, peyğəmbərləri yalan saymalarının və onları öldürmələrinin onlara heç bir zərəri olmayacağını güman etdilər, amma onların başına gözləmədikləri iş gəldi. Beləliklə də haqqı görməkdən gözləri kor oldu, onlar haqqa yönələ bilməz və haqqı eşitməkdən qulaqları kar oldu, haqqı eşidib onu qəbul edə bilməzlər. Sonra Allah on‐ lara lütf edərək tövbələrini qəbul etdi. Bundan sonra onlar yenə də haqqı görməkdən kor və onu eşitməkdən kar oldular. Bu hal onların bir çoxu tərəfindən baş verdi. Allah onların nə etdiklərini görür. Onların əməllərindən Allaha heç nə gizlin qalmaz və O, hər bir kəsin əməlinin müqabilini verəcəkdir
لَقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۖ وَقَالَ ٱلْمَسِيحُ يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۖ إِنَّهُۥ مَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ حَرَّمَ ٱللَّهُ عَلَيْهِ ٱلْجَنَّةَ وَمَأْوَىٰهُ ٱلنَّارُ ۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍۢ ﴿٧٢﴾
ه ى Həqiqətən, "Allah Məryəm oğlu İsa Məsihdir" – deyən nasranilər, ilahlığı Allahdan qeyrisinə nisbət etdikləri üçün artıq kafir oldular. Baxmayaraq ki, Məryəm oğlu İsa Məsih elə özü onlara demişdir: "Ey İsrail oğulları! Tək Allaha ibadət edin, O, mənim də, sizin də Rəbbinizdir. Biz Ona ibadət etməkdə hamımız eyni səviyyədəyik. Allah, Ona başqasını şərik qoşan kimsəyə əbədi olaraq Cənnətə daxil olmasını haram edər, onun məskunlaşacağı yer Cəhənnəm odudur. Onun Allah yanında nə bir yardımçısı olar, nə də onu gözləyən əzabdan xilas edən bir köməkçisi"
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَـٰثَةٍۢ ۘ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّآ إِلَـٰهٌۭ وَٰحِدٌۭ ۚ وَإِن لَّمْ يَنتَهُوا۟ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٧٣﴾
كفروامنهم عذاب أليم Həqiqətən "Allah üçilahdan ibarətdir. Bunlar: Ata, oğul və müqəddəs ruhdur!"– deyənnəsranilər artıq kafir oldular. Allah onların söylədiklərindən uzaqdır, çox ucadır. Allah bir neçə sayda deyil, yalnız O, tək bir İlahdır və Onun heç bir şəriki yox‐ dur. Əgər onlar söylədikləri bu çirkin sözə son qoymasalar, mütləq ağrılı-acılı əzaba düçar olacaqlar. بلغ Qur’an · Təfsir
أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسْتَغْفِرُونَهُۥ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٧٤﴾
Məgər onlar bu sözü söyləməyə son qoyaraq, Allaha tövbə edib, Ona şərik qoşduqları üçün Allahdan bağışlanma diləməyəcəklər?! Allah, günahından aslı olmayaraq bütün tövbə edənləri, hətta Allaha küfr olsa belə, bağışlayandır və möminlərə qarşı rəhmlidir
مَّا ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٌۭ ۖ كَانَا يَأْكُلَانِ ٱلطَّعَامَ ۗ ٱنظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ ٱلْـَٔايَـٰتِ ثُمَّ ٱنظُرْ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٧٥﴾
Məryəm oğlu İsa Məsih - aleyhissalam - göndərilən elçilərdən yalnız bir elçidir, o da özündən əvvəlki, elçilər kimi ölümə məhkumdur. Onun anası Məryəm - aleyhəssalam - isə Allaha sidq ürəkdən çox inanan bir qadın idi. Onların hər ikisi də ehtiyacı üzündən yemək yeyirdi. Yeməyə ehtiyaci olan bu iki kimsə necə ilah ola bilər axı?! Ey Peyğəmbər! Bax gör, Biz Allahın təkliyinə dəlalət edən ayələri və onların Allahdan qeyrisinə ilahlığ nisbət etmələrinin batil olmasını onlara necə bəyan edirik, lakin onlar bununla yanaşı yenə də bu ayələri inkar edirlər. Sonra bir daha bax gör Allahın təkliyinə dəlalət edən açıq- aydın ayələrin olması ilə yanaşı necə də onlar haqqdaر döndərilirlər
قُلْ أَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٧٦﴾
Ey Peyğəmbər! Onların Allahdan qeyrisinə etdikləri ibadətin batil olduğunu onlara isbat edərək de: "Sizə nə bir fayda, nə də bir zərər verə bilməyənəmi ibadət edirsiniz?! Onlar sizə fayda və ya zərər verməkdən acizdirlər. Allah isə acizlikdən münəzzəhdir, Allah sözlərinizi eşidəndir, dediyiniz sözlərdən hər hansı biri Allaha qizlin qalmaz. Allah etdiyiniz əməlləridə biləndir, əməllərinizdən də Ona heç bir şey gizli qalmaz. Allah, etdiyiniz əməllərin müqabilini sizə verəcəkdir
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ غَيْرَ ٱلْحَقِّ وَلَا تَتَّبِعُوٓا۟ أَهْوَآءَ قَوْمٍۢ قَدْ ضَلُّوا۟ مِن قَبْلُ وَأَضَلُّوا۟ كَثِيرًۭا وَضَلُّوا۟ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٧٧﴾
Ey Peyğəmbər! Nəsranilərə de: "Əmr olunduğunuz haqqa tabe olmaqda həddinizi aşmayın. Həm özləri haqq yoldan azmış, həm də ki, bir çoxlarını azdırmış azğın ata-babalarınızın ardınca getdiyinizə görə, Peyğəmbərlər kimi təzim etməyi əmr ounduğunuz şəxsləri təzim etməkdə ifrata varıb, Məryəm oğlu İsaya etdiyiniz kimi onların da ilah olduğunu etiqad etməyin"
لُعِنَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ﴿٧٨﴾
Pak olan Allah, Davuda nazil etdiyi Kitabda - Zəburda və Məryəm oğlu İsaya nazil etdiyi Kitabda - İncildə İsrail oğullarından kafir olanları Öz rəhmətindən qovduğunu xəbər vermişdir. Onların Allahın rəhmətdən qovulma səbəbi, onların asi olduqla‐ rına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi
كَانُوا۟ لَا يَتَنَاهَوْنَ عَن مُّنكَرٍۢ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَفْعَلُونَ ﴿٧٩﴾
Onlar bir-birlərini etdikləri günahlardan çəkindirmirdilər. Əksinə, onlardan günah edən asi kimsələr, onları bu əməllərdən çəkindirən olmadığı üçün, etdikləri günahları və pislikləri insanlar arasında açıq-aşkarda edirdilər. Pis əməllərdən çəkindirmədikləri üçün onların etdikləri necə də pisdir! بلغ Qur’an · Təfsir
تَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يَتَوَلَّوْنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ ٱللَّهُ عَلَيْهِمْ وَفِى ٱلْعَذَابِ هُمْ خَـٰلِدُونَ ﴿٨٠﴾
خلدون Ey Peyğəmbər! Sən bu yəhudilərdən kafir olanların əksəriyyətinin kafirləri sevib onlara meyil etdiyinə şahidsən. Onlar sənə və tövhid əhlinə qarşı düşmənçilik edirlər. Onların kafirləri özlərinə dost tutmaları necə də pisdir! Çünki onların bu əməli, Allahın onlara qəzəblənməsinə və özlərinin əzab içində əbədi qalacaqları və bir daha oradan çıxmayacaqları oda daxil olmasına səbəbdir
وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَـٰكِنَّ كَثِيرًۭا مِّنْهُمْ فَـٰسِقُونَ ﴿٨١﴾
Əgər bu yəhudilər Allaha və peyğəmbərinə - səllallahu aleyhi və səlləm - həqiqi iman gətirsəydilər, heç vaxt müşrikləri özlərinə dost tutub, onları sevib və onlara meyil etməzdilər. Çünki yəhudilər kafirləri özlərinə dost tutmaqdan qadağan edilmişdir. Lakin bu yəhudilərin əksəriyyətiAllahın itaətindən çıxmış və möminlərə qarşıdüşmənşilik edən kimsələrdir
۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلْيَهُودَ وَٱلَّذِينَ أَشْرَكُوا۟ ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُم مَّوَدَّةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًۭا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ ﴿٨٢﴾
ى Ey Peyğəmbər! Yəhudilərin qəlblərindəki kin, paxıllıq, kibr üzündən, həmçinin Allaha şərik qoşaraq bütlərə və s. əşyalara ibadət edən müşriklərin sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. Özləri barədə: "Biz nəsranilərik!"– deyənləri isə sevgi baxımından sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə ən yaxın olduğunu görəcəksən. Onların möminlərə olan sevgisinin səbəbi, aralarında alimlərin və abidlərin olması və özlərinin təkəbbürlükdən uzaq təvazökar olmasına görədir, çünki xeiyr təkəbbürlük edən kimsənin qəlbinə çatmaz
وَإِذَا سَمِعُوا۟ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ مِمَّا عَرَفُوا۟ مِنَ ٱلْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكْتُبْنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿٨٣﴾
Nəcaşi və onun havadarları kimi insanların qəlbləri yumşaq insanlardır. Çünki onlar, Qurandan nazil edilən ayələri eşitdikdə İsaya - aleyhisssəlam - nazil edilən İncildən xəbərləri olduqları üçün, Quranın Allahdan olduğunu bildiklərinə görə Allah qorxusundan ağlayaraq: "Ey Rəbbimiz! Biz Sənin rəsulun Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyinə iman gətirdik. Ey Rəbbimiz! Bizi Qiyamət günü insanlara dəlil olacaq Muhəmmədin - sallallahu aleyhi və səlləm - ümməti ilə birgə olanlarla bir yerə yaz!" deyərlər
وَمَا لَنَا لَا نُؤْمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ ٱلْقَوْمِ ٱلصَّـٰلِحِينَ ﴿٨٤﴾
Bizə Allaha və Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyi haqdan nazil edilənə iman etməyə mane olan səbəb nədir?! Axı biz, peyğəmbərlərlə və onların Allaha itaət edib Onun əzabından qorxan ardıcılları ilə birlikdə Cənnətə daxil olacağımıza ümid edirik
فَأَثَـٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُوا۟ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ ﴿٨٥﴾
Allah onların imanlarına və haqqı etiraf etiklərinə görə, onları ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaq‐ ları cənnətlərlə mükafatlandırdı. Haqqa tabe olub, heç bir qeydsiz və şərtsiz ona boyun əyənlərin mükafatı budur. بلغ Qur’an · Təfsir
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿٨٦﴾
Allahı və Onun elçisini - səllallahu aleyhi və səlləm - inkar edən, üstəlik, elçisinə nazil etdiyi Allahın ayələrin təkzib edənlər isə içində əbədi qalacaqları, alovlanan Cəhənnəm sakinləridirlər
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحَرِّمُوا۟ طَيِّبَـٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ ﴿٨٧﴾
Ey iman gətirənlər! Yeməklərdən, içkilərdən və nikahlardan təmiz və pak olanını haram etməyin, Allahın sizə bəxş etdiyi bu nemətləri zahidlik edərək və ya ibadət məqsədi ilə özünüzə haram etməyin və Allahın sizə haram etdiyi hüdudları aşmayın. Həqiqətən, Allah, Onun hüdudlarını aşanları sevmər, əksinə bunu edənlərə qəzəblənər
وَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَـٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ ﴿٨٨﴾
Qəsb edərək haram yolla əldə etdiyiniz və ya təmiz olmayan və s. bu kimi qidalarla deyil, Allahın sizə Öz ruzisindən əta etdiyi nemətlərin halal və pak olanından yeyin və iman gətirdiyiniz Allahın əmrlərini yerinə yetirib və qadağanlarından çəkinməklə Ondan qorxun.Çünki Allaha iman gətirməniz Ondan qorxmağı tələb edir
لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَـٰنِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَـٰنَ ۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَـٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَـٰثَةِ أَيَّامٍۢ ۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيْمَـٰنِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَٱحْفَظُوٓا۟ أَيْمَـٰنَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٨٩﴾
Ey Möminlər! Allah sizi qəsdiniz olmadan dilinizdən çıxan andlara görə hesaba çəkməz, lakin O, sizi qəsdlə qəlbinizdən gələn içdiyiniz andı pozduğunuza görə hesaba çəkəcəkdir. Qəsdən and içdikdən sonra andınızı pozsanız, üç şeydən istədiyiniz hər hansı birin etməklə pozduğunuz andın günahını yuyua bilərsiniz, bunlar: yaşadığınız yerdə insanların yediyi orta hesabı dəyərində hər miskinə yarım saa miqdarında yemək yedizdirməklə on miskini yedizdirmək yaxud insanların adətində paltar adlanan geyimlə onları geyindirmək və yaxud da bir mömin qul azad etməkdir. Andını pozmuş şəxs kəf‐ farə vermək üçün bu üç şeydən hər hansı birini tapmazsa, o zaman həmin şəxs onu əvəzinə üç gün oruc tutmalıdır. Ey Möminlər! Bu, Allaha and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Yalandan və çox sayda Allaha and içməkdən çəkinərək andlarınızı qoruyun, andı xeyir səbəbdən pozmaq istisna olmaqla, içdiyiniz anda vəfalı olun, xeyir işlər görün və andlarınızın kəffarəsini verin! Allah sizə andın kəffarəsini bəyan etdiyi kimi, Öz halal və haram hökmlərinidə sizə bu cür bəyan edir ki, bilmədiklərinizi sizə öyrətdiyi üçün bəlkə Allaha şükür edəsiniz
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌۭ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٩٠﴾
تفلحون Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, hər iki tərəfdən əvəz ödənilən qumar da, müşriklərin təzim edərək yanında qurban kəsdikləri, yaxud tapınmaq məqsədilə dik qoyduqları daşlar da, qeybdən xəbər əldə etmək məqsədi ilə istifadə etdikləri fal oxları da, bunların hamısı şeytanın gözəl göstərdiyi günah əməllərdir. Bu əməllərdən çəkinin ki, bəlkə dünyada xoş bir həyata, axirətdə isə Cənnət nemetinə nail olasınız. بلغ Qur’an · Təfsir
إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾
فهل أنتم م نتهون Həqiqətən, şeytan sərxoşedici içkini və qumarı gözəl göstərməklə qəlblər arasında ədavət və kin salmaq, Allahı zikir etməkdən və namazqılmaqdan yayındırmaq istəyər. Ey Möminlər! Siz bupis əməlləri tərk edəcəksinizmi?! Şübhə yoxdur ki, sizə layiq olan, bu əməlləri tərk etmənizdir. Elə isə bu əməlləri tərk edin!
وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَٱحْذَرُوا۟ ۚ فَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٩٢﴾
Şəriətin əmrini yerinə yetirərək, qadağan etdiyindən çəkinərək Allaha və Onun rəsuluna - səllalllahu aleyhi və səlləm - itaət edin və müxalif olmaqdan çəkinin! Əgər bundan üz çevirsəniz, bilin ki, rəsulumuzun öhdəsinə düşən Allahın ona əmr etdiyini çatdırmaqdır, o da artıq bunu çatdırmışdır. Bundan sonra haqq yola gəlməyinniz, özünüz üçündür, pislik etməyiniz də,özünüz üçündür
لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جُنَاحٌۭ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿٩٣﴾
Allaha iman gətirib Ona yaxınlaşmaq məqsədi ilə saleh işlər görənlərə, haramlardan çəkinib, Allahın onlara qəzəblənməsindən qorxub, Allaha iman gətirdikləri, yaxşı əməllər etdikləri, sonra da Allahdan qorxaraq sanki Onu görürmüş kimi Ona ibadət etdikləri təqdirdə haram edilməzdən əvvəl daddıqları şəraba görə heç bir günah sayılmaz. Allah, Onu görürmüş kimi Ona ibadət edənləri, onlar daima Allahın onları gördüyünü hiss etdikləri üçün sevər. Çünki Allahı görürmüş kimi ibadət etmək, mömini əməlini daha yaxşı və dəqiq etməyə sövq edər
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَيَبْلُوَنَّكُمُ ٱللَّهُ بِشَىْءٍۢ مِّنَ ٱلصَّيْدِ تَنَالُهُۥٓ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلْغَيْبِ ۚ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌۭ ﴿٩٤﴾
Ey iman gətirənlər! Allah, Öz qulları arasında kimlərin Allahın elminə kamil şəkildə iman gətirdiyinə görə, Allahı görmədən Ondan qorxan və etdiyi əməllərinin hamısından xəbərdar olan Xaliqindən həzər edib, quruda ov ovlamaqdan çəkinəcək kimsələri tanımaq – onları üzə çıxarmaq, sonra da (Qiyamət günü) haqq-hesaba çəkmək – üçün, siz ehramda ikən, quruda ovlanan – kiçiyini əlinizlə tuta biləcəyiniz, böyüyünü də, nizələrinizlə vura biləcəyiniz – ov heyvanlarını sizə tərəf yönəltməklə sizi sınağa çəkəcək. Hər kim həcc və ya ümrə ziyarətinə niyyət edib ehrama girdikdən sonra həddi aşıb, quruda ov edərsə, Allahın qadağan etdiyi bir əməli etdiyinə görə, Qiyamət günü ağrılı-acılı əzaba düçar olar
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْتُلُوا۟ ٱلصَّيْدَ وَأَنتُمْ حُرُمٌۭ ۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدًۭا فَجَزَآءٌۭ مِّثْلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحْكُمُ بِهِۦ ذَوَا عَدْلٍۢ مِّنكُمْ هَدْيًۢا بَـٰلِغَ ٱلْكَعْبَةِ أَوْ كَفَّـٰرَةٌۭ طَعَامُ مَسَـٰكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًۭا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِۦ ۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنْهُ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ ﴿٩٥﴾
Ey iman gətirənlər! Həcc və ya ümrə ziyarətində ehramda olarkən quru ovunu öldürməyin. Sizlərdən kim onu qəsdən öldü‐ rərsə, öldürdüyü ovun cəzası olaraq dəvə yaxud inək yaxud qoyun mislində bir qurbanlıq heyvan əvəz ödəməkdir. Bunu müsəlmanlar arasında ədalətli insan kimi tanınan, iki kişi qərar verməli, onlar necə qərar verərlərsə, elə də edilməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə göndərilib, Haram bölgəsində kəsilməli, yaxud həmin heyvanın qiyməti dəyərində yemək olaraq Haram bölgəsində fəqirləri, hər bir fəqirə yarım saa miqdarında olmaqla yemək yedirtməli, yaxud hər bir yarım saa بلغ Qur’an · Təfsir yeməyin əvəzinə oruc tutmalıdır. Bunların hamısı ov edən kimsənin etdiyi günahın əzabını dadması üçündür. Allah Haram hüdudları daxilində ov etməyi və haram edilməzdən əvvəl ehramda ikən quru ovunu ovlamaq günahını bağışlamışdır. Hər kim haram edildikdən sonra yenə bu günaha qayıdarsa Allah ona əzab verməklə intiqam alacaqdır. Allah qüvvətlidir, Ona mane olan heç bir qüvvə yoxdur. Allahın istədiyi zaman Ona asi olan kimsədən intiqam alması da Onun qüvvətindəndir. Heç kim Onu bu işdən mane ola bilməz
أُحِلَّ لَكُمْ صَيْدُ ٱلْبَحْرِ وَطَعَامُهُۥ مَتَـٰعًۭا لَّكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ ٱلْبَرِّ مَا دُمْتُمْ حُرُمًۭا ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٩٦﴾
إ ليه تحشرون Allah sizlərdən yerli və ya müsafir olanların özlərinə onda azüqə götürüb faydalanması üçün sizə su heyvanlarını ov etməyi və dənizin sizin üçün diri və ya ölü olaraq çölə ardığını halal etdi. Həcc və ya ömrə ehramda olduğunuz müddətdə isə quruda ov etməyi sizə haram etdi. Allahın əmrlərini yerinə yetirib və qadağan etdiklərindən çəkinməklə Ondan qorxun! Qiyamət günü siz yalnız tək Ona tərəf dönəcəksiz və O,əməllərinizin mükafat verəcəkdir
۞ جَعَلَ ٱللَّهُ ٱلْكَعْبَةَ ٱلْبَيْتَ ٱلْحَرَامَ قِيَـٰمًۭا لِّلنَّاسِ وَٱلشَّهْرَ ٱلْحَرَامَ وَٱلْهَدْىَ وَٱلْقَلَـٰٓئِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿٩٧﴾
ه Allah, Haram evi olan Kəbəni namaz, həcc və ümrə kimi dini və haram hüdudları daxilində əmin-amanlıq olması və Ora ruzi olaraq hər cür meyvələr gətirərək insanların dünyavi işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Haram ayları (bu aylar: zülqədə, zülhiccə, muhərrəm və rəcəb aylarıdır) onların əmin-amanlığının təminatı baxımından onlara bu aylarda döyüşməyi qadağan etmək üçün bir vasitə kimi təyin etdi. Kəbəyə gətirildiyi bilinsin deyə, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanlarını sahibinə əziyyət verilməməsi üçün bir vasitə kimi müəyyən etdi. Allahın sizə bəxş etdiyi bu nemət ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi bilən olduğunu an‐ layasınız. Allahın şəriətinin -sizə fayda verib və zərər sizə gəlməzdən əvvəl sizi ondan qoruması üçün- bu cür olması, Onun insanlara nəyin daha faydlı olmasını bildiyinə dəlilidir
ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٩٨﴾
Ey İnsanlar! Bilin ki, Allah, Ona asi olanlara qarşı şiddətli cəza verəndir, həm də Ona tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴿٩٩﴾
Allahın elçisinin - səllallahu aleyhi və səlləm - vəzifəsi yalnız Allahın ona əmr etdiyini insanlara təbliğ etməkdir. İnsanları hidayətə müvəffəq etmək isə onun işi deyil.Bu,ancaq tək Allahın əlində olan bir işdir.Allah sizin hidayət və ya zəlalətdən aş‐ kara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir
قُل لَّا يَسْتَوِى ٱلْخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ ٱلْخَبِيثِ ۚ فَٱتَّقُوا۟ ٱللَّهَ يَـٰٓأُو۟لِى ٱلْأَلْبَـٰبِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿١٠٠﴾
Ey Peyğəmbər! De: "Murdar şeyin çox olması sənin xoşuna gəlsə də, hər bir murdar şeylə hər bir təmiz şey eyni ola bilməz, murdar şeyin çox olması, heç də onun üstün olması demək deyildir". Ey ağıl sahibləri! Murdar şeyləri tərk edib, təmiz şeyləri etməklə Allahdan qorxun ki, bəlkə cənnətə nail olasınız. بلغ Qur’an · Təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ ﴿١٠١﴾
Ey iman gətirənlər! Peyğəmbərinizdən - səllallahu aleyhi və səlləm - ehtiyacınız olmadığı, dini işlərdə sizə heç bir faydası olmayan, sizə agah olduqda isə məşəqqətə görə xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Peyğəmbərə - səllallahu aleyhi və səlləm - vəhy nazil edildiyi zaman soruşulması sizə qadağan edilən işlər haqqında soruşsanız, sizə bəyan olar. Bu, Allah üçün asandır. Allah Quranın, barəsində susduğu şeyləri bağışlamışdır. Odur ki, bu haqda soruşmayın. Çünki bu haqda soruşsanız, o zaman yeni bir hökm nazil edilər və bu hökm sizi məşəqqətə salar. Allah Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Həlimdir, tövbə etdikləri təqdirdə onlara əzab verməz. قد سألها قوم من قبلكم ثم أصبحوابها كفرين
قَدْ سَأَلَهَا قَوْمٌۭ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَـٰفِرِينَ ﴿١٠٢﴾
Sizdən əvvəl bir qövm buna bənzər şeyləri soruşmuş, amma soruşduqları şey onlara vacib edildikdə, ona əməl etməkdən boyun qaçırmış, sonra da bu səbəbdən kafir olmuşdular
مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍۢ وَلَا سَآئِبَةٍۢ وَلَا وَصِيلَةٍۢ وَلَا حَامٍۢ ۙ وَلَـٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ﴿١٠٣﴾
وأكثرهم لا يعقلون Allah sizə dəvə, inək və qoyun kimi heyvanları halal etdi. Allah bu heyvanlardan müşriklər bütləri üçün öz nəfslərinə haram etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamın (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) heç bir haram etməmişdir. Lakin kafir olan‐ lar qeyd edilən bu heyvanların yalandan və böhtan ataraq Allahın hama etdiyini idda edirlər. Kafirlərin çoxu isə haqq ilə batilin və halal ilə haramın arasını anlamırlar
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًۭٔا وَلَا يَهْتَدُونَ ﴿١٠٤﴾
يعلمون شئا ولا يهتدون Bəzi heyvanların haram olması barədə Allahın adından yalan danışıb, iftira yaxanlara: "Halalı haramdan ayırd etməniz bilməniz üçün Allahın göndərdiyi Qurana və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə tərəf gəlin!"– deyildiyi zaman, onlar: "Bizə ata-babalarımızın əqidəsi bəs edər!"– deyirlər. Bu onlara necə bəs edə bilər, axı ata-babaları bir şey anlamamışdılar və haqq yolda da deyildilər?! Onların ardınca yalnız özlərindən də daha cahil və yolunu azan insan gedər, onlar hamısı azğın cahillərdir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٠٥﴾
تعملون Ey iman gətirənlər! Saleh əməl etməklə öz nəfslərinizin qeydinə qalın! Siz doğru yolda olsanız, insanlardan haqq yoldan azan və sizin dəvətinizə cavab verməyənlər sizə zərər yetirə bilməzlər. Başqalarına yaxşılığı əmr edib, pislikdən çəkindirməniz haqq yolda olmanızın əlamətindəndir. Qiyamət günü dönüşünüz tək Allahadır. Allah dünyada ikən etdiyiniz əməlləri sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir. بلغ Qur’an · Təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَـٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍۢ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَـٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًۭا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَـٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلْـَٔاثِمِينَ ﴿١٠٦﴾
Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm əlaməti yaxınlaşdığı zaman, etdiyi vəsiyyətə müsəlmanlardan iki ədalətli kişi, yaxud səfərdə ikən ölüm sizi haqladıqda, yanınızda müsəlmanlardan olmadığı üçün ehtiyac üzündən kafirlərdən iki kişi şahidlik etsin. Əgər kafirlərin şahidliyində şübhə olarsa, hər hansı bir namazdan sonra hər ikisini saxlayın və qoy onlar: "Allahdan olan paylarını heç bir şeyə dəyişməyəcəklərinə, andlarını hətta yaxın qohumlara belə güzəşt etməyəcəklərinə və bildikləri Allahın şahidliyini gizlətməyəcəklərinə, əgər bunu edərlərsə onların hər ikisidə günahkarlardan və Allaha asi olanlardandır" – deyə Allaha and içsinlər
فَإِنْ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسْتَحَقَّآ إِثْمًۭا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسْتَحَقَّ عَلَيْهِمُ ٱلْأَوْلَيَـٰنِ فَيُقْسِمَانِ بِٱللَّهِ لَشَهَـٰدَتُنَآ أَحَقُّ مِن شَهَـٰدَتِهِمَا وَمَا ٱعْتَدَيْنَآ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿١٠٧﴾
Əgər and içdikdən sonra hər ikisinin yalandan şahidlik etdikləri və ya yalandan and içdikləri, yaxud hər ikisinin xəyanət etdikləri aşkar edilsə, o zaman qoy onların yerinə ölən şəxsə daha yaxın olan iki kişi, olduğu kimi şahidlik etsin yaxud and içsin və onlar: "Əlbəttə, bizim o iki nəfərin yalan danışdığına və xəyanət etdiyinə olan şahidliyimiz özlərinin sadiq və əmin insan olmalarına şahidlik etmələrindən daha doğrudur.Biz yalandan and içmədik.Əgər biz yalandan şahidlik etsək,əlbəttə ki, zalımlardan və Allahın qoyduğu hüdudları aşanlardan olarıq"– deyə Allaha and içərlər
ذَٰلِكَ أَدْنَىٰٓ أَن يَأْتُوا۟ بِٱلشَّهَـٰدَةِ عَلَىٰ وَجْهِهَآ أَوْ يَخَافُوٓا۟ أَن تُرَدَّ أَيْمَـٰنٌۢ بَعْدَ أَيْمَـٰنِهِمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱسْمَعُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿١٠٨﴾
Hər iki şahidin verdiyi ifadələrə şübhə etdikdə, namazdan sonra onların hər ikisini and içdirmək və şəhidliklərinin qəbul edilməməsi hökmü, onların şəriətə müvafiq qayda da şahidlik etmələri, şahidlik etdikdə ifadələrinə heç bir əlavə və ya naqislik və ya xəyanət etməmələri yaxud andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorx‐ maları üçün daha münasib bir hökmdür.Onların hər ikisi şahid olduğunun tam əksinə and içərək şahidlik edirlər,sonra da yalan danışdıqları bəlli oluduğu üçün rüsvay olurlar. Şahidlik etdikdə və ya and içdikdə yalan danışmaqdan və xəyanət etməkdən çəkinərək Allahdan qorxun və əmr olunduğunuz şeylərə qulaq asıb qəbul edin! Allah Ona itaət etməyənləri xeyirə müvəffəq etməz
۞ يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿١٠٩﴾
Ey İnsanlar! Qiyamət günü Allah bütün elçilərini toplayacağı gün onlara: "Sizi göndərdiyim ümmətləriniz sizə nə cavab verildi?"- deyəcəyini, onlar da cavabı Allaha həvalə edərək: "Bizim elmimiz yoxdur. Ey Rəbbimiz! Şübhəsiz ki, hər şeyi bilən Sənsən, qeybləri bilən yalnız Sənsən!"– deyəcəklərini xatırlayın. بلغ Qur’an · Təfsir
إِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا ۖ وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى ۖ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى ۖ وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى ۖ وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَـٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿١١٠﴾
ى إ إ Bir zaman Allah İsaya - aleyhissəlam - xitab edərək belə dediyini xatırla: "Ey Məryəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və anan Məryəmi - aleyhəssəlam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o zaman Cəbrail - aleyhissəlam - vasitəsi ilə qüvvətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yetkin çağında səni onlara göndərdiyim dini danışırdın. Allahın sənə yazmağı, Musaya - aleyhissəlam -nazil etdiyi Tövratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrətməsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəldib sonra ona üfürüb onun quş olması, anadangəlmə kora, cüzam xəstəliyinə tutulanı dərisini sağaldıb şəfa verməyin və ölülərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İsrail oğullarının yanına açıq-aydın möcüzələrlə gəldikdə onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. Onlarisə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən başqa bir şey deyildir"- demişdilər
وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّـۧنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى قَالُوٓا۟ ءَامَنَّا وَٱشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ ﴿١١١﴾
Bir zaman Mən həvarilərə, Mənə və sənə iman gətirsinlər, deyə ilham edərək onları sənə köməkçilər müyəssər etdiyim nemətimi yadına sal! Onlar da tabe olaraq: "İman gətirdik. Ey Rəbbimiz! Sən də şahid ol ki, biz Sənə boyun əyən müsəlman‐ larıq!"– cavab verdilər
إِذْ قَالَ ٱلْحَوَارِيُّونَ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ ۖ قَالَ ٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١١٢﴾
كنتم م ؤمنين Bir zaman həvarilərin: "Əgər Rəbbinə dua etsən O, bizə göydən bir süfrə endirə bilərmi?"– dediklərini yadına sal. İsa da - aleyhissəlam - onlara Allahdan qorxmağı və istədiklərini tələb etməkdən əl çəkmələrini əmr edərək demişdir: "Əgər mömin‐ sinizsə, ruzi tələb etməkdə Rəbbinizə təvəkkül edin!"
قَالُوا۟ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ ٱلشَّـٰهِدِينَ ﴿١١٣﴾
Həvarilər İsaya - aleyhissəlam - demişdilər: "Biz istəyirik ki, o süfrədən yeyək, Allahın qüdrətinin kamilliyinə, sənin Allahı elçisi olduğuna qəlbimiz rahat olsun, sənin Allahdan gətirdiyini həqiqətən də bizə doğru söylədiyini tam yəqinliklə bilək və o möcüzəni görməyən insanlar yanında şahidlik edənlərdən olaq"
قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًۭا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةًۭ مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿١١٤﴾
İsa - aleyhissəlam - onların tələbinə cavab verdi və Allaha: "Ey Rəbbimiz! Bizə yemək süfrə endir. Biz də Sənə şükür əlaməti olaraq onu endirdiyin günü həm təzim,həm də,bizə və bizdən sonra gələnlər üçün bayram edək və bu süfrə həm Sənin tək İlah olduğuna,həm də gətirdiyim dəlillərin doğru olduğuna dəlalət edən açığ-aydın bir əlamət olsun.Bizə,Sənə ibadət بلغ Qur’an · Təfsir etməyə yardım edən ruzi ver, ey Rəbbimiz! Sən ruzi verənlərin ən yaxşısısan!"– deyərək dua etdi
قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًۭا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًۭا مِّنَ ٱلْعَـٰلَمِينَ ﴿١١٥﴾
Allah İsanın - aleyhissəlam - duasına cavab verərək belə buyurdu:"Mən sizin tələbinizi nəzərə alıb o süfrəni sizə endirəcəyəm. Lakin bundan sonra aranızdan kimsə kafir olarsa, öz nəfsindən başqa heç kəsi qınamasın. O açıq-aydın möcüzəyə şahid olduqları üçün, ona heç kəsə vermədiyim şiddətli bir əzabı verərəm. Çünki onun etdiyi küfr, Allahı inkar edərək küfrdür". Beləliklədə Allah onlara verdiyi vədi tutdu və onlara həmən süfrəni nazil etdi
وَإِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَـٰهَيْنِ مِن دُونِ ٱللَّهِ ۖ قَالَ سُبْحَـٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ ۚ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿١١٦﴾
Qiyamət günü Allah Məryəm oğlu İsaya - aleyihssəlam - xitab edərək: "Ey Məryəm oğlu İsa! Sən insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin, deyəcəyini yadına sal?!" İsa - aleyihssəlam - Rəbbini bundan uca tutaraq cavabında deyəcək: "Onlara haqdan başqa bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bi‐ lərdin. Çünki Sənə heç bir şey gizli qalmaz. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybdə, gizlində və zahirdə olan hər bir şeyi bilən tək Sənsən!
مَا قُلْتُ لَهُمْ إِلَّا مَآ أَمَرْتَنِى بِهِۦٓ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۚ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًۭا مَّا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِى كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿١١٧﴾
ى İsa - aleyihssəlam - Rəbbinə dedi: "Mən insanlara ancaq Sənin mənə əmr etdiyini, onların yalnız Sənə ibadət etmələri əmrinidən başqa bir şey deməmişəm. Mən onların arasında olduğum müddətcə, dediklərinə şahid idim. Ey Rəbbim! Sən məni diri ikən göyə qaldıraraq, onların arasından olmağıma son qoyduqdan sonra əməllərinə nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən. Sənə heç bir şey gizlində qalmaz. Mənim onlara dediyim və onların məndən sonra dedikləri səndən gizli qalmaz
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١١٨﴾
Ey Rəbb! Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır, onlara istədiyini edə bilərsən. Əgər onlardan Sənə iman gətirənləri bağışlasan, bu işdə heç kəs Sənə mane ola bilməz. Sən məğlub edilməz qüdrətsahibisən və işlərində müdriksən!
قَالَ ٱللَّهُ هَـٰذَا يَوْمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١١٩﴾
Allah İsaya - aleyihssəlam - dedi: "Bu, doğru danışanlara niyyətlərinin, əməllərinin və sözlərinin doğruluqları fayda verəcəyi bir gündür! Onları ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları Cənnətlər gözləyir. Onlar orada ölməzlər. Allah onlardan razıdır, heç vaxt onlara qəzəblənməz. Onlara əbəbi nemətlər bəxş etdiyi üçün onlar da Allahdan razıdırlar. Bu, mükafat və razılıq, heç bir uğurun ona bərabər ola bilməyəcəyi böyük uğurdur. بلغ Qur’an · Təfsir
لِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۢ ﴿١٢٠﴾
Göylərin və yerin hökmranlığı yalnız Allaha məxsusdur. Bunların hər ikisini yaradan və idarə edən Allahdır. Onların arasında olan bütün məxluqat Onun mülküdür. O, hər şeyə qadirdir. Heç bir şey Onu aciz edə bilməz. Mənbə: Əl-Muxtəsər fi təfsiril-Qur’anil-Kərim